İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
136 
 
məqsədi olmayan şəxslər idilər. Onlar məruz qaldıqları zülm və haqsızlıqlar 
nəticəsində  narahat  olub  mövqelərini  dəyişmək  fikrinə  düşür,  lakin 
məğlubiyyət  zamanı,  yaxud  ölüm  təhlükəsində  olduqlarını  hiss  etdikdə,  öz 
rəhbərlərini tənha qoyub ondan uzaqlaşırdılar. Bir daha xatırladırıq ki, əgər 
bu  qiyamların  əksəriyyəti  məsum  mamların  etirazı  ilə  üzləşirdisə,  onun 
səbəbi,  ya  bu  qiyamların  əsl  slami  qiyam  olmaması,  qiyamçıların,  yaxud 
qiyam  başçılarının  bəzi  qeyri- slami  hərəkətləri  olmuş,  ya  da  onların 
fəaliyyətinin məğlub olacağını qabaqcadan görmək olmuşdur. Buna görə də, 
ə
gər  mam  onların  qiyamına  razılıq  versəydi,  qiyamın  məğlub  olacağı 
təqdirdə  şiə  və  mamət  məsələsinin  əsası,  həmçinin,  şiə  məzhəbinin  əsas 
qüvvələri təhlükə qarşısında olardı. 
 
mam Əliyyən-Nəqinin (ə) Mədinədə
 Samirraya göndərilməsi 
 
mam Əliyyən-Nəqinin (ə)  maməti dövründəki Abbasi xəlifələri arasında 
hamıdan  çox  Mütəvəkkil  o  Həzrətlə  həmzaman  olmuşdur.  Buna  görə  də, 
onun  mam Əliyyən-Nəqinin (ə) müqabilindəki mövqeyini araşdırmaq daha 
məqsədəuyğun olar. 
Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və düşməncəsinə rəftar edirdi. 
O,  Bəni-Haşimə  qarşı  daima  bədgüman  olmuş  və  onları  həmişə  ittiham 
etmişdir. Vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da, həmişə onun yanında 
Bəni-Haşimə qarşı töhmətlər qoşaraq bu tayfaya qarşı pis rəftar etməyə vadar 
edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi 
xəlifələrini ötüb keçmişdi.
1
  
Mütəvəkkilin  Əli  (ə)  və  onun  övladlarına  qarşı  misli  görünməmiş  bir 
düşmənçiliyi  var  idi.  Əgər  bir  nəfərin  Əliyə  (ə)  rəğbət  bəslədiyindən  xəbər 
tutsaydı, bütün mal-dövlətini müsadirə edib özünü də öldürəcəkdi.
2
  
Mütəvəkkil  mam Əliyyən-Nəqiyi  (ə) öz nəzarəti altına almaq üçün ata-
babalarının  yolunu  davam  etdirir,  nəyin  bahasına  olursa  olsun,  fikrini  o 
Həzrət  barədə  rahat  etmək  istəyirdi.  Bundan  qabaq  Məmunun  mamın  (ə) 
fəaliyyətini  nəzarət  altına  almaqda  işlətdiyi  metodu  müşahidə  etdik.  Onun 
                                                            
1
 
Məqatilut-talibin, səh. 395 
2
 
Ə
lkamilu fit-tarix, c.7, səh.55 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
137 
 
mam  Cavad  (ə)  ilə  qohumluq  əlaqəsi  yaratmasına  baxmayaraq,  o  hətta 
Həzrətin  evinin  daxilində  belə,  onu  nəzarət  altında  saxlaya  bilmir.  mam 
Cavad  (ə)  şəhid  olduqdan  və  mam  Əliyyən-Nəqi  (ə)  mamət  məqamına 
yetişdikdən  sonra  da  bu  planı  həyata  keçirməyin  nə  qədər  lazım  olduğunu 
həmin dövrün xəlifəsi çox yaxşı başa düşürdü. Çünki  mam Mədinədə qalıb 
xəlifənin nəzarətindən uzaq olsaydı, onda bu zalım hökumət üçün çox ciddi 
təhlükə  yarada  bilərdi.  Buna  görə  də,  xəlifə  (Mütəvəkkil)  bu  təhlükə 
ehtimalının  qarşısını  almaq  məqsədilə  öz  planını  həyata  keçirməli  idi.  Belə 
ki, Mədinə hakiminin xəlifəyə verdiyi məlumat onu həddən artıq nigaran edir 
və nəticədə Mütəvəkkil o Həzrəti Mədinədən Samirraya gətizdirir. 
Mədinə  hakimi  Abdullah  ibn  Məhəmməd  Haşimi  xəlifəyə  göndərdiyi 
məktubda  mam  Əliyyən-Nəqinin  (ə)  Mədinədə  topladığı  sosial  baza 
haqqında məlumat verərək onu bərk qorxuya salır.
1
 
Ancaq  mam Əliyyən-Nəqi (ə) Mütəvəkkilə bir məktub yazıb Abdullahın 
dediklərinin  yalan  olduğunu  bildirərək  ondan  xəlifəyə  şikayət  etdi. 
Mütəvəkkil də bir çox siyasətçilər kimi ikibaşlı bir işə əl ataraq bir tərəfdən 
Abdullah ibn Məhəmmədi işdən çıxarır, digər tərəfdən də öz katibinə tapşırır 
ki,  mam Əliyyən-Nəqiyə (ə) bir məktub  yazsın. O, öz məktubu ilə zahirdə 
mama olan münasibətini göstərmək istəyir, həqiqətdə isə məqsədi  mamı öz 
nəzarəti altına almaq idi.
2
  
Ş
übhəsiz  ki,  mam  Əliyyən-Nəqi  (ə)  Mütəvəkkilin  fikrindəki  pis 
məqsəddən xəbərdar idi. Ancaq Samirraya getməkdən başqa çarəsi  yox idi. 
Çünki Mütəvəkkilin dəvətini qəbul etməmək  mamdan şikayət edənlər üçün 
qəti  bir  sübut,  eyni  zamanda  Mütəvəkkili  daha  da  qəzəbləndirib  o  Həzrətə 
artıq  təzyiqlər  göstərməsi  üçün  bir  bəhanə  ola  bilərdi.  mam  Əliyyən-Nəqi 
(ə)  sonralar  Samirrada  buyururdu  “Məni  Mədinədən  güclə  Samirraya 
gətirdilər”
3
  
Nəhayət,  mam Əliyyən-Nəqi (ə) Mütəvəkkilin o Həzrəti Samirraya dəvət 
etməsi məktubunu aldıqdan sonra Yəhya ibn Hərsəmə ilə Samirraya getməli 
olur.
4
  
 
 
                                                            
1
 
Biharul-ənvar, c.50, səh.200 
2
 
Biharul-ənvar, c.50, səh.200 
3
 
Biharul-ənvar, c.50, səh.129 
4
 
Ə
l-irşad, səh.334 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
138 
 
 
mam Əliyyən-Nəqinin (ə) Samirraya gəliş
 
Mütəvəkkilin  göstərişinə  əsasən,  mam  Əliyyən-Nəqinin  (ə)  Samirraya 
gəlişi üçün təyin edilmiş gün, onun üçün hələ yer hazırlanmaması bəhanəsi 
ilə  təxirə  salınır  və  o  Həzrət  bir  gecə  “Xanus-səvalik”  (kimsəsizlər 
karvansarası)  adlanan  bir  yerdə  qalmalı  olur.  Bu  hərəkətdən  məqsəd  siyasi 
baxımdan bir növ  mamı zəhmətə salaraq təhqir etmək olmuşdur. Səhəri gün 
o Həzrət üçün bir ev təyin olunur. Bundan sonra  mam həmin evdə qalmağa 
başlayır.
1
  
  mam Əliyyən-Nəqi (ə) bu şəhərdə zahirdə azad olsa da, əslində elə bil 
ki,  həbsdə  saxlanılırdı.  Çünki  o  Həzrətin  qaldığı  yer,  onun  yanına  gəlib-
gedənlər və bütün işləri daima nəzarət altında idi. 
Məsihi həkimi və Bəxtişuyun şagirdi Yəzdad,  mam Əliyyən-Nəqinin (ə) 
güclə  Samirraya  gətirilməsinə  işarə  edərək  deyir:  “Əgər  qeyb  aləmindən 
xəbəri  olan  bir  nəfər  varsa,  o  da  məhz  odur  ( mam  Hadidir).  Onu  bura 
gətizdirməkdə məqsəd camaatın ona tərəf meyl etməsinin qarşısını almaqdır. 
Çünki onun olması ilə öz hakimiyyətlərini təhlükə altında görürdülər.”
2
  
Mütəvəkkilin  mam  Əliyyən-Nəqinin  (ə)  camaat  arasında  olan  mənəvi 
nüfuzundan  qorxmasını  o  Həzrətin  qalması  üçün  təyin  edilmiş  yaşayış 
yerindən başa düşmək olar. 
 
 
Vəkillik əlaqəsi orqanı  
 
Ş
iə  mamlarının  Abbasi  xəlifələri  dövründə  üzləşdiyi  böhranlı  vəziyyət 
onları şiələrlə əlaqə saxlamaq üçün başqa bir vasitə axtarmağa məcbur etdi. 
Bu  da  mamların  şiələrlə  əlaqə  vasitəsi  təşkil  edib  müxtəlif  şəhər  və 
kəndlərdə  vəkillər  və  nümayəndələr  təyin  etməsindən  ibarət  olmuşdur.  Bu 
hərəkətdən  əsas  məqsəd  vəkillər  vasitəsilə  müxtəlif  yerlərdən  xüms,  zəkat, 
nəzir,  hədiyyə  və  bu  kimi  şeylərin  yığılaraq  mama  çatdırılması,  həmçinin, 
ş
iələrin  fiqhi  və  əqidəvi  suallarına  mam  tərəfindən  cavab  verilməsi  və 
vəkillərin  bu  çətinlikləri  siyasi  nöqteyi-nəzərdən  hazırkı  vəziyyətlə 
uyğunlaşdırması olmuşdur.  mamların fəaliyyətində bu hərəkətin böyük rolu 
                                                            
1
 
Ə
l-irşad, səh.334 
2
 
Biharul-ənvar, c.50, səh.161 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə