İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
86 
 
elmlərində  qızğın  mübahisələr  yaranır,  hərə  bir  cür  hökm  verərək  müxtəlif 
nəzəriyyəni himayə edirdi. 
 
Böyük Cəfəri məktəbi 
 
mam  Sadiq  (ə)  yaranmış  əlverişli  siyasi  vəziyyəti  və  cəmiyyətin  böyük 
ehtiyacını, həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası  mam 
Baqirin  (ə)  elmi  və  mədəni  inqilabının  yolunu  davam  etdirərək  böyük  elm 
ocağı, böyük məktəb təsis etdi. O dövrün dini və dəqiq elmləri sahəsində sayı 
dörd  minə  yaxın  qeyd  edilmiş  Hişam  ibn  Həkəm,  Məhəmməd  ibn  Müslim, 
Ə
ban ibn Təğlib, Hişam ibn Salim, Mömin Taq, Müfəzzəl ibn Ömər, Cabir 
ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi.
1
  
 Bu  şagirdlərin  hər  biri  öz  növbəsində  böyük  elmi  şəxsiyyət  və  parlaq 
simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi 
ə
sərlər yazmış, çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki, 
Hişam ibn Həkəm 31 cild
2
, Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində, 
istər  dəqiq  elmlər,  istər  təbiət  elmləri,  istərsə  də  o  dövrdə  geniş  yayılmış 
kimya  sahəsində  200  cilddən  artıq  kitab  yazmış
3
,  məhz  buna  görə  də, 
“kimyanın  atası”  ləqəbini  almışdır.  Cabirin  kitabları  orta  əsrlər  dövründə 
Avropanın  müxtəlif  dillərinə  tərcümə  edilmişdir.  Yazıçılar  onun  xatirəsini 
böyük əzəmətlə yad edirlər. 
 
 
mam Sadiq (ə) məktəbinin genişliyi 
 
mam Sadiq (ə) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş, 
slam və şiəçiliyin mövqeyini aşkar edərək  slam dünya görüşünün onlardan 
üstün olduğunu sübuta yetirmişdir. 
mam  Sadiqin  (ə)  əzəmətli  elmindən  təkcə  şiələr  deyil,  eləcə  də  sünni 
məzhəbinin  nümayəndələri  də  faydalanırdılar.  Sünni  məzhəbinin  tanınmış 
rəhbərləri  bilavasitə,  ya  da  hər  hansı  bir  vasitə  ilə  o  Həzrətin  şagirdləri 
olmuşlar.  Bu  rəhbərlərin önündə Əbu Hənifə durur.  O, iki  il  mam  Sadiqin 
                                                            
1
 
Ə
l-irşad, səh. 271 
2
 
Rövzətil-vaizin, səh. 229 
3
 
Ə
l-fehrest, səh. 512-517 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
87 
 
(ə) şagirdi olmuşdur. Əbu Hənifə bu iki ili öz elminin bünövrəsi kimi qeyd 
edərək deyir: “Əgər o iki il olmasaydı, Noman (Əbu Hənifə) həlak olardı.” 
1
 
mam  Sadiqin  (ə)  şagirdləri  Kufə,  Bəsrə, Vasit,  Hicaz və  digər  müxtəlif 
şə
hərlərdən,  həmçinin,  Bəni–Əsəd,  Məxariq,  Teyy,  Süleym,  Qətəfan,  Əzd, 
Xüzaə,  Xəsəm,  Bəni-Zəbbə,  Qüreyş,  xüsusilə  də,  Bəni-Haris  ibn  Əbdül-
müttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar. 
2
 
mam Sadiq (ə) məktəbinin genişliyi haqqında bunu qeyd etmək yetər ki, 
mam  Rzanın  (ə)  şagirdlərindən  olan  (və  neçə  il  mam  Sadiqdən  (ə)  sonra 
yaşayan),  böyük  hədisçilərdən  biri  Həsən  ibn  Əli  ibn  Ziyad  Vəşşa  deyir: 
“Kufə  məscidində Cəfər ibn Məhəmməddən (ə) hədis söyləyən doqquz yüz 
hədis müəllimi gördüm.”
3
  
bn  Həcər  Əsqəlaninin  dediyinə  görə  Şübə,  Süfyani  Suri,  Süfyan  ibn 
Üyeynə,  Malik,  bn  Cərih,  Əbu  Hənifə,  Musa  ibn  Əbu  Hənifə,  Vəhib  ibn 
Xalid, Qəttan, Əbu Asim və bu kimi bir çox digər fəqih və hədisçilər  mam 
Sadiqdən (ə) hədis söyləmişlər.
4
 
mam  Sadiq  (ə)  öz  şagirdlərinin  hər  birini  onun  istedadına  uyğun  olan 
sahədə yetişdirir, nəticədə şagirdlərinin hər biri hədis, təfsir, əqaid və bu kimi 
elmlərin biri və ya ikisində mütəxəssisə çevrilirdi. Bəzi vaxtlar  mam Sadiq 
(ə) onunla elmi bəhs və münazirə etmək istəyən şəxslərə bildirirdi ki, onun 
həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin. 
 Hişam  ibn  Salim  deyir:  “Bir  gün  mam  Sadiqin  (ə)  bir  neçə  dostu  ilə 
birlikdə  o  Həzrətin  yanında  oturmuşduq.  Bu  vaxt  Şam  şəhərindən  olan  bir 
kişi icazə istəyib məclisə daxil oldu.  mam ona əyləşmək üçün yer göstərdi. 
Sonra  ondan  soruşdu:  “Nə  istəyirsən?”  Şam  şəhərindən  olan  kişi  dedi: 
“Eşitmişəm  ki,  siz  camaatın  bütün  suallarına  cavab  verib  çətinliklərini  həll 
edirsiniz,  mən  də  gəlmişəm  sizinlə  elmi  bəhs  edəm.”  mam  Sadiq  (ə) 
buyurdu: “Hansı mövzuda bəhs etmək istəyirsən?” Şam şəhərindən olan kişi 
dedi:  “Quranın  qiraəti  barədə.”  mam  Sadiq  (ə)  üzünü  Həmrana  tutub 
buyurdu:  “Həmran,  bu  kişinin  cavabı  sənin  öhdənədir.”  Şamdan  olan  kişi 
dedi: “Mən Həmranla yox, məhz sizinlə bəhs etmək istəyirəm.”  mam Sadiq 
                                                            
1
 
Ə
l-imamus-Sadiq vəl-məzahibul-ərbəə, c.1 səh. 70 
2
 
Həmin mənbə, səh.38 
3
 
Ricalü-Kəşşi, səh.39-40 
4
 
Təhzibut-təhzib, c.1, səh.88 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
88 
 
(ə) buyurdu: “Əgər Həmranı məğlub etsən, elə bil ki, məni məğlub etmisən.” 
Ş
am  şəhərindən  olan  kişi  çarəsiz  qalıb  Həmranla  bəhsə  başladı.  Nə  dedisə, 
Həmrandan qəti və qaneedici cavab eşitdi. Belə ki, nəhayət yorulduğu üçün 
bəhsi davam etdirməkdən əl çəkdi. 
mam Sadiq (ə) buyurdu: “Həmranın səviyyəsi necədir?” 
Ş
amlı  kişi:  “Doğrusu,  Həmran  çox  mahirdir,  nə  soruşdumsa,  layiqincə 
cavab  verdi.  ndi  istəyirəm  sizinlə  lüğət  və  ərəb  ədəbiyyatı  barədə  bəhs 
edəm.” 
mam  Sadiq  (ə)  üzünü  Əban  ibn  Təğlibə  tutub  buyurdu:  “Onunla  bəhs 
et!” 
Ə
ban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu. 
Ş
am  şəhərindən  olan  kişi  dedi:  “ stəyirəm  fiqh  (şəriət  elmi)  sahəsində 
sizinlə bəhs edəm.” 
mam Sadiq (ə) Zürarəyə buyurdu: “Onunla bəhs et!” 
Zürarə onunla bəhs edib qısa bir zamanda onu məğlub etdi. 
Ş
amdan olan kişi dedi: “ stəyirəm əqaid barəsində sizinlə bəhs edəm.” 
mam  Sadiq  (ə)  Mömin  ibn  Tağa  buyurdu  ki,  onunla  bəhs  etsin.  Çox 
çəkmədi ki, Mömin ibn Taq da onu məğlub etdi. 
Daha sonra Şam şəhərindən olan kişi insanın xeyir və ya şər işi tərk edə 
bilməsi,  yaxud  bilməməsi,  tövhid  və  mamət  barədə  bəhs  etmək  istədikdə 
mam Sadiq (ə) ardıcıl olaraq Həmzeyi-Təyyar, Hişam ibn Salim və Hişam 
ibn  Həkəmə  buyurdu  ki,  onunla  bəhs  etsinlər.  Bu  üç  nəfərin  üçü  də  Şam 
şə
hərindən olan kişini qəti və əsaslı sübutlarla məğlub etdilər. 
Bu  həyəcanlı  hadisəni  müşahidə  etdikdə  sevincdən  mam  Sadiqin  (ə) 
dodaqlarına şirin bir təbəssüm qonmuşdu.
1
 
 
mam Sadiqin (ə) siyasi fəaliyyəti 
 
Bunu  da  qeyd  etmək  lazımdır  ki,  hamının  təsəvvürünün  əksinə  olaraq 
mam  Sadiqin  (ə)  fəaliyyəti  təkcə  elm  sahəsində  (bu  sahənin  çox  geniş 
olmasına baxmayaraq) olmamışdır. Eyni zamanda, o Həzrət siyasi fəaliyyət 
də  göstərmişdir.  Ancaq  mamın  fəaliyyətinin  bu  hissəsi  bir  çox  yazıçı  və 
                                                            
1
 
  xtiyari-mərifətir-rical, səh. 275-278
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə