İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Sual 2. Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər nədən ibarətdir?



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   2   3   4   5   6   7   8   9   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

Sual 2. Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər nədən ibarətdir?
Sənəd ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilir. 
Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi və ona möhür vurulması 
vasitəsilə həyata keçirilir. 
Bir qayda olaraq, sənədin bütün nüsxələri imzalanır. 
İmzanın tərkibinə sənədi imzalamış şəxsin adı, soyadı, onun şəxsi imzası daxildir.
Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa 
şəkildə göstərilir. Məsələn:
Sədr: «-------» Əli Məmmədov 
Əgər sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi 
tam şəkildə göstərilir. Məsələn:
Nümunə 
Azərbaycan Respublikası Dövlət Tikinti və 
Arxitektura Komitəsinin sədri: «-------» Həsən Nuriyev 
(tarix) 
Təşkilatlara göndərilən sənədlər onu göndərən təşkilatın rəhbəri və ya onun 
müavinləri tərəfindən imzalanır. Fiziki və hüquqi şəxslərə göndərilən sənədlər isə 
müvafiq struktur bölməsinin rəhbəri və ya onun müavini tərəfindən imzalanır.
 
Sual 3.
İşgüzar üslub başqa üslublardan nə ilə fərqlənir?
İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə 
fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. 
İşgüzar üslubun leksik xüsusiyyətlərindən 
danışarkən
 
onu da qeyd 
etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – 
sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və 



formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza 
etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, 
tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, 
cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət 
daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, 
xəbərdarlıq etmək və s. 
Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın 
olmasını, asan başa düşülməsini bir növ təmin edir. 
Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz 
birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, 
məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii 
ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda 
olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən 
biridir.

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə