İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

23 

 

Dövlət gerbində verilmiş  rəmzi elementlər milli və  bəşəri dəyərlərə  əsaslanır. Çoxguşəli, o 



cümlədən səkkizguşəli ulduz Azərbaycanın memarlıq, zərgərlik,  şəbəkə  sənətində geniş yayılmış 

ornament növlərindəndir. Böyük memar Əcəmi Naxçıvaninin yaratdığı mavzoleylərin, Bakı 

Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və ornamentlərində, Pirsaat çayı üstündəki 

Xanəgahın mayolika naxışlarında, zərgərlik bəzəklərində və s. səkkizguşəli ulduz motivlərinə tez-tez 

təsadüf olunur. 

Dünya


 

heraldika sənətində qalxan məmləkətin hərbi qüdrətini, xalqın qəhrəmanlıq  əzmini 

təmsil edir. 

Palıd yarpaqları  və sünbüllər  şöhrət çələngini, qüvvəti, bolluğu, məhsuldarlığı ifadə edən 

ənənəvi simvollardandır. 

Gerbimizin mərkəzin-

də şölə saçan alovun - «Allah» sözü-

nün mahiyyətini aşkarlamaq üçün 

M.Ə.Rəsulzadənin Milli 

Cümhuriyyət Parlamentinin 

ilk 

açılışında söylədiyi müdrik sözləri 



xatırlayaq: 

 

Azərbaycan bir atəş 



mənbəyidir. Vətənimiz hər zaman 

kəndi sinəsində bir atəşi-

müqəddəs bəsləmişdir. Bu atəş  əski 

zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi-

ümid və inam təşkil eyləmişdir... Qəvi bir atəş

Azərbaycan övladının sinələrinə düşən milyonlar ilə bürkü 

yağan bu atəş  əbədiyyən sönməz bir məşələ    təşkil  edib  də 

hürriyyət  və  istiqlalə doğru getdiyimiz 

maneəli yolları 

işıqlandırsın”.

1

 



 

 

Qeyd: Gerbin ortasındakı  qırmızı  rəngli məş‘əl – alov şöləsi sadə  və gözəl  şəkildə  ərəb 

əlifbası ilə yazılmış  bütün  aləmdə    əbədi,  əzəli var olan «Allah»

 – «

ﻪﻠﻟا

» – 


«ﷲا»

 

sözündən ibarətdir, ancaq bir sıra adamlar ərəb  əlifbasını bilmədiklərindən yanlış 



olaraq bunu yalnız alov – məş‘əl kimi qəbul edirlər – (müəlliflər). 

 

 



 

 

                                                 



1

 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (Stenoqrafik hesabatlar). I cild, Bakı, «Azərbaycan» nəşriyyatı, 1998, s. 36; 

Azərbaycan, 1919, 28 may

.

 



Azərbaycan Respublikası  

Dövlət gerbinin təsviri 


24 

 

 



 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 



DÖVLƏT  HİMNİ 

 

 



1918-ci il 28 may tarixdə Azərbaycanın istiqlaliyyəti elan olunduqdan sonra Azərbaycan Xalq 

Cümhuriyyətini beynəlxalq aləmdə  təmsil edən  Dövlət bayrağı   Dövlət gerbi ilə  bərabər  Dövlət 



himninin yaradılması və qəbul edilməsi də günün ən vacib tələblərinə çevrilmişdir. 

 

Himn” yunanca “təntənəli nəğmə” deməkdir və müxtəlif mərasimlər üçün nəzərdə tutulur. 



Siyasi təbliğatda mühüm vasitə olmaqla, müəyyən mütəşəkkillik və  səfərbərlik rolu da oynayır. 

Himnin ifa olunması  əsasən bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi 

paradlarla bağlıdır. Himn bir qayda olaraq, mətnin obrazlılığı, əhatəliyi, asan yadda qalan melodiyası, 

aydın, ahəngli ritm və əzəməti ilə fərqlənir. 

 

Məlumdur ki, dövlət himninin mətni və melodiyası xalqın bütün sosial təbəqələrinə asan 



anlaşılmalıdır. Himnin musiqisi asan qavranmalı və ölkənin vətəndaşları tərəfindən çətinlik çəkmədən 

sərbəst ifa olunmalıdır. Adətən dövlət himninin musiqisi təntənəli major ladında yazılır. 

 Azərbaycan Xalq Cümhuriyyəti dövründə dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyov tərəfindən 

iki marş yazılmışdır. Onların hər ikisi ilk dəfə 1966-cı ildə türk musiqişünası Etem Üngörükün 

Ankarada nəşr etdirdiyi “Türk marşları” kitabında çap olunmuşdur. Bu əsərlərin  əlyazmasını 

bəstəkarın qardaşı Ceyhunbəy Hacıbəyov vaxtilə Türkiyəyə çatdırmışdır. Bunlardan biri “Azərbaycan 



milli marşı” adlanır. Həmin  əsər 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi 

müsabiqədə birinci mükafata layiq görülmüşdür.

1

 Marşın musiqisi Üzeyir bəy Hacıbəyova məxsusdur 



ki, bunu təsdiqləyən sənəd, yəni müəllifin əlyazması onun adını daşıyan ev-muzeyində saxlanılır. 

 

İkinci marş - “Azərbaycan marşı” haqqında türk naşiri belə bir məlumat vermişdir: 



Azərbaycan istiqlalı qeyb etməzdən öncəki illərdə (yəni 28 aprel 1920-ci ilə  qədərki illər nəzərdə 

tutulur)  bu marş  hər səhər hərbi okullarda (məktəblərdə, hissələrdə)  dərs başlanmazdan  əvvəl 



oxunardı”.

2

 



 Aydın Əzimov tərəfindən böyük xor və orkestr üçün aranjeman edilmiş bu marş Azərbaycan 

Respublikasının  Dövlət himni kimi qəbul edilmişdir. Üzeyir bəy Hacıbəyovun ev-muzeyində 

saxlanılan sənədlərdən bəlli olur ki, bu marşın vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət 

himni olması ehtimalı  əsassızdır. Bunu əsərin musiqisi də  təsdiqləyir. Melodiya minor ladında 

yazılmış, ona təntənəli və eyni zamanda mürəkkəb musiqi dili xasdır. Himn ilə marş arasındakı janr 

müxtəlifliyini dərindən duyan, artıq o dövrdə geniş  şöhrət qazanmış “Leyli və  Məcnun” kimi dahi 

əsərin müəllifi görkəmli bəstəkar, “Azərbaycan marşında” məhz marş janrına məxsus ifadə və forma 

xüsusiyyətlərindən istifadə etmişdir. Əsərin musiqi intonasiyalarında bəstəkarın yaradıcılığına və fərdi 

üslubuna xas olan parlaq milli kolorit, ahəngdarlıq, nikbinlik və əsil xəlqilik ruhu üstünlük təşkil edir. 

 Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan 

Respublikası Dövlət himni haqqında Əsasnamə təsdiq edilmişdir. 

 Milli 


Məclisin 1992-ci il 27 may tarixli qərarı ilə musiqisi Üzeyir bəy Hacıbəyovun, mətni 

Əhməd Cavadın olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının  Dövlət himni kimi təsdiq 

edilmişdir. 

 Geniş ictimaiyyətin rəğbətini qazanmış indiki Dövlət himni haqqında Azərbaycan 

Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyev iftixarla demişdir: 

 

Böyük Üzeyir Hacıbəyov 1919-cu ildə, bu gün hər dəfə sevinclə dinlədiyimiz “İstiqlal 



marşını” – müstəqil Azərbaycan Respublikasının Dövlət Himnini yaratmışdır. Üzeyir Hacıbəyov o vaxt 

dərk edirdi, anlayırdı ki, bu xalqa lazımdır. Bu gün bu fürsətdən istifadə edərək demək istəyirəm ki, o 

                                                 

1

 Азербайджан, 1919, 14 ноября. 



2

 Üzeyir bəy Hacıbəyov ensiklopediyası. Bakı, 1996, səh. 21. 




25 

 

dövrün çətinliklərinə, Üzeyir Hacıbəyovun da nisbətən gənc olmasına baxmayaraq, o, çox gözəl, 



əzəmətli dövlət himni yaratmışdır”.

1

 



 

                                                 

1

 Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi 



// Azərbaycan, 1998, 28 may. 


26 

 

 



 

 

Azərbaycan Respublikasının Dövlət himni haqqında  

Əsasnamənin təsdiq edilməsi barədə 

 

AZƏRBAYCAN RESPUBLİKASININ  



QANUNU 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisi qərara alır: 

1. Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə (əlavə olunur) təsdiq edilsin. 

2. Azərbaycan SSR Ali Soveti Rəyasət Hey'ətinin 1984-cü il 12 sentyabr tarixli Fərmanı 

(Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, №17, maddə 152) ilə təsdiq edilmiş Azərbaycan 

Sovet Sosialist Respublikasının Dövlət himni haqqında Əsasnamə qüvvədən düşmüş sayılsın. 

3. Bu Qanun imzalandığı andan qüvvəyə minir. 

 

 



Azərbaycan Respublikası Prezidenti 

Əbülfəz Elçibəy. 

 

Bakı şəhəri, 2 mart 1993-cü il. 

№ 525. 

 

Azərbaycan Respublikasının Milli Məclisinin 



1993-cü il 2 mart tarixli qərarı ilə 

t ə s d i q   e d i l m i ş d i r .  

 

*     * 

*

 



27 

 

 



Azərbaycan Respublikasının 

Dövlət himni haqqında 

 

ƏSASNAMƏ 

 

1. Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və 

birliyinin müqəddəs rəmzidir. 

Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının 

vətənpərvərlik borcudur. 

2. Azərbaycan Respublikasının Dövlət himni aşağıdakı hallarda ifa olunur: 

a) dövlət bayramlarına həsr olunmuş  təntənəli yığıncaqların və iclasların açılışı  və bağlanışı 

zamanı; 


b) hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin  əvvəlində  və 

axırında; 

v) Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, 

Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və 

incəsənət xadimlərinin şərəfinə abidələrin və lövhələrin açılışı zamanı; 

q) dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər 

və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən; 

ğ) Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları 

qarşılanarkən və yola salınarkən – müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonra. 

3. 


 

Azərbaycan Respublikasının Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa 

vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər. 

Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur. 

4. Azərbaycan Respublikasının Dövlət himni “Azərbaycan Respublikasının Dövlət himni 

haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və 

musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır. 

5. Azərbaycan Respublikasının Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni 

ayaq üstə dinləməli və ya oxumalıdırlar. 

6. Hərbi hissələrdə, hərbi gəmilərdə, daxili işlər və milli təhlükəsizlik orqanlarında Azərbaycan 

Respublikasının Dövlət himninin ifa olunması, habelə himn ifa edilərkən hərbi qulluqçuların, daxili 

işlər və milli təhlükəsizlik orqanlarının sıravi və rəis heyətinə aid şəxslərin əsgəri rəsm-təzim etməsi 

hərbi nizamnamələrlə  və Azərbaycan Respublikasının müdafiə naziri, daxili işlər naziri və milli 

təhlükəsizlik naziri tərəfindən müəyyən edilən qaydalarla tənzimlənir. 

7. Azərbaycan Respublikasının Dövlət himninin musiqisi və  mətni  əlifba kitabının birinci 

səhifəsində dərc olunur. 

Ümumtəhsil məktəblərində, texniki-peşə, orta-ixtisas məktəblərində, ali məktəblərdə və başqa 

tədris müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının Dövlət himninin 

öyrənilməsinə və ifasına həsr edilir. 

8. Respublika və beynəlxalq idman yarışları keçirilərkən Azərbaycan Respublikasının Dövlət 

himninin ifa olunması qaydası respublika və beynəlxalq idman təşkilatlarının mövcud praktikası 

nəzərə alınmaqla müəyyən edilir. 

9. Respublika idarələri və təşkilatları xarici dövlətlərin ərazisində təntənəli tədbirlər keçirərkən 

Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müəyyən 

etdiyi qaydalara müvafiq surətdə, onların olduqları ölkənin praktikası  və yerli adətləri nəzərə 

alınmaqla ifa edilir. 

10. Azərbaycan Respublikasının Dövlət himninin daxili işlər və milli təhlükəsizlik 

orqanlarında, tədris müəssisələrində, idman yarışları zamanı, habelə Azərbaycan Respublikasının 




28 

 

idarələri və  təşkilatları  tərəfindən xarici dövlətlərin  ərazisində  tədbirlər keçirilərkən ifa olunması 



qaydaları bu Əsasnamənin tələbləri əsas götürülməklə müəyyən edilir. 

11. Bu Əsasnamənin dəqiq yerinə yetirilməsinə  nəzarət etmək dövlət orqanlarının, 

müəssisələrin, idarələrin, təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqlarının və 

digər ictimai qurumların rəhbərlərinə həvalə olunur. 

 

*        * 



*


29 

 

 



AZƏRBAYCAN  RESPUBLİKASININ 

DÖVLƏT  HİMNİ 

 

 



Musiqisi: Üzeyir Hacıbəyov 

Sözləri: Əhməd Cavad 

 

Azərbaycan! Azərbaycan! 



Ey qəhrəman övladın şanlı Vətəni! 

Səndən ötrü can verməyə cümlə hazırız! 

Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üçrəngli bayrağınla məsud yaşa! 

 

Minlərlə can qurban oldu! 



Sinən hərbə meydan oldu! 

Hüququndan keçən əsgər, 

Hərə bir qəhrəman oldu! 

 

Sən olasan gülüstan, 



Sənə hər an can qurban! 

Sənə min bir məhəbbət 

Sinəmdə tutmuş məkan! 

 

Namusunu hifz etməyə, 



Bayrağını yüksəltməyə 

Cümlə gənclər müştaqdır! 

Şanlı Vətən! Şanlı Vətən! 

Azərbaycan! Azərbaycan! 




30 

 

Azərbaycan Respublikası  



Dövlət himninin notu (faksimile) 

 

Aranjeman Aydın Əzimov 



 


31 

 

 




32 

 

 



 


33 

 

XX yüzilliyin sonu– XXI yüzilliyin əvvəlində milli dövlətçiliyimiz yenidən dirçəlmiş, müstəqil 



Azərbaycan Respublikası dünya dövlətləri arasında layiqli yer tutmuşdur. Müqəddəs bayrağımız, şanlı 

gerbimiz, milli himnimiz siyasi, ictimai və  mədəni həyatımızın bütün sahələrində geniş yayılmış, 

Konstitusiya qanununun tələblərinə uyğun olaraq respublikamızın bütün ərazisində  və beynəlxalq 

miqyasda bərqərar olmuşdur. 

 Dövlətçiliyimizdə mövcud olan varislik ənənələrinə sadiq olan prezidentimiz İlham  Əliyevin 

rəhbərliyi ilə milli istiqlaliyyətimiz kimi Vətənin dövlət rəmzləri də ürəkləri fərəhləndirir, arzu və 

əməllərimizi qanadlandırır. Bayrağımızın həyat nəfəsli rənglərində günəşli diyarımızın  əsrarəngiz 

gözəlliyi, gerbimizin şölə saçan simvolik naxışlarında, himnimizin əzəmətli və ahəngdar sədalarında 

xalqımızın istiqlaliyyəti, mübarizə və yaratmaq eşqi, qəlbimizin hərarəti əbədiləşmişdir.  

 

*     *  



 * 


34 

 

 



  

 

 



Azərbaycan Respublikası dövlət rəmzlərinin statusu 1995-ci il noyabrın 12-də ümumxalq 

referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da 

müəyyənləşdirilmişdir: 

 

 



 

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri    

  

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, 



Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir. 

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfqi zolaqdan ibarətdir. Yuxarı 

zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki 

üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzununa nisbəti 1:2-

dir. 

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin 



təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən 

edilir. 


 

 

Maddə 75. Dövlət rəmzlərinə hörmət 



 

Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bayrağına, gerbinə  və 

himninə hörmət etməlidir. 

 

Azərbaycan Respublikasının  



Konstitusiyası.  


35 

 

 



 

QOSUDARSTVENNIY  QİMN 

AZERBAYDJANSKOY  RESPUBLİKİ 

 

Muzıka Uzeira Qadjibekova 

Slova Axmeda Djavada 

Perevod  Siəvuşa Mamedzade

  

 



Azerbaydjan, Azerbaydjan! 

O, kolıbelğ svətaə slavnıx sınov! 

Net zemli miley Otçiznı, 

Net eё rodney 

Ot istoka naşey jizni 

Do skonçanğə dney! 

Pod znamenem svobodı verşi svoy putğ! 

 

Tısəçi nas, pavşix v boö, 



Zahihavşix zemlö svoö, 

V ças rokovoy vstanem stenoy, 

V neruşimom ratnom stroö! 

 

Pustğ üvetut sadı tvoi! 



Soziday, meçtay, tvori! 

Serdüe, polnoe löbvi, 

Posvətili mı tebe. 

 

Slavğsə, slavğsə qordoy sudğboy, 



Kray naş drevniy, kray naş svətoy! 

Kajdıy sın tvoy dvijim meçtoy 

Videtğ mirnıy svet nad toboy. 

O, svetlıy kray, zavetnıy kray, 

Azerbaydjan, Azerbaydjan! 

 

 




36 

 

 



 

THE ANTHEM OF THE  

AZERBAIJAN REPUBLIC 

 

Muzic: Uzeir Hajibeyov 



Text: Ahmed Javad 

Translate: ?? 

 

Azerbaijan, Azerbaijan! 



The heroic patriots glorious land! 

To die for you we are glad and we are ready. 

If there iz need to shed blood, we are too ready. 

With three-coloured banner live happily! 

 

Sacrifices too many done. 



Every soldier to fronts done. 

When your chest was field of battle. 

Come back as a heroic son. 

 

Let me see you flourish! 



Let your enemies perish! 

I love you, my dear land 

Be mighter, we do wish 

To safeguard your sacred land 

 

To hold high your honoured land, 



All the youngsters are too glad! 

Glorious land! Glorious land! 

Azerbaijan, Azerbaijan! 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İqrar Həbib oğlu Əliyev, 

Elmar Əli oğlu Məhərrəmov 

 

Azərbaycan Respublikasının Dövlət rəmzləri 

Yenidən işlənilmiş nəşri  

Bakı, Nurlan, 2008 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Kompüter yığımı: Ruqiyyə Talıbova 



Kompüter dizaynı: Elnur Məhərrəmli 

 

Yığılmağa verilmişdir: - 11 avqust 2007-ci ildə 



Çapa imzalanmışdır:    - 21 iyun 2008-ci ildə 

Sifariş: №098 

Formatı: 60/84 

1

/



16

. Həcmi: 3,5 ç.v. Tirajı 500 nüsxə 

 

Kitab «Nurlan» nəşriyyat-poliqrafiya müəssisəsində  



hazır diapozitivlərdən çap edilmişdir. 

Müəssisənin direktoru N.B.Məmmədli

Tel. 497-16-32; 427-44-61; 050-311-41-89. 

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev küç., 8-ci döngə, ev 4 




 

 

 



 

Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə