İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
139 
 
olmuşdur. Samirra şəhərində ciddi nəzarət altına alınmış  mam Əliyyən-Nəqi 
(ə) atası  mam Cavadın (ə) icra etdiyi işini davam etdirərək müxtəlif şəhər və 
kəndlərə  vəkil  və  nümayəndələr  təyin  edirdi.  Doğru  yola  yönəlmiş  bu 
vəkillər yuxarıda qeyd olunmuş məqsədləri tam şəkildə yerinə yetirirdilər. 
mam  Əliyyən-Nəqi  (ə)  ilə  şiələr  arasında  bilavasitə  əlaqənin  olmaması 
vəkillərin məzhəbi və siyasi rolunu gücləndirdi, belə ki, onların, işləri səliqə-
səhmana  salmaqda  məsuliyyətləri  daha  da  artdı.  Vəkillər  get-gedə  şiələrin 
işini  idarə  etməkdə  dəyərli  təcrübələr  əldə  edirdilər.  Bir  çox  tarixi  faktlar 
göstərir ki, vəkillər müxtəlif məntəqələrə əsasən, şiələri aşağıdakı dörd qrupa 
bölmüşdülər:  Bağdad,  Mədain  və  Kufə  ( raq)  məntəqəsi;  Bəsrə  və  Əhvaz 
məntəqəsi; Qum və Həmədan məntəqəsi; Hicaz, Yəmən və Misir məntəqəsi. 
Bu məntəqələrin hər biri üçün xüsusi vəkil təyin edilir, onlar da özlərinə 
yerli  əhalidən  işçilər  seçirdilər.  Bu  nümayəndəliyin  fəaliyyətini  mam 
Ə
liyyən-Nəqinin  (ə)  nümayəndələrə  verdiyi  göstərişlərdə  müşahidə  etmək 
olar.  Rəvayət  olunmuşdur  ki,  mam  Əliyyən-Nəqi  (ə)  hicrətin  232-ci  ilində 
öz  məntəqə  (Bağdad)  vəkili  Əli  ibn  Bilala  yazmışdır:  «...Mən  Əbu  Əli  ibn 
Raşidi  Əli  ibn  Hüseyn  ibn  Əbdürrəbbihin  yerinə  vəkil  təyin  edirəm.  Bu 
məsuliyyəti  ona  görə  onun  öhdəsinə  qoyuram  ki,  o,  bu  iş  üçün  lazımi 
səlahiyyətə kifayət qədər malikdir. Belə ki, bu işdə heç kəs ondan üstün ola 
bilməz. Bilirəm ki, o məntəqənin böyüyü sənsən, buna görə də, səni bu işdən 
xəbərdar etmək istədim. Eyni zamanda sən də ona tabe olmalı və toplanmış 
şə
ri vergiləri ona göndərməlisən. Bütün şiələri bu işdən xəbərdar et və o, öz 
vəzifəsini  layiqincə  yerinə  yetirsin  deyə,  onları  da  ona  tabe  olmağa  və  ona 
kömək etməyə dəvət et...»  
Həmçinin,  mam  Əliyyən-Nəqi  (ə)  başqa  bir  məktubunda  vəkillərindən 
biri Əyyub ibn Nuha belə yazmışdır: “Ey Əyyub ibn Nuh! Mənim göstərişim 
sənə çatdıqdan dərhal sonra Əbu Əli ilə müxalifətçilikdən əl çək. Hər ikiniz 
öz məntəqənizdə öhdənizə düşən vəzifəni yerinə yetirməlisiniz. Belə olduğu 
halda,  öz  vəzifənizi  mənimlə  məsləhətləşmədən  də  yerinə  yetirə  bilərsiniz. 
Ey  Əyyub,  mənim  göstərişimə  əsasən,  bundan  sonra  Bağdad  və  Mədain 
camaatından  heç  bir  şeyi  (şəri  vergini)  qəbul  etmə  və  onlardan  heç  birinə 
mənimlə  görüşməyə  icazə  vermə!  Əgər  sənin  öz  məsuliyyət  çərçivəndən 
kənar  olan  bir  şəxs  sənə  şəri  vergi  versə,  ona  de  ki,  aparıb  öz  məntəqə 
vəkilinə versin.  
Ey  Əbu  Əli!  Sənə  də  göstəriş  verirəm  ki,  eynilə  Əyyuba  verdiyim 
göstərişi yerinə yetirəsən.”  


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
140 
 
mam  Əliyyən-Nəqi  (ə)  Əbu  Əli  ibn  Raşidin  vasitəsilə  Bağdad,  Mədain 
və Kufədəki şiələrinə də bir məktub göndərir. Məktubda deyilir: «...Mən Əbu 
Ə
li ibn Raşidi Hüseyn ibn Əbdürrəbbih və digər keçmiş vəkillərimin yerinə 
vəkil  təyin  edirəm.  O,  mənim  yanımda  artıq  Hüseyn  ibn  Əbdürrəbbih 
vəzifəsini daşıyır. Şəri vergilərin toplanması baxımından digər vəkillərin də 
ixtiyarını  ona  verərək,  bu  işə  layiq  olduğuna  görə  onu  sizin  işlərinizi  idarə 
etmək üçün təyin edirəm. Siz şəri  vergilərinizi ona verin. Öz əlaqənizi əsla 
onunla pozmayın və ona qarşı çıxmaq fikrini başınızdan çıxarın. Allaha itaət 
etməyə, əmlakınızı təmizləməyə tələsin, bir-birinizin qanını tökməyin, xeyir 
işlərdə,  təqvada  bir-birinizə  əl  tutun.  Allah  rəhmətinə  nail  olmaq  istə-
yirsinizsə, təqvalı olun!»
1
  
Bağdad  ətrafındakı  Hamiya  kəndinin  sakini  Əli  ibn  Cəfər  də  mam 
Ə
liyyən-Nəqinin  (ə)  vəkillərindən  biri  idi.  Onun  fəaliyyəti  barədə 
Mütəvəkkilə  xəbər  çatmış,  Mütəvəkkil  onu  tutaraq  həbs  etmişdi.  Uzun 
müddət həbsdə qaldıqdan sonra azad olmuş, sonra da  mam Əliyyən-Nəqinin 
(ə) sifarişi ilə Məkkəyə gedib orada yaşamağa başlamışdır.
2
  
mam  Əliyyən-Nəqinin  (ə)  nümayəndələri  arasında  brahim  ibn 
Məhəmməd Həmədaninin də adını qeyd etmək lazımdır.  mamın ona yazdığı 
məktubda deyilir: “Göndərdiyin şəri vergilər gəlib çatdı. Allah səndən qəbul 
etsin,  şiələrimizdən  də  razı  qalsın  və  onları  dünya  və  Axirətdə  bizimlə  bir 
yerdə qərar versin...” 
Bu  məktubdan  açıq-aşkar  məlum  olur  ki,  mam,  brahimi  nümayəndə 
təyin etmiş və (ola bilsin ki, öz vəzifəsindən əlavə) şiələrdən toplanmış şəri 
vergiləri də, o Həzrətə çatdırırmış.  
Bir  sözlə,  nümayəndələrin  apardığı  fəaliyyət,  xüsusən  də,  Mütəvəkkilin 
hakimiyyəti  dövründəki  fəaliyyətləri  göz  qabağındadır.  Mütəvəkkil 
Ə
ləvilərlə  düşmənçiliyi  olan  şəxsləri  özünə  tərəf  cəlb  edərək  onları, 
Ə
ləvilərin  gizli  şəkildə  apardığı  fəaliyyətini  dayandırmağa  sövq  edirdi.  O, 
ş
iələri tutub həbs etmək məqsədilə bir sıra nizami hərəkətə əl atır və özü də 
bu  hərəkətini  çox  ciddiyyətlə  həyata  keçirirdi.  Onun  bu  hərəkəti  mamın 
                                                            
1
 
Tusi. səh.513-514 
2
 
sbatul-vəsiyyə, səh.233 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
141 
 
Bağdad, Mədain və Kufədəki bəzi vəkillərinin ölümünə, bəzilərinin isə həbs 
edilməsinə gətirib çıxarır.
1
  
 Mütəvəkkilin bu hərəkəti vəkillik əlaqəsinə ciddi sarsıntılar varid etsə də, 
mam  Əliyyən-Nəqi  (ə)  öz  gözəl  təcrübələri  nəticəsində  bu  əlaqəni  daima 
fəal saxlayırdı. 
 
 
                                                            
1
 
xtiyaru mərifətul-rical, səh.603 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə