İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

10 

 

 



 

ÖN SÖZ  

 

 1917-ci 



il 

fevralın 27-də Rusiyada çar mütləqiyyətinin devrilməsi və oktyabr çevrilişindən 

sonra, başqa xalqlarda olduğu kimi, azərbaycanlılar arasında da milli özünüdərketmə ənənələri xeyli 

güclənmiş, milli mənlik  şüuru artıb öz müqəddəratını müstəqil həlletmə  səviyyəsinə çatmışdı. 

Azərbaycan dövlətçiliyi ənənələrinin yenidən bərpa olunması yolunda qəti mövqe seçilmiş və nəhayət, 

Zaqafqaziya seymi dağıldıqdan sonra 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası özünün ilk tarixi 



iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını  və Azərbaycan dövlətinin müstəqilliyini 

rəsmən elan etmişdi

 

Bu mühüm inqilabi prosesin mahiyyətini şərh edərək Azərbaycan Respublikasının Prezidenti, 



ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş 

təntənəli mərasimdə demişdir: 

 

Azərbaycan Xalq Cümhüriyyəti az bir müddət yaşayıbdır. Ancaq o XX əsrdə Azərbaycan 



xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, suverenliyinin 

təməlini qoyubdur”.

1

 



 Yaxın  Şərqdə, bütün islam aləmində  və türk xalqları arasında ilk dəfə  ən qabaqcıl bəşəri və 

mədəni  əsaslara istinad edən müstəqil demokratik dövlətin qurulması xalqımızın milli azadlıq, milli 

qurtuluş naminə apardığı mübarizəsinin misilsiz qələbəsi hesab olunur. 

 Azərbaycan Xalq Cümhuriyyəti qədim Odlar Diyarında milli hüquqi dövlətçiliyimizin əsasını 

qoymuşdur. Qısa bir müddət  ərzində yeni Azərbaycan hökuməti tərəfindən ali dövlət orqanları 

yaradılmış, türk dili rəsmi dövlət dili elan edilmiş, siyasi, iqtisadi, hərbi və  mədəni quruculuq 

sahələrində bir sıra sosial islahatlar həyata keçirilmişdir. O zaman hakimiyyətin əsasını vətəndaşların 

şəxsi azadlığı, əmək,  söz,  vicdan azadlığı, yığıncaq və siyasi cəmiyyətlər qurmaq azadlığı və s. təşkil 

edirdi. 

 

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif, mədəniyyət və 



incəsənətin inkişafı üçün bir sıra  əməli tədbirlər görülmüşdür. Dini etiqadlara müstəqillik verilmiş, 

ümumi və icbari təhsil haqqında qanun qəbul olunmuşdur.  1918-1920-ci  illərdə  Bakıda  Azərbaycan  

Dövlət teatrı  fəaliyyətə başlamış, sabiq Mayılov teatrının binası  həmin teatrın sərəncamına verilmiş, 

Bakı Dövlət Universiteti, Dövlət konservatoriyası, Dövlət kitabxanası, Dövlət mətbəəsi, “İstiqlal” 

muzeyi, Maarif nazirliyi nəzdində arxeoloji şöbə və digər mədəniyyət ocaqları təşkil olunmuş, Bakıda, 

Şəkidə və Qazaxda müəllimlər seminariyaları açılmış, milli ziyalı kadrların, ali təhsilli mütəxəssislərin 

hazırlanılmasına başlanılmış, onların mütərəqqi dünya sivilizasiyasına qovuşması  məqsədilə 100-ə 

qədər tələbə  Qərbi Avropa ölkələrinin ali məktəblərinə dövlət hesabına oxumağa göndərilmişdir. 

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi proqramında milli dövlətçiliyin atributları olan 

milli bayrağın, gerbin  himnin yaradılmasına xüsusi əhəmiyyət verilmişdir. 

 M.Ə.Rəsulzadənin göstərdiyi kimi “Milli kültür əsasına dayanması  və milli demokratik türk 



dövlətçiliyi təməli üzərinə qurulması etibarilə, Azərbaycan ilk türk dövləti və ilk müsəlman 

Cümhuriyyəti idi”.

2

 



 

Hələ  qədim zamanlardan başlayaraq bütün nüfuzlu dövlətlərin özünəməxsus fərqləndirici 

əlamətləri – simvol və  rəmzləri olmuşdur. Bunlar müxtəlif emblem, bayraq, gerb, medal və s.-dən 

ibarət olur. Azərbaycanın dövlətçiliyi təsdiq olunan kimi onun yaradıcıları dövlətin milli əlamətlərini 

əks etdirəcək özünəməxsus rəmzlərinin təxirə salınmadan yaradılması  tədbirlərinə  əl atmışlar. Bu 

tədbirlər sırasında ilk növbədə gözəl təsvirli və çoxmənalı bayrağın qəbul edilməsini xüsusilə qeyd 

etmək lazımdır. Dövlətin mühüm atributlarından sayılan himnin və gerbin layihələri də hazırlanmış, 

lakin rus işğalçılarının ölkəyə müdaxiləsi üzündən təsdiq edilməsinə imkan olmamışdır. Azərbaycan 

Xalq Cümhuriyyətinin möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmışdır. Arxivlərdə 

                                                 

1

 

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyevin nitqi // Azərbaycan, 1998, 28 may. 



2

 M.Ə.Rəsulzadənin bəyanatından // Azərbaycan, 1919, 28 may. 




11 

 

təxminən yüzədək müxtəlif medal eskizləri qorunub saxlanılır. Təəssüflər olsun ki, həmin sözləri 



bayraq, gerb və himn haqqında söyləmək mümkün deyil. Bu barədəki sənədlər sovet hakimiyyəti 

illərində  məhv edildiyindən onların haqqındakı cüzi məlumatlar müxtəlif dolayı  mənbələrdən  əldə 

edilir. 

 

Məlumdur ki, bayraq, gerb, himn kimi atributlar milli dövlətçiliyin istiqlaliyyətini, varlığını, 



xalqın ən ali amallarını lakonik, obrazlı, bədii dildə ifadə edən mühüm amillərdəndir. Hər bir ölkənin 

dünya dövlətləri sistemində mövqeyi, onun tarixi və milli dəyərləri, dövlətçilik  ənənələri onun 

heraldika və rəmzlərində öz əksini tapır. 

 Keçmişdə bizim maddi, mənəvi və  bədii mədəniyyətimizin zənginliyini, rəngarəngliyini ifadə 

edən heraldika və  rəmzlər sistemi mövcud olmuşdur. Məsələn, folklor və  ədəbiyyatda, arxeoloji, 

etnoqrafik, dekorativ və təsviri sənət abidələrində at, maral, qurd, şir, əjdaha, qartal, simurq, tovuz və s. 

bu kimi heyvan və quşların, sərv, palıd, nar, lalə, nərgiz, qızılgül və s. kimi ağac və çiçəklərin təsvirləri, 

həndəsi və nəbati naxışlarda həkk olunmuş obrazları simvolik məna kəsb etmiş, milli təfəkkürü, xalqın 

bədii zövqünü, estetik və əxlaqi təsəvvürlərini əks etdirən rəmzi mahiyyət daşımışdır. Təsadüfi deyildir 

ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixi, azadlıq və istiqlaliyyət naminə mübarizəsi, milli dövlətçilik 

meylləri, gözəllik anlayışları  qədim mifoloji təsəvvürlərdə, folklor qaynaqlarında, feodalizm dövrü 

dövlət qurumlarının bayraq, nişan, emblem və digər rəmzlərində ifadə olunmuşdur.  

 Tarixi 

mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan 

ərazisində yerləşən dövlətlərin müxtəlif rəmzləri, həndəsi və  nəbati ornamentlərdən, quş  və heyvan 

təsvirlərindən ibarət nişan və emblemləri,  ərəb hərfləri ilə yazılmış  xəttatlıq nişanələri – “tuğra”ları 

olmuşdur. Məsələn, görkəmli dövlət xadimi, sərkərdə və istedadlı şair Şah İsmayıl Xətainin yaratdığı 

qüdrətli Azərbaycan Səfəvilər dövlətinin 12 qırmızı zolaqlı baş geyimi rəsmi fərqlənmə nişanı kimi 

qəbul olunmuşdur. Bununla yanaşı, “Qırmızı taclı” “qızılbaş şahı”nın özünəməxsus gerbi də olmuş – 

“Simurq quşu ilə  əjdahanın döyüşünü” təsvir edən “tuğra”sı dövlətin rəsmi rəmzi, bir növ emblemi 

mahiyyətini daşımışdır. 

 Hökmdarlara 

məxsus belə  rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət 

qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. 

 XIX 

əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, 



Dərbənd,  İrəvan və digər Azərbaycan  şəhərlərinin gerbləri təsdiq olunmuş  və bunlar maddi 

mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar. 

 Bakıda  İçərişəhərin qala divarlarında,  Şamaxı darvazası üzərində daş lövhədə  həkk olunmuş 

buğa kəlləsi ilə qoşa  şirlərin təsviri də  Şirvanşahlar dövlətinin qüdrətinə  işarə edən monumental 

emblemdir. 

Bir sıra sənədlərin  əldə edilməsinə yardım göstərdiyinə görə sabiq millət vəkili Tofiq 

Hüseynova öz minnətdarlığımızı bildiririk. 



Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə