İŞGÜzar yazişmalar fəNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix29.11.2023
ölçüsü0,6 Mb.
#143407
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
ISGUZAR-YAZISMALAR-I-KOLOKVIUM-2003

İmza: A.Orucov 
02.02.2015 
 Sual 9. Tərcümeyi-hal haqqında məlumat verin. 
Bu sözün əvəzinə, bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal ərəbcə 
“tərçi” ( geri çevirmə, döndərmə, təkraretmə) və “hal” (surət, vəziyyət) sözlərinin 
birləşməsindən ibarətdir. Avtobioqrafiya isə 
avto
(öz, özü) + 
bio
(həyat) + 
qrafiya 
(yazıram) deməkdir. Fikrimizcə, 
avtobioqrafiya
sözü 
tərcümeyi-hal
sözünə 
nisbətən daha uyğundur. Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır. 
Bioqrafiya
isə kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır. 
Avtobioqrafiya – müəllifin öz həyatını özünün təsvir etməsidir. Avtobioqrafiya – 
həm ədəbi janr, həm də rəsmi sənədə aiddir. Memuar ədəbiyyatı əslində 
avtobioqrafik xarakterdə olur. Adətən, böyük sərkərdələr (məs: G.K.Jukov, 
Anfilov və başqaları), yazıçılar (C.Məmməd-quluzadə, A.Şaiq, M.F.Axundov və 
b.) avtobioqrafiyalarda tarixi hadisələri bədii fikirlərin içərisində verir. Məsələn, 
C.Məmmədquluzadə yazır: «Anadan olmuşam Naxçıvan şəhərində, Araz çayının 
beş-altı verstliyində və Culfa qəsəbəsinin 40 verstlik fasiləsində… Nə vaxt anadan 
olmuşam? Vallah bilmirəm, çünki bu barədə heç bir sənədim və yazım yoxdur. 
Yəni nə odur ki, mənim təvəllüdüm barəsində olan yazını mən itirmişəm, xeyr, 
mən onu deyirəm ki, mənim dünyaya gəlməyimi heç kəs yazı ilə bir yanda qeyd 
etməyib… Bununla bərabər, bir neçə işarələrlə duya bilirəm ki, indi yəni hicrətin 
min üç yüz qırx altıncı ilində mənim yaşım gərək ki, ya əlli altı ola, ya əlli yeddi 
ola, ya bəlkə əlli səkkiz ola». 


12 
Buna bənzər və daha bədii şəkildə Abdulla Şaiq öz avtobioqrafiyasında 
anadan olmasını belə göstərir: «Qardaşım Abdullanın ölümü ata-anasının qəlbini 
dərin hüzn və kədər içində buraxmışdı. Onlara ancaq yaxın zamanda dünyaya 
gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə onun yolunu gözləyirdi. 
O yolu gözlənilən çağa mən idim. 1881-ci ildə fevral ayının 12-də (yeni hesab ilə 
24-də) Tiflis şəhərində doqquz aylıq uzun bir səfərdən tək yox, özüm ilə bərabər 
bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən çırağını yandırmış olduğumdan 
onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz tay olan bacım Mərziyə də ata-
anamızın qəlbindən dərdi, kədəri silib, yerinə sevinc və şənlik qığılcımı saçdıq. 
Ailəmiz yenidən şənləndi». 
Xatirə – avtobioqrafiyalardan əlavə, bir də şəxsiyyət haqqında 
avtobioqrafiyalar da vardır ki, onlar qismən hüquqi sənəd xarakterində olur. Hər 
hansı bir adam işə qəbul ediləndə və başqa hallarda onun haqqında toplanan 
sənədlər içərisində avtobioqrafiya əsas yer tutur. Doğrudur, kadr uçotuna dair şəxsi 
vərəqdə bioqrafik məlumatlar olur. Amma avtobioqrafiya şəxsən, əllə yazıldığı 
üçün daha əhəmiyyətlidir. Avtobioqrafiyada müəllif özünün keçdiyi həyat yolunu 
əks etdirməklə bərabər, ata və anası, yaxın ailə üzvləri haqqında da məlumat verir. 
Tərcümeyi-hal ictimai həyatın müxtəlif sahələrində istifadə edilən əməli yazı 
növüdür. Müxtəlif mənalarda – orta və ali ixtisas məktəblərinə qəbul olunarkən, işə 
girərkən, hər hansı ictimai, siyasi təşkilata üzv olarkən, rəhbər vəzifəyə irəli 
çəkilərkən, mükafata təqdim olunarkən şəxsin özü haqqında ətraflı məlumat 
verilməsi məqsədilə yazılır. 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə