İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
142 
 
 
mam Əliyyən-Nəqi (ə) saray fəqihləri ilə üz-üzə 
 
Abbasi  xəlifələrinin  əsas  siyasəti  camaatın  diqqətini  saray  fəqihlərinə 
(alimlərinə)  cəlb  etmək  və  onların  verdiyi  fətvaları  rəsmi  fətva  elan  etmək 
olsa da, lakin  mam Əliyyən-Nəqi (ə) Samirrada olduğu müddət ərzində neçə 
dəfə saray fəqihləri arasında fətva müxtəlifliyi baş verməsi nəticəsində onlar 
məcbur olub  mama müraciət etmiş, o Həzrət isə öz  mamət elmi sayəsində 
aydın sübutlarla məsələnin həqiqətini üzə çıxarmış və nəticədə saray fəqih və 
alimləri  o  Həzrətin  elmi  qarşısında  baş  əyib  təslim  olmuşlar.  ndi  bu  cür 
məqamlardan ikisini oxucuların diqqətinə çatdırırıq: 
 
1. Zina etmiş məsihinin cəzası 
Bir  gün  müsəlman  qadınla  zina  etmiş  məsihi  bir  kişini  Mütəvəkkilin 
hüzuruna  gətirirlər.  Mütəvəkkil  onun  üzərində  şəri  hədd  icra  etmək  istəyir. 
Lakin  məsihi  dönüb  müsəlman  olur.  Baş  qazı  Yəhya  ibn  Əksəm  deyir: 
“Onun müsəlman olması, onun bütün günahını aradan apardı və ona heç bir 
hədd  icra  edilməməlidir.”  Fəqih  və  alimlərdən  bəziləri  dedilər  ki,  onun 
haqqında  şəri  hədd  üç  dəfə  icra  olunmalı,  bəziləri  isə  başqa  cür  hökm 
verdilər.  Verilən  hökm  və  fətvaların  müxtəlif  olması  Mütəvəkkili  mam 
Ə
liyyən-Nəqiyə (ə) müraciət etməyə məcbur edir. Məsələni  mama dedikdə, 
o  Həzrət  buyurur  ki,  ona  ölənə  qədər  şallaq  vurulmalıdır.  mam  Əliyyən-
Nəqinin  (ə)  verdiyi  bu  fətva  Yəhya  ibn  Əksəm  və  digər  fəqih  və  alimlərin 
ciddi narazılığına səbəb oldu. Onlar dedilər: “Heç bir ayə və hədisdə bu cür 
fətva yoxdur.” Sonra da Mütəvəkkilə dedilər ki,  mama bir məktub yazıb bu 
fətvanın  istifadə  edildiyi  əsası  öyrənsin.  Mütəvəkkil  də  onların  dediyi  kimi 
edir.  mam  Əliyyən-Nəqi  (ə)  məktubun  cavabında  yazır:  “Onlar  əzabımızı 
gördükdə  dedilər:  “Biz  yalnız  Allaha  iman  gətirdik,  [Rəbbimizə] 
qoşduğumuz şərikləri [bütləri] isə inkar etdik.” Amma əzabımızı gördükləri 
zaman  iman  gətirmələri  Allahın  Öz  bəndələri  barəsində  öncə  olub  keçmiş 
(tətbiq  edilmiş)  adətinə,  qayda-qanununa  müvafiq  olaraq  heç  bir  fayda 
vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə 
gətirilən  imanın  heç  bir  faydası  olmaz).  Onlar  elə  oradaca  ziyana  uğradılar 
(məhv oldular).”
1
  
                                                            
1
 
 Ğafir surəsi, ayə 84-85 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
143 
 
Mütəvəkkil  mamın  verdiyi  fətvanı  qəbul  edərək  zina  etmiş  məsihinin 
həddinin o Həzrətin verdiyi fətvaya uyğun olaraq icra edilməsini tələb etdi.
1
  
mam  Əliyyən-Nəqi  (ə)  bu  ayəni  qeyd  etməklə  onlara  başa  salmaq 
istəyirdi ki, kafirlərin (müşriklərin əzabı görərkən) iman gətirmələri Allahın 
ə
zabını  onlardan  götürmədiyi  kimi  bu  məsihinin  də  müsəlman  olması  şəri 
həddi onun boynundan götürmür. 
 
2. Mütəvəkkilin nəziri 
Bir dəfə Mütəvəkkil bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah 
yolunda  çoxlu  qızıl  sikkə  paylayacaq.  Sağaldıqdan  sonra  fəqih  və  alimləri 
yığıb  soruşur  ki,  “çoxlu”  hesab  olmaq  üçün  neçə  qızıl  sikkə  verməliyəm? 
Onlar  müxtəlif  fətvalar  verirlər.  Mütəvəkkil  yenə  məcbur  olub  mam 
Ə
liyyən-Nəqiyə (ə) müraciət etməli olur. O Həzrət buyurur ki, “çoxlu” hesab 
olmaq üçün səksən üç qızıl sikkə verməlisən. 
Fəqih  və  alimlər  mamın  bu  fətvasından  təəccüblənib  deyirlər  ki,  ondan 
soruşun, görək bu fətvanı hansı əsasa görə deyir? 
Mütəvəkkil  mam  Əliyyən-Nəqidən  (ə)  verdiyi  fətvanın  əsası  barədə 
soruşduqda,  o  Həzrət  buyurur:  “Allah-taala  Quranda  buyurmuşdur:  “Allah 
sizə [müsəlmanlara] bir çox yerlərdə kömək etmişdir.”
2
  
 Bütün Əhli-beytimiz də buyurur ki, Peyğəmbərin (s) dövründə səksən üç 
döyüş olmuşdur.”
3
  
 
 
mam Əliyyən-Nəqi (ə) və müxtəlif firqələr  
 
mam  Əliyyən-Nəqinin  (ə)  dövründə  Mötəzilə  və  Əşairə  kimi  müxtəlif 
məzhəb və firqələr yayılmış,  slam cəmiyyəti arasında əqaid elminin çoxsaylı 
nəzəriyyələri  yaranmış,  “məcburiyyət”  (“cəbr”),  “ixtiyar”,  “Allahın 
görünməsinin mümkün olub-olmaması”, “Allahın cisim  olması”  və bu kimi 
elmi  mübahisələr  getməkdə  idi.  Buna  görə  də,  o  Həzrət  bəzi  vaxtlar  elə 
suallarla  üzləşməli  olurdu  ki,  o  sualların  bu  kimi  məzhəblərdən  meydana 
gəlməsi  açıq-aşkar  bəlli  idi.  Şiə  məclislərinə  bu  cür  batil  əqidələrin  yol 
                                                            
1
 
Vəsailuş-şiə, c.18, səh.408 
2
 
Tövbə surəsi, ayə 25 
3
 
Təzkirətul-xəvass, səh.360 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
144 
 
tapması ehtimalı şiələrin o Həzrətin başçılığı ilə hidayət edilməsi və onların 
mam  kimi  bir  rəhbərə  ehtiyac  duyduqları  zərurətini  daha  da  artırırdı.  Bu 
baxımdan  mam  Əliyyən-Nəqi  (ə)  öz  məktub  və  elmi  mübahisələrində 
“cəbriyyə”, “Allahın cisim olmasına inam” və bu kimi məzhəblərin əqidə və 
nəzəriyyələrinin  əsassız  olduğunu  qəti  və  aşkar  dəlillərlə  isbat  edir  və  əsl 
slam əqaidini heç bir təhrif olmadan cəmiyyətə təqdim edirdi. Təbii ki, bu 
da o Həzrətin elmi məqamının yüksək olduğuna dair bir nümunədir.
1
  
mam Əliyyən-Nəqinin (ə) elmi həyatını mütaliə etdikdə məlum olur ki, o 
Həzrətin elmi mübahisələrinin əksəriyyəti bu kimi əqaid bölməsinə aid olan 
mövzular  barədə  olmuş,  həmçinin,  o  Həzrətdən  bu  sahədə  söylənilmiş 
hədislər şiə məzhəbinin əsaslarının açıq-aşkar üstün olduğunu göstərir. Misal 
üçün o Həzrətin Əhvaz camaatının “məcburiyyət” və “ixtiyar” nəzəriyyələri 
haqqında  olan  sualına  yazdığı  və  orada  aydın  və  qəti  dəlillərlə  nə 
məcburiyyət,  nə  də  ixtiyar  olan  düzgün  nəzəriyyəni  sübut  etdiyi  məktubu 
qeyd etmək olar.
2
 
 
Qulatlarla mübarizə 
 
mam  Əliyyən-Nəqinin  (ə)  dövründə  fəaliyyət  göstərən  azğın,  batil  və 
yanlış firqə və məzhəblərdən biri də Qulat məzhəbi olmuşdur. Onlar əsassız 
və boş əqidələrə malik olub özlərini şiə kimi qələmə verirdilər. Onlar  mam 
barədə ifrat dərəcəsinə vararaq, onu Allah kimi qələmə verir və bəzi vaxtlar 
özlərini  mamın  nümayəndəsi  adlandırıb  bu  yolla  şiə  məzhəbini  digər 
məzhəblər yanında ləkələyirdilər.  mam Əliyyən-Nəqi (ə) bu firqəyə qarşı öz 
etirazını bildirib onlarla mübarizə aparır, onları rədd etməklə şiə məzhəbinin 
ləkələnməsinin  qarşısını  almağa  çalışırdı.  Bu  məzhəbin  puç  və  əsassız 
ə
qidəsinin yaranmasına bəlkə də, aşağıdakı məsələlər şərait yaratmışdır: 
1)  mamdan müşahidə olunmuş kəramət, qeybdən xəbər vermə  və bəşər 
qüdrətindən xaric olan işləri düzgün anlamaq qüdrətində malik olmayan bu 
məzhəb  nümayəndələri  onları  (bu  hadisələri)  bidət,  mövhumat  və  slama 
zidd olan hərəkətlərinə bəhanə qərar verirdilər. 
2)  Bu  məzhəbə  xidmət  edən  şəxslər  slam  qayda-qanunlarını,  şəriəti, 
slami hökmləri ayaq altına alıb öz istədikləri kimi hərəkət etmək istəyirdilər. 
                                                            
1
 
Ehticac, səh.249 
2
 
Tuhuful-uqul, səh.458-475 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə