İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   49   50   51   52   53   54   55   56   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
163 
 
Məhəmməd  ibn  Osman  da  atası  kimi  şiə  böyüklərindən  olmuş,  təqva, 
ə
dalət,  ehtiram  baxımından  bütün  şiələrin  onu  qəbul  edib  hörmət  etdiyi  və 
mam Həsən Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur.  mam 
Ə
skəri  (ə)  Əhməd  ibn  shaqın  “Kimə  müraciət  edək?”  sualının  cavabında 
buyurmuşdu:  “Osman  ibn  Səid  və  oğlu  Məhəmməd  hər  ikisi  mənim  etibar 
etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə 
desələr,  bil  ki,  mənim  tərəfimdən  deyirlər.  Onların  sözünə  qulaq  as  və 
onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm.”
1
  
Osman  ibn  Səid  vəfat  etdikdən  sonra  mam  Məhdi  (ə)  tərəfindən  ona 
başsağlığı  verilərək  özünün  də,  nümayəndə  təyin  olunması  haqqında  bir 
məktub  yetişir.  Abdullah  ibn  Cəfər  Himyəri  deyir:  “Osman  ibn  Səid  vəfat 
etdikdən  sonra  mam  Məhdidən  (ə)  əvvəllər  bizimlə  məktublaşdığı  xətlə 
yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə 
naib təyin edilmişdi.”
2
  
Məhəmməd ibn Osman təxminən qırx il  mam Məhdinin (ə) nümayəndəsi 
olmuş,  bu  müddət  ərzində  müxtəlif  məntəqələr  üzrə  təyin  olunmuş 
nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini 
səliqə-səhmana salmışdır.  mam Məhdidən (ə) ona çoxlu məktub yetişmiş, o 
isə  həmin  məktubları  öz  sahiblərinə  (məktub  yazıb  cavabını  gözləyən 
şə
xslərə)  çatdırmışdır.  Nəhayət,  hicrətin  304,  ya  da  305-ci  ilində  vəfat 
etmişdir.  
O,  ölümündən  qabaq  vəfat  edəcəyi  tarixi  müəyyən  etmiş  və  müəyyən 
etdiyi vaxtda da vəfat etmişdir.
3
  
 
 
3. Əbülqasim Hüseyn ibn Ruh Nobəxti 
 
Məhəmməd  ibn  Osmanın  həyatının  son  günlərində  bir  dəstə  şiə  onun 
yanına  gedir.  O  deyir:  “Mən  vəfat  etdikdən  sonra  mənim  yerimə  mamın 
nümayəndəsi Əbülqasim Hüseyn ibn Ruh Nobəxti olacaq. Bundan sonra ona 
müraciət edin və işlərinizdə ona etibar edin.”
4
  
                                                            
1
 
Ə
l-ğeybə, səh.219 
2
 
Bəharul-ənvar, c.51, səh.349 
3
 
Ə
l-ğeybə, səh.222-223 
4
 
Ə
l-ğeybə, səh.226-227 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
164 
 
Hüseyn  ibn  Ruh  Nobəxti  Abbasi  xəlifəsi  Müqtədirin  hakimiyyəti 
dövründə  beş  il  həbsdə  olmuş,  317-ci  ildə  azad  edilmişdir.  yirmi  bir  il 
nümayəndəlikdən sonra hicrətin 326-cı ilində vəfat etmişdir.
1
  
 
4. ƏbülhəsəƏli ibn Məhəmməd Səməri 
 
mam  Məhdinin  (ə)  göstərişinə  və  üçüncü  nümayəndə  Hüseyn  ibn  Ruh 
Nobəxtinin  vəsiyyətinə  əsasən,  ondan  sonra  Əli  ibn  Məhəmməd  Səməri 
mamın xüsusi nümayəndəsi təyin olunaraq şiələrin başçısı seçilir.
2
  
 Səməri  mam  Həsən  Əskərinin  (ə)  səhabələrindən  olmuşdur.  O,  vəfat 
etdiyi 329-cu ilə qədər  mam Məhdinin (ə) xüsusi nümayəndəsi vəzifəsində 
çalışmışdır.  O  vəfat  etməzdən  bir  neçə  gün  əvvəl  mam  Məhdidən  (ə) 
aşağıdakı məzmunda ona bir məktub gəlir: 
 
“Bismillahir-rəhmanir-rəhim! 
Ey  Əli  ibn  Məhəmməd  Səməri!  Allah-taala  sənin  vəfatından  mömin 
qardaşlarına  əcr  əta  etsin.  Sən  altı  gündən  sonra  vəfat  edəcəksən.  şlərini 
səliqə-səhmana  sal  və  heç  kəsi  öz  yerinə  canişin  təyin  etmə!  Böyük  qeyb 
dövrü çatıb və mən bir də Allahın icazə verdiyi vaxt zühur edəcəyəm. Mənim 
zühurum uzun müddət keçdikdən, qəlblər sərtləşdikdən, yer üzündə zülm və 
haqsızlıq baş alıb getdikdən sonra olacaq...
3
  
Məktub gəldikdən düz altı gün sonra Əbülhəsən Səməri vəfat edir. Vəfat 
etməzdən  qabaq  ondan  soruşurlar  ki,  səndən  sonra  mamın  nümayəndəsi 
kimdir? O isə cavab verir ki, mənim kimisə nümayəndə təyin etməyə icazəm 
yoxdur.
4
  
Ə
bülhəsən Səmərinin vəfatından sonra şiə tarixində “böyük qeyb dövrü” 
adı  ilə  məşhur  olmuş  yeni  bir  mərhələ  başlayır.  Gələn  səhifələrimizdəki 
bəhslər də məhz bu barədə olacaq. 
 
                                                            
1
 
Ə
l-ğeybə, səh.338 
2
 
Ə
l-ğeybə, səh.242 
3
 
Ə
l-ğeybə, səh.242-243 
4
 
Ə
l-ğeybə, səh.242-243 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
165 
 
mam Məhdinin (ə) xüsusi nümayəndələrinin  
ə
sas vəzifə və fəaliyyətləri 
 
On  ikinci  mamın  özü  üçün  nümayəndə  və  səfir  təyin  etməsi  həqiqətdə 
vəkillik  əlaqəsinin  davamı  idi.  Bu  əlaqə  doqquzuncu  mamın  dövründə 
yaranmış,  mam  Əliyyən-Nəqi  (ə)  və  mam  Həsən  Əskərinin  (ə)  dövründə 
daha genişlənmiş,  mam Məhdinin (ə) dövründə isə özünün son mərhələsinə 
çatmışdır.  mam  Məhdinin  (ə)  xüsusi  nümayəndələrinin  əsas  vəzifə  və 
fəaliyyətlərini aşağıdakı mərhələlərdə konkretləşdirmək olar: 
 
 
a.  mam Məhdinin (ə) adını və yerini gizli saxlamaq 
 
Kiçik  qeyb  dövründə  mam  Məhdinin  (ə)  görünməsi  xüsusi  naiblər  və 
bəzi şiələr üçün mümkün olub və arabir görünsə də bir sıra siyasi çətinliklər 
üzündən  dörd  naibin  heç  birinin  öz  dövründə  o  Həzrətin  adını  çəkməyə  və 
onun  yerini  bütün  camaata  bildirməyə  ixtiyarı  yox  idi.  Çünki  əks  təqdirdə 
mam üçün hökumət tərəfindən təhlükə yaranardı.  mamın ad və yerinin gizli 
saxlanılması siyasəti o Həzrətin öz göstərişi əsasında icra olunurdu. Bir dəfə 
mamdan  bu  barədə  heç  bir  sual  olunmadan  aşağıdakı  məzmunda  ikinci 
nümayəndə  Məhəmməd  ibn  Osmana  bir  məktub  gəlməsi  də,  bu  məsələni 
təsdiqləyir: “(Mənim) adımı soruşanlar bilməlidirlər ki, sükut etsələr, onları 
Cənnət,  danışsalar,  Cəhənnəm  gözləyir.  Əgər  onlar  mənim  adımı  bilsələr, 
onu hamıya deyər, yerimi bilsələr hamıya göstərərlər.”
1
 
Həmçinin,  bir  gün  şiənin  böyük  şəxsiyyətləri  Osman  ibn  Səidlə 
görüşərkən  ondan  “ mam  Həsən  Əskərinin  (ə)  canişinini  görməsi”  barədə 
soruşurlar. Osman ibn Səid adını deməkdən imtina edib buyurur: «Bu barədə 
soruşmaq  sizə  haramdır.  Özü  də  bunu  mən  demirəm.  Çünki  hansısa  halal 
ş
eyi haram, haramı isə halal etməyə mənim ixtiyarım yoxdur. Bunu ( mamın 
adını soruşmağın qadağan olunmasını) onun özü buyurmuşdur. Çünki Abbasi 
hökuməti elə bilir ki,  mam Həsən Əskəri (ə) vəfat etmiş, özündən sonra isə 
heç bir övladı qalmamışdır. Buna görə də, onlar  mam Əskərinin (ə) əmlakını 
heç  onun  vərəsəsi  olmayanlar  (Cəfər  Kəzzab  və  anası)  arasında  bölüş-
dürdülər.  mam bu məsələ barədə sükut və səbr ixtiyar etmişdir.  ndi  mamın 
                                                            
1
 
 Əl-ğeybə, səh.222 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə