İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
71 
 
Hədis yazmağın qadağan edilməsi 
 
Peyğəmbərin  (s)  vəfatından  sonra  slam  cəmiyyətində  ortaya  çıxmış 
azğınlıqların  ardınca  çox  təəssüfləndirici  başqa  bir  hadisə  meydana  gəlmiş, 
onun  acınacaqlı  və  ziyanverici  nəticələri  uzun  müddət  slam  aləminə  zərbə 
vurmuşdur.  O  hadisə  hədis  söyləmək,  yazmaq  və  toplamağın  qadağan 
edilməsi olmuşdur. 
Peyğəmbərin  (s)  hədis  və  buyurduqlarının  Qurandan  sonra  ikinci  yerdə 
durduğuna,  asimani  kitabdan  (Qurandan)  sonra  slam  mədəniyyətinin  ən 
böyük mənbəyi sayılmasına və ümumiyyətlə, bu iki şeyin (Quranla hədisin) 
bir-birindən  ayrılmasının  qeyri-mümkün  olmasına  baxmayaraq,  birinci  və 
ikinci  xəlifə  hədis  yazıb  toplamağın  əleyhinə  çıxıb  puç  və  əsassız 
bəhanələrlə,  həqiqətdə  isə  siyasi  məqsədlərlə  müsəlmanlara  hədis  yazıb 
söyləməyi  qadağan  etdilər.  Əbu Bəkr  dedi:  “Allah Peyğəmbərindən  (s)  heç 
bir şey söyləməyin! Əgər sizlərdən bir nəfər bir məsələ barədə sual etsə, ona 
deyin  ki,  Allahın  kitabı  (Quran)  bizim  və  sizin  aranızdadır,  onun  halalını 
halal, haramını haram sayın.”
1
  
kinci  xəlifə  Peyğəmbərin  (s)  hədislərinin  yazılmasına  qadağa  qoymaq 
məqsədilə  slam  dövlətinin  bütün  ərazilərinə  bir  bəyannamə  nəşr  etdirərək 
yazdı: “Kim Peyğəmbərdən (s) bir hədis belə yazıbsa, onu məhv etsin.”
2
  
Ömər  təkcə  bu  bəyannamə  ilə  kifayətlənməyib.  Peyğəmbərin  (s)  bütün 
səhabələrinə və həmçinin, bütün hədis əzbər bilənlərə ciddi xəbərdarlıq etdi 
ki, hədis söyləmək və yazmaqdan çəkinsinlər.
3
  
 Xəlifə təkcə bu işin qarşısını almaq üçün fərman verməklə kifayətlənmir, 
eyni  zamanda  hədis  söyləyən  şəxsi  möhkəmcə  cəzalandırırdı.  Belə  ki,  bir 
gün  o  üçü  də  slamın  ilkin  çağlarının  böyük  şəxsiyyətlərindən  olan  ibn 
Məsud,  Əbu  Dərda  və  Əbuzərə  demişdir:  “Nədir,  Peyğəmbərdən  (s) 
söylədiyiniz bu hədislər?” Sonra onları tutub həbs etmiş və o üç nəfər Ömər 
ölənə qədər həbsdə qalmışdı.
4
  
Bu  cür  cəzalandırmalar  üzündən  digər  müsəlmanlar  da  hədis  yazıb 
söyləməyə cürət etmədilər. 
 
                                                            
1
 
Təzkirətul-huffaz, c.1, səh.3 
2
 
Ə
zvaun-ələs-sünnətil-Muhəmmədiyyə, səh. 43 
3
 
Sünən c.1, səh. 12 
4
 
Ə
l-müstədrəku ələs-səhihəyn, c. 1, səh. 110 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
72 
 
Ə
vəzi çıxılmaz bir ziyan 
 
Bu  məhdudiyyətlər  bais  oldu  ki,  Peyğəmbərin  (s)  şərəfli  hədisləri  hədis 
ə
zbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük 
slami  mədəniyyət  mənbəyindən  uzun  müddət  məhrum  oldular.  ş  o  yerə 
çatmışdı  ki,  Şəbi  deyirdi:  “Bir  il  Ömərin  oğlu  ilə  bir  yerdə  oldum,  ondan 
nümunə üçün də olsa, bir Peyğəmbər hədisi eşitmədim.”
1
  
Saib  ibn  Yezid  deyir:  “Mədinədən  Məkkəyədək  Səd  ibn  Maliklə  yol 
yoldaşı oldum, o, səfər boyunca Peyğəmbərdən (s) bir dənə də olsun, hədis 
söyləmədi.” 
2
 
Bu qadağa cəmiyyətə o qədər pis təsir bağışladı ki, Peyğəmbərin (s) əmri 
ilə  onun  hədislərini  yazan  Abdullah  ibn  Ömər  xəlifənin  nəşr  etdirdiyi 
bəyannamədən  sonra  öz  kitabını  (hədis  kitabını)  elə  gizlətdi  ki,  indi  hədis 
kitabları  sırasında  onun  kitabının  heç  adı  da  çəkilmir.  Deməsək  də, 
məlumdur  ki,  bu  qadağa  nəticəsində  slama  dəyən  zərbə  aradan  qaldırıla 
bilməz. Çünki Peyğəmbər hədislərinin yazılması yüz ilə yaxın müddətə kimi 
tərk olunmuş, o mənalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. 
Ə
n  dəhşətlisi  isə  bəzi  yalançı  şəxslərin  bu  fürsətdən  istifadə  edib  öz 
dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki 
hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa, təbii 
ki, hər bir insan hər cür iddia edə bilər. (Öz iddiasını hədis şəklində söyləyə 
bilər.)  Ona  görə  ki,  nə  bir  kitab  var  idi,  nə  bir  dəftər,  nə  də  bir  hesabat. 
Məlumdur  ki,  belə  bir  şəraitdə  də  onlarla  Əbu  Hüreyrələr  (yalandan  hədis 
uyduranlar, meydana gəlib qeyri-şəri məqsədlər üçün özlərini doğru hədisçi 
kimi  qələmə  verəcəklər.  Bu  vəziyyət  hicrətin  birinci  yüzilliyinə  kimi,  yəni 
Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. 
Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bidəti aradan 
götürməklə camaatı hədis söyləmək, yazmaq və toplamağa şövqləndirdi. O, 
alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. 
Bəyannamədə  deyilirdi:  “Peyğəmbərin  (s)  hədislərini  toplayaraq  onları 
yazın.  Çünki  mən  qorxuram  alim  və  hədisçilərin  dünyadan  getməsi  ilə  o 
Həzrətin elm çırağı sönə.” 
3
 
                                                            
1
 
bn Macə. c. 1, səh.11 
2
 
bn Macə. c. 1, səh.12 
3
 
Eccacil-Xətib, səh. 329 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə