İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

 

20 


 

2. Təbiət 

Şagird: 

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini 

mənimsədiyini nümayiş etdirir. 

2.1.1. Ərazilərin tektonik quruluşunun və təbii proseslərin ölkələrin 

iqtisadiyyatında rolunu izah edir. 

2.1.2. Mineral ehtiyatların istifadəsinin proqnozlarına dair hesablamalar aparır. 

2.1.3. Atmosfer hadisələrinin yaratdığı ekoloji problemlərə dair məlumat və 

təqdimatlar hazırlayır. 

2.1.4. İqlim xəritəsinə əsasən hər hansı ərazinin iqlim şəraitini təhlil edir. 

2.1.5. Hidrosferdəki təbii sərvətləri iqtisadi və ekocoğrafi cəhətdən qiymətləndirir. 

2.1.6. Hidrosferin ekoloji cəhətdən gərgin ərazilərini kontur xəritədə qeyd edir. 

2.1.7. Bioloji ehtiyatlardan istifadəyə dair proqnozlar verir. 

2.1.8. Bioloji ehtiyatlara dair hesablamalar aparır. 

 

3.



 

Cəmiyyət 

Şagird: 

3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş 

etdirir.  

3.1.1. Əhalinin tərkibini təhlil edir.  

3.1.2. Əhalinin tərkibinə aid sxemlər, diaqramlar hazırlayır. 

3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş 

etdirir. 

3.2.1. Beynəlxalq inteqrasiyanın ölkələrin siyasi həyatında rolunu qiymətləndirir.  

3.2.2. Xəritə üzərində inteqrasiyaya aid olan ölkələri qruplaşdırır. 

3.2.3. Beynəlxalq iqtisadi münasibətlərin ölkələrin inkişafındakı roluna dair 

təqdimatlar edir. 

3.2.4. İqtisadi göstəricilərə əsasən hesablamalar aparır, sxem və diaqramlar qurur. 

3.2.5. Cəmiyyətin sosial-iqtisadi inkişafında ekoloji tarazlığın qorunmasını 

proqnozlaşdırır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1.6. Fəndaxili və fənlərarası inteqrasiya 

 

Təhsilin  məzmununa  xüsusi  konstruksiya  verən  fənlərarası  və  fəndaxili 

əlaqələr  Təhsil  Sektorunun  inkişaf  layihəsi  çərçivəsində  inteqrativ  kurrikulumun 

mahiyyətini təşkil edir. 

Təcrübəli  müəllimlərin  fikrincə  inteqrativ  təlim  bacarığı  olmadan  hər-hansı 

bir  fənnin  tədrisində  müvəffəqiyyət  əldə  etmək  mümkün  deyil.  Şagirdlərə 

dayanaqlı  və  kompleks  şəkildə  biliklər  vermək,  onların  dünyagörüşünü 

genişləndirmək,  şagird  təfəkkürünün  inkişafında  tədiqatçılığa  meyl  yaratmaq, 

qazanılan  nəzəri  bilikləri  praktik  olaraq  həyata  tətbiq  etmək  və  s.  bacarıqların 

formalaşdırılmasında interaktiv kurikulumun əhəmiyyəti  əvəzedilməzdir.  




 

21 


Cəmiyyətdə  və  təbiətdə  daima  inteqrasiya  mövcud  olmuşdur.  Məsələn,  hər 

hansı  peşə  sahibi  müəyyən  işin  həyata  keçirilməsində  müxtəlif  bacarıqlardan 

istifadə edir və ya görəcəyi işin digər məsələlərə təsirini müəyyən edə bilir. 

 

Təbiət  və  cəmiyyətin  birgə  dərk  edilməsində  aparıcı  rola  malik  olan 



coğrafiya  fənni şagirdlərdə təbiət hadisələrinin qarşılıqlı   və cəmiyyətdə baş verən 

hadisələrin  tarixi  reallığa  malik  olmasına  dair  dünyagörüşünü  formalaşdırır. 

Coğrafiya  fənninin  mahiyyət  etibarı  ilə  məkan    məvhumunda  dərk  edilməsi  bu 

fənnin  tədrisində  inteqrasiyanın  tətbiq  edilməsinə  olan  zərurətin  daha  yüksək 

olmasına əsas verir. Coğrafiya fənninin tədrisində yalnız təbiət fənləri deyil, eləcə 

də ictimai və texniki fənlərin tətbiq edilməsi inteqrativlik baxımından coğrafiyanın 

rolunu  yüksəldir,  onu  mərkəzi  mövqeyə  gətirir,  fənnin  didaktik  əhəmiyyətini 

artırır,  müxtəlif  təlim  metodlarının  tətbiqinə  imkan  verir    və  eləcə  də  digər  fənn 

sahələri ilə birgə kombinasiyalar yaratmağı tələb edir.  

İnteqrativ təlimdə coğrafiya fənni şagirdlərdə: 

 

sərbəst düşünməyə 



 

qruplarda işləməyə 



 

müzakirələrdə öz mövqeyini bildirməyə 



 

 layihələr hazırlamağa 



 

mövzunun aktuallığını əsaslandırmağa 



 

mövzunun  əhəmiyyətinə,  digər  sahələrə  tətbiq  edilməsini  və  s.  kimi 



xüsusiyyətlərinə imkan yaradır. 

 İnteqrativ  kurrikulumda  coğrafiya  müəlliminin  də    fəaliyyəti  mahiyyət  etibarı 

ilə dəyişir.  

Müəllim  coğrafiya  təlimində  aşağıdakı  xüsusiyətləri  yüksək  dərəcədə 

mənimsəməlidir.   

 



məsələlərin həllinə kompleks yanaşmaq; 

 



mövzular arası əlaqələri yaratmaq; 

 



şagird bacarığının inkişafına diqqət yetirmək; 

 



şagirdlərə  hər  hansı  mövzuya  dair  biliklərin  sistemli  şəkildə  artan  sırasını 

müşahidə etmək; 

 

təlim prosesini qiymətləndirmək və s. 



Dünya ölkələrinin əksəriyyəti üçün qəbul edilmiş tədris  fənlərinin məzmunu 

belə  bir  nəticəyə  gəlməyə  imkan  verir  ki  tədris  olunan  fənlər  maksimum  şəkildə  

əlaqələndirilməli, təlim prosesi təcrübə və inteqrativ əsasa malik olmalıdır. 

 Müasir dünya təcrübəsində  inteqrasiyanın fəndaxili və fənlərarası modelləri 

mövcuddur.  Xüsusilə  qərb  ölkələrində  bu  modellərdən  fənlərin    məzmununun 

şagirdlərə  çatdırılması,  öyrənmə  prosesinə  maraq  yaradılması,  şagird  

dünyagörüşünün inkişaf etdirilməsi və onların dərsdə daha fəal olması məqsədi ilə 

istifadə olunur. 



Fəndaxili  inteqrasiya    coğrafiya  təlimində  mühüm  didaktik  əhəmiyyətə 

malikdir.Bu  inteqrasiya  modeli  fənni  tədris  edən  müəllimdə  bilik  və  bacarığı 

əlaqəli  və  eləcə  də  ayrılıqda  görə  bilmək  qabilliyətini  tələb  edir.  Tədris  olunan 

mövzuda  fənnin  məzmun  xəttinə  uyğun  olaraq  tələb  olunan  bilik  və  bacarıqlar 

diqqət  mərkəzində saxlanılır.  



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə