İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə5/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

12 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT BAYRAĞI 

 

 Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici  əlamətidir və onun təsviri, adətən konstitusiyada 



qanunvericilik yolu ilə təsbit edilir. O bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən emblemli 

qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus olduğu dövlətin suverenliyinin rəmzidir. 

 

 

 

Azərbaycan Cümhuriyyətinin 1918-ci 

ilin iyununda 

qəbul etdiyi birinci bayrağın rəngli 

təsviri 

 

Məlum olduğu kimi 



Azərbaycan Xalq Cümhuriyyəti 

hökuməti Tiflisdən Gəncəyə 

köçdükdən sonra bir müddət Milli 

Şuranın qanunvericilik səlahiyyətlərini 

də icra etməli olmuşdur. Onun həyata 

keçirdiyi ilk mühüm tədbirlərdən biri də hələ Gəncədə olduğu zaman 1918-ci il iyunun 21-də

1

 (bəzi 


məlumatlara görə 24 və ya 27-də) Osmanlı Türkiyəsinin bayrağından cüzi fərqlənən, üzərində  ağ 

rəngli aypara və səkkizguşəli ulduz təsvirləri olan qırmızı rəngli Dövlət bayrağı haqqında qərar qəbul 

etməsidir. Bayrağın qırmızı  rəngi qərb demokratiyasına, Avropa hürriyyətinə etimad əlamətini 

bildirirdi. 

Məlum olduğu kimi, “Aypara” vaxtilə Bizans imperiyasının rəmzi olmuşdur. 

Güman edildiyinə görə 1453-cü il mayın 29-da qədimdə yunanların Vizanti adlanan koloniyası 

yerində salınmış Konstantinopol (indiki İstanbul) şəhəri Osmanlı sultanı II Mehmed Fateh tərəfindən 

fəth edildikdən sonra aypara simvolu tədricən Osmanlıların rəmzinə çevrilir. Eyni proses sultan I 

Səlim Yavuz tərəfindən XVI əsrdə Suriya, Fələstin və Misirin fəthi və onun xəlifə elan edilməsi ilə 

əlaqədar da baş vermişdir. Osmanlı türkləri bütün dünyada islamın təmsilçisinə çevrilmiş və İstanbul 

xəlifənin oturduğu şəhər olduğundan aypara da bütün müsəlman aləmində tədricən qəbul olunmuş və 

həmrəylik, hürriyyət, yardım rəmzinə çevrilmişdir.

2

 

 



Səkkizguşəli ulduzun mənaları haqqında müxtəlif rəylər mövcuddur. 

 Bayrağın təsdiq edildiyi gün Baş Nazir Fətəli xan Xoyski çıxış edərək bildirmişdir ki, ulduzun 



guşələrinin sayı dövlətin əski əlifba ilə yazılmış adında oxunan hərflərin sayına bərabərdir. Eyni fikri 

görkəmli  şairimiz Cəfər Cabbarlı da üçrəngli bayrağa həsr etdiyi “Azərbaycan bayrağı”

3

 adlı 


şeirlərindən birində söyləmişdir:

 

Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım, 



Şu sevimli üç boyalı, üç mənalı bayrağı 

Mələklərin qanadımı üzərimə kölgə salan? 

Nə imiş bu, aman Allah?! Od yurdunun yaprağı! 

Göy yapraqlı, al çiçəkli, yaşıl otlar topasımı? 

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır. 

Fəqət bizim bayrağımız ucaları pək seviyor 

                                                 

1

 Bax: Azərbaycan  Respublikası  Mərkəzi Dövlət Arxivi, fond 2898, siyahı 1, iş 1, vərəq 3; Айдын  Балаев.  Азербайджанское 



национально-демократическое  движение 1917-1920 гг.  Баку, 1990, с. 33; Н.Агамалиева,  Р.Худиев.  Азербайджанская 

Республика. Страницы политической истории. 1918-1920 гг. Баку, 1994, с.

 22.

 

2



 Bax: Еремеев Д.Э. Этногенез турок. М., 1971, с. 156 və s.  

3

 Bax: Cəfər Cabbarlı. Ədirnə fəthi.  Bakı, 1996, s. 151-152. 




13 

 

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor. 



Kölgəsində ay əyilib bir gözəli qucmada. 

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada, 

Şu görünüş bir ananın şəfqətinə oxşayır. 

Düşündükcə zövqlərimi, vicdanımı oxşayır. 

Bu ay, yıldız, boyaların qurultayı nə demək? 

Bizcə boylə  sevilmək! 

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı, 

Bir türk oğlu olmalı! 

Yaşıl boya islamlığın sarsılmayan imanı, 

Ürəklərə dolmalı! 

Şu al boya azadlığın, təcəddüdün fərmanı, 

Mədəniyyət bulmalı. 

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU 

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, 

Səhərlərə uçmuşdur 

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı, 

Yurdumuzu qucmuşdur! 

Allah, əməllərim edib şu bayrağı intiqal, 

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin, 

O gün olsun bir göy bayraq Turan üstə açılsın. 

 

Məlum olduğu kimi, xalqımızın  əvvəllər istifadə etdiyi ərəb  əlifbasının özünəməxsus 



xüsusiyyətləri vardır. Məsələn,  «be» – «ب» və «cim» – «ج» hərflərinin adlarında səslənən sait səs incə 

olduğundan, burada həmin hərflərdən sonra, bizim deyilişinə adət etdiyimiz qalın «a» – «ا» səsi 

tələffüz edilmir. Eyni zamanda, ərəb əlifbasına görə sözdə iki uzun sait səs gələrsə, birinci uzun sait, 

indiki halda «b» – «ب»dən sonra gələn «a» – «ا» səsi itir. Bundan əlavə,  ərəb  əlifbasında yazılmış 

sözdə sükun – «

º

»dan əvvəl gələn sait də itir. Ona görə də  «Azərbaycan» – 

«

نﺎﺠﻳﺎﺑرزﺁ

»

 sözündə «b» – 



«ب»dən sonrakı «a» – «ا» səsi itir. Ərəblərin özləri isə «Azərbaycan» – 

«

نﺎﺠﻳﺎﺑرزﺁ

»

 sözünü bizim 



öyrəndiyimizdən fərqli yazırlar: onlar bu sözü «Azərbeycan» - 

«

نﺎﺠﻴﺑرزﺁ

»

,  əksər hallarda isə 



«Əzərbeycan» – «ُنَﺎﺠْﻴَﺑْرَزَأ» şəklində yazırlar. Göründüyü kimi, hər iki halda hərflərin sayı səkkizə, yəni 

ulduzun guşələrinin sayına bərabərdir və ərəb əlifbasını bilməyənlər də bunu asanlıqla müəyyənləşdirə 

bilərlər. Eyni sözləri «Od  yurdu» – «ﻮﺪﺮوﻳ    ﺪﻮا» kəlmələri haqqında da söyləmək olar. Burada da 

hərflərin sayı səkkizə, yəni yuxarıdakı şeirdə göstərildiyi kimi, guşələrin sayına bərabərdir.     

Ulduzdakı guşələrin sayını dini fikirlərlə, cənnətin səkkiz qapısı olması fikri ilə bağlayanlar da 

var. Bunu, qədim türklərdə olmuş küləyə davamlı səkkizguşəli yurtlarla (alaçıqlarla) əlaqələndirənlər 

də az deyil. 

 

Göründüyü kimi, bayraq Osmanlı Türkiyəsinin Dövlət bayrağı formasında olmuş, eyni 



simvollar miqyas fərqi ilə təkrar olunmuşdur. 

 Türkiyə ilə Antanta dövlətləri arasında Birinci Dünya müharibəsinin sonuna yaxın – 1918-ci il 

oktyabrın 30-da imzalanan Mudros (Mondros) müqaviləsinə  əsasən türk qoşunları Azərbaycanı  tərk 

etməli və müttəfiq qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı idilər. 

 Azərbaycan  ərazisi üzərində  səlahiyyət mandatı almış ingilislər isə ilk bəyanatlarında 

Azərbaycan hökumətini tanımadıqlarını bildirmiş və bu hökuməti Türkiyənin intriqasından yaranmış 

bir qurum kimi qiymətləndirmişlər. Bu bəhanələrin qarşısını almaq və milli hökumətin tanınmasına 

nail olmaq üçün Dövlət bayrağının dəyişdirilməsi qərara alındı. 1918-ci il noyabrın 9-da Bakı 

şəhərində Fətəli xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi və burada onun milli 

bayraq haqqında məruzəsi dinlənildi. Həmin iclasda milli Dövlət bayrağının dəyişdirilməsi haqqında 

aşağıdakı qərar qəbul edildi: 



Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə