İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
147 
 
 
mam HəsəƏskərinin (ə) həməsri olmuş xəlifələ
 
mam  Həsən  Əskəri  (ə)  mam  olduğu  qısa  müddət  ərzində  bir-birindən 
zalım olan üç Abbasi xəlifəsinin həməsri olmuşdur. Bu üç xəlifə aşağıdakılar 
olmuşlar: 
1) Əl-Mötəzz Billah (252–255 hicri qəməri); 
2) Əl-Mühtədi Billah (255–256 hicri qəməri); 
3) Əl-Mötəmid (256–279 hicri qəməri). 
 
 
mam HəsəƏskərinin (ə)  
dövründə siyasi-ictimai vəziyyə
 
Göründüyü  kimi  mam  Sadiqin  (ə)  həyatından  mam  Hadinin  (ə) 
zamanınadək  Abbasi  xəlifələri  imamlara  qarşı  təzyiqlərdə  əllərindən  gələni 
ə
sirgəmirdilər.  Bu  təzyiqlər  mam  Cavad  (ə),  mam  Əliyyən-Nəqi  (ə)  və 
mam  Həsən  Əskərinin  (ə)  Samirrada  olduğu  dövrdə  kulminasiya  həddinə 
çatır.  Bu  təzyiqlərin  şiddətindən  Abbasilərin  hökumət  mərkəzində 
(Samirrada)  yaşamış  üç  mam  cavan  yaşlarında  ikən  şəhadət  şərbətini 
içmişdir.  mam  Cavad  (ə)  25,  mam  Əliyyən-Nəqi  (ə)  41,  mam  Həsən 
Ə
skəri  (ə)  isə  28  yaşında  şəhid  olmuşdur.  Üçünün  yaşını  bir-birinin  üstə 
gəldikdə  cəmi  94  il  edir.  Bu  isə  onlara  qarşı  yönəldilmiş  təzyiqlərin  nə 
dərəcədə  güclü  olduğunu  göstərir.  mam  Həsən  Əskəriyə  (ə)  qarşı  olunan 
təzyiqlər  özündən  qabaqkı  iki  mama  olunmuş  təzyiqlərdən  çox  olmuşdur. 
Bunun isə iki səbəbi var: 
1)  mam  Həsən  Əskərinin  (ə)  dövründə  şiələr  raqda  böyük  bir  qüdrətə 
sahib  olmuşdular.  Bütün  camaat  da  bilirdi  ki,  onlar  rəsmi  xəlifəyə  qarşı 
mənfi  mövqedə  durur  və  Abbasi  xəlifələrinin  heç  birini  rəsmən  xəlifə  kimi 
qəbul etmirlər. Onların fikrincə,  slamda xəlifəlik məqamı Həzrət Əlinin (ə) 
övladlarına  məxsusdur.  O  dövrdə  də  bu  ailənin  parlaq  nümayəndəsi  məhz 
mam  Həsən  Əskəri  (ə)  olmuşdur.  Şiələrin  böyük  bir  qüdrətə  çatmasını 
Mötəmidin  vəziri  Übeydullahın  bu  məsələyə  etiraf  etməsi  də  təsdiq  edir. 
Belə  ki,  mam  Həsən  Əskərinin  (ə)  şəhadətindən  sonra  o  Həzrətin  qardaşı 
Cəfər Kəzzab Übeydullahın  yanına gəlib deyir: “Əgər sən məni qardaşımın 
yerinə  ( mam)  təyin  etsən,  mən  bu  işə  görə  sənə  ildə  iyirmi  min  dinar  pul 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
148 
 
verərəm.” Vəzir (Übeydullah) onun bu sözündən qəzəblənib deyir: “Axmaq, 
xəlifə  sənin  atanı  ( mam  Əliyyən-Nəqini  (ə))  və  qardaşını  mam  bilənlərin 
üstünə  bu  fikirlərindən  dönmək  üçün  o  qədər  qılınc  çəkdi,  ancaq  onları  öz 
fikirlərindən döndərə bilmədi, nə qədər çalışsa da buna nail olmadı. Əgər sən 
də  şiələrin  fikrində  mamsansa,  onda  xəlifəyə-filana  ehtiyac  yoxdur,  yox, 
ə
gər  onların  fikrincə  mam  deyilsənsə,  onda  bizim  səyimizin  bir  xeyri 
olmayacaq.”
1
  
2)  Abbasilər  sülaləsi  və  onların  davamçıları  bir  çox  rəvayətlərə  əsasən 
bilirdilər ki, bütün azğın hökumətləri tar-mar edəcək vəd edilmiş Məhdi (ə) 
mam  Həsən  Əskərinin  (ə)  nəslindən  olacaq.  Buna  görə  də,  onlar  daima 
mam  Həsən  Əskəriyi  (ə)  təqib  edirdilər  ki,  oğlunu  ələ  keçirib  öldürsünlər. 
(Necə  ki,  Firon  Musanı  (ə)  uşaqlığından  ələ  keçirmək  üçün  əbəs  yerə  səy 
edirdi.)  Bu  barədə  mam  Həsən  Əskərinin  (ə)  şəhadəti  bölməsində  ətraflı 
məlumat verəcəyik. 
Yuxarıda qeyd etdiyimiz iki səbəbə görə on birinci  mama qarşı təzyiqlər 
həddən artıq çox idi və hər tərəfdən o Həzrət nəzarət altına alınmışdı. Abbasi 
xəlifəsi,  mam Həsən Əskərinin (ə) mühüm ictimai nüfuz və mövqeyindən o 
qədər  narahat  idi  ki,  o  Həzrəti  həftənin  birinci  və  dördüncü  günləri  saraya 
gəlməyə məcbur etmişdi.
2
  
Abbasilər  o  qədər  qorxurdular  ki,  bununla  kifayətlənmir,  xəlifə  Mötəzz 
mamı tutub zindana saldırır. Hətta xəlifə, Səid Hacibə əmr edir ki, o Həzrəti 
Kufəyə tərəf aparıb yolda qətlə yetirsin. Ancaq üç gündən sonra türklər onun 
özünü qətlə yetirirlər.
3
  
 Mötəzdən sonra xəlifə Mühtədi də  mam Həsən Əskəriyi (ə) tutub həbs 
edir  və  Mötəzz  kimi  o  da,  mamı  qətlə  yetirmək  istəyir.  Lakin  Allah  buna 
icazə vermir və türklər onun öz əleyhinə qiyam edərək onu öldürürlər.
4
  
 
 
mam HəsəƏskərinin (ə) çoxsahəli fəaliyyəti 
 
Abbasilər  hökumətinin  amansız  təqibinə,  bu  qədər  əzab-əziyyətlərinə 
baxmayaraq  mam  Həsən  Əskəri  (ə)  bir  sıra  siyasi-ictimai  və  elmi  fəaliy-
                                                            
1
 
Kəşful-ğimmə, c.3, səh.197 
2
 
Mənaqib, c.4, səh.434 
3
 
Biharul-ənvar, səh. 311-313 
4
 
Kitabul-ğeybə, səh.134 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
149 
 
yətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək 
olar: 
1)  slam  dininin  müdafiəsi  uğrunda  göstərdiyi  elmi  fəaliyyətlər, 
müxaliflərin  şübhə  və  iradlarını  rədd  etmək  və  əsl  slam  ideyasını  camaata 
çatdırmaq; 
2) Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin 
ş
iələri ilə əlaqə saxlamaq; 
3)  Abbasilər  hökumətinin  güclü  nəzarətinə  baxmayaraq  gizli  siyasi 
fəaliyyət göstərmək; 
4) Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək
5)  Mühüm  şiə  ünsürlərini  müşkülat  qarşısında  siyasi  baxımdan 
qüvvətləndirmək; 
6)  maməti  inkar  edənləri  cəlb  etmək  və  şiələri  arxayınlaşdırmaq  üçün 
qeybi məlumatlardan geniş istifadə etmək
7)  Şiələri  öz  oğlu  on  ikinci  mamın  (ə)  qeybə  çəkilməsi  dövrünə 
hazırlamaq. 
ndi isə bu fəaliyyətlərin hər birini ayrı-ayrılıqda şərh edirik. 
 
 
1.
  Elmi fəaliyyətlə
 
Düzdür,  mam  Həsən  Əskəri  (ə)  Abbasilər  hökumətinin  yaratdığı  o  cür 
pis  və  məhdud  şəraitdə  öz  geniş  elmini  bütün  cəmiyyətə  çatdıra  bilməzdi. 
Lakin  buna  baxmayaraq,  o  Həzrət  çətinliklə  də  olsa,  hər  birinin  slam 
maarifini  yaymaqda  və  düşmənlərin  iradlarını  rədd  etməkdə  böyük  rolu 
olmuş  və  neçə  şagird  yetişdirmişdi.  Şeyx  Tusi  o  Həzrətin  şagirdlərinin 
sayının  yüzdən  çox  olduğunu  qeyd  etmişdir.  Onların  arasında  Əhməd  ibn 
shaq  Əşəri  Qummi,  Əbu  Haşim  Davud  ibn  Qasim  Cəfəri,  Abdullah  ibn 
Cəfər  Himyəri,  Əbu  Əmr  Osman  ibn  Səid  Əmri,  Əli  ibn  Cəfər  və 
Məhəmməd  ibn  Həsən  Səffar  kimi  böyük  şəxsiyyətlər  də  olmuşdular. Əgər 
onların  göstərdiyi  xidmət  və  fəaliyyətləri  barədə  yazsaq,  bu  kitaba  sığmaz. 
Onlar haqqında geniş məlumatı yalnız “rical” kitablarından əldə etmək olar.
1
  
Bu  cür  şagirdlər  yetişdirməkdən  əlavə,  bəzi  vaxtlar  müsəlmanlar  üçün 
müəyyən  çətinliklər  yaranır  və  onlar  elə  çıxılmaz  vəziyyətə  düşürdülər  ki, 
onu  mam Həsən Əskəridən (ə) başqa heç kəs həll edə bilmirdi.  mam bu cür 
hallarda öz  mamət elmi  sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll 
                                                            
1
 
Ə
l-rical, səh.427 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə