İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
130 
 
gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı 
Ümmul-Fəzllə evlənmək təklifini edir.  mam Cavad (ə) Məmunun bu təklifi 
qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə 
düşür.  O,  təntənəli  şəkildə  bir  məclis  qurmaq  istəyirdi.  Lakin  bu  xəbərin 
Bəni-Abbas  arasında  yayılması  böyük  narazılığa  səbəb  olur.  Bəni-Abbas 
sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib 
dedilər:  “Bu  nə  işdir  görürsən?  Əli  ibn  Musa  ər-Rzanın  vəfat  etdiyi  və 
hakimiyyətin  Bəni-Abbasın  əlində  olduğu  bir  halda  hakimiyyəti  yenə  də 
Ə
linin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda 
olan neçə illik düşmənçiliyi unutmusan?” Məmun soruşur: “Bəs sizin fikriniz 
nədir?” 
 Onlar  dedilər:  “O,  uşaqdır  və  hələ  elm  və  bilikdən  xəbəri  yoxdur.” 
Məmun dedi: “Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də 
tükənməz  elm  sahibidir.  Əgər  mən  deyənlə  razı  deyilsinizsə,  onda  onu 
yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim 
dediklərimə inanarsınız.” 
Abbasilər  alimlərin  arasında  (öz  elmi  ilə  aləmə  səs  salmış)  Yəhya  ibn 
Ə
ksəmi  seçirlər.  Məmun  mam  Cavadın  (ə)  elm  və  bilik  səviyyəsini 
yoxlamaq  üçün  bir  məclis  təşkil  edir.  Həmin  məclisdə  Yəhya  ibn  Əksəm 
üzünü  Məmuna  tutub  deyir:  “ cazə  verirsən,  bu  gəncə  bir  sual  verim?” 
Məmun deyir: “Onun özündən icazə al!” Yəhya  mamdan icazə istədikdə, o 
Həzrət  buyurur  ki,  nə  istəyirsən,  soruş!”  Yəhya  deyir:  “Həcc  mövsümü 
zamanı  ehram  bağlayıb  heyvan  ovlamış  şəxsin  hökmü  necədir?”  mam 
Cavad  (ə)  buyurur:  “Həmin  şəxs  o  heyvanı  hərəmdən  kənarda  ovlamışdır, 
yoxsa  hərəm  daxilində?  Ehram  bağlamış  şəxs  ehram  haqqında  heyvan 
ovlanmasının  haram  olduğunu  bilib,  yoxsa  yox?  Heyvanı  bilərəkdən 
ovlamışdır,  yoxsa  bilmədən?  Heyvanı  ovlayan  şəxsin  özü  azad  insan  olub, 
yoxsa  qul?  Uşaq  olmuşdur,  yoxsa  böyük?  Birinci  dəfədir  bu  cür  iş  görür, 
yoxsa bir neçə dəfə (bundan qabaq da) belə iş görüb? Ovladığı heyvan quşlar 
cinsinə aiddir,  yoxsa quş deyil? Böyük heyvan olub,  yoxsa kiçik? Gördüyü 
bu  işdən  peşman  olub,  yoxsa  yox?  Heyvanı  gecə  ovlayıb,  yoxsa  gündüz? 
Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?” 
Bu  məsələ  barədə  mam  Cavadın  (ə)  müxtəlif  hallar  qeyd  etməsinə 
heyran  qalmış  Yəhya  ibn  Əksəmin  üzündə  zəiflik  hiss olunur  və  dili  topuq 
vurmağa  başlayır.  Belə  ki,  bütün  məclisdəkilər  onun  mam  Cavadın  (ə) 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
131 
 
qarşısında  aciz  olduğunu  açıq-aşkar  hiss  edirlər.  Bu  vaxt  Məmun  deyir: 
“Şükr olsun Allaha ki, mənim  fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz 
qohum-əqrəbasına  tutub  deyir:  “Qəbul  etmədiyiniz  həqiqəti  indi 
anladınızmı?”  
Məclisdə gedən müzakirədən sonra camaat çıxıb gedir və təkcə xəlifənin 
yaxın  qohum-əqrəbası  qalır.  Məmun  mam  Cavada  (ə)  üzünü  tutub  deyir: 
“Başına dönüm, yaxşı olar ki, ehram bağlamış şəxsin heyvan ovlaması üçün 
qeyd  etdiyin  müxtəlif  halların  hökmlərini  bəyan  edəsən,  biz  də  öyrənək.” 
mam Cavad (ə) bu zaman zikr olunan fərqli məqamları açıqlayıb Məmunu 
təsirləndirdi.
1
  
 
 
Vəkillik əlaqə vasitəsi kimi 
 
mam  Cavad  (ə)  imkanlarının  məhdud  olmasına  baxmayaraq,  vəkil  və 
nümayəndələr  təyin  etməklə  tərəfdarları  ilə  əlaqəsini  qoruyub  saxlayırdı.  O 
Həzrət  bütün  xilafət  ərazisinə  nümayəndə  göndərir  və  onların  fəaliyyəti 
nəticəsində  də  şiə  qüvvələrinin  zəifləşməsinin  qarşısı  alınırdı.  mamın  (ə) 
nümayəndələri  bir  çox  şəhərlərdə,  o  cümlədən,  Əhvaz,  Həmədan,  Sistan, 
(Sistan  vilayətinin  şəhərlərindən  biri  olan) Bost, Rey,  Bəsrə, Vasit,  Bağdad 
və  əzəldən  şiələrin  mərkəzi  olmuş  Kufə  və  Qum  şəhərlərində  fəaliyyət 
göstərirdilər. 
mam Cavadın (ə) yaşının az olmasından danışarkən qeyd etmişdik ki, Əli 
ibn  Əsbat  o Həzrətlə  görüşü  zamanı  mamın  simasını  yaxşı  yadda  saxlayıb 
Misirə qayıtdıqdan sonra onu tərəfdarları üçün təsəvvür etsin deyə, diqqətlə 
ona baxırdı. Bundan belə başa düşülür ki, o Həzrətin Misirdə də, tərəfdarları 
və sevənləri olmuşdur. 
 
mam Cavadın (ə) elmi məktəbi 
 
Bildiyimiz  kimi  mamların  həyatındakı  ən  əsas  cəhətlərdən  biri  onların 
mədəni-maarif  sahəsinə  diqqət  etmələri  olmuşdur.  mamların  hər  biri  öz 
dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək 
onların  vasitəsilə  öz  elmlərini  camaat  arasında  yaymışlar.  Ancaq,  onların 
                                                            
1
 
Biharul-ənvar, c.50, səh.75-77 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
132 
 
dövründə  siyasi-ictimai  şərait  heç  də  yeknəsəq  olmamışdır.  Məsələn,  mam 
Baqir  (ə)  və  mam  Sadiqin (ə)  dövründə  şərait  çox  yaxşı  olmuş,  buna  görə 
də,  mam Sadiqin şagirdlərinin sayı dörd minə çatmışdı.  mam Cavaddan (ə) 
başlayaraq  mam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi  təzyiqlər və 
onların  fəaliyyətinin  hökumət  tərəfindən  nəzarət  altına  alınmasına  görə  bu 
imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin 
sayı  mam  Sadiqin  (ə)  şagirdlərinin  sayı  ilə  müqayisədə  həddən  artıq  az 
olmuşdur. Belə ki, « mam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və 
o  Həzrətdən  cəmi  250  hədis  nəql  edilmişdir».
1
 Buna  heç  də 
təəccüblənməməliyik. Çünki Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, 
digər  tərəfdən  də,  tez  bir  zamanda  şəhid  edilmiş  və  bütün  tarixçilərin 
dediyinə  görə  cəmi  25  il  ömür  sürmüşdür.  Eyni  zamanda  nəzərə  almaq 
lazımdır  ki,  mamın  (ə)  bu  azsaylı  şagirdləri  arasında  Əli  ibn  Məhziyar, 
Ə
hməd  ibn  Məhəmməd  ibn  Əbu  Nəsr  Bəzənti,  Zəkəriyya  ibn  Adəm, 
Məhəmməd  ibn  smayıl  ibn  Bəzi,  Hüseyn  ibn  Sənd  Əhvazi,  Əhməd  ibn 
Məhəmməd  ibn  Xalid  Bərqi  kimi  elm  və  fiqh  sahəsində  sayılıb-seçilən, 
özünəməxsus  mövqeyə  malik  olan  şəxslər  də  olmuşdur.  Bunlardan  bəziləri 
çoxlu əsərlər də  yazmışlar.  Başqa bir məsələ isə budur ki,  mam Cavaddan 
(ə) hədis nəql edənlər təkcə şiələr olmamış, eləcə də sünni məzhəbinin alim 
və  hədisçiləri  də  bir  sıra  slami  maarif  və  həqiqətləri  o  Həzrətdən  rəvayət 
etmişlər.  Misal  üçün  qeyd  etmək  olar  ki,  Xətib  Bağdadi  o  Həzrətdən  çox 
sayda hədis nəql etmişdir.
2
  
Həmçinin  Hafiz  Əbdüləziz  ibn  Əxzər  Cənabəzi  «Məalimul-itrətit-təhir» 
adlı  kitabında,  eləcə  də,  Əbu  Bəkr  Əhməd  ibn  Sabit,  Əbu  shaq  Sələbi  və 
Məhəmməd  ibn  Mindət  ibn  Mehrbaz  kimi  müəlliflər  öz  tarix  və  təfsir 
kitablarında  mam Cavaddan (ə) çoxlu hədislər nəql etmişlər.
3
  
 
 
 
                                                            
1
 
Rical, səh.397-409 
2
 
Tarixi-Bağdad, c.3, səh.54-55 
3
 
Ə
yanuş-şiə, c.2, səh.35  bn Şəhraşub, c.4, səh.384 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə