Mövzu. ƏTraf müHİTİn dəYİŞDİRİLMƏSİ VƏ qender problemləRİ haqqinda müASİr elmi TƏSƏVVÜRLƏR



Yüklə 132,91 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü132,91 Kb.
#2549


 

 

MÖVZU.  ƏTRAF MÜHİTİN DƏYİŞDİRİLMƏSİ  VƏ QENDER PROBLEMLƏRİ HAQQINDA 



MÜASİR ELMİ TƏSƏVVÜRLƏR 

 



 

Ətraf mühit və qender 

 



Ekofeminizmdə əsas konsepsiyalar və istiqamətlər 

 



Azərbaycanda aparılan ekoloji tədqiqatlarda qender həssaslığı 

 

Ətraf mühit və qender 

Keçən  əsrin 70-ci illərində elmi ictimaiyyət tərəfindən qadın və kişi keyfiyyətlərinin təsvirində 

“qender” anlayışı lüğətlərə daxil oldu. Bu yolla bioloji cins tərifi ilə yanaşı sosial cinsin də məzmununun 

öyrənilməsi üçün müəyyən imkanlar əldə edildi. Qender və cins – müxtəlif anlayışlardır. Cins və qender 

arasındakı  fərqlər ona görə müəyyən edilmişdir ki, kişilərin və qadınların cəmiyyətdə tutduğu yer, 

onların davranışında sosial və  mədəni amillərin rolu, zaman keçdikcə, cinsi funksional dəyişikliklər 

istisna olunmaqla, inkişafını izləmək mümkün olsun. 

Enn Oakley tərəfindən işlənib hazırlanmış cins və qender arasında konseptual (əsaslı) fərq qeyd 

edilən ideyaların təhlilində çox faydalı analitik vasitə olaraq öz universallığı ilə  seçilir.  Buna  müvafiq 

olaraq, cins bioloji xüsusiyyətləri təsdiq edirsə, qender, istənilən cəmiyyətdə qadın və kişilərin 

mövqeyini sosial və fizioloji cəhətdən təsvir etməklə yanaşı, həm də tarixi və  mədəni səpgidə 

müəyyənləşdirir.  

Bioloji və fiziki quruluş (xromosomlar, daxili və xarici cinsi orqanlar, hormonal struktur, ikinci 

dərəcəli cinsi əlamətlər) qadın və kişi cinslərini müəyyən etmək üçün təbii  əsasdır. Lakin qenderi 

müəyyən etmək üçün, ilk növbədə, kişi və qadın keyfiyyətlərinin və rollarının mədəni və sosial cəhətdən 

qavranılmasını (qiymətləndirilməsini) nəzərə almaq lazımdır, ilk növbədə söhbət ailə  və  cəmiyyətdə 

gedən tərbiyə prosesindən gedir – oğlan, qız, kişi, qadın olmaq sənəti məhz bu yolla anlaşılır. Qender – 

dinamik, daim inkişafda olan konsepsiyadır. Qender stereotipləri mədəniyyət növündən, bir mədəniyyət 

daxilində sosial qrupların inkişaf səviyyələrindən asılıdır. Bizi əhatə edən təbii şəraitin qavranılması da 

qender baxımından mümkündür. İnsanlar bioloji cəhətdən kişi və ya qadın cinsinə mənsub olur, onların 

həyat fəaliyyəti təbii mühitlə  təmasda keçir. Müasir ekoloji tədqiqatlarda kişi və qadınların sosial 

problemləri, cəmiyyətin müxtəlif fəaliyyət sahəsində onların inkişaf xüsusiyyətləri getdikcə daha çox 

öyrənilir. Bu problemlərin öyrənilməsi istiqamətləri, qender rollarının inkişafında qadın və kişilərin 

yerinin anlanması dərəcəsi ilə bağlıdır. Mövcud qender asimmetriyası şəraitində bu prosesin sabitliyini 

təmin etmək mümkün deyil, qender stereotipləri qadınların və kişilərin  əsas hüquqlarının mahiyyətini 

də aşkarlayır, onları özündə inkişaf etdirir. Bu hüquqlar sırasında ən vacibi ekoloji cəhətdən sağlam təbii 

mühitdə yaşamaq hüququdur. 

Ölkəmizdə  qəbul olunmuş ekoloji qanunvericilik, ətraf mühitin mühafizəsi üzrə ictimai 

münasibətləri tənzimləyən hüququ prinsiplər və normalar üzərində qurulmuşdur. Burada təsərrüfat və 

digər fəaliyyət dairəsi prosesində  ətraf mühitin zərərli təsirdən mühafizə edilməsi, fiziki və hüquqi 

şəxslərin ekoloji hüquqlarının və qanuni maraqlarının təsbit edilməsi, ekoloji təhlükəsizliyin təmin 

edilməsi kimi məsələlər öz əksini tapmışdır.  

Ekoloji təhlükəsizlik,  şəxsiyyət, cəmiyyət, dövlətin həyati maraqlarının,  ətraf təbii mühitin, 

antropogen və  təbii təsiri nəticəsində yaranan təhlükələrdən mühafizə olunması  vəziyyətinə deyilir. 

Ekoloji təhlükəsizlik şəraitində təbii mühitə və əhalinin sağlamlığına zərər vurulma təhlükəsi olmur. 

Respublikamızda ekoloji fəaliyyətin qanunverici əsasını  təmin edən bir sıra aktlar qəbul 

edilmişdir. Onlar sırasında ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik, atmosfer havasının qorunması 

haqqında qanunları, Su, Torpaq, Meşə Kodekslərini və s. qeyd etmək lazımdır. Xüsusi olaraq ətraf 

mühitin qorunması üzrə  qərarların qəbul olunmasında  əhalinin iştirakı haqqında qanunu qeyd etmək 

lazımdır. Bu qanun respublikada yaşayan kişiləri və qadınları eyni hüquqlarla təmin edir. 

Təbiət xammal və enerjisini səxavətlə bizə  bəxş edir, onun sərvətlərini istifadə edən cəmiyyət, 

məhz bu zəmində öz maddi həyatını, iqtisadi inkişafını qurur. İnsan fəaliyyətində  təbiət xammal 

mənbəyi kimi çıxış edir: xammal isə maddi istehsalın əsasını, ətraf mühiti təşkil edir. 

İstehsalın sürətlə inkişafı insanı  əhatə edən təbii mühitin bir çox xüsusiyyətlərini  əsaslı  şəkildə 

pozur.  İqtisadiyyatın inkişafı  əsas ekoloji problem sayılan həyat  şəraitinin optimal nisbətinin 

saxlanılmasına çox vaxt zidd gəlir. Burada böyük bir ziddiyyətin – iqtisadiyyatın inkişafı ilə    əlverişli 



 

 

ekoloji  şəraiti bir araya gətirmək məsələsinin həlli var. Təbiətin və  cəmiyyətin qarşılıqlı  fəaliyyəti 



mürəkkəb və ziddiyyətli xarakter daşıyır.  Ətraf mühitə  cəmiyyətin təsiri artdıqca, təbii geosistemlərdə 

bu təsir nəticəsində dəyişikliklər də artır. Bu zaman əks əlaqə adlanan mövhumun əhəmiyyəti də artır – 

təbiət dəyişdikcə bu dəyişikliklərin insanın özünə də təsiri artır.  

Belə bir təsəvvür geniş yayılmışdır ki, təbiətin mühafizəsi ekoloji mahiyyət kəsb edir, bunun da 

nəzəri  əsaslarının işlənib hazırlanması  vəzifəsi ekologiyanın üzərinə düşür. Ekoloji problemlərin 

obyektiv konsepsiyası iqtisadi və sosial inkişafın bir sıra ziddiyyətlərini özündə  əks etdirir. Bu 

konsepsiyaya müraciət edən təbii elmlər sahəsində çalışan mütəxəssislər, mühəndis – texniki ixtisasların 

nümayəndələri belə bir qərara gəlirlər ki, müasir insanın fəaliyyəti iki mühitdə keçir. Birinci mühit 

bitkilər, heyvanlar, torpaq, atmosfer, suyun təbii aləmidir. Bu aləm insandan milyard illər  əvvəl 

yaranmışdır.  İkinci mühit – insanın özü tərəfindən yaradılmış aləmdir:  şəhər aqlomerasiyaları, sənaye 

zonaları, inkişaf etmiş infrastruktur, müxtəlif sosial institutlar və müasir sivilizasiyanın digər atributları 

buraya daxildir. 

İnsanın təbiətə  təsiri, bu təsirin məqsədləri və konkret nəticələrindən asılı olmayaraq, çox vaxt 

ekoloji vəzifələrlə izah olunur. İndiyə  qədər insanın təbiətə  təsiri ayrı - ayrı  təbii komplekslərin 

vəziyyətinin dəyişməsinə gətirib çıxarırdı. İndi isə insan fəaliyyəti geosistemin ən sabit və ali pilləsi olan 

coğrafi təbəqədə dəyişikliklərlə müşayiət olunur. Yer kürəsində elə bir guşə qalmamışdır ki, burada bu 

və ya digər dərəcədə insanın mənfi təsiri mövjud olmasın. Amazon çayı sahillərində  ən keçilməz 

meşələrdə, planetimizin digər yerlərində radioaktiv yağıntılar müşahidə olunur, iqlimin antropik 

dəyişilməsi baş verir. Joğrafi təbəqənin getdikcə daha böyük hissəsi təbiət və  cəmiyyətin qarşılıqlı 

fəaliyyəti dairəsinə daxil olur, coğrafi mühitə çevrilir. İnsan cəmiyyətinin fəaliyyəti coğrafi mühitə 

getdikcə daha artıq təsir göstərdiyi üçün bu prosesin optimallaşdırması  zərurəti meydana gəlir. 

Aydındır ki, təbiətin mühafizəsi dedikdə, bütün təbii ehtiyatların səmərəli istifadə olunmasını  təmin 

edən tədbirlər sistemi, bərpa oluna biləcək ehtiyatların geniş təkrar istehsalı, insan həyatı üçün əlverişli 

şəraitin yaradılması kimi məsələlər nəzərdə tutulur. Başqa sözlə, müasir ekologiya elmi, insan cəmiyyəti 

və bizi əhatə edən təbii mühitin qarşılıqlı münasibətlərin optimallaşdırılmasına köməklik göstərməlidir. 

Son illər “ətraf mühitin qorunub saxlanılması” ifadəsi tez – tez səslənir. Təbii  şəraitdə tarazlıq 

problemlərinin öyrənilməsi zamanı  həm təbii, həm də sosial şərait eyni zamanda əhəmiyyətlidir. 

Məsələn, amerikalı alimlər ABŞ  şəhərlərində  ətraf mühitin vəziyyəti xəritələrini yaratmışlar; rayonlar 

üzrə bölünən həmin xəritədə havanın çirklənməsi,  əhalinin sağlamlıq (o cümlədən reproduktiv) 

göstəricilərinin xarakteristikası vardır. 

XX-ci  əsrin sonunda BMT dünya cəmiyyətinin inkişafına dair yeni konsensusu (ümumi razılıq) 

üçün  əsas yaratmışdı. Mərhələ-mərhələ XXI əsrin inkişafına dair Qlobal Gündəlik yaradılır. Burada 

insan cəmiyyətinin gələcək strategiyası müəyyən edilir. Əsas məqsədlərə nail olunmanın ahəngdar 

forması – ətraf mühitin yüksək keyfiyyəti və dünyanın bütün xalqlarının sağlam iqtisadiyyatıdır. XXI 

əsrin Gündəliyi, müasir dövrün qlobal problemlərinin həllində ümumi proqrama, gələcək dövrdə 

toqquşa biləcək məsələlərin isə  həllinə çevrilə bilər. O, davamlı inkişaf baxımından cəmiyyətin 

fəaliyyətinin bütün sahələrini – sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və s. işıqlandırır. 

Gündəliyin ən aktual tezisləri aşağıdakılardır: 

 

qərarların qəbul olunması prosesində  ətraf mühit və inkişaf məsələlərinin nəzərə alınması 



zərurəti. Dünyanın bir çox ölkələrində siyasət, planlaşdırma və idarəetmə  səviyyələrində 

qərarların qəbul edilməsi sistemlərinin  ən çox yayılmış formaları  sırasında sosial, iqtisadi və 

ekoloji amillərin fərqləndirilməsi meyli güclənir. Bu, hökumətlərin, bütün ictimai qrupların 

fəaliyyətinə çox güclü təsir göstərir və sabitlik üçün neqativ nəticələrlə sona çata bilər.  Əsas 

vəzifə – ətraf mühit və inkişaf sahələrində  qərarların qəbul olunması prosesinin inteqrasiya 

edilməsidir. Bu məqsədlə hökumətlər yerli icmaları  təşkil etməli, qərarların qəbul olunması 

prosesini təkmilləşdirməlidir ki, iqtisadi cəhətdən səmərəli, sosial cəhətdən ədalətli və etibarlı, 

ekoloji baxımdan rasional inkişafa nail olsunlar; 

 

indiyə  qədər insan fəaliyyətinin bütün növləri və  ətraf mühit arasında informasiya qıtlığı 



ucbatından qarşılıqlı əlaqələr axıra qədər dərk olunmamışdır. Əhali arasında ətraf mühitin və 

inkişafın dərk olunması  səviyyəsini artırmaq, burada qərarların qəbul olunmasında onların 

iştirakını genişləndirmək, davamlı inkişaf prosesininin reallaşmasında maraqlı olmasına nail 

olmaq kimi məsələləri həll etmək lazımdır. XXI əsrin Gündəliyində kadrların hazırlanması 




 

 

sisteminin fasiləsiz ekoloji təhsilin formalaşdırılması, ictimai şüurun  əsaslı  şəkildə yenidən 



qurulması yolları müəyyənləşmişdir; 

 



Gündəliyin ideologiyasının reallaşması üçün hər bir ölkə mümkün qədər qısa bir müddətdə 

davamlı inkişafın milli strategiyasının imkanları  və potensialının yaradılması sahəsində öz 

imkanlarını nəzərdən keçirməli, bu sahədə proqram həyata keçirməlidir; 

 



inkişaf etmiş ölkələr öz üzərinə bir sıra öhdəlikləri: o cümlədən məcmu milli gəlirin 0.7 faizini 

rəsmi köməyə, 0,15 %-ini ən geridə qalmış ölkələrə kömək məqsədilə  xərclənməsini 

götürməlidirlər. Daha sonra ekoloji inkişafa mane olan inkişaf etməkdə olan ölkələrin xarici 

borclarının ləğv edilməsi məsələsinə baxılmalıdır. 

Təbii ki, şəraitin antropogen dəyişiklikləri cəmiyyətin təbiətdən həm iqtisadi, həm də ekoloji 

asıllılıq formalarını artırır. Beləliklə biz ekologiyanın əsaslı prinsiplərinə yaxınlaşırıq, yəni – bütün canlı 

orqanizmləri onların təbii əhatəsi ilə birgə öyrənilməlidir. 

Ekoloji problemlərə münasibətin bildirilməsi heç də qadınlarla bağlı bütün proqramlara xas 

olmamışdır. Lakin XX-ci əsrin 60-70 illərindən başlayaraq, ilk dəfə olaraq, qadınların kənd təsərrüfatında 

iştirakı prosesində tədqiqatlar aparılmışdır. Qadınların kənd təsərrüfatında əmək haqqı ilə, mülkiyyətlə 

bağlı sahələrdə xidmətlərinin qiymətləndirilməsi getdikcə daha geniş miqyas alırdı. Qadınların 

ekologiyada, iqtisadiyyatda “gözəgörünməzlik” haqqındakı stereotipə yenidən baxılır. Yer üzündə təbii 

ehtiyatların sonsuz dərəcədə daima yeniləşməsi haqqında əfsanəyə də son qoyulur. 

Əsrlər boyu qadın, özünün yaşadığı  cəmiyyət və  cəmiyyətin  əsasını  təşkil edən  ətraf mühit 

arasında vasitəçi olmuşdur. Qadın ocağın qoruyucusu vəzifəsini bir günlük olsa belə unutmur. 

Qadınların planetdə həyatı qorumaq vəzifəsi də önəmlidir.  

 

Ekofeminizmdə əsas konsepsiyalar və istiqamətlər 

XX əsrin 80-cı illərdə Qərbdə feminizm nəzəriyyələri kütləvi xarakter almışdı. Nəticədə Avropa və 

ABŞ-ın bir çox ali məktəblərində qadın tədqiqatları meydana gəlir, burada qadınlar müxtəlif cəmiyyətdə 

digər qadınların həyat təcrübəsini öyrənir, yenidən onu qiymətləndirməyə çalışırdılar.  İnsan 

fəaliyyətinin müxtəlif sahələrində aparılan bu tədqiqatlar göstərdi ki, bütün sosial institutlar, normalar, 

qaydalar, mövqelər, kişi üstünlüyü, androsentrizm ilə  səciyyələnir.  İlk növbədə, bu, hakimiyyət və 

mülkiyyətə aiddir, çünki onlar kişilərin təsiri altında qalaraq onların mənafelərinə xidmət edir. Qadınlar 

qərarların qəbul olunması  və ictimai sərvətlərin paylanması sahələrindən uzaqlaşdırılmışlar: 

ümumdünya məhsulunun üçdə ikisini yaradan qadınlar ümumdünya gəlirinin yalnız 10%-ni əldə edir 

və xüsusi mülkiyyətinin  1%-nə sahib olurlar. Hakimiyyətin özündə bir sıra kişi xüsusiyyətləri var: 

qəddarlıq, zorakılıq, aqressivlik. Belə asimmetriya şəraitində yeni təfəkkür – feminizm təfəkkürü 

formalaşır. 

Feminizm – qadınların  əsarəti və onların kişilərə tabe olması ilə bağlı olan qlobal xarakterli bir 

nəzəriyyədir. Bu, qadınların kişi cəmiyyətinin üstünlüyündən və istismarından azad olmasına çalışan 

sosio-siyasi nəzəriyyə  və praktikadır. Bu qender – sinif sistemi ilə strateji qarşıdurmanı özündə 

cəmləşdirən sosial hərəkatdır. 

Feminizmin böyük inkişaf tarixi var, ehtimal olunur ki, bu tarix XV əsrdən başlayır. Müasir 

feminizm fikrinin əsaslarını XVIII əsrin sonundan etibarən Meri Uollstounkraftın yaradıcılığında 

izləmək olar. Sonralar feminizmlə bağlı çoxlu tədqiqatlar aparılmışdır. Bunu ekofeminizmə də aid etmək 

olar. 


Ekofeminizm öz mahiyyət etibarı ilə  nədir? Bu, feminist qadınlar və  ətraf mühit müdafiəçiləri 

arasında çox özünəməxsus bir xəlitədir. Ekofeministlər təbiətin və qadının xarakteri haqqında geniş 

bilikləri toplayıb əldə etmişlər. Onlar qadınlar haqqındakı təsəvvürləri dəyişdirməyə çalışır, bu problemi 

öyrənmək üsullarına yeni yanaşmalar axtarırlar. Klassik feminizmin təsəvvürlərini rəhbər tutan 

ekofeministlər  ətraf mühitin mühafizəçiləri mövqeyindən çıxış edirlər. Ekofeminizm söz birləşməsi, 

zənnimizcə, müəyyən ziddiyət təşkil edir. İlk dəfə olaraq, bu ifadəni  1974-cü ildə Fransa tədqiqatçısı 

Fransuaza Dyubon istifadə etmişdir: burada iki ictimai hərəkat – feminizm və  təbiətin mühafizəsi ilə 

bağlı olan hərəkatlar ahəngdar  şəkildə birləşir. Müəllif qadınları, Yer üzündə canlıların xilas olunması 

naminə ekoloji inqilaba çağırırdı. O, sübut etməyə çalışmışdır ki, kişilər istehsalat və qadın seksuallığı 

üzərində  nəzarət etməklə ikili böhran yaradır: birincisi fövqəl gəlirli istehsal vasitəsi ilə, ikincisi isə 

əhalinin artımının süni şəkildə  tənzimlənməsi yolu ilə  ətraf mühiti dağıdır. Dyubonun ekofeminizmin 



 

 

sonrakı inkişafına təsiri çox böyük olmuşdur. Ekofeministlərin fikrincə, məhz qadınlar dünyanı 



dəyişdirərək, onu yaxşılığa doğru apara bilərlər.  

Ekofeminizm müxtəlif ölkələrdə  təxminən eyni vaxtda meydana gəlsə  də ABŞ-da ekofeminizm 

cərəyanı ilk mərhələlərdə daha güclü inkişaf edirdi. Katolisizm nümayəndəsi vaxtı ilə teologiya ilə 

məşğul olmuş Meri Deli 1974-cü ildə Boston tələbələrini Dyubonun əsərləri ilə tanış etmişdir. Həmin ildə 

Kaliforniya universitetində “Qadın və  ətraf mühit” mövzusunda konfrans keçirilmişdi. Digər teoloq 

Rozmazi Redforrd Rutter Kalamazo Kollecində “Qadın və ekologiya” mövzusunda mühazirə 

oxumuşdu,  şairə Syuzan Qriffin Kaliforniya Universitetinin kənd təsərrüfatı departamentinə müraciət 

edərək ekofeminizmlə bağlı mühazirələr kursunun oxunmasını təklif etdi. Bütün qeyd edilən faktlar Yer 

üzündə ekoloji tarazlığının qorunub saxlanılmasına artan marağın təzahürüdür. 

Təbiət incə  və kövrəkdir. Janlı aləm bütövlükdə  təbiətə daxildir. Ağaclar, heyvanlar, hətta 

insanların özü də təbiətdir. Ekofeministlər təbiəti çox ciddi şəkildə qəbul edirlər. İnsanların əksəriyyəti 

nə başa düşmür, nə də, inanmır ki, təbii ekosistemlərin dağıdılması insanlara və cəmiyyətə zərər vurur. 

Təbiətə təzyiq nə qədər çox olsa, onun nəticələri bir o qədər ağır olur. Bunu qadınlar haqqında da demək 

olar.  İnsanların  əksəriyyəti düşünmür ki, qadınlar cəmiyyətdə nisbətən aşağı mövqe tutur. Qadın 

hüququ əsrlərlə tapdaq altında qalırdı. Təbiətin də sərvətləri talan olunurdu. Ekofeministlər hesab edir 

ki, onlar Yer kürəsinin qorunub saxlanılmasına cavabdehdir. Onların bəziləri qadın mövqeyinin aparıcı 

olmasına vurğulayır, bəziləri isə kişi və qadınların bərabərhüquqlu olmasına üstünlük verirlər. Bütün 

ekofeminist qadınların ümumi istinad nöqtəsi – dünyanın yaxşılığa doğru inkişafıdır. Ekofeminizm cins 

qender problematikasını ekoloci fənnlərə daxil edir, o, belə bir mühakiməyə  əsaslanır ki, təbiətə 

istehlakçı münasibət və qadınların cəmiyyətdə  sıxışdırılması bir-biri ilə  sıx  əlaqəlidir. Ekofeminizm, 

feminizm və yaşıllar hərəkatı elementlərinə yeni güc və qüvvə  əlavə edərək onları özündə birləşdirdi. 

Ekofeminizm yaşıllar hərəkatından təbii aləmdə antropogen fəaliyyətin nəticələrinə qayğını, 

feminizmdən isə yaşadığımız cəmiyyətdə qender asimmetriyasının tənqidi ideyalarını əxz etdi. 

Qeyd etmək lazımdır ki, yaşıllar hərəkatının nümayəndələri təqribən iki qrupa bölünür. Bir qismi 

texnogen yaradıcılıq fəaliyyətini rəhbər tutan cəmiyyətin ekoloji problemlərini aradan qaldırmağa qadir 

olduğunu (ya onlara uyğunlaşa bildiyini) düşünür. Yaşılların bu qrupu “light ejology” adlanır. Elə bir 

yaşıllar qrupu da var ki, insan nəslinin təbii aləmə münasibətinin əsaslı, fundamental şəkildə dəyişməsi 

zərurətini  əsaslandırmağa çalışırlar. Onları “deep ejology” adlandırırlar. Ekofeminizm ikinci mövqeyə 

daha çox meyllidir. Bununla belə  hətta ekofeminizm nümayəndələrinin sıralarında elə üzvlər var ki, 

sözləri bir-birindən keçmir. Onların  əksəriyyəti, təbiətdə qadın başlanğıcının üstünlüyü faktının qəbul 

olunmasını arzulayır. Ekofeminizm, istər təbiətə, istərsə də cəmiyyətə qadın münasibətinin zənginliyini 

xüsusi olaraq qeyd edir. Ekofeministlər qadınları, sabit, dinamik şəkildə inkişaf etməkdə olan dünyanın 

həlledici rol oynayan qüvvəsi olduğunu hesab edirlər. Ekofeminizmdə, bütövlükdə qender 

tədqiqatlarında olduğu kimi, başlıca nəzəri müddəa “cins” (bioloji məna kəsb edən söz) və “qender” 

(sosial məna daşıyan anlayış) mənalarının fərqləndirilməsidir. Sonradan bu nəzəri fərqləndirmə qender 

tədqiqatların metodologiyasında əsaslı şəkildə dəyişilib və transformasiyaya uğramışdır.  

1974-ci ildə Şerri Ortner “Təbii ilə mədəninin nisbəti qadınlıqla kişiliyin nəsbətinə uyğundurmu?” 

adlı  məqaləsində geniş bir ümumiləşdirmə aparmışdır. Ortnerin başlıca fikri ondan ibarətdir ki, bütün 

cəmiyyətlərdə qadınların kişilərə tabe olması, qadınların təbiətə  bənzədilməsindən irəli gəlir. Lakin 

bunu bioloji determinizm kimi qiymətləndirmək olmaz. Ortnerin fikrincə, kişilərdə qadınlar üzərində 

anadangəlmə hökmran olmaq, qadınlarda isə onlara tabe olmaq xüsusiyyətləri nəzərdə tutulmamışdır. 

Sadəcə, qadınlar hər bir mədəniyyətdə  təşkil olunmanın daha aşağı  səviyyəsində olan bir məfhumla 

eyniləşdirilir, belə məfhum isə mədəniyyətin inkişafının hər bir mərhələsində təbiət olmuşdur. Ona görə 

də, qadın obrazı  təbiətlə mahiyyət etibarı ilə eyniyyət təşkil edən bir hadisə yox, daha çox təbiətə 

bənzəyənin, onu xatırladanın simvoludur.  

Ortner qadınların təbiətə münasibətini mədəni hal kimi dəyərləndirməyə çalışsa da, qadınların 

asılı  vəziyyətinin izahı bioloji determinizm və essensializm (mahiyyətin axtarışı) ilə  sıx  əlaqədə olaraq 

qalır. Onun fikrincə, qadınlar, kişilərə nisbətən öz qrupu daxilində daha çox əsarət, diskomfort 

vəziyyətindədir. Kişilər isə,  əksinə, öz bioloji rolu ilə bağlı olan qul kimi asılı olmasından qaçır, insan 

varlığının həqiqi mahiyyəti - mədəni həyat hüdudlarında özünü cəm etməyə çalışmasıdır. Ortner sübut 

edir ki, maskulin mədəniyyətində qadınların təbiətlə eyniləşdirilməsi kişilərdən asılı olmayan qeyri-

şüuri, düşünülməmiş yaranan bir hal olduğu üçün, onları günahlandırmaq düzgün olmazdı. 




 

 

1991-ci ilin noyabr ayında Qadınlar və  Ətraf mühit üzrə Qlobal Toplantıda “Marşall Qlobal 



Planının” müvəffəqiyyətlə  həyata keçirmək üçün bütün qitələrdə yaşayan qadınları birləşdirmək cəhdi 

göstərilmişdir. Bu plan 1990-cı ildə 42 ölkənin hüquqşünas və siyasətçiləri tərəfindən, xüsusilə inkişaf 

etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə onların təbii  şəraitini saxlamaq üçün yardım 

edilməsi məqsədilə tərtib edilmişdir.  

Qadın və kişilərin qazandınları tarixi təcrübə nəticəsində qadınlar dünyanın səbəbiyyət mənalarını 

bütöv və intuitiv şəkildə  dərk edirdi. Kişilər isə daha çox öz düşüncəsinin məntiqi, birmənalı  və  əqli 

üsullarını inkişaf etdirirdi. Bəzən bunu beyində baş verən vəzifə bölgüsünün nəticəsi olduğunu izah 

edirlər. Kişi statusu yüksək olan insan sivilizasiyaları olduqca məhsuldar və rəngarəng olmuş, hərçənd 

son zamanlar insan nəslinin yaşaması üçün təhlükə yaradacaq dərəcədə son həddlərinə çatmışlar. Qadın 

təcrübəsi isə cəmiyyətdə yeni meyllərin əsasını təşkil edərək, onu bioloji və ümumiyyətlə, təbiətlə bağlı 

olan məsələlərə diqqətin olmamasında suçlayır. Ekofeminizmin mövqeyi bu təlimdə başlıcadır. 

Feminizmlə bağlı keçirilən iclas və konfranslarda Coys Stivensin sözləri yazılan plakatları tez-tez 

görmək olur:”…Çünki qadınların işinin nə axırı var, nə əvvəli, onlar daha az maaş alır, bu iş cansıxıcı və 

darıxdırıcıdır, bizi işdən birinci növbədə  çıxarırlar, xarici görünüşümüz gördüyümüz işdən daha 

vacibdir, bizi zorlayırlar, sonra da günahı üzərimizə atırlar, bizi döyürlərsə, deməli, bunun səbəbkarı 

özümüz olmuşuq, seksdən həzz alırıqsa, bizə nimfoman, almırıqsa, friqid adını verirlər, cəmiyyətdən 

uşaqlara qayğı diləyiriksə, bizə eqoist, hüquqlarımızı müdafiə edəndə isə kobud və aqressiv deyirlər, 

əgər bunu etmiriksə, biz adicə  zəif qadın deyirlər,  ərə getmək istəyəndə söyləyirlər ki, kişi ovuna 

çıxmışıq, istəməyəndə bizə  dəli deyirlər, indiyə  qədər bizim etibarlı  və  təhlükəsiz kontraseptivimiz 

yoxdur, buna görə də indiyə qədər kişilər heç bir məsuliyyət daşımır, əgər biz məsuliyyətdən qorxur, ya 

hamiləlikdən qaçırıqsa, bizi abort etməkdə günahlandırırlar və … bir çox digər səbəblər üzündən biz 

qadın hərəkatında iştirak edirik”. 

Qərbdə feminizm qadın seçki hüququ və abort etmək hüququ ətrafında formalaşmışdır. Feminist 

qadınları  bəzən hətta fransız mənşəli sözlə “sufracist” adlandırırlar, tərcümədə “seçki hüququ ” kimi 

səslənir. Ekofeminizm, müasir bir cərəyan olaraq, öz başlıca problemini cəmiyyətlə, təbiətlə, yəni insanın 

yaşamasının müqəddəm  şərtini təşkil edən təbii  şəraitin, qarşılıqlı  fəaliyyətində görür. Müasir 

ekofeminizm hərəkatında bir neçə başlıca istiqamət var. Məsələn, liberal ekofeminizm hesab edir ki, 

insanların cinsi və qender əlamətlərinə görə  fərqləndirilməsini kişi və qadınların təbii, bioloji 

xüsusiyyətləri ilə  əlaqələndirilməsi müəyyən bir təhlükə yaradır. Qadınların təbiətlə  əlaqələndirib bir 

tutulması müəyyən mənada gerilikdir. Belə yanaşmada qadınlar təbiətlə bir götürür, onların asılı 

vəziyyətini bu cür əsaslandırılmasının  əleyhinə apardıqları mübarizənin nəticələrini sarsıdır. Bu cür 

mövqe baxımından qadınlar, ictimai həyatda kişilərlə  bərabər rolların icrasından  ədalətsiz  şəkildə 

uzaqlaşdırılmış olur. Liberal ekofeministlər təbiətə münasibətlərin yenidən qurulması ilə, cəmiyyətdə 

yeni qanunların qəbul olunması ilə əlaqələndirilər. 

Spiritualizm üzərində qurulan ekofeminizm mədəni ekofeminizmdə aparıcı istiqamətdir. Bu 

cərəyanın nümayəndələri hesab edirlər ki, müdrikliyin köhnə formalardakı dəyərləri elan etməklə, qadın 

mənəviyyatının özünəməxsusluğunu üzə çıxara bilərlər. Bu yolla qadınları patriarxal nəzarətin altından 

uzaqlaşdırması  və onların mövqeyinin gücləndirilməsi mümkün olacaq. 1979-cu ildə Kerol P. Krist və 

Judit Plaskoy “Qadın mənəviyyatının yüksəldilməsi” antoloqiyasının nəşr etdilər, burada qeyd olunur 

ki, feminin mənəviyyatının dörd vacib problemi var: 

1. Sırf kişilərlə bağlı olan İlahi obrazı və onun dili problemi; 

2. Xristianlığın mərkəzi ideyası olan ruh və  bədən problemi: burada bədən – Yer üzündə 

qalmağın günahı, səma səltənətinə doğru yoldakı ağır zəhmətin təzahürüdür; 

3. Tarixdə qadın mənəvi təcrübəsinin təsdiqlənməsi; 

4. Yeni 

ibadətlər və inancların işləyib hazırlanması. 

Müəlliflərin fikrincə feminizm mənəviyyatı  səmaya doğru yox, adi insani dəyərlərə 

istiqamətləndirilmişdir. O, qadın ilahələri şəklində mənəviyyat nümunələrinin yaradılmasını təmin edir, 

fiziki aləmin mənəvi tərəfini təcəssüm edir. Spirtualizmə  əsaslanan ekofeminizm qadınlar  ətrafında 

cəmlənilmiş  dəyərləri (analıq, uşaqların tərbiyəsi, ailəyə qayğı) və qadın cisimlərinin alqışlanmasını 

özündə birləşdirir. Qadın cismaniliyi kosmologiyaya gətirilir, bu yolla qadın və kişi qüvvələri ölçülür və 

uzlaşdırılır. Obrazlı şəkildə desək, transendental ilahəyə qarşı immanent İlahə qoyulur. (transendental - 

emperik təcrübədən kənarda olan ali universal varlıqdır, immanent isə obyektin daxilində mövcud olan, 



 

 

ona xas olandır). Bu cərəyan öz ilhamını köhnə, konkret reallıqlarla bağlı olan dinlər, bütpərəstlik 



mərasimləri, cadular, inanclardan, insan cəmiyyətinin  ən erkən mərhələlərində istifadə edilən inanclar 

və inamlardan Avstraliya, Okeaniyada bu günə  qədər qalması tayfa dinlərdə  səcdə obyekti olan 

ilahələrdən alırdı.  

Spiritualizm sahəsində ixtisaslaşan ekofeminist qadınlar bir-birindən yalnız ilahənin real 

olduğunun, yaxud onun bir simvol şəklində yaşamasını qəbul etməkdə fərqlənirlər. Rayen Aysler (1990) 

yazır: «Qədim dövrlərdə dünya bütöv idi. Təbilin çalğısı torpağın qəlbinin çırpıntısına bənzəyirdi, hər 

bir şeydə onun gözəlliyi, sirri, heyrətamizliyi, qorxusu və dəhşəti duyulur. Bizim ayaqlarımız, müqəddəs 

mağaralarda təbiətin ruhlarını alqışlayaraq rəqs edir. Sonradan ibadətə, musiqiyə, mərasimə, rəqsə, 

oyuna, işə bölünən lap əvvəldən bütöv idi». 

1992-ci ildə Kerol Krist və Judit Plaskoy “İlahənin nəsihəti” adlı kilsənin ilk Milli prezidenti olan 

Starhokun sözlərini sitat gətirirlər: ”Baxır mən nəyi hiss edirəm. Mən özümü zəif hiss edəndə, o, məni 

mühafizə edir, mənə köməklik göstərəni tapır; əgər mən özümü güclü bilsəm, onda o mənim gücümün 

simvoluna çevrilir. Bəzən mən onu bədənimdə dünyada bir təbii enerji kimi duyuram”. Kerol Krist qeyd 

edir ki, din insanların işarələrə, mərasimlərə olan ən dərin tələbatlarını ödəyir, bu işarə  və rituallar 

həyatda yaranan müəyyən hədləri bildirən vəziyyətlərin (ölüm, şər,  əzabkeşlik) öhdəsindən gəlməyə 

köməklik göstərir. O, mənəviyyatı qadında olan inamın vacib olduğunu qeyd edir. Bir çox feminist 

teoloqların ardınca Krist də 1486-cı ildə iki dominikan keşiş tərəfindən nəşr edilmiş “Əcinnələrin gürzü” 

əsərini təhlil edir. Keşişlər bu əsərdə belə bir fərziyyəni irəli sürür ki, əcinnələrin bütün qabiliyyətləri, 

onların bədənlərindəki şəhvətdən irəli gəlir. 

Qeyd etmək lazımdır ki, qadınların cismiliyi və seksuallığının qabardılması spiritik ekofeminist 

qadınlar üçün çox vacib idi. Məsələn, təbii hadisə olan menstruasiya, kişi inanjlarında qadağa kimi 

qiymətləndirilsə  də, burada tam başqa məna kəsb edir, əsas rituallarda onun rolu həddindən artıq 

ucaldılır. Belə mövqeni açıq şəkildə təbliğ edənlər sırasında Miriam Somorsu da görmək olur. 

Sosialist ekofeminizmi – sosial ekofeminizmdə  ən çox gözə çarpan istiqamətdir, burada iqtisadi 

qeyri bərabərliyin bundan irəli gələn ağalıq və tabelik münasibətləri təhlil olunur. Bu cərəyanın qadın 

nümayəndələri hesab edirlər ki, kişi rəvayətlərini qadın rəvayətləri ilə  əvəz etsək, bu, həyatımızı 

sahmana sala bilməz. Jəmiyyətdə təbiət və qadının üzərində hökmranlıq meylləri yaranıbsa, cəmiyyətin 

özu bu halı aradan qaldırmalıdır. Sosializm və ekofeminizmi birləşdirmək cəhdinin  ən davamlı 

nümayəndələrindən biri olan Kerolin Merçant belə bir fikri ifadə edir: ”Mədəni” feminizm qadın və 

təbiətin qarşılıqlı  fəaliyyətinə kifayət qədər müdaxilə etməsinə baxmayaraq sosial və sosialist 

ekofeminizmdə sosial ədalətin bərqərar olması və inkişaf etdirilməsi, hökmranlıq etmək ideyasının əsaslı 

tənqidi üçün daha böyük imkanlar var. 1980- cı ildə müəllif özünə  şöhrət gətirən “Təbiətin intiharı” 

kitabını  dərc etmişdi. Burada o elmi inqilablar dövründə  cəmiyyətin təbiətə münasibətini feminizm 

mövqeyindən tənqid atəşinə tutur. Qısa olsa da baş verən iqtisadi dəyişikliklər  şəraitində sosial 

feminizmin məqsədlərindən də söhbət aparır. Bu məqsədləri reallaşdırmaqla faydalı  əməkdə kişi və 

qadın potensiallarını  bərabərləşdirmək və mövcud təbii ehtiyatların və  məhsuldar qüvvələrin israf 

edilməsinə yol verən sistemə son qoymaq olar. 1992-ci ildə Kerolin Merçant “Radikal ekologiya” adlı 

elmi əsərini nəşr edir və burada sosialist ekofeminizmi radikal ekoloji hərəkatın tərkib hissəsi kimi təsvir 

edir. Bu yolla müəllif, ekofeminizm və digər feminist cərəyanları arasında oxşar və  fərqli cəhətləri 

tədqiqi imkanlarını genişləndirir.  

Kerolin Merçantın fikrincə, məsələnin əsas istinad nöqtəsi əməyin cinsi əlamətə görə bölünməsidir, 

cəmiyyət, özünü təbiətdən fərqləndirmək, ondan ayrılmaq yolunu istehsal sisteminin təşkilində görür. 

Kişilər əsasən əmək alətlərinin istehsalı sahəsində fərqlənir, qadınlara isə zəhməti qiymətləndirilməyən 

ev işi sahəsi qalır. İstehsal fəaliyyəti sahələrinin bəziləri qadınlar tərəfindən idarə olunur, əksəriyyəti isə 

– kişilərin üzərinə düşür. Nəticədə bərabər halda həm kişilər, həm də qadınlar özgələşməyə məruz qalır, 

eynilə bu, onların  əməyinin nəticələrinə aiddir. Müəllif hesab edir ki, istehsal və  təkrar istehsal 

arasındakı dialektik münasibətləri öyrənmək üçün cəmiyyət və təbiət arasındakı qarşılıqlı münasibətləri, 

qadın və kişi mövqeləri baxımından çox səviyyəli struktur təhlili lazımdır. O hesab edir ki, sosialist 

ekofeminizm, istər essensializm, istərsə  də sosial kontruktivizmin ifrat dərəcəsinə çatdırılmış 

hədlərindən uzaqdır. Bunu istismar sistemləri olan patriarxat və kapitalizmin qiymətləndirilməsində də 

müşahidə etmək olur. Kerolin Merçant hesab edir ki, ekofeminizm hərəkatında ziddiyyətli istiqamət və 



 

 

cərəyanları aradan qaldırmaq lazımdır, axı bu cərəyanların maraqları üst-üstə düşür: onların ən başlıca 



vəzifəsi Yer üzündə həyatı qoruyub saxlamaq, onun təkrar istehsalını təmin etməkdir. 

Sosialist ekofeminizmin daha bir tanınmış nümayəndəsi – İnestra Kinqdir. O belə bir fikirlə 

razılaşa bilmir ki, qadınlar, özünün təbiətə  bənzədilməsinə son qoyaraq, kişilərlə  bərabər  əsaslarda 

ictimai həyatda birləşməlidirlər. Bununla belə o, həm də qadınların ekoloji baxımdan daha həssas 

olmalarını (söhbət emosional həssaslıqdan, həyati instinktlərdən gedir) onların həyati məqsədlərinin 

sosial mənada daha konstruktiv (yəni praktiki, faydalı) olmalarını da qeyd edir. Bunu gündəlik həyatda 

da müşahidə etmək olur. Əsrlər boyu nəsillər davam etdikcə, ekoloji cəhətdən dağıdıcı, sosial cəhətdən 

isə nizamlanmamış  həyatın mədəni formaları  əmələ  gəlmişdir. Məhz buna görə qadınlar və  təbiətin 

əlaqələrinin xüsusiyyətlərini öyrənmək çox vacibdir. Qadın və kişilərin ictimai sahədə özünəməxsus 

ittifaqı həqiqətdə yenə də patriarxal prinsiplərinə əsaslanan birliyə çevrilə bilər. İnestra Kinq hesab edir 

ki, ”qadınlar, təbiətin mədəni qurbanlarıdır”. “Feminizm və ekologiya“ əsərində o deyir: “Elə bir vaxt 

gəlib çatmışdır ki, qadınlar özünü tarixin fəal, bəlkə  də  təkrarsız, iştirakçı olduğunu qəbul edəcək, 

burada işin məğzinə dərindən bələd olaraq ruh və materiya, sənət və siyasət, ağıl və intuisiya arasındakı 

dualizmi fəth edəcəklər. Bu rasional idrakda ümidlərin boşa çıxarmağının mümkün yollarından biridir. 

Bu – “ekofeminizm” layihəsidir. Başqa sözlə, Kinq hesab edir ki, qadınlar şüurlu siyasi seçim edərkən, 

özlərinin təbiətlə əlaqələrinə zərər vurmaya da bilərlər.  

Mövzunu yekunlaşdıraraq, deyə bilərik ki, tarix boyu qadınlar ictimai həyatda özünəməxsus 

parlaq və maraqlı iz qoyub getmişlər, lakin bu sahədə daha böyük uğurlar isə XX əsrdə qazanılmışdır. 

Bu gün qadınlar real fövqəl qüvvəyə çevrilmək yolundadırlar. Klassik feminizm nümayəndələri özündə 

kişilərlə  bərabər bacarıq və qabiliyyətlərin olmasını sübut edirlər. Müasir cəmiyyətdə qadınların lider, 

görkəmli xadim olmaq qabiliyyəti getdikcə daha çox gözə çarpır. Ekofeminizmin siyasi nüfuzuna mane 

olan bir amil də var: tez-tez onu yalnız mədəni – spiritualist mənbələrlə eyniləşdirir, essensializm, 

romantizm və siyasi sadəlövlükdə suçlayırlar. Ekofeminizmi bəzən qadınlar və  təbii aləm arasındakı 

bioloji asılılıqla bağlı olan bütövlüyünü əsaslandıran bir təlim kimi qiymətləndirirlər. Tənqidçilər hesab 

edirlər ki, belə yanaşma mürtəce xarakter daşıyır. Burada qadının ümumiləşdirilmiş “obrazı”nda 

qadınlar arasında fərqlər və qeyri bərabərlik nəzərə alınmır. Qadınlarda ümumi xüsusiyyətlərlə yanaşı 

(bu xüsusiyyətlər onların cəmiyyətdə asılı  vəziyyətindən xəbər verir: asılılıq – tabeçilik, ev əməyi, 

seksual sahədə istismar) fərqli cəhətlər də var – onlar məzlumlar və zülmkarların müxtəlif 

strukturlarında təmsil olunmuşdur. Bu tənqidin çoxu Amerika Birləşmiş  Ştatlarının ekofeminizminə 

ünvanlanmışdır. 

  Spiritualist ekofeminizmin bəzi cəhətləri tənqidə layiqdir, məsələn, qadın cisminin romantik 

təsviri, qadın təcrübəsi, qadın tarixi. Lakin bu cərəyanın nümayəndələri həm də qadın uyğunluğu 

(identikliliyi) məsələsinin izahına müraciət etmiş, bu sahədə liberal feminizmə nisbətən daha böyük 

miqdarda köhnə qender stereotiplərini dağıtmağa nail olmuşdur. Spiritualist ekofeminizm radikal 

mədəni feminizmdən yaranaraq qərb və  şərq, ağ  və qara qadınlar arasında  əlaqələrin  əmələ  gətirməsi 

imkanlarını əldə etmişdir. Eyni zamanda, Britaniya ekofeministi Meri Mellorun fikrincə, ekofeminizmin 

müxtəlif cərəyanlarının  əsası, müəyyən mənada, realist xarakterli tənqid zamanı onların (cərəyanların) 

irəli sürdüyü arqumentlərin kompleksli xarakterinin silinib getməməsindən ibarətdir.  

Ekofeminizmin müxtəlif cərəyanları arasındakı fərqli cəhətlərdən oxşarları çoxdur. Fərqlər də çox 

vaxt bir o qədər  əhəmiyyətli deyil. Ekofeminizm öz qarşısına heç də  şüuru dəyişdirmək, teologiyanı 

yenidən yaratmaq, tarixi yenidən yazmaq kimi məqsədləri qoymur. Ekofeminist qadınların təbii aləmi 

xalis “susan” bir aləm deyil: mövcud olan bu aləm həm də  fəal  şəkildə  hərəkətdə olandır. Bəşər nəsli 

təbii fenomenləri müxtəlif şəkildə yozub, onlara münasibəti bildirsə də, onları müstəqil şəkildə özü üçün 

layihələşdirə bilməz. Təbii aləm – nəinki istismara mərüz qalan bir maddi ehtiyat, pozitivist və ya 

obyektivist mənada interpretasiya edilə biləcək bir mövhumdur. Donna Hereueyin fikrincə, insanlar 

təbiətin bütün dərinliklərini kifayət qədər öyrənə bilməz, çünki bu, insan idrakının xaricindədir. Təbii 

aləmin təsvirində Hereuey hiyləgər – Çaqqal metaforundan (müqayisə) istifadə edir. Bu çaqqalda yumor 

hissi olduğu üçün insan ondan ünsiyyətdə olmağı öyrənməlidir. Təbii aləm haqqında bilik – “kəşflər 

yox, söhbətlərdir”. Donna Hereueyin çaqqalı  nəinki  şövqlə qurulan uydurmaya qarşı  çıxır, o, fəal və 

passivin, kişililik və qadınlılığın, mənbə  və istehlakçının, dərk edən və  dərk olunanın dualizmini 

sarsıdır: məhz bu dualizmin üzərində epistemologiya (dərk etmə) və üstünlüyün təşkil edilməsi siyasəti 

qurulur. Donna Hereuey, iri layihənin hissəsi olan kiborq haqqında  əfsanəni danışır. Burada bir-birinə 




 

 

müxtəlif olan təbiət – mədəniyyət, kişi – qadın anlayışlarından söhbət gedir. Kiborq tərəfindən keçirilən 



transqressiya (bioloji məxluqlarda  əvvəlki nəsillərdə nisbətdə  bəzi  əlamətlərin daha qabarıq ifadə 

olunması), öz növbəsində, insan və maşın, insan və heyvan, insan və  təbiət, kişi və qadın arasındakı 

fərqlərin qismən silinməsinə səbəb olur. 

 

Azərbaycanda aparılan ekoloji tədqiqatlarda qender həssaslığı 

Sağlam  ətraf mühitin çox böyük iqtisadi, estetik və etik dəyəri var. Ətraf mühitin sağlamlığının 

qorunub saxlanılması, həm də onun tərkib hissələri olan ekosistemlərin, qrupların, növlərin və genetik 

müxtəlifliyinin qorunub saxlanılması deməkdir. Qeyd edilən hər bir ünsürdə ilkin xırda pozuntular, son 

nəticə etibarilə, onun tam pozulmasına gətirib çıxara bilər. Bu zaman qruplar tənəzzülə uğrayır, onların 

məkan hədləri kiçilir, ekosistemdə öz əhəmiyyətini itirir, son nəticədə tamam dağılır. 

Bu gün ekoloji böhran qender məsələlərində  də özünü göstərir. Uzunmüddətli sənaye fəaliyyəti 

nəticəsində daha pis vəziyyətə düşmüş ekoloji şərait təbii balansa mənfi təsir göstərir. Regionlarda 

yanacağın, heyvanlar üçün yemin, təmiz suyun çatışmamazlığı, meşə örtüyünün azalması dünya 

təcrübəsində  mənfi halların nümunələri kimi göstərilə bilər. Hər bir ekoloji problem əsaslı  şəkildə 

cəmiyyətin inkişafına təsir edir, nəticədə qender tarazlığı pozulmuş olur. 

Respublikada ardıcıl olaraq ekoloji siyasət həyata keçirilir ki; bu siyasətin əsasını ölkənin əhalisinə 

göstərilən qayğı  təşkil edir. Azərbaycanda ekoloji problemlərin həllinə dair siyasətin  əsasını milli 

maraqlar təşkil edir. Belə siyasətin vacib aləti – qlobal təhlükələrə qarşı  çıxmaq məqsədi ilə aparılan 

beynəlxalq siyasətdir; qlobal təhlükə deyiləndə ekoloji və texnogen fəlakətlər, təbii ehtiyatlardan qeyri - 

rasional istifadə olunması, demoqrafik proseslərin arzu edilməyən inkişafı nəzərdə tutulur. 

Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsi, Azərbaycanın bir çox ölkələrlə  ətraf mühitin 

mühafizəsi məsələlərində  əməkdaşlığı, ekoloji - iqtisadi, elmi-texniki və ictimai- siyasi (o cümlədən 

qender) sahələrində problemləri geniş şəkildə əhatə edir. 

Azərbaycanın ekoloji siyasəti respublikanın davamlı inkişafının tərkib hissəsi olan sürətli iqtisadı 

artımın stimullaşdırılmasına yönəldilmişdir. Maddi rifahın yaxşılaşdırılması, öz növbəsində  təbiətin 

mühafizəsi ilə  əlaqəli olan bir çox məsələlərlə  sıx bağlıdır. Ekologiya və  Təbii Ehtiyatlar Nazirliyi 

Azərbaycanın təbii kompleksini təkrar olunmaz ekoloji sistem kimi, qəbul edir. Nazirlik rəhbərliyinin 

hesab etdiyi kimi prinsip etibarı ilə respublikada təbiətin qorunmasına mənfi təsir göstərən bir sıra 

problemlərin həllində ilə yeni yanaşma lazımdır. 

Azərbaycanda ətraf mühitin qorunması sahəsində Milli fəaliyyət planının müxtəlif səviyyələrində 

həll olunmalı əsas problemlərə aşağıdakılar aiddir: 

1. sənaye müəssisələri və neft emalı ilə bağlı mühitin çirklənməsi nəticəsində yaranan ekoloji 

zərər; 


2. istər kənd, istərsə  də  şəhər yerlərində suyun, xüsusilə içməli suyun keyfiyyətinin 

pisləşməsi, su ilə ötürülən xəstəliklərin yayılmasına gətirib çıxara bilər; 

3. torpaqların  şoranlaşması  və eroziyası, ağır metallar və kimyəvi maddələrlə çirklənməsi 

nəticəsində  kənd təsərrüfatında istifadə olunan torpaqların yararsız hala düşməsi, 

suvarma sistemlərinin pozulması, meşə sahəsinin əsasən qərb – Ermənistanla müharibədə 

zərər çəkmiş – rayonlarında azalması, qorunan ərazilərdə bioloji müxtəlifliyin itməsi ilə 

nəticələnə biləcək vəziyyətin yaranması; 

4. Xəzər dənizi səviyyəsində baş verən dəyişikliklər, antropogen amillə bağlı çirklənmə 

prosesi nəticəsində onun sahil ərazisinə vurulan zərər; 

5. nərə balığının reproduktiv qabiliyyətinin itməsi, həddindən çox tutulması  və  dənizin 

çirklənməsi nəticəsində bərpaolunmaz səviyyədə azalma təhlükəsi; 

6. təbii və  mədəni irsə, turş yağışlar və  təsərrüfat obyektlərin nəzarətsiz artımı kimi ətraf 

mühitin problemləri tərəfindən gücləndirilən bir çox texnogen xarakterli səbəblər 

üzündən zərərin vurulması. 

Qeyd edilən hər bir istiqamət olduqca vacibdir. Lakin ən çox həyəcan doğuran – demoqrafik 

xarakterli problemlərdir. Hal-hazırda ölkəmizin paytaxtında 2 milyona yaxın  əhali yaşayır. XIX əsrin 

ortalarında Bakıda cəmi 7 min adam yaşayırdı. Əhalinin belə sürətlə artması bir çox çətinliklərə gətirir 

ki, bu da istər demoqrafik proseslərə, istərsə  də bir çox sosial problemlərə öz təsirini göstərir.  İş 

yerlərinin çatışmamazlığı mənzil ilə təmin olunması, atmosfer havasının təmizliyi və su təchizatı ilə bağlı 



 

 

olan məsələlərin kəskinləşməsi, qida məhsullarının keyfiyyətinin kifayət qədər yaxşı olmaması və bir çox 



başqa problemlər bilavasitə və ya dolayı yolla respublikada ekoloji situasiya ilə bağlıdır. 

Azərbaycan üçün olduqca vacib məsələlərdən biri – respublikanın və xüsusi olaraq Bakının su ilə 

təchiz olunmasıdır Bakı  şəhəri, Abşeronun cənubi qərbində yerləşir, yarımsəhra iqliminə malikdir, 

burada daimi çaylar yoxdur. Yağıntıların illik miqdarının aşağı olması  və suyun böyük miq-darda 

buxarlanması şəraitində burada su təchizatı məsələsi həmişə diqqət mərkəzində olmuşdur. Su kəmərləri 

çəkmək cəhdləri hələ 1869, 1884, 1898-ci illərdə edilmişdir, bu işi quyuları istifadə etməklə və ya dəniz 

suyunun saflaşdırmaq yolu ilə  həyata keçirmək istəmişlər. XX əsrin  əvvəllərində  məşhur neft 

milyonçusu, xeyriyyəçi H.Z.Tağıyev tərəfindən Bakıya xarici mütəxəssislər dəvət edilmiş  və yeraltı 

suların daha geniş istifadə olunması yolu təklif edilmişdir.  1917-ci ildə  şəhərdən  187 kilometr uzaqda 

yerləşən  Şollar düzündən çəkilən su kəməri vasitəsi ilə Bakı  əhalisini su ilə  təchiz etməyə başlamışlar. 

Abşeronda iqtisadiyyatın sürətlə inkişafı, kimya sənayesi mərkəzi olan Sumqayıtın tikilməsi  Şollar-

Xaçmaz artezian hövzəsindən Jeyranbatan su anbarına ikinci su kəmərinin çəkilməsinə  səbəb oldu. Bu 

zaman Kürdən də su kəmərini çəkdilər.  İndi Bakıda bir sakininin suya tələbatı gündə 750 litrə çatır. 

Lakın suyun çox hissəsi istehlakçıya çatmır, çünki su kəmərləri müasir tələblərə cavab vermir, təmizliyici 

qurğular isə yaxşı işləmir. 

Müasir  şəraitdə ekoloji problemlərin ümumbəşəri xarakteri, siyasi sərhədlərin ekoloji şəffaflığı 

onunla nəticələnir ki, ekoloji ziyan vura biləcək mənbə dövlətdən kənardə yox, məhz öz ərazisində 

yerləşərək, öz subyektləri tərəfindən idarə olunur. Kür və Araz çaylarında yaranmış  vəziyyət bu fikri 

təsdiqləyir. 

Xüsusi narahatlığı bu gün əsas su təchizatı mənbəyinə çevrilmiş Kür suyu doğurur. Kürün yuxarı 

axarında buraya Gürcüstanın çoxsaylı kənd və şəhərlərinin sənaye və çirkab suları axıdılır. Bu ölkənin 

paytaxtından da çaya külli miqdarda çirkab sular axıdılır. Respublikamızın ekoloqları müəyyən emişlər 

ki, Tbilisi şəhərində Kürün suyunda müxtəlif zərərli birləşmələrin faizi dəfələrlə bütün normaları  aşır; 

bunların sırasında üzvi birləşmələr – 20 dəfə, fenol – 300, neft məhlulları – 330, xrom – 600, mis – 10, 

saprement bakteriyalar – 300 dəfə normadan artıqdır. Suyun çirklənməsində  fəal iştirak edənlər 

sırasında Gürcüstanın metallurgiya mərkəzi Rustavi də qeyd edilməlidir. Azərbaycan ərazisində Kürün 

suları qismən  Şəmkir və Mingəçevir su anbarlarında təmizlənir, buna baxmayaraq, bu su, beynəlxalq 

standartlara cavab vermir. 

Daha çox nigarançılığı Kürün sağ qolu olan Araz çayı doğurur. Onun özünə və qollarına Razdan, 

Çarensavan, Abovyan və Yerevan (Ermənistan) şəhərlərinin çirkab suları axıdılır. Arazın sularına atılan 

ağır metal tullantıları olduqca ciddi zəhərləyici xarakter daşıyır. Qeyd edilən çayların hövzələrində 

yaşayan və suyu gündəlikdə müxtəlif məqsədlərlə istifadə edən  əhalinin (o cümlədən qadınların) 

sağlamlığına çox ciddi ziyan vurulur. Arazın bir çox qolları erməni  şəhərlərinin radioaktiv çirkab 

sularını qəbul edən kollektor rolunu oynayır. Milli Monitorinq departamenti tərəfindən aparılan tədqiqat 

göstərilmişdir ki, buraya sənaye və çirkab suları 210 mln. m

3

 həcmində axıdılır. 



İnkişaf etmiş ölkələrin zəngin təcrübəsindən irəli gələrək, ölkəmizin aparıcı ekoloqları Kür və Araz 

sularının beşmərhələli təmizləmə proqramını  işləyib hazırlamışlar. Bu sudan yalnız sənayedə istifadə 

olunması təklif olunur. Şəhərlər və yaşayış məntəqələri üçün respublikamızın zəngin artezian sularından 

istifadə etmək məqsədi ilə  Şollar su borusunun üçüncü xəttinin çəkilməsi nəzərdə tutulur. 

Respublikamızda dağ çaylarının hidroresursları kifayət qədərdir. Böyük Qafqazın cənub yamaclarının 

çayları xüsusi potensiala malikdir. Bu çaylar da təmiz, içməyə yararlı su ilə  əhalinin təchizatı 

məsələsində perspektivli variant kimi öyrənilə bilər. 

Ekoloji ictimaiyyəti narahat edən daha bir aktual problem – Xəzər dənizi məsələsidir. Bu beş 

dövlətin  ərazisinə aid olan təkrarolunmaz su hövzəsidir. Bütün, delimitasiya və hüquqi statusun 

müəyyən edilməsi məsələləri burada ekoloji tarazlığın saxlanılması baxımından həll edilməlidir. 

Ekologiya və  Təbii Ehtiyatlar Nazirliyi tərəfindən müntəzəm olaraq keçirilən tədbirlər nəticəsində 

Sumqayıt akvatoriyasının (Xəzər dənizi) təbii florası  bərpa edilmişdir. Lakin məsələlərin regional 

səviyyədə həlli heç də dənizlə bağlı olan bütün problemlərin aradan qaldıra bilməz. Xüsusi narahatlığı 

Türkmənistan və Qazaxıstan akvatoriyalarının vəziyyəti, yəni texnogen mənşəli çirklənmə doğurur. 

Xəzər hövzəsində təbii müvazinətın bərpası üzrə kompleks işlərdə qadınların da payı az deyildir. 

Son zamanlar sənaye obyektlərinin çoxunda təmizləyici qurğular işə salınmışdır, bu yolla atmosfer 

hövzəsi polyutantlardan (çirkləndirici maddələr) bir qədər də olsa təmizlənir. Lakin vacib müasir 



 

 

problemlərdən biri də avtomobillərin işlənmiş qazdır. Nüfuzlu mənbələrə istinadən demək olar ki, 



ölkəmizdə 500 mindən çox avtomobil var, onların  əksəriyyəti tələb olunan standartlara uyğun gəlmir. 

Atmosferə daxil olan zərərli birləşmələrlə yanaşı, səs-küyün yaradılması, yəni “səs çirklənməsi” heç də 

az əhəmiyyətli deyildir. Dünyanın böyük şəhərləri ilə yanaşı bu çirklənmə növü paytaxtımızdan da yan 

keçməyibdir. Əhali şəhərin küçələrində avtomobillərin çoxluğundan əziyyət çəkir. Bu, həm də istehsalat 

prosesində fəal iştirak edən qadınlara aiddir.  

Bununla belə ekoloji fəaliyyətdə əsaslı dəyişikliklər müşahidə olunur. Məsələn, bütün respublika 

ərazisində o cümlədən, Bakı, Naxçıvan,  Qazax,  Füzuli  və s. bölgələrində monitorinq laboratoriyaları 

yaradılmışdır. Yalnız Bakı  şəhərində Milli Monitorinq Departamenti şəhərin 27 nöqtəsində gündə üç 

dəfə araşdırma aparır,  əldə edilən məlumat geniş ictimaiyyətin nəzərinə çatdırılır.  Şəhərin havasını bu 

və ya digər dərəcədə çirkləndirən hər bir müəssisə  rəhbərinə xüsusi bülleten vasitəsi ilə  xəbərdarlıq 

edilir. 

Respublikada müntəzəm şəkildə keçirilən meşə əkini problemi də xüsusi olaraq diqqəti cəlb edir. 

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi eroziyaya məruz qalan dağ yamaclarında payızda və yazda yeni 

meşə zolaqlarının yaradılmasına diqqət yetirir. Respublikamızda yarımsəhra iqlimi üstünlük təşkil 

etdiyini nəzərə alsaq, küləyin təsiri altında  əmələ  gələn eroziyanın qarşısının alınmasında meşə 

zolaqlarının rolunun nə dərəcədə böyük olduğunu aydın təsəvvür etmək olar. Misal olaraq, əhali üçün 

yeni kurort zonasının yaradılması  məqsədi ilə, Jəngi adlı yeni meşə zolağının salınması  nəzərdə 

tutulmuşdur. Dünya praktikasından məlumdur ki, meşələrin məhv edilməsi, insanların sağlamlığına 

mənfi təsir göstərən ekoloji tənəzzülün əlaməti hesab olunur. 

Sağlam  ətraf mühitin çox böyük iqtisadi, estetik və  əxlaqi dəyərləri var. Ətraf mühitin 

sağlamlığının qorunub saxlanılması həm də onun bütün tərkib hissələrinin ekosistemlər, qruplar, növlər 

və genetik müxtəliflik yaxşı halda olması və qorunub saxlanılmasını nəzərdə tutur. Bu komponentlərin 

hər birində kiçik pozuntular sonradan onların tam pozulmasına gətirib çıxara bilər. Burada qruplar 

tənəzzülə  uğrayır, məkan baxımından kiçilir, ekosistemdə öz əhəmiyyətini itirir, axırda isə tamamilə 

pozulur. 

Azərbaycanın davamlı inkişafa keçidin vəzifələrinin həlli yolunda optimal səviyyə – ekoloji 

vəziyyətin yaxşılaşdırılması  işində iqtisadi tərəqqinin rasionallaşma amilindən və  hər bir lokal qrup 

səviyyəsində  vətəndaşların bu işə  cəlb olunmasından istifadə edilməsidir. Yalnız qrup səviyyəsində 

lokal problemlərin xüsusiyyətləri və imkanları onun mədəni etnik və dini xüsusiyyətləri tam şəkildə 

nəzərə alına bilər.  

Təbii ehtiyatların idarə olunması ilə bağlı olan məsələlər yerli əhalinin çoxəsrlik təcrübəsi, onun 

adət və  ənənələri, qrup daxilində ekoloji riskin paylanılması xüsusi olaraq son illərin inkişaf 

proqramlarında özünə daha geniş yer tapır. Respublikamızda qadınlar iqtisadi inkişaf proqramlarında 

getdikcə daha çox iştirak edir. Bu sahədə nailiyyətlər artıq göz qabağındadır. 

Elmi fəaliyyət sahəsində  də qadınların rolu getdikcə artır. Müxtəlif səviyyələrdə ekoloji 

problemlərin nəzəri aspektlərin tədqiqində getdikcə daha çox qadın iştirak edir, müxtəlif səviyyələrdə 

ekoloji problemlərin həllinə çağırır. Qadınlar ekoloji cəhətdən təhlükəsiz cəmiyyətin inkişafında aparıcı 

rol oynamalıdırlar.  

 

MÜZAKİRƏ ÜÇÜN SUALLAR 

 



 

Qender və ətraf mühit. 

 

Ekoloji elmlər sistemində qender problemləri. 



 

İş üsulları –  diskussiya. 

 

ƏDƏBİYYAT 

 

Azərbaycan Respublikasının Əsas Qanunu (Konstitusiyası). B., 2003 



Azərbaycan Respublikasının “Ekoloji təhlükəsizlik haqqında” Qanunu. – B., 1999 

Закон Азербайджанской Республики “Об особо охраняемых природных территориях и объектах” Б., 1999 

Закон Азербайджанской Республики “Об охране окружающей среды”. – Б., 1999 

Закон Азербайджанской Республики “Об охране природы и природопользовании”. – Б., 1999 




 

 

Закон Азербайджанской Республики “О животном мире”. – Б., 1999 



Законы  об  охране  окружающей  среды.  Тексты  законов.  Информация  из  Федеративной  Республики 

Германия. – Бонн, 2000 



Ахутин А.В. Понятие “природа” в античности и Новое время. – М., 1988 

Искендерова  С.,  Касумова  Е.,  Кондратьев  С.  Экофеминизм – актуальные  информационные  ресурсы 

гендерных проблем экологии. – Б., 2002 

Лесной Кодекс Азербайджана. – Б., 1998 

Кэрол П.Крист и Джудит Пласкоу. Антология “Возрастание женской духовности”. Сан-Франциско, 1979 

Мерчант Кэролин. Смерть природы. Женщина, экология и научная революция.- Сан-Франциско, 1990 

Халилов Ш. К вопросу о водообеспечении в Азербайджане. Материалы Научно-практической конференции, 

посвященной 80-летию Г.Алиева. Б., 2003 

Democracy and equality between women and men. Declaration and Resolutions. – Istanbul, 1997 

Environment – Sustainability – Gender Justice. German activities from Rio to Johannesburg. Berlin, 

Umweltbundesamt, 2004 

 http://www.боелл.де 



 

 

 



Yüklə 132,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə