İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
79 
 
böyük  elmi  məclislərinin  başlanmasını,  elmi  çətinliklərini  həll  etmək 
məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər.  mam Baqir (ə) naməlum 
şə
xs  şəklində  camaatın  arasına  girib  orada  iştirak  etdi.  Bu  xəbər  dərhal 
Hişama  çatdırıldı.  Hişam  bir  neçə  nəfər  təyin  edib  onlara  tapşırdı  ki,  gedib 
yaxından  o  məclisdə  iştirak  etsinlər.  Çox  çəkmədi  ki,  həddən  artıq  qocalıb 
ə
ldən düşmüş yepiskop gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında 
oturdu. Sonra camaatı nəzərdən keçirdi.  mam Baqirin (ə) siması onu özünə 
cəlb  etdiyi  üçün  üzünü  mama  tutub  soruşdu:  “Biz  xristianlardansan,  yoxsa 
müsəlmanlardansan?” 
mam Baqir (ə): “Müsəlmanlardanam.” 
— Onların alimlərindənsən, yoxsa nadanlarından? 
— Nadanlardan deyiləm. 
— Əvvəl mən sual edim, yoxsa sən soruşursan? 
—  stəyirsinizsə, siz soruşun. 
— Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki, Cənnət əhli yeyib-
içəcək,  ancaq  onlardan  ifrazat  xaric  olmayacaq?  Bu  məsələyə  dair  bu 
dünyada aşkar bir nümunə varmı? 
—  Bəli,  bu  məsələnin  aşkar  nümunəsi  ana  bətnində  olan  uşaqdır.  O, 
anasının qarnında qidalanır, ancaq ondan ifrazat xaric olmur. 
— Təəccüblüdür! Bəs siz dediniz ki, alimlərdən deyilsiniz? 
Mən belə demədim, mən dedim ki, nadanlardan deyiləm. 
— Başqa bir sualım var. 
— Buyurun! 
— Hansı əsasa görə deyirsiniz ki, Cənnət meyvələri azalmır və nə qədər 
istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən 
buna dair bir nümunə qeyd edə bilərsinizmi? 
—  Bəli,  onun  bu  dünyada  aşkar  nümunəsi  alovdur.  Siz  bir  məşəlin 
alovundan  bir  neçə  məşəl  yandırsanız  da,  birinci  məşəlin  alovu  yenə  də 
olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək. 
Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və 
hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və 
dedi: “Camaat, dini məlumatı  məndən çox olan bir adamı bura gətirmisiniz 
ki, məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki, onların rəhbərləri bizdən 
üstün  və  biliklidirlər.  And  olsun  Allaha,  daha  sizinlə  söhbət  etməyəcəyəm. 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
80 
 
Ə
gər  gələn  ilədək  sağ  qalsam,  məni  daha  öz  aranızda  görməyəcəksiniz.” 
Bunu deyib yerindən qalxaraq kənara çıxdı. 
 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
81 
 
 
 
 
 
 
 
 
MAM CƏFƏR SAD Q (Ə
 
 
 
 
 
 
mam Sadiqin (ə) həyatı barədə qısa məlumat
 
 
Altıncı  mamın  adı  Cəfər,  künyəsi  Əbu-Abdullah,  ləqəbi  Sadiq,  atası 
mam Baqir (ə), anası isə Ümmü-Fərvə olmuşdur. 
mam  Sadiq  (ə)  hicrətin  83-cü  ilində  rəbiül-əvvəl  ayının  on  yeddisi 
Mədinə  şəhərində  dünyaya  gəlmiş,  hicrətin  148-ci  ili  altmış  beş  yaşında 
vəfat  etmişdir.  Bəqi  qəbiristanlığında  atasının  məzarı  yanında
 
toprağ
tapşırılmışdır.
 
 
 
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
82 
 
mam Sadiqin (ə) həməsri olmuş xəlifələ
 
mam Sadiq (ə) hicrətin  yüz on dördüncü ilində  mamətə  yetişmişdir. O 
Həzrətin  mamət dövrü hicrətin 148-ci ildə başa çatmış.  
mam  Sadiq  (ə)  adları  aşağıda  çəkilən  Əməvi  xəlifələrinin  həməsri 
olmuşdur: 
1. Hişam ibn Əbdülməlik (105-125 hicri qəməri); 
2. Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 hicri qəməri); 
3. Yezid ibn Vəlid ibn Əbdülməlik (126 hicri qəməri); 
4.  brahim  ibn  Vəlid  ibn  Əbdülməlik  (hicrətin  yüz  iyirmi  altıncı  ilinin 
cəmi yetmiş gününü); 
5. Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 hicri qəməri); 
Abbasi xəlifələrindən isə aşağıdakıların həməsri olmuşdur: 
1. Abdullah ibn Məhəmməd (Səffah) (132-137 hicri qəməri); 
2. Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 hicri qəməri); 
 
 
mam Sadiqin (ə) elmi səviyyəsi 
 
mam Sadiqin (ə) elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. 
Bu  məsələ  həm  şiə,  həm  də  sünni  alimlərinin  qəbul  etdiyi  bir  mövzudur. 
Böyük  alim  və  fəqihlər  onun  elm  mərtəbəsinin  yüksəkliyi  qarşısında  diz 
çökür, onun elm sahəsində üstün olduğunu tərifləyirlər. 
Hənəfi  firqəsinin  məşhur  banisi  Əbu-Hənifə  deyirdi:  “Mən  Cəfər  ibn 
Məhəmməddən (ə) ( mam Sadiqdən) savadlı şəxs görməmişəm.”
1
  
Maliki  məzhəbinin  banisi  Malik  deyirdi:  “Bir  müddət  Cəfər  ibn 
Məhəmmədin (ə) yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya 
namaz  qılırdı,  ya  oruc  tuturdu,  ya  da  Quran  oxuyurdu.  Onu  dəstəmazsız 
hədis danışan görmədim.
2
     
 Elm,  ibadət  və  təqvada  Cəfər  ibn  Məhəmməddən  (ə)  üstün  bir  şəxsi  nə 
bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmiş-
dir.”
3
  
                                                            
1
 
Təzkirətul-Huffaz, c. 1, səh. 166 
2
 
Təhzibut-təhzib, c.1, səh. 88 
3
 
mamul-Sadiq vəl-məzahibul-ərbəə, c.1, səh.53 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə