İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

 

 



 

 

Azərbaycan Respublikası Dövlət bayrağının  

istifadəsi qaydaları haqqında 

Azərbaycan Respublikasının  

 

QANUNU 

 

 



Maddə 1. Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr. 

1.1. Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan 

əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə 

yanaşmalıdırlar. 

1.2. Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət 

bayrağı barədə  təhqiredici hərəkətlərin qarşısının alınması  məqsədilə beynəlxalq hüquq normalarına 

uyğun olaraq tədbirlər görür. 

1.3. Azərbaycan Respublikası  əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının 

mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət 

bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür. 

 

 

Maddə 2. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı olduğu yerlər. 



2.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Prezident sarayının 

və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan 

Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq  Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, 

Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Milli Bankının, Azərbaycan 

Respublikası  Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, 

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası  mərkəzi icra 

hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının 

insan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır. 

2.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının diplomatik 

nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının dip-

lomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq 

normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır. 

2.3. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi 

Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata 

alınmış gəmilərin üzərində qaldırılır. 

2.4. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-

buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır. 

2.5. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 

və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:  

2.5.1. Azərbaycan Respublikasının bayram günlərində; 

2.5.2. hərbi andiçmə mərasimində; 

2.5.3. hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə; 

2.5.4. hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin  ərazisində  (ərazi sularında) 

olduqda. 




 

2.6. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və 



başqa silahlı birləşmələrinin hərbi hissələrində onların qərargahlarının binalarında, hərbi gəmilərində 

isə Hərbi Dəniz Qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır. 

2.7. Xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında 

üzərkən və ya Azərbaycan Respublikasının limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq 

dəniz adətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını da qaldırmalıdır. 

 

 

Maddə 3. Azərbaycan Respublikası Dövlət bayrağının yerləşdirilməli olduğu yerlər. 

3.1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Milli Məclisinin iclas 

salonunda, Azərbaycan Respublikası prezidentinin iş otağında, habelə Azərbaycan Respublikası 

prezidentinin iştirakı ilə  rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan salonlarda və otaqlarda, 

Azərbaycan Respublikası  məhkəmələrinin iclas salonunda, Azərbaycan Respublikası Milli Məclisi 

sədrinin, Azərbaycan Respublikası baş nazirinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 

sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq  Şurası  sədrinin, 

Azərbaycan Respublikası baş prokurorunun, mərkəzi icra hakimiyyəti orqanları  rəhbərlərinin, Azər-

baycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının, Azərbaycan 

Respublikası Milli Bankı idarə heyəti sədrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası 

sədrinin, Azərbaycan Respublikası Hesablama Palatası  sədrinin, Azərbaycan Respublikası insan 

hüquqları üzrə müvəkkilinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, Naxçıvan Muxtar 

Respublikası baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin, Naxçıvan Muxtar 

Respublikasının mərkəzi icra hakimiyyəti orqanları  rəhbərlərinin, Azərbaycan Respublikasının 

diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iş otaqlarında daimi yerləşdirilir.  

3.2. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası prezidentinin, dövlət 

nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin 

və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir. 

3.3. Azərbaycan Respublikasının Dövlət bayrağı qanunvericiliklə müəyyənləşdirilmiş hallarda və 

qaydada andiçmə mərasimi keçirilən yerlərdə yerləşdirilir. 



 

 

Maddə 4. Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin istifadəsi. 

4.1. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri beynəlxalq uçuşları  həyata keçirən 

Azərbaycan Respublikası mülki hava gəmilərinin və Azərbaycan Respublikasının hüdudlarından 

kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur.  

4.2.Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Dövlət Sərhəd 

Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur. 

4.3. Azərbaycan Respublikası Dövlət bayrağının təsviri Azərbaycan Respublikasının dövlət 

mükafatlarının, habelə qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi 

istifadə edilir. 

Maddə 5. Azərbaycan Respublikası Dövlət bayrağının digər yerlərdə istifadəsi. 

Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət 

təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər.  

5.2. Azərbaycan Respublikasının Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət 

təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) 

və ya yerləşdirilə bilər.  

5.3. Dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı 

qaldırılır (asılır) və ya yerləşdirilir. 

 

 

Maddə 6. Azərbaycan Respublikası Dövlət bayrağının rəsmi tədbirlər zamanı istifadəsi.  




Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə