İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
68 
 
hər  yerində  “Məhəmməd  ibn  Əli  ( mam  Baqir  (ə))  buyurmuşdur”,  yaxud 
“Məhəmməd Baqir (ə) buyurmuşdur” ifadəsi gözə dəyir.
1
  
Ş
iə kitabları da, müxtəlif sahələrdə  mam Baqirin (ə) rəvayət və hədisləri 
ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər. 
 
 
mam Baqir (ə) alimlər baxımından 
 
mam Baqirin (ə) elm  və bilik sədası  slam  məmləkətinin hər  yerinə elə 
yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı 
həll edən) ləqəbi almışdı. 
bn  Həcər  Heytəmi  yazır:  “Məhəmməd  Baqir  (ə)  maarifin  gizli 
dəfinələrini  taparaq  o  qədər  elmləri  aşkar  etmiş,  həmçinin,  əhkam  və 
hikmətlərin  həqiqətlərini,  elmin  incəliklərini  bəyan  etmişdi  ki,  bu  məsələ 
bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli 
qalmamışdır.  Elə  buna  görə  də,  onu  elmləri  yarıb  özündə  cəmləşdirən,  elm 
bayrağını ucaldan adlandırmışlar.”
2
  
mam  Baqirin  (ə)  dövründə  yaşamış  görkəmli  alim  və  böyük  şəxsiyyət 
Abdullah ibn Əta deyir: “Mən  slam alimlərini heç bir məclisdə Məhəmməd 
ibn  Əlinin  (ə)  məclisindəki  qədər  elmi  cəhətdən  kiçik  və  aşağı  səviyyədə 
görmədim.  Elm  və  şəriət  hökmlərində  bütün  aləmdə  tanınan  Həkəm  ibn 
Üteybəni  Məhəmməd  Baqirin  (ə)  hüzurunda  yüksəkrütbəli  müəllim 
qarşısında  diz  çöküb  əyləşən,  onun  şəxsiyyət  və  sözlərinə  heyran  qalan  bir 
uşaq (şagird) kimi gördüm.” 
3
 
mam Baqir (ə) öz sözlərində adətən Quran ayələrinə istinad edərək Allah 
kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən 
soruşsanız ki, bu, Quranın harasındadır, mən o məsələyə aid olan ayəni sizə 
göstərərəm.”
4
  
 
 
 
                                                            
1
 
Mənaqib ali Əbi-Talib, c. 4, səh 195 
2
 
 Əssəvaiqul-muhriqə, səh. 201 
3
 
Təzkirətul-xəvass, səh. 337 
4
 
 Ehticac, səh. 176 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
69 
 
mam Baqir (ə) məktəbinin şagirdləri 
 
mam Baqir (ə) fiqh, hədis, təfsir və sair  slami elmlər sahəsində seçilmiş 
ş
agirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. 
Məhəmməd ibn Müslim, Zürarə ibn Əyün, Əbu Bəsir, Büreyd ibn Müaviyə 
Ə
cli,  Cabir  ibn  Yezid,  Həmran  ibn  Əyun,  Hişam  ibn  Salim  kimi  dahi 
şə
xsiyyətlər  mam  Baqirin  (ə)  yetirmələri  olmuşlar.  mam  Sadiq  (ə) 
buyurardı:  
“Bizim məktəbi  və  atamın hədislərini  dörd  nəfər  dirçəltdi.  O dörd nəfə
Zürarə,  Əbu  Bəsir,  Məhəmməd  ibn  Müslim  və  Büreyd  ibn  Müaviyə  Əcli 
olmuşdur.  Əgər  bunlar  olmasaydı,  bir  nəfər  din  təlimatı  və  Peyğəmbə
məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. 
Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk 
şə
xslər  olmuş,  Qiyamətdə  də  hamıdan  qabaq  bizə  qovuşanlar  məhz  onlar 
olacaqlar.”
1
  
mam  Baqirin  (ə)  şagirdləri  öz  dövrlərinin  fəqih  və  hədisçilərinin  ustadı 
olmuş,  elmi  mübarizə  meydanında  qeyri–şiə  fəqih  və  qazılarından  üstün 
idilər. 
 
 
ctimai-siyasi durum 
 
Qeyd etdik ki,  mam Baqir (ə) beş Əməvi xəlifəsinin həməsri olmuşdur. 
ndi  isə  mam  Baqirin  (ə)  hansı  ictimai-siyasi  şəraitdə  yaşadığını  bilmək 
üçün  o  Həzrətin  həməsri  olmuş  xəlifələrin  idarə  sistemindəki  xüsusiy-
yətlərini izah edirik. 
Baxmayaraq  ki,  zülmkarlıqda  və  diktatorluqda  bu  xəlifələr  öz  babala-
rından  geri  qalmırdılar,  eyni  zamanda  ictimai  işləri  idarəetmədə  və 
dövlətçilikdə onlardan fərqlənirdilər. Onlara qısa olaraq işarə edirik: 
Vəlidin  abadlaşdırma  işlərinə  və  ümumxalq  asayişini  təmin  edən 
xəstəxana,  kimsəsizlər  evi  kimi  binaların  inşasına  marağı  var  idi.  Onun 
zamanında  dövlətin  əhatə  dairəsi  şərqdən  qərbə  qədər  genişləndi  və  sədası 
Ə
ndəlosa ( spaniyaya) qədər  yetişdi. Bununla belə o çox cahil və qantökən 
bir zalim idi. 
                                                            
1
 
xtiyari mərifətir-rical, səh 136-137 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
70 
 
Süleyman  gözəllikpərəst,  şəhvətbaz,  kefcil  və  qarunqulu  idi.  O  öz 
xidmətçilərinin  barəsində  xüsusi  bir  fikrə  əməl  edirdi.  şçilərinin  bəzisini 
diqqət  mərkəzində  saxlayır,  digər  bir  hissəsini  isə  aradan  götürmək  üçün 
planlar cızırdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları 
təzyiqlərə  məruz  qoyub  onların  rəqibləri  olan  Yəmən  qəbilələrini  müdafiə 
edirdi. O  spaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nuseyr və Tariq 
ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu. 
Yezid ibn Əbdül-məlik əyyaş, kefcil və xoşgüzəranpərəstin biri idi. Dini 
ə
xlaq  qaydalarının  hamısından  uzaq  idi.  Buna  görə  onun  dövrü  Bəni-
Üməyyə hökumətinin ən qara dövrlərindən biri sayılır. Onun zamanında heç 
bir  fəth  və  qələbəlik,  slam  icmasında  parlaq  hadisə  baş  vermədi.  Onun 
zalımcasına rəftar  və siyasəti müsəlmanların əleyhinə olan nifrətini qaldırdı 
və hətta Bəni-Üməyyənin böyükləri onun əməllərinə etirazını bildirdilər. 
Hişam  paxıl,  kobud,  zalım,  amansız,  rəhimsiz  və  natiq  bir  şəxs  idi.  O, 
sərvət əldə etməyə və abadlıq işlərinə çox çalışırdı. Onun zamanında bəzi əl 
sənəti  sənayeləri  rövnəq  tapdı.  Lakin,  bununla  belə,    rəhmsiz  və  amansız 
olduğundan  onun  dövründə  əhalinin  durumu  çətin  idi.  Belə  ki,  insanlıq 
hissiyatı və  mərhəmət duyğuları icmada unudularaq aradan getmiş,  yaxşılıq 
və  əməkdaşlıq  itmişdi.  Hətta  heç  kim  başqa  birinə  kömək  etmir,  can 
yandırmırdı.  Başqa  xəlifələrdən  çox  beşinci  imamı  sıxıntılara  məruz 
qoymuşdu. 
Bu  xəlifələrin  içində  Ömər  ibn  Əbdül-əzizi  istisna  etmək  olar.  O 
nisbətən  ədalətli  idi  və  Peyğəmbərin  (s)  ailəsi  ilə  mehribancasına  rəftar 
edirdi.  Ömər  istər  Bəni-Haşimin  və  Fatimilərin  tapdalanmış  hüquqlarını 
qaytarmaqda  və  istərsə  də  ictimai  ədalətin  bərpasında  böyük  addımlar  atdı. 
Həmçinin Müaviyənin zamanından davam edən  mam Əliyə (ə) söyüş etmək 
bidətini  qadağan  etdi.  Və  fədəki  Həzrət  Fatimənin  övladlarına  qaytardı.  O, 
ə
rəblə  bərabərlik  hüququndan  məhrum  olan  qeyri  ərəb  müsəlmanlarına 
himayədarlıq  etdi.  lk  xəlifə  idi  ki,  rəsmi  surətdə  hədis  yazmaq  qadağasını 
ləğv  etdi.  Hədisçiləri  hədis  toplayıb  yazmağa  həvəsləndirdi.  Sanki  onun 
xidmətlərinə rəğmən idi ki,  mam Baqir (ə) haqqında belə buyurdu:  «Ömər 
ibn Əbdüləziz Bəni-Üməyyənin ən nəcibi idi.»
1
 
                                                            
1
  Tarixul-Xüləfa, səh. 230 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə