İqrar Əliyev, Elmar Məhərrəmov


Azərbaycan Respublikasının



Yüklə 240,82 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix14.02.2018
ölçüsü240,82 Kb.
#27055
1   2   3   4   5   6   7   8   9

17 

 

  



Azərbaycan Respublikasının 

Dövlət bayrağı haqqında  

 

ƏSASNAMƏ



 



 

1. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. 

2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan rəngli üç üfqi zolaqdan ibarət 

düzbucaqlı parça şəklindədir; üst zolaq mavi rəngdə, orta zolaq qırmızı  rəngdə, aşağı zolaq yaşıl 

rəngdədir. Bayrağın hər iki üzündə  qırmızı zolağın ortasında ağ  rəngli aypara və  səkkizguşəli ulduz 

təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. 

Ayparanın və  səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının 

içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 

1

/

2



-nə bərabərdir. 

Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük 

dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 

1

/



4

-ə 


bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 

1

/



60

-nə 


bərabər olan məsafədə yerləşir. 

Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri 

bayrağın eninin 

1

/



6

-ni, daxili dairəsinin diametri isə 

1

/

12



-ni təşkil edir. 

3. Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı yerlərdə qaldırılır: 

a) Azərbaycan Respublikası Ali Sovetinin,

1

 Naxçıvan  



Muxtar Respublikası Ali Sovetinin,

2

 Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin, 



Azərbaycan Respublikası rayon, şəhər,  şəhərdə rayon, qəsəbə  və  kənd xalq deputatları Sovetinin

3

 



sessiyalarının keçirildiyi binaların üzərində – bütün sessiya dövründə; 

b) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Sovetinin,

4

 

Azərbaycan Respublikası Nazirlər Sovetinin,



5

 Naxçıvan Muxtar Respublikası Ali Sovetinin və 

Nazirlər Sovetinin,

6

 Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və Azərbaycan 



Respublikası yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin

7

 binaları üzərində – daim asılır; 



v) dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin, idarələrin və təşkilatların binaları, 

habelə yaşayış evləri üzərində – martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-də, mayın 

9-da, mayın 28-də, noyabrın 7-də.

8

 



Yuxarıda göstərilən binalar üzərində Azərbaycan Respublikasının Dövlət bayrağını başqa 

bayram və xatirə günlərində də qaldırmağa icazə verilir. 

q) rəsmi şəxs sifəti ilə Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli 

Məclisinin, Azərbaycan Respublikası Baş Nazirinin və ya digər rəsmi (vəkil  

                                                 

Qeyd:

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyun 2004-cü il tarixdə imzaladığı Qanuna (683-IIQ) əsasən bu 



Əsasnamənin 3, 4, 6 və 7-ci bəndləri qüvvədən düşmüşdür. Yalnız mövzu ilə bağlı  gələcək tədqiqatların asanlaşdırılması 

məqsədilə həmin bəndlərin mətnini burada saxlamağı lazım bildik – müəllif.

 

1

 Azərbaycan Respublikası Milli Məclisinin – müəlliflər. 



2

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin – müəlliflər. 

3

 İcra hakimiyyəti və bələdiyyə orqanlarının – müəlliflər. 



4

 Azərbaycan Respublikası Milli Məclisinin – müəlliflər. 

5

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin – müəlliflər. 



6

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin – müəlliflər. 

7

 İcra hakimiyyəti və bələdiyyə orqanlarının – müəlliflər. 



8

 Azərbaycan Respublikasının bayramlarına aidiyyəti olmayan günlərdə Dövlət bayrağının ucaldılmasına son qoyulmuşdur – müəlliflər. 




18 

 

 



 

Bayrağın ümumi ölçülərini  

göstərən qrafik təsviri 

 

 



edilmiş)  şəxslərin mindikləri hava gəmilərində (Dövlət bayrağının gəmidə  təsvirləri), dəniz 

gəmilərində, daxili su yollarında üzən gəmilərdə və başqa nəqliyyat vasitələrində – göstərilən şəxslərin 

razılığı ilə; 

d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və 

Azərbaycan Respublikası Baş Nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı 

dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin, idarələrin və  təşkilatların keçirdikləri 

mərasimlər zamanı, digər təntənəli və bayram tədbirləri zamanı da qaldırıla bilər. 

4. Naxçıvan Muxtar  Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının Dövlət 

bayrağı ilə bir vaxtda qaldırılarkən Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağının ölçüsü 

Azərbaycan Respublikasının Dövlət bayrağının ölçüsündən iri ola bilməz. 

5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri ölçülərindən asılı olmayaraq bu 

Əsasnaməyə əlavə edilən rəngli və sxematik təsvirlərə həmişə dəqiq uyğğun gəlməlidir. 

6. Azərbaycan Respublikasının gerbi və himni kimi, Azərbaycan dövlətinin suverenliyi rəmzi 

olan Azərbaycan Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər cür təhqir edilməsi 

qanuna əsasən cəzalandırılır. 

7. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbaycan Respublikanın Nazirlər Kabineti qəbul edir. 

 

*      *  

 * 



Yüklə 240,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə