İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

14 

 

 



Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq milli 

bayraq hesab edilsin.

1

 



Bayraqdakı  mavi rəng türkçülüyü, qırmızı – 

müasirliyi, qərb demokratiyasını, yaşıl – islam 

ideologiyasını ifadə edir. 

Bu

 



barədə

 

"Azerbaydjan" qəzetinin 1918-ci il 



noyabr nömrələrindən birində çap edilmiş  “Azər-

baycan bayrağı” adlı maraqlı məlumatda deyilir: 

   “Hökumət  tərəfindən  yaşıl,  qırmızı  və mavi 



rəngdə olan üçrəngli Azərbaycan bayrağının 

layihəsi təsdiq olunmuşdur. Qırmızı rəngin fonunda 

aypara və  səkkizguşəli ulduzun təsviri olacaqdır. 

Aypara və ulduz ağ rəngdə nəzərdə tutulmuşdur”.

2

 



 

1919-cu ilin aprel ayında Parlament binası 

üzərində dalğalanan üçrəngli bayrağa həsr etdiyi 

Azərbaycan bayrağına” adlı  şeirində görkəmli 

şair Əhməd Cavad yazmışdır: 

Allahın yıldızı, o gözəl pəri, 

Sığınmış qoynunda Aya bayrağım!

3

 



 XIX 

əsrin sonları və XX əsrin əvvəllərində Bakının sürətlə inkişaf etməsi burada eyni sürətlə 

Azərbaycan ziyalı elitasının yaranmasına səbəb olmuş  və  hətta onlar bir sıra məsələlərdə osmanlılar 

üçün nümunəyə çevrilmişlər. Ziya Göyalpın “üçlü ideologiyası” ilə yaxından tanış olan həmin 

ziyalıların bir qrupu “türkləşmək, müasirləşmək və islamlaşmaq” ideologiyasını daha da inkişaf 

etdirmiş, yuxarıda deyildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağında onu tam 

dolğunluğu ilə əks etdirə bilmişlər. 

 Sevimli 

şairimiz Cəfər Cabbarlı Azərbaycanın Dövlət bayrağının çoxmə‘nalı  rənglərini 

“Sevdiyim” şeirindən gətirdiyimiz bir parçada belə təsvir edir: 



Altun köksün hilal-yıldız, işıqları öpüncə, 

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. 

Altaylardan, Altun dağdan

4

 doğma səslər gəliyor, 

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim. 

Qollarilə türk ellərin bütün qucmaq istiyor, 

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

5

 

 1918-ci 

il 

dekabrın 7-də Azərbaycan Parlamentinin açılışı  mərasimində nitq söyləyən 



M.Ə.Rəsulzadə bayrağın rəngləri haqqında konkret olaraq söyləmişdir: “...müstəqil Azərbaycanı təmsil 

o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir əfkari-əhrara-

nəsini  təmsil  edən  bu  üç  boyalı  bayraq  daimən başlarımızın  

üstündən ehtizaz edəcəkdir…”.

6

 



 

Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində  işləyən dahi jurnalist-bəstəkarımız Üzeyir 

bəy Hacıbəyli bu barədə belə yazırdı:  

 

“Məmməd Əmin nitqi-iftitahiyyəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək 



amalı  əlamətindən ibarət olduğuna işarə ilə   bu bayraq endiriləməz! dedikdə bütün məclis ayağa 

qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

7

 

 

Göründüyü  kimi, burada  kainat, ənginlik, böyüklük, əzəmət bildirən mavi rəng türk hürriyyətini



azadlığını  və ucalığını  təmsil edir. Yaşıl rəng islam sivilizasiyasını  və ondan bəhrələnməyi  əks etdirir. 

Yuxarıda işlədilən  “əhraranə” (“əhrar”  ərəbcə “hürr” sözünün cəmidir) ifadəsi “azadlıqlara xas” 

                                                 

1

 Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, fond 894, siyahı 1, iş 25, vərəq 142 və s. 



2

 Азербайджан, 1918, 11 ноября. 

3

 Əhməd Cavad. Əsərləri. I cild. Bakı, 1992, s. 138. 



4

 Altun dağdan – Tyan-Şan dağlarından – müəlliflər

5

 Cabbarlı C. Ədirnə fəthi, s. 151. 



6

 Azərbaycan, 1918, 9 dekabr. 

7

 Yenə orada. 



 


15 

 

deməkdir; XVIII əsrin sonlarından Avropada demokratiya   hürriyyət  uğrunda qaldırılan qırmızı 



bayraqlara işarədir. 

 Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin çox gözəl təsvirdə olan Dövlət bayrağı  həm də 

çox böyük mənalar kəsb edir. 

 1990-cı il noyabrın 29-da Azərbaycanda müstəqilliyin bərpası  uğrunda xalq hərəkatının 

gücləndiyi bir dövrdə respublika Prezidenti tərəfindən “Azərbaycan SSR-in adının və Dövlət 

bayrağının dəyişdirilməsi haqqında” fərman verilmişdir. Həmin fərman 1991-ci il fevralın 5-də 

Azərbaycan Respublikası Ali Sovetinin növbəti çağırışının ilk sessiyasında təsdiq olunmuşdur. 

 

Fərmana müvafiq olaraq “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” də 



tərtib və təsdiq olundu. Bayrağın ölçüləri dəqiqləşdirildi, ucaldılması nəzərdə tutulan yerlər müəyyən 

edildi.


1

 

                                                 



1

 Xalq qəzeti, 1991, 8 fevral. 




16 

 

 



 

Azərbaycan Respublikasının  

Dövlət bayrağı haqqında 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ 

 

QANUNU 

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır: 

1. Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin. 

2. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin. 

3. “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında  Əsasnamənin təsdiq edilməsi barəsində” 

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 5 may tarixli Fərmanı (Azərbaycan SSR 

qanunları toplusu. 1938-1966-cı illər, c. I, səh. 221; Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci 

il, №5-6, maddə 71, №12, maddə 161) qüvvəsini itirmiş hesab edilsin. 

 

Azərbaycan Respublikası Prezidenti  

A.Mütəllibov. 

 

 

Bakı şəhəri, 5 fevral 1991-ci il. 



№ 17-XII. 

 

*      * 



*

 



Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə