İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
133 
 
 
 
 
 
MAM HAD  (Ə) 
 
 
 
 
 
 
mam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat 
 
Ş
iələrin onuncu  mamı –  mam Əliyyən-Nəqi (ə) hicrətin 212-ci 
ili zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə 
anadan  olmuşdur.  Atası  9-cu  mam  –  mam  Cavad  (ə),  anası  isə 
çox hörmət sahibi, fəzilətli və təqvalı bir kəniz olan Səmanə xanım 
olmuşdur. (Əl-irşad, səh.327) 
mamın  (ə)  ən  məşhur  ləqəbləri  Nəqi  və  Hadi  olmuşdur.  O 
Həzrətə «üçüncü Əbul-Həsən» də deyirlər. 
mam Hadi (ə) hicrətin 220-ci ilində əziz atasının şəhadətində
sonra  səkkiz  yaşında  ikən  imamət  məqamına  yetişmişdir.  O 
Həzrətin  imamlıq  müddəti  32  il,  ömrü  isə  41  il  və  bir  neçə  ay 
olmuş,  hicrətin  254-cü  ilində  isə  Samirra  şəhərində  şəhadətə 
yetişmişdir. 
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
134 
 
mam Əliyyən-Nəqinin (ə) həməsri olmuş xəlifələ
 
mam  Əliyyən-Nəqi  (ə)  mam  olduğu  müddət  ərzində  aşağıda  tərtiblə 
adları çəkilmiş Abbasi xəlifələrinin həməsri olmuşdur: 
1.Məmunun qardaşı Mötəsim (217–227 hicri qəməri); 
2.Mötəsimin oğlu Vasiq (227–232 hicri qəməri); 
3.Vasiqin qardaşı Mütəvəkkil (232–248 hicri qəməri); 
4.Mütəvəkkilin oğlu Müntəsir (altı ay); 
5.Müntəsirin əmisi oğlu Müstəin (248–252 hicri qəməri); 
6.Mütəvəkkilin digər oğlu Mötəzz (252–255 hicri qəməri). 
mam  Əliyyən-Nəqi  (ə)  adı  sonuncu  çəkilmiş  xəlifənin  (Mötəzzin) 
hakimiyyəti  dövründə  zəhərlənərək  şəhid  olmuş  və  evindəcə  dəfn 
olunmuşdur. 
 
mam Əliyyən-Nəqinin (ə)  
dövründə siyasi-ictimai vəziyyə
 
Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir 
sıra xüsusiyyətlərə malik olmuşdur.  ndi həmin xüsusiyyətlərdən bir neçəsini 
oxucuların nəzərinə çatdırırıq: 
 
1. Xilafətin  əzəmət  və  heybətinin  itməsi;  stər Əməvilərin hakimiyyəti 
dövründə,  istərsə  də  Abbasilər  dövründə  xilafətin  özünəməxsus  əzəməti 
olmuşdur. Ancaq  mam Əliyyən-Nəqinin (ə) dövründə xilafətdə türklərin və 
qulların  nüfuz  tapmasının  nəticəsi  olaraq  xilafət  öz  əzəmətini  itirmiş,  bu 
ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir məna 
daşıyırdı. Ancaq buna baxmayaraq, nə vaxt müxaliflər tərəfindən bir təhlükə 
hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir 
razılığa gəlirdilər. 
2.  Saraydakıların  əyləncə  ilə  gün  keçirmələri;  Abbasi  xəlifələri 
hakimiyyətdə  yaranmış  boşluqdan  istifadə  edib  kef,  əyləncə,  eyş-işrətlə 
məşğul olaraq gecə məclisləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla 
dolmuşdu. Tarix onların bu əyləncələrinin hamısını qələmə almışdır. 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
135 
 
3.  Zülm,  haqsızlıq  və  özbaşnalığın  yayılması;  Zülm  və  haqsızlığın 
yayılması, həmçinin, beytül-malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək 
camaatı cana yığmışdı. 
4.  Ələvi  qiyamlarının  artması.  Abbasi  xəlifələri  hakimiyyətlərinin  bu 
mərhələsində  çalışırdılar  ki,  cəmiyyət  arasında  Ələvilərə  qarşı  nifrət 
yaratmaqla  onları  tar-mar  etsinlər.  Ələvilərin  hər  hansı  bir  qiyamının  kiçik 
fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa 
cəhd  göstərilirdi.  Bunun  da  səbəbi  o  idi  ki,  hökumət  cəmiyyətdə  yaratdığı 
dəhşətə  baxmayaraq,  özünü  qeyri-sabit,  qeyri-qanuni  bilib  bu  kimi 
qiyamlardan  çox  qorxurdu.  Ələvilərin  bu  müddət  ərzindəki  fəaliyyəti  belə 
olmuşdur  ki,  adını  çəkmədən  camaatı  Məhəmmədin  (s)  nəslindən  seçilmiş 
bir  nəfərin  ətrafında  toplaşmağa  dəvət  edirdilər.  Çünki  qiyam  başçıları 
görürdülər ki, hərbi düşərgə sayılan Samirra şəhərində məsum  mamlar təqib 
olunur, belə olduğu halda, onlar müəyyən bir şəxsi (yəni hər hansı bir məsum 
mamı)  rəhbər  təyin  etməklə  onun  həyatını  təhlükə  ilə  üzləşdirər  və  hətta 
ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq və 
özbaşınalıqların  nəticəsi  kimi  birbaşa  onlarla  əlaqədar  olmuşdur.  Məsələn, 
digər  Abbasi  xəlifələri  ilə  müqayisədə  Peyğəmbər  (s)  ailəsi  ilə  nisbətən 
ə
laqəsi  olan  və  hakimiyyəti  dövründə  şiələr  üçün  heç  bir  təhlükə 
doğurmayan  xəlifə  Müntəsirin  dövründə  bir  dəfə  də  olsun  belə,  qiyam  baş 
verməmişdir. Tarixçilər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən 
on  səkkiz  qiyamı  qeyd  etmişlər.  Bu  qiyamların  əksəriyyəti  məğlubiyyətlə 
nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır. 
 
Qiyamların məğlubiyyətə uğramasının səbəbləri 
 
Bu  qiyamların  məğlubiyyətə  uğramasının  səbəbini  bir  tərəfdən  qiyam 
başçılarının, digər tərəfdən də, qiyam başçılarının tərəfdarlarının zəif olması 
ilə  əlaqələndirmək  lazımdır.  Qiyam  başçılarının  hazırladıqları  proqramlar 
kamil  olmadığı  üçün  işlərində  çatışmazlıqlar  olur  və  ən  əsası  isə  onların 
qiyamı  tam  şəkildə  slami  bir  qiyam  olmurdu.  Buna  görə  də,  qiyamlar  çox 
vaxt  məsum  mamların  etirazı  ilə  üzləşməli  olurdu.  Düzdür,  bu  qiyam 
tərəfdarları arasında pakməramlılıq və əsl şiələr də var idi ki, onlar  slamın 
ali  məqsədləri  uğrunda  ölümə  getməyə  belə  hazır  idilər.  Ancaq  bu  cür 
insanların sayı çox az idi və mübarizə aparanlar əsasən, müəyyən bir  slami 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə