İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
73 
 
Ancaq  bu  hələ  işin  əvvəli  idi  və  bir  əsr  geri  qalmağın  əvəzini  çıxmaq, 
Peyğəmbər  hədislərini  dirçəltmək,  yaddaşlarda  qalıb  böyük,  ya  kiçik 
təhriflərlə  qarışan  hədisləri  yazmaq  üçün  çox  vaxt  lazım  idi.  Ömər  ibn 
Ə
bdüləzizin  hakimiyyəti  uzun  sürmədiyindən  bu  iş  çox  da  sürətlə 
irəliləmədi. Çünki ondan sonra ardıcıl olaraq hakimiyyətə gəlmiş Yezid ibn 
Ə
bdülməlik və Hişam ibn Əbdülməlik hökumətində olmayan təkcə şey  slam 
və müsəlmanların qayğısına qalmaq idi. 
Nəzərə  almaq  lazımdır  ki,  düzdür,  Ömər  ibn  Əbdüləzizin  dövründən 
etibarən  hədis  söyləyib  yazmaq  azad  buraxılmışdı,  ancaq  bir  tərəfdən  hədis 
yazılmasının  qadağan  olduğu  dövrdə  qoşulmuş  yalançı  hədislər,  (doğru) 
hədis topluları sırasına qoşulmuş, digər tərəfdən də, rəsmi hədisçilər (dövlət 
hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə 
nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar. 
 
Ə
sassız bəhanələ
 
Burada  belə  bir  sual  irəli  çıxır  ki,  hədis  yazıb  söyləməyin  qadağan 
edilməsinin  səbəbi  nə  olmuş  və  ikinci  xəlifə  hansı  əsasa  görə  belə  bir 
bəyannamə  nəşr  etdirmişdir?  Halbuki,  hamıya  məlumdur  ki,  hədislər 
(Peyğəmbər  (s)  hədisləri)  Quran  ayələri  kimi  hüccət  (sənəd)  olub  ona  əməl 
etmək  bütün  müsəlmanların  borcudur.  Quran  Peyğəmbərin  (s)  buyurduğu 
bütün məsələlər (istər Allahın buyurduğu Quran ayələri, istərsə də o Həzrətin 
sözlərindən ibarət, lakin məfhumu vəhy aləminə aid olan buyurduğu hədislər 
olsun)  barədə  buyurur:  “O,  [Məhəmməd  Peyğəmbər(s)]  kefi  istəyəni 
danışmır. Bu, ancaq [Allah dərgahından] nazil olan bir vəhydir.”
1
 
 
 Abdullah  ibn  Ömər  Peyğəmbərdən  (s)  rəvayət  edir  ki,  o  Həzrət  öz 
dodaqlarına işarə edərək buyurur: “Ey Ömərin oğlu! And olsun canım əlində 
olan Allaha, bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz, 
nə deyirəm, yaz.”
2
  
Bu  sualın  cavabında  hökumət  tərəfdarları  əl-ayağa  düşərək  xəlifənin  bu 
fərmanına  özlərindən  bir  hikmət  qoşmuş  və  iddia  etmişlər  ki,  Əbu-Bəkr 
demişdir:  “Peyğəmbər  hədislərinin  söylənilməsinin  qarşısını  almaqdan 
məqsəd budur ki, hədislər Quran ayələri ilə qarışdırılmasın.”  
                                                            
1
 
Nəcm surəsi, ayə 3-4 
2
 
Tədribur-ravi, Suyuti, c.2, səh. 62 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
74 
 
Bu bəhanə o qədər əsassızdır ki, heç ona cavab verməyə dəyməz. Çünki 
Peyğəmbər  (s)  vəfat  edən  zaman  artıq  Quranın  bütün  surə  və  ayələri 
yazılmış,  vəhy  yazanlar  və  Quran  əzbərləyənlər  öz  möhkəm  yaddaşları  ilə 
onu əzbərləmiş, Quran ayələri elə müəyyən edilmişdi ki, bir nəfər ondan nə 
bir hərf azalda bilər, nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda, 
hədis yazmaq Qurana bir xələl yetirərdimi? Bundan da əlavə, Quran fəsahət-
bəlağət, cazibədarlıq, cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən 
o qədər yüksək səviyyədədir ki, heç bir söz və ya yazı ona çata bilməz. Hər 
hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa 
olsun, yenə də Quran ayələrilə qarışdırıla bilməz.  
 
Siyasi məqsə
 
Ə
ldə  olan  faktlar  sübut  edir  ki,  bu  bəyannaməni  nəşr  etdirmək  siyasi 
məqsəd  daşımışdır.  O  da  bundan  ibarət  idi  ki,  bunun  simasında  o  günlər 
Həzrət  Əliyə  (ə)  nəsib  olmuş  böyük  bir  üstünlük  aradan  götürülsün.  Çünki 
Peyğəmbərin  (s)  sağlığında  bəzi  kitablar  yazaraq  orada  Peyğəmbərin 
hədislərini  və  o  Həzrətdən  müxtəlif  sahələr  üzrə  eşitdiyi  həqiqətləri  qeyd 
etmişdi. 
 
Ş
iə – hədis toplamağın banisi 
 
Sevindirici  haldır  ki,  şiələr  elə  Peyğəmbərin  (s)  sağlığından  bu  sahədə 
çoxlu  səylər  etmiş,  Əlinin  (ə)  yolunu  davam  etdirərək  hədis  yazıb 
söyləməkdə qabaqcıl olmuş, hədis sahəsində qiymətli və dəyərli əsərlər yazıb 
qoymuşlar.  Əli  (ə)  Peyğəmbər  (s)  hədislərini  toplayan  ilk  şəxs  olmuşdur. 
Peyğəmbər (s) hədis buyurur, Əli (ə) da onları yazaraq kamil bir kitab halına 
salırdı. Bu kitab bir-bir  mamlara yetişərək  mam Baqirin (ə) əlinə çatdı. Bir 
gün  Həkəm  ibn  Üteybə  həmin  kitabı  mam  Baqirin  (ə)  yanında  gördü.  O, 
mam  Baqir  (ə)  ilə  bir  məsələ  barədə  mübahisə  etmişdi.  mam  Baqir  (ə)  o 
kitabdan həmin məsələyə aid olan hədisi tapıb ona göstərərək buyurdu: “Bu 
Ə
linin (ə) dəstixətti, Peyğəmbərin (s) buyurduğudur.” 
1
 
Bundan əlavə, Həzrət Əli (ə) diyə (qan bahası) mövzusunda “Səhifə” adlı 
bir  kitab  yazmış  və  onu  daima  (büküb)  qılıncına  bağlayardı.  Həzrət  Əlidən 
                                                            
1
 
Ricali-Kəşşi, səh.288 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
75 
 
(ə)  nəql  olunmuşdur  ki,  buyurur:  “Bizim  yanımızda  Allah  kitabı  və  bu 
“Səhifə”dən başqa oxunulası bir kitab yoxdur.” “Səhifə” kitabının məsələləri 
yaralıların şəri hökmlərinə aid olmuşdur.  
Ə
linin  (ə)  “Səhifə”  kitabı  barədə  buyurduğu  sözdən  məlum  olur  ki,  o 
dövrdə  Qurandan  başqa  bir  kitab  yazılmamış  və  Əli  (ə)  fiqh  və  hədis 
sahəsində kitab yazan ilk şəxs olmuşdur. 
Süyuti  Həzrət  Əli  (ə)  və  oğlu  mam  Həsəni  (ə)  hədis  yazılmasının 
tərəfdarlarından hesab edir. 
1
 
 Əgər  sünni  məzhəbi  hədis  yazılmasının  qadağan  olması  bidətinin 
nəticəsində yüz il, ya bir az da çox  slami hədisləri yazmayıblarsa, sevindirici 
haldır ki, şiələr bu sahədə qabaqcıl olmuşlar. Çünki elə Peyğəmbərin (s) öz 
dövründə  Əlidən  (ə)  başqa  o  Həzrətin  dostlarından  və  Əlinin  (ə) 
tərəfdarlarından biri olan Əbu Rafi “Əs-Sünənü vəl-əhkamu vəl-qəzaya” adlı 
bir kitab  yazmış,  slamın  müxtəlif sahələrinə – namaz, oruc, zəkat, həcc və 
mürafiəyə  aid  əhkam  və  şəri  məsələləri  qeyd  etmişdir.  Əgər  biz  bu  kitabı 
səhabələr tərəfindən yazılmış ilk hədis kitabı kimi qəbul etsək, onda onu eyni 
zamanda bu sahədə olan ilk fiqh kitabı kimi də qəbul edə bilərik. 
Ə
bu Rafi bu kitabı elə bir zamanda yazdı ki, hədis və Peyğəmbər kəlamı 
yazmaq xilafət tərəfindən böyük bir cinayət hesab olunurdu. 
Ə
bu Rafidən sonra şiə yazıçıları elə hədis  yazmağın qadağan olduğu ilk 
çağlarda da, hədis yazmağa başladılar və bu yolla öz rəhbərlərinin sözlərini 
təhriflərdən qorudular. Bu iş Həzrət Əlinin (ə) dövründən  mam Baqirin (ə) 
dövrünədək  davam  etmiş,  mam  Baqirin  (ə)  dövründə  Ömər  ibn  Əbdüləziz 
tərəfindən hədislərin yazılması barədə bəyannamə nəşr edilən ərəfədə  mam 
Baqirin (ə) qabaqcıl şagirdləri minlərlə hədis əzbər bilirdilər. Məhəmməd ibn 
Müslim şiə məzhəbinin böyük şəxsiyyətlərindən, yüksək dərəcəli və fəzilətli 
hədisçilərdən,  mam  Baqirin  (ə)  fiqh  və  hədis  sahəsində  ən  qabaqcıl 
ş
agirdlərindən  biri  olmuşdur.  O,  Kufə  şəhərində  anadan  olmuş,  dörd  il 
Mədinədə qaldığı müddətdə  mam Baqirlə (ə), ondan sonra da,  mam Sadiqlə 
(ə)  daima  əlaqə  saxlamış  və  bu  iki  böyük  mamın  hüzurundan  istifadə 
etmişdi.  O  deyir:  “ stədiyim  məsələni  mam  Baqirdən  (ə)  soruşub  cavab 
                                                            
1
 
Tədribur-ravi c.12, səh. 61 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə