İqrar Əliyev, Elmar Məhərrəmov



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

 

6.1. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən 



rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir. 

 

 

Maddə 7. Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində  və matəm 

mərasimlərində istifadəsi. 

7.1. Azərbaycan Respublikasının qanunvericiliyində  nəzərdə tutulmuş  və ya müvafiq icra 

hakimiyyəti orqanı  tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət 

bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və 

ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir. 

7.2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram 

göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

 

Maddə 8. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması 



(asılması) və ya yerləşdirilməsi.  

8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, 

müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların 

ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.  

8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə 

beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə  və idarələrin 

bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan 

Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır. 



 

 

Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər. 

9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı  və onun təsviri, onların ölçülərindən asılı 

olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.  

9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, 

rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Blue 313 C rənginə, 

qırmızı  rənginin - Red 185 C rənginə, yaşıl rənginin - Green 3405 C rənginə uyğunluğu təmin 

edilməlidir.  

9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. 

9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara 

bərkidilən dəstək üzərində qaldırılır.  

9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi 

yerdən azı üç metr hündürlükdə olsun. 

 

 

Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər. 



Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə 

bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. 

 

 

Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına 



görə məsuliyyət.  

Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə 

Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur. 




 

 



 

Maddə 12. Yekun müddəaları.  

12.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.  

12.2. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının 

Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasnamənin 3-cü, 

4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.  

12.3. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, 

saxlanılması və istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

 



İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti 

 

 

 

Bakı şəhəri, 8 iyun 2004-cü il 

683-IIQ 


 

 



 

İSTİQLAL BƏYANNAMƏSİ 

 

ƏQDNAMƏ

 

 

Böyük Rusiya inqilabının cərəyanı ilə, dövlət vücudunun 



ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqasiyanın rus orduları 

tərəfindən tərkinə movcib bir vəziyyəti-siyasiyyə hasil oldu. 

Kəndi qövmeyi-məxsusələrinə  tərk olunan Zaqafqasiya millət-

ləri müqəddəratlarının idarəsini biizzat kəndi  əllərinə alaraq 

Zaqafqasiya Qoşma Xəlq Cümhuriyyətini təsis etdilər. Vaqieyi-

siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqasiya 

Qoşma Xəlq Cümhuriyyəti cüzvindən çıxıb da müstəqil Gürcü 

Xəlq Cümhuriyyəti təsisini saleh gördü. 

Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən 

müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyəti-hazireyi-

siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənub-

Şərqi Zaqafqasiyadan ibarət bulunan Azərbaycana, dəxi 

bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir 

dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. 

Buna binaən arayi-ümumiyyə ilə intixab olunan 

Azərbaycan  Şurayi-Milliyeyi-İslamiyyəsi bütün cəmaətə elan 

ediyor ki: 

 

1- Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi 



Zaqafqasiyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir. 

2- Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümhuriyyəti olaraq təqərrür ediyor. 

3- Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə  həmcivar olduğu millət və 

dövlətlərə münasibəti-həsənə tə’sisinə əzm edər. 

4- Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən 

qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər. 

5- Azərbaycan Xəlq Cümhuriyyəti  ərazisi daxilində yaşayan bilcümlə millətlərə  sərbəstanə 

inkişafları üçün geniş meydan buraxır. 

6- Məclisi-Müəssisan toplanıncaya qadar Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə 

intixab olunmuş  Şurayi-Milli və  Şurayi-Milliyyəyə qarşı  məs’ul Hökuməti-Müvəqqəti 

durur.

1

 



28 mayıs 1918 sinədə 

Tiflis şəhərində 

Azərbaycan Milli Şurasının Sədarəti: 

Katib: 


İmzalar 

                                                 

1

 Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, fond 894, siyahı 10, iş 192, vərəq 1. 




Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə