İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Sual 17.  Məktub barədə məlumat yazın



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

 Sual 17. 
Məktub barədə məlumat yazın. 
Əməli yazıların ən geniş yayılmış növlərindən biri məktubdur. Bu yazı 
növünə təhsilindən asılı olmayaraq, hər bir insanın gündəlik həyatında daha çox 
təsadüf edilir.


20 
Məktublar
. “Məktub” sözü ərəb mənşəlidir. Məktub yazışmanın ən qədim 
növlərindəndir. Məktubun yazanı və alanı olur. Habelə məktubun yazılma vaxtı və 
yeri olur. O, monoloji daxili, yazılı nitq formasında olur. Məktubda onun 
məzmunundan asılı olaraq, habelə yazışanların münasibətindən asılı olaraq 
müxtəlif söz və söz birləşmələrindən istifadə olunur.
Əgər məktub yazan və məktub alan arasında səmimi münasibət varsa, burada 
əzizim, dostum, qardaşım, əziz bacım
və s. kimi söz və söz birləşmələri 
işlənəcəkdir. Əksinə, qeyri-səmimi münasibət qeyri-səmimi sözlərlə, xoşagəlməz 
ifadələrlə ifadə ediləcək.
Məktub yazarkən aşağıdakı sistem gözlənilməlidir:
1.
Müraciət hissəsi.
Yazının bu hissəsində şəxsin adı, sənəti və hörmət 
əlaməti olaraq ona verilən təxəllüs göstərilməlidir.

Bəzi hallarda müraciət olunan şəxsin ad və soyadı ayrı-ayrı nəzakət 


ifadələri ilə müşayiət olunur: Məsələn: «Azərbaycan Respublikasının Baş naziri 
Rasim Həsənov cənablarına».
Məktub bir neçə ünvana göndərilməli olduqda bu zaman ünvan qeyd 
edildikdən sonra məktubun surətinin kimə göndərildiyi də əlavə edilir.
Məsələn: «Göyçay rayon İcra hakimiyyətinə.
Surəti: Göyçay şəhəri, S.Rüstəm küçəsi, mənzil 45. Nüşabə Ramiz qızı 
Məmmədovaya» 
Məktubda əsas mətn 2 hissədən də ibarət ola bilər: məsələnin mahiyyəti 
(mövcud vəziyyət) və xahiş edilən mətləb. Məktubun əsas mətni həm sadə geniş 
cümlə şəklində, həm də mürəkkəb cümlə şəklində ola bilər. Murəkkəb cümlə 
şəklində olan variant Azərbaycan dili üçün daha münasib, daha səlis səslənir. 
Müraciət hissəsi məktubun başlığı sayılır. Belə başlıq, əsasən, əmr cümləsi 
şəklində qurulur.


21 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə