İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
  1   2   3   4   5   6   7   8   9


Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutu 

Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu   

 

 

 

İqrar Əliyev, Elmar Məhərrəmov 

 

 

 

Dövlət rəmzlərinə hörmət 

Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – 

bayrağına, gerbinə və himninə hörmət etməlidir. 

 

Azərbaycan Respublikasının 



Konstitusiyası, maddə 75 

 

 



 

 

 



 

 

 



 

 

AZƏRBAYCAN

 

RESPUBLİKASININ

  

DÖVLƏT  

RƏMZLƏRİ

 

 

 

 

 

 

 

 

 

Bakı – Nurlan – 2008

 

 



AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu 

Elmi Şurasının qərarı ilə çap olunur 

 

 

Redaktor:  

AMEA-nın müxbir üzvü,  

tarix elmləri doktoru, professor Y.M.Mahmudov 

 

 

 



 

Akademik Əliyev İ.H., Məhərrəmov E.Ə. 

Azərbaycan Respublikasının dövlət rəmzləri. 

Yenidən işlənilmiş nəşriBakı, Nurlan, 2008. – 56 s. 



 

 

Kitabçada Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-1920-ci illərdə  qəbul edilmiş Dövlət bayrağı  və  qəbulu 



nəzərdə tutulan Dövlət gerbi ilə Dövlət himni haqqında məlumat verilir. Həmin rəmzlər Azərbaycan Respublikası dövlət 

müstəqilliyini bərpa etdikdən sonra müxtəlif vaxtlarda rəsmi dövlət rəmzləri kimi təsdiq edilmişdir. 

2000-ci ildə kiril qrafikası ilə  məhdud tirajla nəşr olunan «Azərbaycan Respublikasının dövlət rəmzləri» kitabçası 

oxucular tərəfindən böyük maraqla qarşılanmışdır. Hazırda o nadir tapılan kitablardandır. Bunlar nəzərə alınaraq kitabça 

yenidən işlənilərək, latın qrafikası ilə təkrar nəşr edilib hörmətli oxucuların sərəncamına verilir. 

Kitabça geniş oxucu kütləsi, müəllimlər, tələbələr və məktəblilər üçün nəzərdə tutulmuşdur. 



 

 

 

 

 



4702000000 

Qrifli nəşr 

N–098–2008 

 

 

 

 

 

© 

«Nurlan», 2008.  

Yenidən işlənilmiş nəşri.

 



 

 



MÜNDƏRİCAT 

 

Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin 



gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı...................................................................................... 



 

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları 



haqqında Azərbaycan Respublikasının  Qanunu…………………….  5 

 

İstiqlal Bəyannaməsi…................................................................... 



 

Ön söz............................................…………..........……................ 



10 

 

Azərbaycan Respublikasının Dövlət bayrağı…………......................  12 



 

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan 

Respublikasının Qanunu......………………......................................  16 

 

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında 



Əsasnamə....................................................................................... 

17 

 

Azərbaycan Respublikasının Dövlət Gerbi....………….....................  20 



 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında  Əsasnamənin 

təsdiq edilməsi barəsində Azərbaycan 

Respublikasının 

Qanunu..........…….......…….......................................................... 

21 

 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında 



Əsasnamə.....................………...……………….............................  22 

 

Azərbaycan Respublikasının Dövlət Himni.………..........................  24 



 

Azərbaycan Respublikasının Dövlət himni haqqında  Əsasnamənin 

təsdiq edilməsi barəsində Azərbaycan 

Respublikasının 

Qanunu..........……........……........................................................ 

26 

 

Azərbaycan Respublikasının Dövlət himni haqqında 



Əsasnamə......................……………………..……..........................  27 

 

Azərbaycan Respublikasının Dövlət himni…………........................  29 



 

Azərbaycan Respublikası Dövlət himninin notu.……………………  30 

 

Azərbaycan Respublikası Konstitusiyasından…………....................  34 



 

Qosudarstvennıy qimn Azerbaydjanskoy  Respubliki.......................  35 

 

The Anthem of The Azerbaijan Republic…………………………...  36 



.


 

Azərbaycan Respublikası Prezidentinin 



 

S Ə R Ə N C A M I

 

 

 

 

Azərbaycan Respublikasının  

dövlət atributlarının təbliği işinin gücləndirilməsi  

haqqında 

 

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini 

təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına 

dərin ehtiram hisslərinin aşılanması  cəmiyyətdə  vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə 

bilavasitə xidmət edir. 

Dövlət atributlarının mahiyyətinin və  əhəmiyyətinin  əhali arasında geniş  təbliğ olunması, 

gənc nəslin Azərbaycan bayrağına, gerbinə  və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş 

cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir. Lakin hal-hazırda Azərbaycan 

Respublikasının dövlət atributlarına həsr edilən normativ aktlardakı  tələblərə  əməl edilməsinə 

müəyyən laqeydlik, qeyri-ciddi münasibət müşahidə olunur. Bu sahədəki tədbirlərin məqsədyönlü 

şəkildə qurulması, tənzimlənməsi və gücləndirilməsi məqsədilə qərara alıram: 

Azərbaycan Respublikasının Mətbuat və  İnformasiya Nazirliyi, Təhsil Nazirliyi və Elmlər 

Akademiyası ilə birlikdə «Azərbaycanın dövlət rəmzləri» adlı  məlumat kitabının hazırlanıb 

çap olunmasını, dərslik, plakat, təqvim və digər çap məmulatlarında dövlət atributlarının 

təbliğ olunmasını təmin etsin. 

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali 

məktəblərdə  və başqa tədris müəssisələrində dövlət atributlarının öyrənilməsi işini 

gücləndirmək məqsədilə ciddi tədbirlər görsün. 

Dövlət Radio və Televiziya Verilişləri  Şirkəti Azərbaycanın dövlət atributlarına həsr olunmuş 

silsilə verilişlər hazırlayıb təqdim etsin. 

Dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların və ictimai qurumlarının rəhbərləri 

dövlət atributlarına həsr edilən normativ aktlarda müəyyən edilmiş  tələblərə ciddi əməl 

olunmasına nəzarəti gücləndirsinlər. 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 



 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının 

Prezidenti 

 

 



Bakı şəhəri, 13 mart 1998-ci il 

№ 759 



Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə