İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Sual 25. Əmr nümunələri yazın



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   ...   14   15   16   17   18   19   20   21   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

Sual 25. Əmr nümunələri yazın. 
BAKI MAŞINQAYIRMA ZAVODU ÜZRƏ 
63 SAYLI ƏMR 
Bakı şəhəri
 
 
 
 
 
 «02» fevral 2015-ci il
Zavodda dəftərxana işinin daha səmərəli təşkili və sənədləşmənin düzgün 
aparılması məqsədi ilə
ƏMR EDİRƏM: 
1.
Zavod üzrə bütün əmrlər lazımi nüsxələrdə və əmrdə göstərilən 
əsaslarla birlikdə ümumi şöbəyə təqdim edilsin. 
2.
Təqdimatlar və ərizələr ümumi şöbədə qeydiyyatdan keçirilsin və 
mənim dərkənarımdan sonra yenidən ümumi şöbəyə təqdim edilsin. 


31 
3.
Zavoddan gedən bütün məktublar və cavab məktubları 3 nüsxədə, 
zavoda daxil olan məktub əsasla birlikdə ümumi şöbəyə təqdim edilsin. 
4.
Sənədləşmənin düzgün aparılıb-aparılmaması barədə ümumi şöbənin 
müdiri mənə xəbər versin. 
Əmr bütün struktur bölmələrə göndərilsin. 
Əsas: Ümumi şöbə müdirinin təqdimatı. 
BAŞ DİRЕКTОR: Z.N.ƏHMƏDOV 
 
 “Fidan” Elm İstehsalat Birliyi üzrə
12 saylı əmr
Bakı şəhəri
 
 
 
 
 
24 yanvar 2015-ci il 
İlham İman oğlu İmanov 01.02.2015-cü il tarixdən maaşı ştat cədvəlinə uyğun 
olmaqla bir ay sınaq müddəti ilə mühəndis təyin edilsin.
Əsas: İ.İmanovun ərizəsi
Baş direktor:
 
 
Ə.Əliyev 
“Fidan” Elm İstehsalat Birliyi üzrə 
13 saylı əmr 
 
Bakı şəhəri
 
 
 
 
 
5 fevral 2015-ci il 
I. 
Etibar Cavanşir oğlu Məmmədov - elektrik montyoru 05.02.2015-ci il tari- 
xindən Azərbaycan Respublikası Əmək 
qanunvericiliyinin 37-ci maddəsinin I 
bəndi ilə tutduğu vəzifədən azad edilsin. 
Əsas: Etibar Məmmədovun ərizəsi 
 


32 
II. 
E.Məmmədovun öhdəsində olan elektrik avadanlığı müvəqqəti olaraq sex rəisi 
Elçin Kazımova təhvil verilsin və təhvil-təslim aktla rəsmiləşdirilsin.
“Fidan” EİB-nin direktoru:
 
 
Ə.Əliyev 
 
 
 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə