İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
83 
 
Ş
eyx Müfid yazır: “O Həzrətdən o qədər hikmət söylənilib ki, artıq bütün 
müsəlmanların  yanında  məşhur  olmuş,  səs-sədası  hər  tərəfə  yayılmış, 
nəslindən  olanların  heç  birindən  onun  söylədiyi  qədər  elm  söylənilmə-
mişdir.”
1
  
bn  Həcər  Heytəmi  yazır:  “O  Həzrətdən  o  qədər  elm  söylənilmişdir  ki, 
artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə 
yayılmış, fiqh və hədis aləminin böyük rəhbərlərindən olan Yəhya ibn Səid, 
bn  Cərih,  Malik,  Süfyan  Suri,  Süfyan  ibn  Üyeynə,  Əbu-Hənifə,  Şübə  və 
Ə
yyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.
2
  
Sünni məzhəbinin 3-cü əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz 
yazır: “Cəfər ibn Məhəmməd (ə) elə bir şəxsdir ki, onun elmi bütün dünyanı 
ə
hatə etmiş, deyilənlərə görə Əbu-Hənifə və Süfyan Suri onun şagirdlərindən 
olmuşlar. Bu iki nəfərin  mamın şagirdi olması onun elmi yüksəkliyini sübut 
etmək üçün kifayət edər.”
3
  
Seyyid Əmir Əli Bəni-Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş 
məzhəbi  firqələr  və  fəlsəfi  məktəblərə  işarə  edərək  yazır:  “Dini  rəy  və 
fitvalar yalnız Əhli-beyt adamlarının yanında özünə fəlsəfi baxım almışdı. O 
dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və bütün ictimai 
yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki, 
bu  ideoloji  hərəkata  Mədinədə  çiçəklənmiş  elm  ocağı  rəhbərlik  edirdi.  Bu 
elm ocağını Əli ibn Əbutalibin (ə) Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O, fəal 
təhqiqatçı, böyük  mütəfəkkir və dövrün elmlərinə  yaxşı bələd olan bir şəxs 
idi.  O,  slamda  əsl  fəlsəfə  üsullu  məktəb  təsis  edən  ilk şəxsiyyət  olmuşdur. 
Onun  elmi  məclislərində  sonralardan  fiqhi  məzhəb  baniləri  olmuş 
adamlardan əlavə, uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də 
iştirak  edirdilər.  Bəsrə  fəlsəfə  məktəbinin  banisi  Həsən  Bəsri  və  Mötəzilə 
məzhəbinin  banisi  Vasil  ibn  Əta  da,  o Həzrətin  şagirdlərindən  olmuş,  onun 
elm mənbəyindən bəhrələnmişlər.»
4
  
Məşhur  tarixçi  ibn  Xəllikan  yazır:  “O,  on  iki  mamlı  şiələrin  mam-
larından,  Peyğəmbər  ailəsinin  böyük  şəxsiyyətlərindən  biri  olmuşdur. 
                                                            
1
 
Ə
l-irşad, səh. 270 
2
 
Ə
ssəvaiqul-muhriqə, səh. 201 
3
 
mamul-Sadiq vəl-məzahibul-ərbəə, c.1, səh. 55 
4
 
 Muxtəsəri tarixul-ərəb, səh. 193 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
84 
 
Düzgünlüyünə  və  doğru  danışdığına  görə  onu  Sadiq  adlandırmışlar.  Onun 
fəzilət  və  kəraməti  o  həddədir  ki,  daha  bunu  şərh  etməyə  ehtiyac  yoxdur. 
Ə
bu-Musa  Cabir  ibn  Həyyan  Tərtusi  onun  şagirdi  olmuşdur.  Cabir  mam 
Sadiqin  (ə)  təlimlərini  ehtiva  etmiş  və  beş  yüz  risalədən  ibarət  olan  min 
vərəq həcmində bir kitab yazmışdır.
1
  
 
 
mam Sadiqin (ə) dövründəki siyasi, 
 ictimai və mədəni vəziyyə
 
mamlar arasında  mam Sadiqin (ə) dövrü özünəməxsus yer tutmuş və o 
dövrdəki  siyasi-mədəni  vəziyyət  heç  bir  mamın  dövründə  olmamışdır. 
Çünki  həmin  dövr  Bəni-Üməyyə  hakimiyyətinin  zəiflədiyi,  Bəni-Abbasın 
qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki dəstə bu müddətdə bir-biri ilə 
mübarizədə  olmuşdur.  Hişam  ibn  Əbdülməlikin  dövründən  etibarən 
Abbasilərin siyasi təbliğatı  başlamış, hicrətin 129-cu ilində bu təbliğat artıq 
silahlı  və  nizamlı  mübarizəyə  çevrilmiş,  nəhayət  132-ci  ildə  Abbasilərin 
qələbəsi  ilə  nəticələnmişdir.  Bu  dövrdə  Bəni-Üməyyə  siyasi  çətinliklər 
içərisində  olduğundan  daha  mam  Sadiq  (ə)  və  şiələrə  ( mam  Səccadın  (ə) 
dövründə  olduğu  kimi)  təzyiq  göstərməyə  fürsət  tapmırdı.  Abbasilər  də 
hakimiyyətə  gəlməzdən  qabaq  Peyğəmbər  ailəsinin  tərəfdarı  və  onların 
intiqamını  almaq  şüarı  altında  hərəkət  etdikləri  üçün  onlar  tərəfdən  bir 
çətinlik  törənmirdi.  Bu  cəhətdən  də,  bu  dövr  mam  Sadiqin  (ə)  və  şiələrin 
nisbi  rahatlıq  və  azadlıq  dövrü,  onların  elmi-mədəni  fəaliyyətləri  üçün  çox 
yaxşı fürsət hesab olunurdu. 
 
Xüsusi mədəni şərait 
 
mam Sadiqin (ə) dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O 
dövrdə  slam  cəmiyyəti  içərisində  elmə  misli  görünməmiş  dərəcədə  həvəs 
yaranmış  və  istər  Quran  qiraəti,  təfsir,  hədis,  fiqh  və  əqaid  kimi  slami 
elmlər,  istərsə  də  tibb,  fəlsəfə,  astronomiya,  riyaziyyat  və  digər  dünyəvi 
elmlər meydana gəlmişdi. Belə ki, azca düşüncə tərzi olan hər bir şəxs elm 
                                                            
1
 
Vəfəyətul-əyan, c. 1, səh. 327 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
85 
 
bazarına müraciət edirdi. Deməli,  mamın cavab verməsinin labüd olduğu bir 
elm teşnəliyi yaranmışdı. 
Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar: 
1.  slamda  fikir  və  əqidə  azadlığı:  Düzdür,  bu  fikir  azadlığında  Abbasi-
lərin də rolu olmuşdur, ancaq bu azadlığın bünövrəsi  slam təlimlərində idi. 
Yəni, əgər Abbasilər bunun qarşısını almaq istəsəydilər, yenə bacarmazdılar. 
2. O dövrün mühiti tamamilə bir  slami mühit olmuş və camaat məzhəbi 
fikirlərin  təsir  dairəsində  olmuşdur.  slam  Peyğəmbərinin  (s),  eləcə  də, 
Quranın  elm  öyrənmək,  elm  barədə  düşünmək  haqqındakı  alqışları  bu  elmi 
yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur. 
3.  slamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə 
malik olan qəbilələr olmuşlar. Hətta bəzi vaxtlar bu qəbilələr  ran, Misir və 
Suriya qəbilələri kimi o dövrün mədəni əhalisindən hesab olunurdular. Onlar 
slam  təlimatına  dərindən  yiyələnmək  üçün  təhqiq,  tədqiqat  və  fikir 
mübadiləsi ilə məşğul olurdular. 
4.  Dini  güzəşt,  yaxud  qeyri-müsəlmanlarla,  xüsusən  də,  kitab  əhli  ilə 
dinc-yanaşı qonşuluq. Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də 
öz dini qayda-qanunlarına zidd bilmirdilər. O dövrdə kitab əhli əsasən, alim 
və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi  əlaqələr  yaradır, bu 
isə  təbii  ki,  bəhs,  təhqiqat  və  elmi  münazirələrə  (mübahisələrə)  gətirib 
çıxarırdı.
1
  
 
 
Məzhəb və firqələrin bir-biri ilə rəftarı 
 
mam  Sadiqin  (ə)  dövrü,  həm  düşüncə  və  fikirlərin  bir-biri  ilə  mübadilə 
olunması, həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. 
Müsəlmanların kitab əhlinin, eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə 
üzləşməsi  nəticəsində  müxtəlif  növ  çətinliklər  irəli  çıxmışdı.  O  dövrdə 
Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat, Zənadiqə (Allahı və dinləri inkar edən bir 
məktəbdir),  Müşəbbihə,  Mütəsəvvifə,  Mücəssəmə,  Tənasüxiyyə  və  bu  kimi 
məzhəblər  yaranmış,  bunların  hər  biri  öz  əqidələrini  yaymağa  çalışmışlar. 
Bundan da əlavə,  slami elmlərin hər birində o elmin alimləri arasında fikir 
müxtəlifliyi  yaranırdı.  Məsələn,  Quran  qiraəti,  təfsir,  hədis,  fiqh  və  əqaid 
                                                            
1
 
Seyri dər siyreye əimmeye əthar, c.1, 142-160 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə