İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

19 

 

 Sonralar 



Əsasnaməyə qeyri-rəsmi qaydada müəyyən düzəlişlər edilmiş  və Azərbaycana 

aidiyyəti olmayan “bayram” günləri – 7 noyabr, 28 aprel və 1-2 may Dövlət bayrağının ucaldılması 

günləri siyahısından çıxarılmışdı. 

 

 



 

 


20 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 



DÖVLƏT GERBİ 

 

 



Dövlət gerbi dövlətin möhürlərdə, pul nişanlarında, blank və digər rəsmi sənədlərində  təsvir 

olunan fərqləndirici nişanıdır. 

 Dövlət bayrağından fərqli olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər dövlət 

rəmzləri rəsmi qaydada qəbul olunmamış, yalnız onların qəbul edilməsi haqqında 1920-ci il yanvarın 

30-da hökumət tərəfindən müsabiqə elan edilmiş və Maarif nazirliyinə tapşırılmışdır ki, milli himnin, 

Dövlət gerbinin və möhürün I layihələri üçün 50 min, II layihələri üçün 25 min manat həvəsləndirici 

mükafatlar müəyyənləşdirsin.

1

 Müsabiqənin müddəti 1920-ci il mayın 1-də başa çatmalı idi. 



 Müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin rəmzlərinin, orden və medallarının, poçt 

markalarının ilk nümunələrinin meydana çıxmasına təkan vermişdir. Həmin rəmzlərin bədii həllində 

zamanın nəfəsi,  əsrin  əvvəllərində yaşayıb yaratmış “Molla Nəsrəddin”çi rəssamlardan 

Ə.Əzimzadənin, O.Şmerlinqin,  İ.Rotterin, R.Telinqarterin (Beno) yaradıcılığına xas olan üslub 

xüsusiyyətləri gözə çarpır. 

 

Təəssüflə qeyd etməliyik ki, müsabiqənin nəticələri haqqında dəqiq məlumat  əldə edə 



bilməmişik. Lakin gerbin layihəsi o zaman Bakıda yaşayan gürcü rəssamı knyaz Şerşavidzeyə sifariş 

verilmiş və onun hazırladığı layihə bizə gəlib çatmışdır. 

 1991-ci 

ildə öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının yeni milli gerbinin 

yaradılması üçün müsabiqə elan olunmuşdur. Bu məqsədlə xüsusi komissiya tərəfindən müəyyən 

konsepsiya hazırlanmış, müsabiqəyə yüzlərlə eskiz təqdim edilmişdi. Təqdim olunan eskizlər Milli 

Məclisin üzvlərini qane etməmiş və məhz bu səbəbdən də vaxtilə mövcud olmuş gerb layihəsini bərpa 

etmək münasib hesab edilmişdir. 

 

Qəbul olunmuş  Azərbaycan Respublikasının gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövrünün 



1920-ci ildə yaradılmış gerbi layihəsinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda olduğu kimi 

saxlanılmış, yalnız bəzi detallar – alovun – «Allah» sözünün, palıd yarpaqları  və sünbüllərin təsviri 

rəssam R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 

 Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 19 yanvar tarixli Konstitusiya qanunu ilə 

Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və ağ-qara təsviri təsdiq edildi. 1993-cü il fevralın 23-

də isə Azərbaycan Respublikası Dövlət gerbi haqqında əsasnamə təsdiq edildi: 

 

*      * 

 * 

 

                                                 



1

 Вестник правительства Азербайджанской Республики, 1920, №10, 11 февраля; Azərbaycan, 1920, 19 fevral və s. 




21 

 

 



 

Azərbaycan Respublikasının  

Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barəsində 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 

QANUNU 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisi qərara alır: 

1. Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin. 

2. Azərbaycan SSR Ali Soveti Rəyasət Hey'ətinin 1981-ci il 16 mart tarixli Fərmanı 

(Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, №5-6, maddə 70) ilə təsdiq edilmiş Azərbaycan 

SSR-in Dövlət gerbi haqqında Əsasnamə qüvvəsini itirmiş hesab edilsin. 

3. Bu Qanun imzalandığı andan qüvvəyə minir. 

 

Azərbaycan Respublikası Prezidenti  



Əbülfəz Elçibəy. 

 

Bakı şəhəri, 23 fevral 1993-cü il. 

№ 516. 

 

Azərbaycan Respublikasının 1993-cü il 

23 fevral tarixli Qanunu ilə  

 

t ə s d i q   e d i l m i ş d i r .  



 

*      * 




22 

 

 



Azərbaycan Respublikasının 

Dövlət gerbi haqqında 

 

Ə S A S N A M Ə 

 

 1. 


Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. 

 2. 


Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün 

üzərində yerləşən  şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası 

Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. 

 Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd 

budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri 

və palıd qozaları qızılıdır”. 

 3. 

Azərbaycan Respublikası Dövlət gerbinin qabarıq təsviri vurulur: 



 a) 

Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin 

xidməti kabinetinə; 

 b) 


Azərbaycan Respublikası prezidentinin iqamətgahına və xidməti kabinetinə; 

 v) 


Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, 

məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi 

və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə; 

 

q) yerli nümayəndəli dövlət orqanlarının binalarına və iclas salonlarına; 



 d) 

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının 

binalarına; 

 e) 


Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq 

idarələrinin binalarına; 

 4. 

Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə olunur: 



a) Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində; 

b) Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və 

sərəncamlarının blanklarında; 

v) bu əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının sənədlərinin blankında 

(binalarının lövhələrində); 

q) Azərbaycan Respublikası Milli Bankının biletlərində və milli pul vahidlərində, Azərbaycan 

Respublikasının qiymətli kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində; 

d) Azərbaycan Respublikası  vətəndaşının pasportunda, Azərbaycan Respublikası  vətəndaşına 

verilən diplomatik və başqa xarici pasportlarda; 

e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində

ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd 

nişanlarında; 

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası Dövlət gerbinin 

təsvirinin mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər. 

6. Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin 

təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər. 

7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və  sənəd blanklarının 

hazırlanması, istifadə olunması, saxlanılması  və  məhv edilməsi qaydası Azərbaycan Respublikasının 

Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 

8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri bu əsasnaməyə əlavə edilən rəngli 

və ya ağ-qara təsvirə ölçüsündən asılı olmayaraq, həmişə dəqiq surətdə uyğun gəlməlidir. 

 

*       

 

 




Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə