Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Yüklə 85,38 Kb.
tarix03.05.2018
ölçüsü85,38 Kb.
#41116

Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Artıq bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir.

Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Lakin bu potensialdan hələlik istifadə olunmur. Ona görə də dünya təcrübəsindən geniş istifadə etməklə ölkədə mövcud olan alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə qərara alıram:

1. �Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı� təsdiq edilsin (əlavə olunur).

2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi Dövlət Proqramının icra olunmasını təmin etmək üçün zəruri tədbirlər görsün.

5. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.



Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 21 oktyabr 2004-cü il.

462.

Azərbaycan� qəzetində dərc edilmişdir (22 oktyabr 2004-cü il, � 246)

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu�nda dərc edilmişdir (31 oktyabr 2004-cü il, � 10, maddə 838).





Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 21 oktyabr tarixli
462 �-li sərəncamı ilə
təsdiq edilmişdir


Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı

Giriş

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur. Bu sahədə ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Statistikaya görə, inkişaf etmiş ölkələrdə bərpa olunan enerji mənbələrinin payına (su elektrik stansiyaları daxil olmaqla) ümumi istehsal olunan enerjinin 13,5 faizi düşür.

Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. Külək enerjisindən istifadəyə görə Almaniya dünya ölkələri arasında liderlik edir. Həmin ölkədə �Bərpa olunan enerji mənbələri haqqında� Qanunun qəbul edilməsi bu işə güclü təkan vermişdir. İndi Almaniyada külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır.

Elektrik enerjisinin istehsalında suyun potensial-enerjisi ekoloji baxımdan təmizdir. Bu mənbədən alınan elektrik enerjisinin istehsalı 1990-cı ildən başlayaraq yüksələn templə artır. Böyük su ehtiyatlarına malik olan Latın Amerikası, Asiya və Afrikanın bəzi ölkələri, həmçinin Avropanın şimal ölkələri digər alternativ enerji mənbələrindən istifadə etməklə yanaşı, bu mənbədən də istifadə etməyi prioritet istiqamət kimi qəbul etmişlər.

Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılmışdır və bu, inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. 1997-ci il Kioto razılaşmasının protokoluna əsasən Avropa Birliyi ölkələrində və ABŞ-da alternativ enerji mənbələrindən istifadə etmək üçün iri miqyaslı stansiyaların tikintisinə başlanmışdır. Günəş enerjisindən istifadə etməklə alınan istilik enerjisinin həcmi elektrik enerjisi ekvivalentində kifayət dərəcədə yüksəkdir. Belə ki, bu göstərici ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və b. səviyyəsindədir.

ABŞ-da, Almaniyada, Yaponiyada və Çində günəş enerjisini birbaşa elektrik enerjisinə çevirən günəş stansiyalarının əsas işçi elementinin (fotoelementin) hazırlanması üçün yüksək səmərəliliyə malik texnologiyalar tətbiq edilir. Onların faydalı iş əmsalı 12-14 faiz təşkil edir. Belə fotoelementlər əsasında yaradılan stansiyaların tutduğu ərazi 1 MVt üçün 2 hektar təşkil edir. Dünyanın inkişaf etmiş ölkələrində fotoelementlərin sahə tutumlarının azaldılması istiqamətində geniş elmi-tədqiqat işləri aparılır.

Beləliklə, yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Bu, istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını da xeyli azaldar. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar.

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Radiasiya Problemləri İnstitutunda, Azərbaycan Elmi-Tədqiqat Energetika və Enerjilayihə İnstitutunda, həmçinin Bakıhidrolayihə İnstitutunda məqsədyönlü işlər aparılmışdır.

Dövlət Proqramı �Enerji resurslarından istifadə haqqında�, �Elektroenergetika haqqında�, �Energetika haqqında�, �Elektrik və istilik stansiyaları haqqında� Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli, 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş �2003�2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı�, 2002-ci il 25 mart tarixli, 893 nömrəli Sərəncamı ilə təsdiq edilmiş �Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında�, �Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında� 2003-cü il 24 noyabr tarixli, 4 nömrəli Fərmanı, 2004-cü il 11 fevral tarixli, 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş �Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004�2008-ci illər)�, habelə �Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin yaradılması haqqında� Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tarixli 458 nömrəli Fərmanı və s. normativ-hüquqi sənədlər əsasında hazırlanmışdır.

1. Dövlət proqramının məqsədi və əsas vəzifələri

Dövlət Proqramının məqsədi ölkənin təbii potensialından istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını genişləndirməkdən və karbohidrogen enerji resurslarından daha səmərəli istifadə edilməsini təmin etməkdən ibarətdir.

Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:


    • elektrik enerjisinin istehsalında alternativ (bərpa olunan) enerji mənbələrinin potensialını müəyyənləşdirmək;

    • bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltmək;

    • yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin açılmasını təmin etmək;

    • Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud ümumi gücü nəzərə alınmaqla, alternativ enerji mənbələrinin hesabına enerji gücünün artırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsinə nail olmaq.

2. Azərbaycanda alternativ (bərpa olunan) enerji potensialı

2.1. Külək enerjisi

Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.

Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi vardır. Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.

Çoxillik müşahidələr nəticəsində müəyyən edilmişdir ki, ən əlverişli külək şəraiti Abşeron yarımadasında, Xəzər dənizi sahili zolağında və akvatoriyanın şimal-qərb hissəsində olan adalardadır. Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisində küləyin orta illik sürəti 3-5 m/san. olduğu üçün bu regionlarda orta güclü külək elektrik qurğularından istifadə etmək olar.

1999-cu ildə Yaponiyanın �Tomen� şirkəti Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırmış, küləyin sürətinin orta illik qiyməti v = 7,9�8,1 m/san olması müəyyən edilmiş və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır.

2002-ci ildə Azərbaycanın bərpa olunan enerji resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək enerjisi potensialına malikdir. Uzunmüddətli küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-nin yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur.

2.2. Günəş enerjisi

Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-da və Orta Asiya ölkələrində 2500�3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400�3200 saatdır.

Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər.

Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində 1m2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.

2.3. Kiçik su elektrik stansiyaları

Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 17,8 faiz təşkil edir. 2003-cü ildə istehsal olunan elektrik enerjisinin 2,4 mlrd kVt.s su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal olunmuş ümumi elektrik enerjisinin 11,4 faizini təşkil edir.

Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar vardır. Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycan Respublikasındakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt.s, texniki cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilmişdir ki, bunun da 5 mlrd kVt.s kiçik su elektrik stansiyalarının payına düşür.

Su elektrik stansiyalarının tikintisi�sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi dövlət əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayır. Azərbaycan Respublikasında çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik su elektrik stansiyaları yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə 3,2 mlrd kVts təşkil edə bilər. Yaxın perspektivdə 61 kiçik SES-in tikintisi məqsədəuyğun hesab edilir. Bu SES-lər irriqasiya kanalları üzərində, axını tənzimlənməmiş çaylarda və tikiləcək su anbarlarının yanında yerləşdirilə bilər. Ölkədə həmçinin vahid enerji sisteminin elektrik xətlərindən və yarımstansiyalarından uzaqda yerləşən obyektlərin, yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizində mikro SES-lərdən də istifadə olunması elektrik enerjisi problemləri ilə yanaşı, digər sosial məsələlərin də həllinə imkan yarada bilər.

Naxçıvan Muxtar Respublikası enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, orta, kiçik, mikro su elektrik stansiyalarının ilk növbədə Naxçıvan Muxtar Respublikasında tikilməsi daha məqsədəuyğundur.

2.4. Biokütlə enerjisi

Azərbaycan Respublikasında sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin aşağıdakı mənbələri mövcuddur:



    • yanma qabiliyyəti olan sənaye tullantıları;

    • meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantıları;

    • kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantıları;

    • məişət və kommunal sahələrinin tullantıları;

    • neft və neft məhsulları ilə çirklənmiş sahələrdən alınan tullantılar.

Aparılmış tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sahələrində istehsal tullantılarının tərkibinin çox hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə maddələrindən elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və bərk biokütlənin alınması mümkündür. Belə ki, Azərbaycan Respublikasında hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2,0 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində ictimai binaların qızdırılmasındakı çətinlikləri aradan qaldırmaqda bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması (emal edilməsi) həmin problemlərin qismən aradan qaldırılmasını təmin etmiş olardı.

Artıq bir çox Avropa ölkələrində bu problemin həlli yolları tapılmışdır. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma zavodları tikilməklə, orada məişət tullantıları yandırılır. Zibillərin yandırılmasından alınan enerji hesabına ətrafdakı yaşayış məntəqələri istilik və elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə gübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Göründüyü kimi, kompleks əhəmiyyəti olan belə zavodların tikilməsi Azərbaycan üçün də çox zəruridir.

2.5. Geotermal enerji

Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.

Azərbaycan Respublikasının ərazisi termal sularla zəngindir. Bunlar Böyük və Kiçik Qafqaz dağları, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və Xəzəryanı-Quba ərazisi kimi geniş sahələri əhatə edir. Göstərilən ərazilərdə olan termal suları istifadəyə cəlb etməklə məişətdə və digər sahələrdə istilik enerjisinə olan ehtiyacın bir hissəsini ödəmək mümkündür.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində özəl investisiya mənbələrini cəlb etməklə alternativ (bərpa olunan) enerji mənbələrinin imkanlarından maksimum istifadə edərək ölkənin elektrik enerjisi sisteminə əlavə güclər qoşula bilər.



Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə edilməsi üzrə tədbirlər

Sıra �-si

Tədbirin adı

Əsas icraçılar

İcra müddəti (illər üzrə)

1.

Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə qanunvericilik və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

YEN, İİN, ETSN, DTAK, ƏN

2005�2007

2.

Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi

YEN, ETSN, İİN, AMEA,

mütəmadi

3.

Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadənin stimullaşdırılmasını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi

YEN, İİN, MN, VN, ƏN, DGK, DTXK, yerli icra hakimiyyəti orqanları

mütəmadi

4.

Alternativ (bərpa olunan) enerji mənbələrindən istifadə üzrə mütəxəssislərin hazırlanması və enerji istehlakçılarının maarifləndirilməsi istiqamətində işlərin aparılması

TN, YEN, AMEA, ETSN

mütəmadi

5.

Alternativ (bərpa olunan) enerji mənbələrindən səmərəli istifadə məqsədilə vahid əlaqələndirmə elmi metodik mərkəzin və məlumat bazasının yaradılması

YEN, AMEA

2004�2006

6.

Ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması

AMEA, YEN, İİN

mütəmadi

7.

Mövcud kiçik su elektrik stansiyalarının (�Quba�, �Qusar�, �Çiçəkli�, �Zeyxur�, �Nügədi�, �Balakən�, �Çinarlı�) özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi

İİN, YEN, yerli icra hakimiyyəti orqanları

2004�2006

8.

Varvara su elektrik stansiyasının yenidən qurulması istiqamətində tədbirlərin həyata keçirilməsi

YEN, İİN, MSTK, �Azərenerji� ASC

2005�2007

9.

Vayxır çayı üzərində su elektrik stansiyasının layihələndirilməsi və inşası

YEN, İİN, MSTK, �Azərenerji� ASC

2005�2007

10.

Dağ çayları və suvarma kanallarının enerji potensialından istifadə məqsədilə onların üzərində kiçik su elektrik stansiyalarının inşasının həyata keçirilməsi

YEN, İİN, MSTK, DTXK

2005�2013

11.

Azərbaycan ərazisində külək enerjisi potensialından istifadə imkanlarına uyğun olaraq külək elektrik stansiyalarının geniş tətbiqi

YEN, İİN, DTXK, AMEA, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2004�2013

12.

Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi təchizatında külək enerjisi potensialının öyrənilməsi və ondan istifadənin təmin edilməsi

YEN, İİN, AMEA, ETSN, DTXK, NMR NK

2006�2008

13.

Abşeron yarımadası, Mil�Muğan düzənliyində və Naxçıvan Muxtar Respublikasının ərazilərində binaların qızdırılması və isti su təchizatı üçün günəş kollektorlarının tətbiqi

YEN, İİN, DTAK, AMEA, Bakı ŞİH, NMR NK, yerli icra hakimiyyəti orqanları

2005�2007

14.

Yerli elmi-texniki potensialdan və xammaldan istifadə etməklə günəş enerjisi istehsalında istifadə olunan fotoelementlərin faydalı iş əmsalının artırılması və onların istehsalına başlanması

YEN, İİN, AMEA

2005�2007

15.

Geotermal su mənbələrinin enerjisindən istifadə etməklə ictimai, məişət binalarının və digər obyektlərin qızdırılması işlərinin həyata keçirilməsi

YEN, İİN, ETSN, DTAK, AMEA, yerli icra hakimiyyəti və bələdiyyə orqanları

2005�2013

16.

Geotermal suların istilik enerjisindən səmərəli istifadə etmək məqsədilə aşağı istilik keçiriciliyinə malik olan plastik boruların tətbiqi

YEN, ETSN, İİN, AMEA

2006�2013

17.

Payız-qış mövsümlərində kənd təsərrüfatı məhsullarının istehsalı üzrə istixanaların qızdırılmasında geotermal su mənbələrindən istifadə edilməsi

Yerli icra hakimiyyəti orqanları, KTN, YEN, ETSN, AMEA

mütəmadi

18.

Dəniz-dalğa enerji potensialının elektrik enerjisinə çevrilməsi istiqamətində elmi-tədqiqat işlərinin aparılması

AMEA, YEN

2005�2010

19.

Sənaye, kənd təsərrüfatı və məişət tullantılarından biomaddələrin istehsalı və tətbiqi üzrə müasir texnologiyaların işlənməsi, biokütlə ilə işləyən kiçik elektrik stansiyaların tətbiqi üzrə işlərin aparılması

YEN, AMEA, ETSN, İİN, Bakı ŞİH, AMEA, Yerli icra hakimiyyəti orqanları

2005�2013

20.

İstilik enerjisinin alınması məqsədilə emal zavodlarında neftin emalı tullantılarından koks briketlərinin və digər məhsulların alınması texnologiyasının işlənməsi

YEN, AMEA, ETSN, ARDNŞ

2005�2008

Akronimlər

YEN�Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi

İİN�Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

ETSN�Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

MN�Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

VN�Azərbaycan Respublikasının Vergilər Nazirliyi

TN�Azərbaycan Respublikasının Təhsil Nazirliyi

ƏN�Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

KTN�Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

DGK�Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

AMEA�Azərbaycan Milli Elmlər Akademiyası

DTAK�Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi

DTXK�Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

MSTK�Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi

ARDNŞ�Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

NMR NK�Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti

Bakı ŞİH�Bakı şəhər İcra Hakimiyyəti

Sumqayıt ŞİH�Sumqayıt şəhər İcra Hakimiyyəti




Yüklə 85,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə