İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

 
 
Sual 10.Tərcümeyi-hala verilən tələblər nədən ibarətdir? 
Tərcümeyi-hala verilən tələblər aşağdakılardan ibarətdir. 


13 
1.
Tərcümeyi-halda şəxsin doğulduğu il, ay və gün, yer (respublika,
şəhər, rayon, kənd) dəqiq göstərilməli
2.
Faktlar (həyatın mərhələləri, oxuduğu, işlədiyi yerlər, nailiyyətlər, 
təltiflər, ailə vəziyyəti və s.) ardıcıl sadalanmalı; 
3.Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılıb imzalanmalıdır. 
Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. İbtidai siniflərdə 
sadə tərcümeyi-hal öyrədilir. Bu zaman şagird yalnız özü haqqında 
bildiklərini yazır.
Mürəkkəb tərcümeyi-halda isə ayrı-ayrı insanların həm özünün, həm də 
valideynlərinin həyatı, məşğuliyyəti haqqında məlumat verilir. 
Tələbələrdə tərcümeyi-hala dair tam təsəvvür yaratmaq üçün onları 
aşağıdakı ardıcıllıqla tanış etmək faydalıdır: 
1.
Başlıq: Tərcümeyi-hal 
2.
Adı, soyadı və atasının adı 
3.
Doğuldğu il, ay, gün, yer 
4.
Məktəbəqədər dövr 
5.
Məktəb dövrü 
6.
Tələbəlik dövrü 
7.
Universitetdə apardığı ictimai vəzifə 
8.
Nailiyyətləri (mükafatları, təltifləri) 
9.
Ailə üzvləri haqqında qısa məlumat 
10.
Tərcümeyi-halın yazılma tarixi 
11.
Tərcümeyi-halı yazanın şəxsi imzası. 
 
 
 
Nümunələr 


14 
TƏRCÜMEYİ-HAL 
Mən, Vasif Vaqif oğlu Hacıyev 1987-ci il aprel ayının 1-də Bakı şəhərinin 
Nərimanov rayonunda ziyalı ailəsində anadan olmuşam. İncəsənət Gimnaziyasını 
bitirmişəm. 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq 
İqtisadi Münasibətlər fakültəsində oxuyuram. 
Atam, Vaqif Famil oğlu Hacıyev 1957-ci ildə Ağsu rayonunun Pirhəsənli 
kəndində anadan olmuşdur, özəl bankda işləyir. 
Anam, Fatimə Bilal qızı Hacıyeva 1962-cı ildə Qəbələ rayonunun Vəndam 
kəndində anadan olmuşdur, evdar qadındır.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə