Pedaqoji prosesdə diferensiasiya və inteqrasiya Plan; Pedaqoji elmlər sistemi



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə1/3
tarix29.11.2023
ölçüsü0,95 Mb.
#142836
  1   2   3
Pedaqogika -(Mühazirələr)



 
Pedaqoji prosesdə diferensiasiya və inteqrasiya
 
Plan; 
1.Pedaqoji elmlər sistemi. 
2.Pedaqogikanın başqa elmlərlə əlaqəsi.
 
Diferensiasiya və inteqrasiya yunan sözləridir. Birinci söz vahidin, bütövün 
 fikrən hissələrə ayrılması, ikinci söz isə əksinə
hissələr 
arasında 
qarşılıqlı əlaqə sayəsində tama, bütövə çevrilməsi prosesidir. Bu hadisə pedaq
oji prosesə də xasdır. Milli pedaqogikada dörd pedaqoji kateqoriya: 
təlim, 
tərbiyə, 
təhsil 
və psixoloji inkişaf vahid olan pedaqoji prosesdə birləşir, 
yəni inteqrasiya edir. Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, diferensiasi
ya və inteqrasiya hadisəsi nəinki pedaqoji kateqoriyalar arasında, 
hətta kateqoriyalar daxilində də mümkündür. Nisbi mənada müstəqil olan hər 
bir kateqoriyada digər kateqoriyaların əlamətləri bu və ya digər dərəcədə iştir
ak edir. Məsələn, 
təlim kateqoriyasında 
təhsilin 
də, 
tərbiyənin 
də, psixoloji inkişafın da əlamətlərini sezmək mümkündür, yaxud təhsil kateqo
riyasında təlim, 
tərbiyə 
və psixoloji inkişaf əlamətlərini və ya tərbiyə kateqoriyasında təlim, 
təhsil 
və psixoloji inkişaf əlamətlərini görmək çətin deyil.
Pedaqoji elmin 200 
ildən 
artıq inkişaf tarixində pedaqoji proses kateqoriyasında gedən diferensiasiya və inteqra
siya hadisələri, ən dialektik proseslər bu elmə məlum olmamışdır. O səbəbdən də 
tərbiyə 
kateqoriyası uzun müddət pedaqoji elmin tədqiqat mövzusu hesab edilmişdir. 
Bir çox yeniliklərin, o cümlədən də pedaqoji proses kateqoriyasının pedaqoji 
elmin tədqiqat sahəsi hesab edilməsi, orada cərəyan edən dialektik hadisələrin 
açılması və s. yeniliklər, demək olar ki, Azərbaycan Respublikasının dövlət 
müstəqilliyi ilə bağlıdır. Müstəqillik Azərbaycan vətəndaşlarına imkan yaratmışdır ki, 
düşündüklərini sərbəst ifadə etsinlər. Sərbəst formalaşdırılmış fikirlərdən biri məhz 
pedaqoji prosesin tamlığı ilə, onun tərkib hissələrinin inteqrasiyası və 
diferensiasiyası ilə əlaqədar olmuşdur. 
Sevindirici haldır ki, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə 
çərçivə kurikulumuna və Təhsil Qanununa pedaqoji prosesin tamlığı ideyası da daxil 
edilmişdir. Lakin orada təfsilata imkan olmadığından, mahiyyəti açılmamış qalmışdır. 
Onu da xatırlatmaq yerinə düşərdi ki, pedaqoji prosesin tamlığı ideyası 1996-cı ildə 
"Maarif" nəşriyyatı tərəfindən çap olunmuş "Pedaqogika" dərsliyində ətraflı şərh 
olunmuşdur. 
Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, respublika müəllimlərinin xeyli 
hissəsi pedaqoji prosesin tamlığı ideyasından bəhrələnə bilmir, çünki onlar ənənəvi 
pedaqogikadan qidalanmışlar; bir qismi isə əsasən bilik və bacarığın öyrədilməsi ilə 
məşğul olur, şagirdlərin tərbiyəsi və psixoloji inkişafına az maraq göstərir və buna 
sinif rəhbərinin, tərbiyə işləri üzrə direktor müavininin, hətta məktəbdə psixoloqun 
varlığı ilə bəraət qazandırmağa çalışır. 


Problemin müasirliyini, təhsildə islahatın uğuru üçün əhəmiyyətini nəzərə alaraq, 
ona yenidən qayıtmağı özümüzə borc bilirik. 
İstər ibtidai məktəb olsun, istərsə ali məktəb, istər fizika fənni olsun, istərsə 
ədəbiyyat fənni, fərqi yoxdur, hər bir fənnin tədrisində bu və ya digər dərəcədə təlim, 
təhsil, tərbiyə və psixoloji inkişaf əlamətləri iştirak edir. Deməliyik ki, bu əlamətlərin 
olması, iştirakı obyektiv səciyyə daşıyır, müəllimdən asılı olmur. Lakin fənnin 
tədrisində təlim, tərbiyə, təhsil və psixoloji inkişaf əlamətlərinin iştirak 
səviyyəsi müəllimin pedaqoji ustalıq səviyyəsindən asılı olur. 
Bu asılılığın mahiyyətindən hali olan müəllimin tədris işində təhsillilik, 
tərbiyəlilik və psixoloji inkişaf səviyyəsi, adətən, yüksək olur; həmin asılılığın 
mahiyyətindən xəbəri olmayan müəllimin şagirdlərində isə təhsillilik, tərbiyəlilik və 
psixoloji inkişaf səviyyəsi, adətən, aşağı olur. 
Unutmayaq ki, vahid olan real pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və 
psixoloji inkişaf əlamətləri bir-birini tamamlaya, biri digərinə dayaq ola, biri 
digərində iştirak edə bilir. 
Təlim kateqoriyasının mahiyyətinə dair Milli pedaqogika anlamını oxucuya 
xatırladaq: təlim müəllimin məqsədyönlü, planlı və mütəşəkkil rəhbərliyi altında fənn 
üzrə sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin şagirdlər (tələbələr) tərəfindən 
mənimsənilməsi və bu zaman onların tərbiyə olunmaları, habelə psixoloji cəhətdən 
inkişaf etmələri prosesidir. 
Bu anlamın yeniliyi təkcə orasında deyil ki, pedaqoji prosesin tamlığını, onun 
əlamətlərinin ardıcıllığını, qarşılıqlı əlaqəsini, bir-birinə dayaq olduğunu dəqiq və 
aydın ifadə edir; həm də orasındadır ki, təlimdə müəllimin və şagirdlərin aparıcı 
vəzifələrini açıb göstərir: müəllimin əsas vəzifəsi şagirdlərin mənimsəmə fəaliyyətini, 
tərbiyə olunmalarını və psixoloji inkişafını təşkil etmək, ona istiqamət vermək, 
rəhbərlik etməkdir, şagirdlərin əsas vəzifəsi isə tərbiyə və psixoloji inkişaf imkanları 
olan bilik və bacarıqları müəllimin göstərişinə uyğun olaraq mənimsəməkdir. 
Təlim kateqoriyasının mahiyyətindən göründüyü kimi, burada qabarıq şəkildə 
özünü göstərən fənn üzrə bilik və bacarıqların mənimsənilməsidir; təlim zamanı 
şagirdlərin (tələbələrin) tərbiyə olunmaları və psixoloji cəhətdən inkişafları isə 
müəyyən dərəcədə kölgədə qalır. Pedaqoji ustalıq səviyyəsi aşağı olan müəllimin bu 
sonuncu iki cəhət diqqətindən, adətən, yayınır. 
Topladığımız faktlar əsasında qətiyyətlə, böyük inamla deyə bilərik ki, təlim 
zamanı şagirdlərin tərbiyə olunmalarına və psixoloji inkişaflarına əhəmiyyət 
verməmələri bir çox müəllimlərimizin uğursuzluqlarının başlıca səbəblərindən birinə 
çevrilir. 
Eyni sözlər təhsil kateqoriyasına da şamil edilə bilər. Təhsilin mahiyyətinə dair 
Milli pedaqogika anlamına nəzər salaq: Təhsil sosial-iqtisadi həyatın sahələrindən biri 
olub, müvafiq tədris müəssisəsində müəyyən müddətə məqsədyönlü, planlı 
və mütəşəkkil öyrənilən, tərbiyə və psixoloji inkişaf imkanları olan, təlimin bir halda 
zəruri şərti, digər halda gedişi, üçüncü halda nəticəsi kimi özünü göstərən 
sistemləşdirilmiş biliklərin, bacarıq və vərdişlərin, habelə mənəvi keyfiyyətlərin 
məcmusudur. 
Təhsilin mahiyyətinə dair yeni anlamdan aydın göründüyü kimi, burada da təlim, 
tərbiyə və psixoloji inkişaf məsələləri nəzərə alınmışdır. Lakin bir məqam diqqəti 
xüsusilə özünə cəlb edir: təhsilin məzmununu təşkil edən biliklərin, bacarıq və 


vərdişlərin, habelə mənəvi keyfiyyətlərin hərəkətə başlaması, yəni təlimin zəruri şərti 
olan təhsilin tədricən onun gedişinə və nəticəsinə çevrilməsi aydın sezilir; təhsil 
kateqoriyasının mahiyyətində tərbiyə və psixoloji inkişaf məsələləri isə o qədər 
də aydın sezilmir. Müəllim bu cəhəti bilməli və təhsilin tərbiyəvi imkanlarını da, 
psixoloji inkişaf imkanlarını da reallaşdırmağın yollarını Milli pedaqogika ruhunda 
yazılmış kitablar əsasında, o cümlədən "Tətbiqi pedaqogika" və ya "Pedaqoji 
ustalığın problemləri" adlı dərsliklər əsasında öyrənmək olar. 
Tərbiyə kateqoriyasının mahiyyətinə də bəzi yeniliklər gətirilmişdir. Təəssüflər 
olsun ki, bir çox müəllimlərimiz Milli pedaqogikanın bu yeniliklərindən də 
xəbərsizdirlər. 
Milli pedaqogikada müəyyənləşdirilmişdir ki, tərbiyə, hər şeydən əvvəl, 
insanların davranışı ilə əlaqədar olan pedaqoji hadisədir. Xeyirxahlıq və ya paxıllıq, 
səmimilik və ya qeyri-səmimilik, qayğıkeşlik və ya biganəlik, səxavətlilik və ya 
xəsislik, sözlə əməlin üst-üstə düşməsi və ya düşməməsi, halallıq və ya haramlıq, 
vətənpərvərlik və ya vətənə laqeydlik, zəhmətsevərlik və ya zəhmətə xor baxmaq və 
yüzlərlə bu cür müxtəlif formalı və məzmunlu davranış tərzləri buna misal ola bilər. 
Tərbiyə kateqoriyasının mahiyyətini səciyyələndirən yeniliklərdən biri də tərbiyə 
işinin aparıldığı mühitlə əlaqədardır. Milli pedaqogikaya görə, tərbiyə işi üçün 
münasib şərait yaradılmalıdır. Əks təqdirdə, istənilən nəticəni almaq 
çətinləşir. Şagirdlərin hüquqları heç bir cəhətdən pozulmayan məktəbdə, 
şagirdlərə pedaqoji prosesin obyekti kimi deyil, subyekti kimi baxılan, onlarla məsləh
ətləşmələr aparılan məktəbdə tərbiyəvi tədbirlər yüksək səviyyədə keçirilir. 
Nəhayət, tərbiyə kateqoriyasının müasir anlamını səciyyələndirən üçüncü cəhət 
adamlarda inam hissinin yaradılmasıdır. İnam hissi isə, hər şeydən əvvəl, tərbiyəçinin 
özündən qaynaqlanmalıdır. Onun özü təbliğ etdiyi, aşılamaq istədiyi ideyanın 
reallığına, doğruluğuna dərindən inanmalıdır. Belə olduqda dinləyicilər tərbiyəçinin 
dediklərinə inanır, onun dediklərini qəbul edir, məsləhətlərini heç bir şübhə etmədən 
yerinə yetirirlər. Tərbiyəçinin özü boğazdan yuxarı danışırsa, dediklərinin reallığına 
dinləyicilərdə inam yarada bilmirsə, fikirlərinin səmimiliyinə onlarda şübhə yaranırsa, 
məqsəddən uzaq düşmüş olur. Belə olduqda şəxsin tərbiyə işinə girişməməsi məsləhət 
olardı. 
Deyilən əlamətləri nəzərə alan Milli pedaqogika tərbiyə kateqoriyasının 
mahiyyətini belə dəyərləndirir: tərbiyə - davranışla əlaqədar olan əsaslandırılmış 
mənəvi keyfiyyətlərə dair adamlarda inam hissinin məqsədyönlü, planlı və mütəşəkkil 
qaydada formalaşdırılması prosesidir. 
Burada bir cəhəti unutmaq olmaz. Məsələ burasındadır ki, hər hansı mənəvi keyf
iyyətlə (məsələn, halallıqla) əlaqədar tədbir keçirilən zaman iştirakçılar halallıq nümu
nələrinə dair ayrı-ayrı şəxsiyyətlər barədə, onların fikirləri haqqında yeni-
yeni məlumatlar eşidirlər; şagirdlərin görüş dairələri xeyli genişlənir, mənəvi keyfiyyə
tlə yanaşı, real bilik və bacarıqlara da sahib olurlar. 
Bundan əlavə, davranışdan ayrılmaz olan mənəvi keyfiyyətlərlə zənginləşmiş ins
anların psixoloji qüvvələri də müəyyən dərəcədə işə düşmüş olur; hansısa fikirlə razıl
aşır, hansılarlasa razılaşmır, etiraz edir, öz mülahizəsini söyləyir. Bir sözlə, ənənəvi pe
daqogikadan qidalanmış müəllimlərin şagirdlərində (tələbələrində) davranışla bağlı m
ənəvi keyfiyyətlərin formalaşmasında təlim əlamətləri ilə yanaşı, psixoloji qüvvələri d
ə müəyyən dərəcədə fəaliyyətdə olur. 


Təhsildə müəllimin yüksək göstəricilərə nail olması üçün isə təlimdə psixoloji q
üvvələrin müəyyən dərəcədə iştirakı Milli pedaqogikada qətiyyən qənaətbəxş hesab e
dilmir. Milli pedaqogikada sübut olunmuşdur ki, psixoloji qüvvələri təlimdə inkişaf et
dirmək nəinki mümkündür, hətta son dərəcə faydalıdır. Psixoloji qüvvələr deyəndə di
qqət, iradə, hafizə, təfəkkür, təxəyyül və s. nəzərdə tutulur. Təlimdən ayrılmaz olan hə
min psixoloji qüvvələr müəllimin qayğısına çevrildikdə, dərsboyu müəllim şagirdlərd
ə (tələbələrdə) diqqətin yayınmasını, iradə zəifliyini və s. psixoloji nöqsanları səbrlə, 
dözümlə aradan qaldırdıqca psixoloji qüvvələr inkişaf edir, gah təlimin nəticəsinə, gah
da onun əsasına çevrilir; təhsildə uğurun etibarlı amili olur. 
Bu səbəbdən psixoloji inkişaf Milli pedaqogikada pedaqoji prosesin dörd kateqoriyası
ndan biri kimi müəyyənləşmişdir. 
Soruşmaq olar: pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf kateq
oriyalarının cəmləşdiyini, yəni inteqrasiya etdiyini, bəzən də onun diferensiasiyaya u
ğradığını, yəni müstəqil kateqoriyalar kimi fəaliyyət göstərdiyini bilmək müəllimə nə 
verir? Hər şeydən əvvəl müəllimin pedaqoji ustalığının artmasına səbəb olur; bu da ş
agirdlərdə (tələbələrdə) mənimsəmənin səviyyəsini əhəmiyyətli dərəcədə artırır. 
Yenə sual: Necə? Cavab: Pedaqoji prosesdən diferensiasiya edilən, yəni ayrılara
q müstəqil tətbiq olunan, məsələn, təlimdə müəllimin başı yalnız aparıcı cəhətə (bilik 
və bacarıq öyrənilməsinə) qarışmır; onun diqqətindən yayına biləcək tərbiyənin və psi
xoloji qüvvələrin də işə qoşulmasına hökmən xüsusi qayğı göstərməli olur. 
Tərbiyə imkanları və psixoloji qüvvələrdən istifadə imkanları isə dərsdə kifayət 
qədərdir. Müəllimi inandırmaq istədiyimiz cəhət budur ki, dərsin həmin imkanlarını ö
yrənsin, bilsin və təcrübədə işə salsın. 
Tamdan, yəni pedaqoji prosesdən ilk baxışda təlim kimi, tərbiyə kimi, ya təhsil k
imi və ya psixoloji inkişaf kimi diferensiallaşan, yəni ayrılan pedaqoji kateqoriya hər 
dəfə digər kateqoriyalarla inteqrasiya edərsə, yəni onlarla qovuşarsa, görün bizim gən
c nəslin təhsillilik və tərbiyəlilik səviyyəsi, psixoloji inkişaf səviyyəsi eyni zaman kəsi
yində nə qədər yüksəlmiş olar! 
Gənc nəslin təhsillilik və tərbiyəlilik səviyyəsini yüksəltməkdə, habelə psixoloji 
inkişaf səviyyəsini qaldırmaqda pedaqoji prosesin diferensiasiya və inteqrasiya imkan
larından istifadəyə dair bu yenilikləri müəllimlərimiz nə qədər ətraflı öyrənib öz işləri
ndə tətbiq etsələr, bir o qədər Azərbaycan xalqının xeyrinə olar; bununla yanaşı, orta
ümumi təhsilimizdəki kəsirləri aradan qaldırmağa yönələn şagirdlərin repetitorlar yan
ına göndərilməsi üçün valideynlərin çəkdikləri əlavə xərc də aradan qalxar.


Məktəbəqədər yaşlı uşaqların inkişafında irsiyyətin,sosial mühitin və tərbiyənin 
rolu. 
Şəxsiyyət anlayışı fəlsəfə,sosiologiya,estetika,etika və s.elmlərlə yanaşı 
pedaqogikanın da tədqiqat obyektinə daxildir.Bu problemi şəxs və fərd anlayışı ilə 
eyniləşdirmək olmaz.Şəxs bioloji və sosioloji xüsusiyyətlərin birliyidir.Şəxsiyyət isə 
adamın malik olduğu yalnız sosioloji keyfiyyətlərin məcmusudur.Bu keyfiyyətlər 
təbii və ictimai amillərin,eləcə də tərbiyəvi təsirlərin sayəsində təşəkkül tapır və 
inkişaf edir. 
Bəzən danışıqda,mühakimələrdə “şəxsiyyət” və “adam” məhfumlarını bir-biri ilə 
qarışdırırlar.Əslində “adam”anlayışı daha geniş məhfumdur.Bütün şəxsiyyətlər 
adamdır,amma bütün adamlar şəxsiyyət deyil.Şəxsiyyət ictimai şüura malik 
olan,ətraf aləmi dəyişdirmək və ondan məqsədəmüvafiq istifadə etmək üçün 
fəaliyyət göstərən adam deməkdir. 
Adamlar nalik olduqları fərdi xüsusiyyətləri və xarakter əlamətlərinə görə bir-
birindən fərqlənirlər.Müxtəlif adamların ocümlədən uşaqların 
qabiliyyətlərini,maraq və meyllərini,əxlaqını müqayisə edərkən fərqli fərqlər daha 
aydın nəzərə çarpır.Bu xarici görünüşdə,daxili əlamətlərdə və dünyagörüşündə 
özünü daha qabarıq göstərir.Məsələn uşaqların bəziləri hər hansı məsələnin 
izahını tez başa düşdükləri halda başqaları bunu bir qədər gec başa düşürlər.Bəzi 
uşaqlar ailədə yaşlılara qayğı ilə yanaşır,səmimi və mehriban olur ,bəziləri isə 
şıltaq və ərköyün olur . Bütün diqqəti öz üzərində cəmləşdirməyə çalışır. 
İrsiyyət;İrsiyyət nəzəriyyəsi orta əsrlərdə yaranmışdır.Bu dövrdə uşağın inkişafında 
irsiyyət əsas götürülür və belə hesab edilirdi ki,uşaq hər bir qabiliyyət və xasiyyəti 
hazır şəkildə ata və anasından irsən götürür.Bu nəzəriyyə orta əsrlərdə hakim olan 
dini əqidələrlə əsaslandırılırdı.Belə bir misallar da var idi.” Quyuya su tökmələ 
dolmaz”,”Qurdun balası qurd olar.””Yazılanı pozmaq olmaz” və s. “İrsiyyət 
nəzəriyyəs” “Qismət “nəzəriyyəsi ilə birləşərək uşağı tərbiyə etmək işində 
tərbiyəçiyə və tərbiyə prosesinə yer saxlamırdı. 
XVIII əsrdə ingilis pedaqoqu C.Lokk irsiyyət nəzəriyyəsinə qarşı çıxır və “Ağ lövhə 
“nəzəriyyəsini irəli sürür.Lokka görə uşaq döğularkən onun beyni ağ lövhə kimi 


tərtəmiz our.Onda nə yazılırsa həyatda da elə olur.Con Lokk bu nəzəriyyəsi ilə 
ursiyyəti tamamilə inkar edərək,tərbiyənin vəzifəsini həddən artıq şişirdirdi. 
Rus mütəfəkkiri Belinski C.Lokk nəzəriyyəsində irsiyyətin və təbii imkanların tam 
rədd edilməsinə qarşı çıxır və “Tərbiyə haqqında məqaləsində qeyd edir ki,uşaq 
doğularkən onun beyni “ağ lövhə deyil,orada orada təbii imkanlar mövcud olur. 
Məsələn anadan doğulan uşaq nitq imkanı ilə doğulur.Yəni onun 
boğazının,dilinin,damağının quruluşu və eləcə də sinir sisteminin inkişaf 
səviyyəsi,danışmaq və danışığı başa düşmək imkanına malikdir.Uşaq doğularkən 
valideynlərdən zahiri fizioloji əlamətləri və psixoloji imkanları,yəni sinir sisteminin 
əlamətlərini,xüsusən temperamentə məxsus keyfiyyətlərini özü ilə gətirir.Lakin bu 
keyfiyyətlərin şəxsiyyət səviyyəsində formalaşması üçün sosial amillər,ictimai 
mühit və tərbiyə prosesi xüsusi həlledici qüvvəyə malikdir.Təbii imkanların inkişafı 
üçün əlverişli şərait yaratmaq və ləngidici təsir göstərə bilən səbəbləri aradan 
qaldırmaq tərbiyə prosesinin başlıca vəzifəsidir. 
Şəxsiyyətin formalaşmasında mühitin rolu;Şəxsiyyətin formalaşmasında mühitin 
də xeyli rolu vardır.Əslində mühüt məfhumu xeyli genişdir.bu məfhum fərdin 
həyatı və inkişafın əlaqədar olduğu xarici şəraitin hamısını əhatə edir.Buraya təbii 
mühit də daxildir.Heyvan balasından fərqli olaraq,uşaq ictimai mühitdə dogulur və 
burada yaşayır,ictimai mühitdə aparıcı yeri insanlar tutur.Lakin uşaqlar fərdi 
xüsusiyyətlərindən asılı olaraq mühitin təsirinə müxtəlif formada məruz 
qalırlar.Yəni eyni mühit ayrı-ayrı uşaqlara müxtəlif şəkildə təsir edir. 
Qeyd etmək lazımdır ki,mühitin şəxsiyyətə təsiri haqqında məşhur pedaqoqların 
fikirlərində müəyyən fərqlər də vardır.Məs. C.Lokk “Tərbiyə haqqında fikirlər” 
əsərində yazmışdır ki,xeyirxahlıq və ya bədxahlıq kimi keyfiyyətlər adamların aldığı 
tərbiyənin məhsuludur. 
Fransız pedaqoqu J.J.Russo mühitin təsir gücünə müstəsna əhəmiyyət 
vermişdir.Onun fikrunə görə uşaqla uzun-uzadı söhbət aparmağın,onu öyüd 
nəsihətlə yormağın mənası yoxdur.İstənilən əxlaqi keyfiyyəti uşaqda görmək üçün 
onu müvafiq mühitə salmaq lazımdır.Həmin mühit istədiyini uşağa aşılayacaqdır. 
Azərbaycan filosofu Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198-1283)sübut 
edirdi ki,insanın xasiyyəti irsi deyil,həyatda formalaşır.Qeyd edirdi ki,”Atası xristian 
olan uşağı müsəlman tərbiyə etsə,müsəlman olar. 


Şəxsiyyətin inkişafında tərbiyənin rolu.Bəşər tarixi praktik olaraq sübut etmişdir 
ki,şəxsiyyətin inkişafında tərbiyənin rolu əvəzsizdir.Əvvəlcədən 
düşünülmüş,planlaşdırılmış,məqsədyönlü təşkil edilmiş tərbiyə işi güclü təsir 
qüvvəsinə malikdir.Tərbiyə işi tələb edir ki,əvvəlcə uşağın inkişafının konkret 
layıhəsi hazırlansın,bütün təsirlər bu layihənin reallaşmasına döğru yönəlsin. 
Məhəmməd Peyğəmbər Əleyhissalam hədislərinin birində deyir:Heç bir ata 
övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz.Peyğəmbərimizin bu 
fikrində insan üçün tərbiyənin yüksək əhəmiyyət kəsb etdiyi izah olunur. 
Azərbaycan maarifçilərindən A.A.Bakıxanov,M.F.Axundov,S.Ə.Şirvani,M.Ə.Sabir və 
baş.şəxsiyyətin inkişafında təlimə,xüsusən tərbiyəyə daha böyük üstünlük 
vermişdir. 
Dialektik qanunlardan bəhrələnən A.S.Makarenko yazırdı:Mən tərbiyəvi işin 
hədsiz qüdrətinə sonsuz tükənməz bir inam bəsləyirəm. 
Uşaq şəxsiyyətinin inkişafı müxtəlif mərhələlərdən keçir.Hər bir mərhələ əvvəlki 
ilə sıx əlaqədə olub sonrakı nailiyyətlər üçün əsas rolu oynayır.Tərbiyənin varisliyi 
əvvəlki zəmində tərbiyə keyfiyyətlərinin qazanılması ilə əlaqələndirilir.Eyni 
zamanda tərbiyə heç də uşağın inkifanı süni formada sürətləndirməməlidir.Buna 
görə də məktəbəqədər pedaqogika bu yaşlı uşaqların hərtərəfli inkişafını təmin 
etmək üçün yaş xüsusiyyətlərini nəzərə alər və onun həyat haqqında anlayışlarını 
tədricən zənginləşdirir.Uşaq şəxsiyyətinin inkişafında,xarakter xüsusiyyətlərinin 
formalaşmasında tərbiyə elmi aparıcı qüvvəyə malikdir. 


IV mövzu:Məktəbəqədər yaş dövründə tərbiyənin mahiyyəti və şəxsiyyətin 
hərtərəfli inkişafında tərbiyənin tərkib hissələri. 
Plan: 
1.Tərbiyənin mahiyyəti. 
2.Tərbiyənin tərkib hissələri. 
3.Hərtərəfli inkişafda tərkib hissələrin rolu. 
Bəşəriyyət yaranandan həmişə körpə uşağın,yeni dünyaya gələn nəslin tərbiyə 
olunmasına ən müqəddəs iş kimi baxılmışdır.Tərbiyənin sosial funksiyası əmək 
fəaliyyəti sahəsində toplanan təcrübənin nəsildən-nəslə verməklə bilik,bacarıq və 
vərdişləri möhkəmləndirməkdən ibarət olmuşdur.Çünki cəmiyyətin 
mövcudluğu,onun gələcəyi yetişən nəslin elmi biliklərin mənimsənilməsi ,əmək 
bacarığı və vərdişlərinə,əxlaq normalarına və mədəni davranışa sahib olması ilə 
bağlıdır. 
İctimai-iqtisadi münasibətlər inkişaf etdikcə dövlət quruluşunun yaranmasına 
səbəb olur.Dövlətçilik yaranandandan sonra uşaqların tərbiyə olunması strateji 
əhəmiyyətli bir iş kimi dövlətin himayəsinə keçmişdir.Çünki,tərbiyəetmə 
anlayışınməqsədyönlülük,idarəetmə,rəhbərlik etmə,qayda-qanunlara alışdırma 
xarakteri var.Əsas məqsəd isə uşağı böyüdüb icyimai həyata hazırlamaqdır.O 
tərbiyə olunmalıdır.O yalnız ictimai şüura qadir olmaq imkanları ilə dünyaya 
gəlir.Bu səbəbdən də tərbiyə zəruri ictimai hal kimi tarixən mövcud 
olmuş,mövcuddur və nəqədər ki,bəşər övladı var tərbiyə də zəruri ictimai hal kimi 
mövcud olacaqdır. 
Tərbiyənin məqsədi kimsə tərəfindən uydurulmamışdır.O,xalqın dövlətin və 
millətin obyektiv həyat şəraitindən və təlabatından asılıdır.Respublikamızda uşaq 
bağçalarında və məktəblərdə tərbiyənin məqsədi dövlətimizi qoruya bilən və onun 
gələcək inkişafını təmin rdə biləcək yüksək milli və mənəvi intellektə malik olan 
kamil nəsil yetişdirməkdir. 
Tərbiyənin aşağıdakı mühüm tərkib hissələri haqqında qısa məlumat; 
1.Əqli tərbiyə; 
2.Fiziki tərbiyə; 


3.Əxlaq tərbiyəsi;. 
4.Estetik tərbiyə; 
5.Estetik tərbiyə; 
6.Ekoloji tərbiyə. 
ƏQLİ tərbiyə.Əqli yaxud zehni tərbiyə insan intellektinin inkişafında ən mühüm 
əlamətdir və anatomik-fizioloji varlığın bəşəri varlıq kimi inkişafında ilkin 
əhəmiyyətə malikdir.Onun vasitəsilə uşaqlar elmi biliklərə yiyələnir,təbiəti-
cəmiyyəti,əməyi,iqtisadiyyatın başlıca qanunlarını,ictimai və siyasi 
həyatı,bütövlükdə dünyanı dərk edir,yüksək mənəviyyata sahib olur. 
Əqli tərbiyə uşaqlarda hr şeyi bilmək marağını,fikir fəallığını inkişaf etdirərək 
həyat hadisələri arasındakı əlaqəni başa düşmək qabiliyyətnin inkişaf 
etdirir,fantaziyalarının inkişaf etməsinə,fafizə və diqqətinin formalaşmasına təkan 
verir. 
FİZİKİ tərbiyə.Fiziki tərbiyənin vəzifəsi yetişən nəsli əməyə,Vətənin müdafiəsinə 
hazırlamaq,orqanizmin sağlamlığına,iradi keyfiyyətlərin və əqlin formalaşmasına 
kömək etməkdir.Fiziki tərbiyə vasitəsilə uşaqlarda fiziki təkmilləşmə,möhkəm 
gigiyenik vərdişlər,qüvvət,dözümlülük yaranır və idmana maraq 
güclənir.Məktəbəqədər yaşlı uşaqların fiziki sağlamlığına xüsusi diqqət 
yetirilməlidir.Uşaqların yaş və fərdi xüsusiyyətləri nəzərə alınmaqla proqram 
tərtibində hərəki üzvlərin sağlam fəaliyyəti,mədəni-gigiyenik vərdişlərin inkişaf 
etdirilməsi diqqət mərkəzində saxlanılır. 
ƏXLAQ tərbiyəsi.Uşaqları məktəbəqədər yaş dövründən başlayaraq sadə əxlaqi 
keyfiyyətlərə yiyələndirməyinçox mühüm əhəmiyyəti vardır.Həyatının birinci 
ilindən başlayaraq uşağın emosiyalarında,münasibətlərində sadə şəkildə olsa 
da,əxlaqi keyfiyyətləri vərdiş halında formalaşdırmaq lazımdır.Azərbaycan 
xalqının milli-adət ənənəsində körpə uşaqların əxlaq tərbiyəsi özünə geniş yer 
tapmışdır.Uşaq dil açmağa başlayanda ona salam verməyi,əl il 
ə görüşməyi,nəvazişlə ―sağ ol‖ deməyi öyrədirlər.Bu cür nəvaziş,şən münasibət 
uşaqlarda xoş emosiyaların,sadə əxlaqi vərdişlərin möhkəmlənməsinə səbəb 
olur.Məktəbəqədər yaşlı uşaqların əxlaq tərbiyəsini vaxtinda başlayıb,pedaqoji 
yolla düzgün aparmaq lazımdır. 
ƏMƏK tərbiyəsi.Məktəbəqədər yaşlı uşaqların tərbiyə prosesində əmək 
tərbiyəsinin də mühüm əhəmiyyəti vardır.Məktəbəqədər yaş dövründə əmək 
tərbiyəsi uşaqlarda əməyə,əmək adamlarına rəğbət hissi yaratmaq,əmək 


məhsullarından qənaətlə istifadə etmək,işgüzarlıq,cətinlikdən 
qorxmamaq,dözümlülük,qayğıkeşlik,özünə hörmət və faydalı işindən fərəhlənmək 
kimi nəcib əxlaqi keyfiyyətləri tərbiyə edir.Bu yaşlı uşaqlar sadə əməklə məşğul 
olmaq vərdişlərinə yiyələnirlər. 
ESTETİK tərbiyə.Estetika varlığın insan tərəfindən bədii surətdə qavranılmasının 
ümumi qanunauyğunluqlarından bəhs edən bir elmdir.O inkişafda olan gənc nəsli 
gözəllik aləminə yaxınlaşdırır,həqiqi gözəlliyi bütün təzahür formalarında aydın 
qavramaq,düzgün başa düşmık,sevmək və qiymətləndirməkqabiliyyətnin onlara 
bəxş edir.Estetik tərbiyə yaşlılarda olduğu kimi uşaq və yeniyetmələrdə həssaslığı 
artırır,mənəvi aləmə güclü təsir göstərməklə onu daha da nəcibləşdirir. 
EKOLOJİ tərbiyəTəbiətin mühafizəsi qlobal və ümumbəşəri problem olmaqla indi 
bütün dünya xalqlarını düşündürür.Ekoloji problemin həlli və ətraf mühitin 
qorunması hər bir insanın mənəvi borcudur. 
Ekoliji tərbiyə insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi 
aşılayır.Uşaqlar hələ erkən yaşlarından təbiətin taleyi haqqında düşünməyi 
bacarmalı və ətraf mühitin qorunmasında fəal iştirak etməkidir. 
Ekologiya yunan sozü olub hərfi mənası ―ekos‖-ev,‖loqiya ―isə elm 
deməkdir.Ekologiya terminini ilk dəfə 1861-ci ildə alman bioloqu Ernest Hekkel 
işlətmişdir.İnsanların yaşayış və maddi rifah halı təbiətlə,ondan səmərəli istifadə 
ilə sıx bağlıdır.Təbiət nə qədər zəngin olarsa,maddi nemətlər də bir oqeder bol olar 
Ekoloji mühit nə qədər təmiz olarsa,insanlar da saglam və uzunömürlü olar. 
Gənc nəslin ekoloji tərbiyəsi müasir mərhələdə daha çox əhəmiyyət kəsb 
edir.Uşaqların ətraf mühiti qoruması,təbiətə qayğı və məhəbbət ruhunda tərbiyə 
edilməsi işini məktəbəqədər tərbiyə müəssisələrindən başlamaq əsas vəzifə kimi 
qarşıya qoyulmalıdır.Uşaqlar məktəbəqədər yaş dövründən başlayaraq anlaq 
səviyyələrinə və güclərinə müvafiq təbiətin qorunması işlərinə cəlb olunmalıdırlar 
ki,məktəb illərində bu sahədə daha səmərəli iş görə bilsinlər Bu məqsədlə də 
məktəbəqədər tərbiyə müəssisələrində təbii sərvətlərin qorunmasına,məhəbbət 
ruhunda tərbiyə işi aparmaq,bitki və heyvanlar aləminin əhəmiyyətini onlara izah 
etmək,təbiətə qarşı mərhəmətli və qayğıkeş ol maq hissi aşılamaq lazımdır.Onlar 
bilməlidir lər ki,təbii tarazlığın pozulması böyük fəlakətlərə səbəb ola bilər. 


Azərbaycan Respublikasının təhsil sisteminin məzmunu,məqsədi və vəzifələri. 
PLAN; 
1.Təhsil sisteminin məzmunu. 
2.Təhsilin formaları. 
3.Təhsilin tipləri. 
Azərbaycan Respublikasında təhsil sistemi dedikdə,ölkəmizdə insanı həyata 
hazırlayan təlim-tərbiyə müəssisələrinin qarşılıqlı fəaliyyəti sayəsində meydana 
çıxan böyük bir qurum nəzərəd tutulur.Başqa sözlə,təhsil sistemi ölkə daxilində 
mövcud olan təlim-tərbiyə müəssisələrinin məcmuyudur.Buraya dövlət və özəl 
statuslu məktəbəqədər tərbiyə müəssisələri,ümumtəhsil 
məktəbləri,texnikum,kollec,gimnaziya,seminariya,lisey,ali ixtisas 


məktəbləri,universitetlər,institutlar,bakalavr,magistatura,doktorantura,akademiya,
məktəbdənkənar tərbiyə ocaqları,və s. 
Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Konstitutsiyası və Təhsil 
Qanunu əsasında idarə olunur.Qanunda qeyd olunur;təhsil sistemi müxtəlif pilləli 
təhsil proqramlarını ardıcıl həyata keçirən təhsil müəssisələri şəbəkəsindən,təhsilli 
idarəetmə orqanlarından,təlim tərbiyə prosesi ilə məşğul olan digər müəssisə və 
təşkilatlarından ibarətdir. 
Təhsil sisteminin əsas məqsədi dövlət təhsil standatlarına uyğun 
biliyə,bacarığa,praktik hazırlığa,mütərəqqi dünyagörüşünə malik olan,xalqın milli 
,mənəvi,mədəni dəyərlərinə və vəşəri dəyərlərə dərindən yiyələnən,Azərbaycan 
xalqının azadlıq amalına və demokratik ənənələrinə,insan hüquqlarına hörmət edən 
vətənpərvər,müstəqil və yaradıcı düşünən şəxsiyyət tərbiyə etməkdən ibarətdir.İrqi 
və milli mənsubiyyətindən,cinsindən,dinə münasibətindən,əmlak və ictimai 
vəziyyətindən asılı olmayaraq,müstəqil Azərbaycan dövlətinin bütün vətəndaşları 
təhsil almaq hüququna malikdirlər;bütün uşaqlar və yeniyetmələr üçün təhsil 
icbaridir.Təhsil almaq üçün dil seçmək azaddır. 
Təhsilin formaları;Azərbaycan Respublikasında təhsilalma prosesi aşağıdakı 
formalarda həyata keçirilir. 
-əyani təhsil; 
-axşam təhsili4 
-qiyabi təhsil; 
Ecdə təhsil; 
-məsafədən təhsil. 
Təhsil müəssisələrinin tipləri.Respublikamızda təhsil müəssisələrinin aşağıdakı 
tipləri vardır; 
-məktəbəqədər təhsil; 
-ümumi təhsil(ibtidai,natamam orta,orta.) 
-ibtidai peşə-ixtisas; 
Orta peşə-ixtisas; 
-ali peşə-ixtisas; 
əqli və fiziki inkişafı qüsurlu uşaqlar üşün xüsusi təhsil müəssisələri; 


əlavə təhsil(məktəbdənkənat təhsil,ixtisasartırma və 
yenidənhazırlanma)müəssisələri. 
Məktəbəqədər təhsil.Məktəbəqədər təhsilin məqsədi uşaqların erkən yaşlardan 
fiziki,əqli,mənəvi və psixi inkişafınıpedaqoji qanunlar əsasında ilkin bilik,bacarıq 
və vərdişlərin formalaşdırılması,özülün qoyulması və uşaqların gələcək normal 
inkişafının istiqamətini təmin etməkdir.Məktəbəqədər tərbiyə müəssisələrinin 
tipləri bunlardır. 
-körpələr evi; 
-körpələr evi –uşaq bağçası; 
-uşaq bağçası; 
-əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün məktəbəqədər tərbiyə 
müsəssisələri; 
-məktəb uşaq bağçası; 
Bu tərbiyə müəssisələrində uşaqların yaşından asılı olaraq qruplar aşağıdakı 
qaydada təşkil olunur: 
-kiçik yaşlı körpələr qrupu-2 aylıqdan 1 yaşa qədər; 
-orta yaşlı körpələr qrupu-1yaşdan 2 yaşadək; 
-böyük yaşlı körpələr qrupu-2 yaşdan 3 yaşadək: 
Uşaq bağçasında və körpələr evi-uşaq bağçasında məktəbəqədər qruplar belə təşkil 
olunur. 
-bağçada kiçik yaş qrupu-3 yaşdan 4 yaşadək ; 
Bağçada orta yaş qrupu-4 yaşdan 5 yaşadək ; 
Bağçada böyük yaş qrupu-5 yaşdan 6 yaşa kimi; 
-məktəbə hazırlıq qrupu. 
Ümumi təhsil.Ümumi təhsilin məqsədi şagirdlərin fiziki və intellektual 
inkişafını,meyl və marağını nəzərə almaq,ona elmlərin əsasını öyrətmək və 
şəxsiyyətini formalaşdırma,milli və bəşəri dəyərlərə yiyələnən,vətənpərvər 
vətəndaş yetişdirmək və s.hazirlamaqdır. 
Ümumi təhsil üç pillədən ibarətdir; 


-ibtidai təhsil(I-IV siniflər) 
-natamam orta təhsil(V-IX siniflər) 
Orta təhsil X-XI XII siniflər) 
Ümumi təhsil 6 yaşdan başlayır. 
Onbirillik məktəb orta ümumi təhsilin verilməsini təmin edir. 
Günüuzadılmış məktəblər—ailəyə kömək məqsədi ilə yaradılır,şagirdlərin 
dərsdənkənar tərbiyəsinə və təhsilinə kömək edir. 
İnternat nəktəbləri.Valideynlərin məşğulluğundan asılı olaraq uşaqlar həftə ərzində 
məktəbdə yaşayır və oxuyurlar. 
Axşam növbəli və qiyabi məktəblər işləyən gənclərin müxtəlif səbəblər üzündən 
təhsilini etdirə bilmədikləri halda təşkil olunur. 
Liseylər,kolleclər,və seminariyalar orta ixtisas və peşə təhsili verir. 
Xüsusi məktəblər-nadir istedadı olan uşaqlarüçün təşkil olunur.Belə məktəblərə 
musiqi,xoreoqrafiya,təsviri sənət sahəsində ən qabiliyyətli uşaqlar qəbul olunurlar. 
Əlahiddə məktəblər-Belə məktəblərfiziki,əqli cəhətdən qüsurlu uşaqlar üçün lal-
karlar,korlar və əqilcə kəm təşkil olunur. 
Ali məktəblər.Ali məktəblər dövlət tərəfindən və müvafiq icazələrlə özəl qaydada 
açılır. Belə ali təhsil verən məktəblər universitet,institut,və akademiya formasında 
olur.Bu məktəblərdə ali təhsil dörd formada həyata keçirilir; 
1)əyani təhsil-istehsalat və idarələrdə işləməyənlər üçün
2)axşam təhsili-istehsalatda işlıyənlər üçün 
3)axşam əyani təhsil I və II kurslarda istehsalatdan ayrılmamaqla,sonrakı kurslarda 
isə istehsalatdan ayrılmaqla təhsil verir. 
4)qiyabi təhsil. 
Magistatura və ya aspirantura gənclərə elmi dərəcə verməklə ali məktəblərdə işə 
hazırlayır. 


İctimai məktəbəqədər tərbiyənin inkişaf tarixi. 
Plan: 
1.Məktəbəqədər tərbiyənin inkişafı. 
2.Yan Amon Komenskinin təlimi. 
3.Rusiyada ilk uşaq bağçası. 
Cəmiyyətin inkişafı və təkmilləşməsi ilə əlaqədar uşaqların məktəbəqədər tərbiyə 
müəssisələrində tərbiyəyə böyük ehtiyac duyulmuş və bu haqda ilk fikri utopik 
sosialistlər söyləmişlər.İctimai tərbiyənin lazımı nəticə verməsi üçün uşaqların 
erkən yaşdan tərbiyə ocaqlarına cəlb edilməsi lazım bilinmişdir.İnsan hüquqlarının 
pozulması və əməyin istismarı dövründən qadının ümumi normadan artıq işlıməsi 
onun analıq hissiyatını tapdalayır,qayğısını məhdudlaşdırır,onu fiziki cəhətdən 
şikəst edir.Buna gorə də bu dövrdə demokratik əhval-ruhiyyədə yazılmış qərar və 
göstərişlərdə qadınların ağır və orqanizm üçün zərərli iş obyektlərində işləməsi 
qadağan edilir.Bütün iş yerlərində körpə və kiçik yaşlı uşaqlar üçün körpələr evi 
acılması zəruri sayılır. 
Məktəbəqədər tərbiyənin elementləri hələ bəşəriyyətin başlanğıc mərhələsi olan 
ibtidai icma quruluşu dövrünə təsadüf edir.İbtidai icma cəmiyyətində uşaqları 
həyata hazırlamaq üçün əmək və ovçuluğu əks etdirən primitiv oyunlardan istifadə 
ediblər. 
Qədim Yunanıstanda meydana gələn pedaqoji nəzəriyyələrəd məktəbəqədər yaşlı 
uşaqların ailə tərbiyəsindən də bəhs edilib.Afina və Sparta tərbiyə sistemindən 
daha geniş istifadə olunub.Sparta tərbiyəsində hərbiləşdirmə geniş yer tutur.Qul 
sahiblərinin uşaqları kiçik yaşlardan qullara qarşı amansızlıq ruhunda tərbiyə 
olunurdular.Qədim yunan filosofları Platon və Aristotel də bu haqda öz fikirlərini 
söyləmişlər.Platon mühüm pedaqoji anlayışları,xüsusilə dini tərbiyə,ictimai 
quruluşun təlim-tərbiyə ilə əlaqəsi və s. Anlayışları müəyyən edib.O erkən yaşlı 
uşaqların vətəndaş kimi mövcud quruluş ilə bağlı olduğunu əsaslandırıb.Aristotel 
şəxsiyyətin inkişafı anlayışını yaradıb,bura fiziki,əqli və əxlaq tərbiyəsini daxil 
edir. 
Böyük slavyan pedaqoqu Y.A.Komenski elmi pedaqogikanın təməlini 
qoymuş,məktəbəqədər tərbiyəyə xüsusi əhəmiyyət vermişdir.O insanı daim inkişaf 
edən varlıq kimi qiymətləndirmişdir.Komenskinin ―Ana qucağı məktəbi‖ əsəri 


dünyada məktəbəqədər tərbiyə üçün ilk proqram və metodik vəsait 
olmuşdur.Komenski oyunu uşağın həyatı sayırdı.Komenski məktəbəqədər 
tərbiyəyə gələcəkdə məktəbə hazırlıq kimi baxmışdır.O Hələ ana qucağında 
uşaqlara ilkin bilik,müəyyən elementar xarakter daşıyan anlayışlar verməyi irəli 
sürür.Komenskiye görə 7 yaşlı uşaq bilməlidir ki,od,su,hava,dəmir və s. Nədir.O 
analara məsləhətində uşağın hafizəsinin,duyğularının və şüurunun inkişafı 
qayğısına qalmağı tövsiyyə edir. 
Pestalotsinin kiçik yaşlı uşaqlar üçün məktəbi.Məktəbəqədər yaşlı uşaqların 
tərbiyəsi üçün böyük İsveç pedaqoqu demokrat İohan Pestalotsi zəngin pedaqoji irs 
qoyub getmişdir.Pestalotsiyə görə hər bir uşaqda inkişaf üçün zəmin olan təbii 
imkan var.Pestalotsi ilk dəfə olaraq təlim-tərbiyə prosesini uşağın psixi inkişafının 
qanunlarına uyğun qurmağı tələb etmişdir.Uşağın qavrayışının xüsusiyyətlərini 
nəzərə alaraq,elementar təhsil nəzəriyyəsini yaratmış,yaxından-uzağa,sadədən 
mürəkkəbə qaydalarının uşaq təlim-tərbiyəsində rolunu əsaslandırmışdır.Pestalotsi 
uşaqların fiziki,əmək,əxlaq və əqli tərbiyəsinə hərtərəfli inkişaf baxımından 
yanaşmışdır. 
R.Ouenin kiçik yaşlı uşaqlar üçün məktəbi.Robert kapitalizmi kəskin tənqid edən 
utopik sosialistlərindən biri olmuşdur.O,fəhlə balaları üçün uşaq bağçası açmağın 
ilk təşəbbüsçüsü olmuşdur.Ouen Şotlandiyada kağız fabrikinin müdiri,sora isə 
oranın sahibkarı olarkən bir sıra tədbirlər həyata keçirmişdir.İş saatının 
azaldılması,əmək haqlarının artırılması,10 yaşlı uşaqların işləməsinə qadağan 
qoyulması onun təşəbbüsü idi.Ən əsası isə həmin dövrdə fəhlə balaları üçün uşaq 
bağçası açmışdır.Ora 1 yaşdan 3 yaşa kimi körpələr evi,kiçik yaşlı uşaqlar üçün 
məktəb açmışdı.Uşaqlar sərbəst vaxtın çoxunu açıq havada oyunla 
keçirirmişlər.Ouen tərbiyəçilərin seçilməsinə ciddi diqqət yetirmişdir.Əsas kimi 
tərbiyəçinin təhsilini deyil,işləmək bacarığını,uşağa məhəbəttinin,intizamlı 
olmasını tələb etmişdir. 
F.Frebelin uşaq bağçası.XIX əsrin ikinci yarısında Qərbi Avropada alman 
pedaqoqu Fridrix Frebelin məktəbəqədər tərbiyə haqqında nəzəriyyəsi məşhur 
olmuşdur.Frebelə görə insanın inkişafı 4 anadangəlmə instikdən 
ibarətdir;fəaliyyət,şüur,bədii və dini.Tərbiyənin məqsədi uşaqda dinə maraq və 
meyl yaratmaqdan ibarətdir.Frebel uşaqların yaş dövrünü 3 hissəyə bölürdü 
1)südəmər dövr;2)uşaqlıq dövrü;3)yeniyetməlik dövrü.Frebel 1840 –cı ildə uşaq 
bağçası açır və məktəbəqədər tərbiyəni mətbuatda geniş təbliğ etməyə başlayır. 
Montessorinin uşaq evi.XIX əsrin sonuXX əsrin əvvələrində İtaliyada ictimai 
məktəbəqədər tərbiyə sahəsində yeni ideyaları ilə həkim,psixoloq,pedaqoq kimi 
yeni yeni ideyaları ilə xüsusilə fərqlənirdi.O,ideyalarını ilk dəfə Romada 3 yaşdan 


7 yaşa kimi uşaqlar üşün açdığı ―uşaq evi‖ müəssəsində praktik olaraq həyata 
keçirmişdir.Montessotiyə görə insan şəxsiyyətinin formalaşmasında tərbiyə 
həlledici rol oynamır.O deyirdi ―Biz insan bədəninin xarici formasını yarada 
bilmədiyimiz kimi,onun daxili keyfiyyətini də yaratmaqda acizik.‖Onun fikrincə 
tərbiyəçi uşağın təbii inkişaf prosesinə az müdaxilə etməlidir. 
Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı. 
Plan; 
1.Azərbaycanda ilk məktəbəqədər tərbiyə müəssisələri. 
2.N.Nərimanovun fəaliyyəti. 
3.İlk məktəbəqədər Tərbiyə İnstitutunun açılması. 
Azərbaycanda məktəbəqədər tərbiyənin praktik tarixi 1907-ci ildən başlanır.bu ilə 
kimi Azərbaycanda heç bir məktəbəqədər tərbiyə müəssisəsi olmamışdır.Yalnız 
həmin ildə birinci dəfə olaraq Bakının Bayıl qəsəbəsində Alisa İvanovna Radçenko 
tərəfindən uşaq tərbiyə müəssisəsi təşkil edilmişdir.Bu ―Dəcəllər‖ adlanan uşaq 
bağçası olmuşdur.2-cisi Zinaida Alekseyevna tərəfindən 1914 cü ildə,3-cüsü 
Baranovna tərəfindən ,4-cü 1916 cı ildə Bakı şəhər xalq məktəbləri müdiriyyətinin 
qadın gimnaziyası tərəfindən və nəhayət 5-cisi Kələntərova tərəfindən açılan uşaq 
bağçası olmuşdur. 
Radçenko uşaqların fiziki,bədii,əxlaqi və əqli inkişafı üçün rəngarəng tədbirlər 
keçirirdi.Məşğələlərdə o,oyundan,söhbət və nağılllardan,kitab oxumaqdan geniş 


istifadə edərək,uşaqların əxlaq tərbiyəsinə dostluq,qayğıkeşlik və insanpərvərlik 
kimi keyfiyyətlərinə xüsusi fikir verirdi. 
1916-cı ildə Bakıda qadın gimnaziyası yanında uşaq bağçası açılır.Bu uşaq bağçası 
4 yaşdan 7 yaşa kimi 20 uşağı əhatə edirdi.Burada uşaqlar maraqlı,hərəkətli 
oyunlar və idman mə.ğələləri keçirilir,əl işləri vərdişləri öyrədilirdi. 
1918-ci ildə uşaq tərbiyə ocaqlarının ,o cümlədən,uşaq bağçalarının təşkili 
genişlənir.Bu sahədə N.Nərimanovun böyük köməkliyi olub.Onun vasitəsilə 
bina,lazımı avadanlıq,ərzaq malları alınırdı.Bu dövrdə bütün çətinliklərə 
baxmayaraq məktəbəqədər tərbiyə gündən-günə inkişaf edirdi.Uşaq bağçaları 
şəbəkələri xeyli artmışdı.1920 –ci ilin may ayının 27 də N.Nərimanovun adından 
XMK –a göndərilən məktubda qeyd edilirdi.‖Təklif edirəm ki,bir həftə müddətində 
şəhərin müsəlman məhəlləsində uşaq bağçası təşkil edilsin.N.Nərimanovun verdiyi 
bu sərəncamdan sonra həm respublikanın qəzalarında ,həm də Bakı şəhərində 
xüsusən azərbaycanlılar yaşayan məhəllələrdə uşaq bağcalarının təşkili işi getdikcə 
sürətlənir. 
1920-ci idə Bakıda ―Yuva‖,‖Svetlyaçok‖,‖Xutork‖,‖Aydınlıq‖,‖Sünbül‖kimi uşaq 
bağçaları təşkil edilmişdir.Bundan əlavə 
Gəncədə,Şuşada,Qubada,Lənkəranda,Şamaxıda və s. Yerlərdə bağçalar açılmışdı. 
Uşaq bağçalarında təlim-tərbiyə işi əsasən Azərbaycan dilində aparılsa da 
rus,gürcü,tatar,yəhudi və s.millətlərdən olan uşaqlar üçün ayrıca qruplar da təşkil 
olunmuşdu. 
1920 ci ildə Azərbaycanda ―Məktəbəqədər tərbiyə şöbəsinin ümumi 
təlimatnaməsi‖qəbul edilmişdir.Bu təlimatın o dövr üçün böyük tarixi əhəmiyyəti 
vardır.Təlimatda məktəbəqədər tərbiyə müəssisələrinin ümumi prinsip əsasında 
təşkil olunması nəzərdə rurulurdu.Bu prinsipə görə uşaq bağçaları xalqın bütün 
təbəqələrinə xidmət etməli idilər.Həmin təlimatın əsas prinsiplərindən biri də 
təlim-tərbiyə işlərinin hər xalqın öz dilində aparılması idi.Lakin burada uşaq 
bağçaları üçün kadr hazırlığı mühüm problemlərdən biri kimi qarşıda dururdu.Ona 
görə də 1921-ci ildə N.Nərimanovun göstərişi ilə Azərbaycanda I Məktəbəqədər 
Pedaqoji İnstitutunun açılması haqqında dekret verildi.Bu dekretə əsasən ilk 
instituta 30 qadın qəbul edilmişdi. 
1924-1925 –ci dərs ilində respublikada fəaliyyət göstərən 19 uşaq bağçasında 1096 
uşaq tərbiyə alırdısa,1930-31-ci illərdə 463 uşaqbağçasında 13549 uşaq tərbiyə 
almışdı.Bu illərdə uşaq bağçalarında aparılan tərbiyənin qarşısında belə bir vəzifə 
qoyulmuşdu:uşaq kollektivinin təşkili və onun tərbiyə rolu,uşaqların təşkilatçılıq 


qabiliyyətini inkişaf etdirmək,təbiətlə tanışlıq, dostluq və s. Keyfiyyətlərin 
aşılanması. 
1965-ci illərdə ikl dəfə olaraq məktəbəqədər tərbiyə tarixində 2 aylıqdan 7 yaşa 
qədər uşaqların təlim-tərbiyəsinin məzmununu müəyyən edən ―Uşaq bağçalarının 
tərbiyə proqramı‖hazırlandı.Proqramda müxtəlif yaş dövrlərində uşaqların 
mənimsədikləri bilik,bacarıq və vərdişlərin həcmi müəyyən edilirdi. 


Tərbiyə və təlim proqramının inkişaf tarixi. 
Plan; 
1.Proqramların yaradılması və təkmilləşməsi. 
2.Proqrama verilən pedaqoji tələblər. 
3.Proqramların quruluşu. 
Məktəbəqədər tərbiyə müəssisələrinin proqramı mühüm dövlət sənədi olub 
məktəbəqədər yaşlı uşaqlarla aparılan təlim-tərbiyə işlərinin 
məzmununu,məqsədini və vəzifəsini özündə əks etdirir.Proqram uşaqların yaş və 
fərdi xüsusiyyətlərini nəzərə alaraq onların hərtərəfli inkişafına xidmət edir. 
Proqramda uşaq bağçasının fəaliyyəti yetişən nəslin təlim tərbiyəsinin ilk 
mərhələsi kimi xarakterizə edilir.Onların təlim fəaliyyəti,fixiki,əxlaqi və estetik 
tərbiyəsi bu mühüm sənəd üzərində həyata keçirilir.Proqram bu yaş dövrünə 
məxsus inkişafın elmi və praktik əsaslarını əks etdirir,uşaqların əqli,fiziki,mənəvi 
inkişafında mühüm rol oynayır. 
Azərbaycanda 1920-1931-ci illərdə uşaq bağçalarının fəaliyyətini tənzimləyən 
proqram olmamışdır.Bağçalar metodik göstərişlər əsasında işləyirdi.Rusiyada 
hazırlanan metodik göstərişlərə müəyyən əlavə edilməklə Azərbaycan dilinə 
tərcümə olunurdu.Azərbaycanda 1932-ci ildə ilk dəfə uşaq bağçaları üçün proqram 
hazırlanıb məktəbəqədər tərbiyə müəssisə işçilərinin ixtiyarına verilmişdir.Bu 
proqramda körpələr evinin məktəblə əlaqəsi,beynəlmiləl tərbiyə,əməyə 
məhəbbətvə s. Problemlər geniş əhatə edilirdi.Proqramın başlıca nöqsanı uşaqlara 
verilən təlim-tərbiyə işində yaş süsusiyyətlərinin nəzərə alınmaması idi.Proqramda 
uşaqların nitq inkişafı,ana dili,uşaq kollektivi haqqında tərbiyə keyfiyyətinin 
aşılanmamasına aid bölmələr öz əksini tapmamışdı. 
1958-84-88-ci illərdə respublika uşaq bağçalarının istifadəsi üçün təkmilləşmiş 
proqramlar işlənib hazırlanmışdır.İttifaq hökumətindən asılılıq,durğunluq 
dövrünün yaratdığı çətinliklər uşaq bağçaları üçün proqramların şəraitə uyğun 
yazılıb istifadəyə verilməsisində böyük çətinliklər yaradırdı. 
1992-ci idə Sovet imperiyasının dağılması ilə Azərbaycan Respublikası öz 
müstəqilliyini əldə etdikdən sonra məktəbəqədər tərbiyə müəssisələrinin işini 
tənzimləmək üçün 1998-ci ildə yeni məzmunla milli proqram yaradıldı.Proqram 


azərbaycanda həmçinin dünya miqyasında tanınmış pedaqoq,psixoloq,fizioloq və 
həkimlərin,uşaqların fiziki,mənəvi,estetik və əmək tərbiyəsi sahəsində apardıqları 
tədqiqatların nəticələri əsasında öz geniş təhlilini tapmışdır. 
Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramının hazırlanmasına bir sıra 
tələblər verilmişdir.Məktəbəqədər müəssisələrdə təlim və tərbiyə proqramının 
hazırlanmasına bir sıra tələblər verilmişdir.Proqram tərtib olunarkən aşağıdakı 
prinsiplər əsas götürülmüşdür. 
1.Pedaqogikanın,tərbiyənin ideya istiqaməti,həyatla əlaqəsi,u.ağın yaş və fərdi 
xüsusiyyətlərinin nəzərə alınması və s prinsiplərinə ciddi əməl edilmişdir. 
2.Proqram vəzifələrinin tədricən mürəkkəbləşməsi,ardıcıllığı gözlənilmişdir. 
3.Uşaqların hərtərəfli inkişafına riayət edilmişdir. 
4.Hər həftədə bir yüngülləşdirilmiş gün təşkil edilməli və həmin gün məşğələ 
keçirilməməlidir. 
5.Proqram hazırlanakən coğrafi iqlim,iqtisadiyyat,milli-mədəni şərait əsas 
götürülməlidir. 
6.Hər bir fəaliyyət növünün özünəməxsus məzmunu,yükü nəzərə alınmaqla ümumi 
tərbiyəedici,inkişafetdirici vəzifələrinin həlli təmin olunmalıdır 
.Proqramın quruluşu ;‖Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı 
―tərtib edilərkən psixoloji yükün normal olması,onların müvafiq inkişaf imkanları 
əsas götürülür.Proqramad uşaq həyatının ilk altı ilində 
fiziki,əqli,mənəvi,əmək,estetik tərbiyəsinin həyata keçirilməsi imkanı şərh 
edilir.Uşaqların məktəbə qəbulu 6 yaşdan başladığı üçün proqramda məktəbəqədər 
yaş dövrü psixi—fizioloji və metodoloji baxımdan aşağıdakı kimi təsnif 
olunmuşdur. 
anadan olduğu vaxtdan 1 yaşadək-körpəlik dövrünün birinci qrupu. 
1 yaşdan 2 yaşadək –körpəlik dövrünün ikinci qrupu 
2 yaşdan 3 yaşadək-körpəlik dövrünün böyük qrupu 
3 yaşdan 4 yaşadək-bağça dövrünün orta qrupu 
4 yaşdan 5 yaşadək-bağça dövrünün böyük qrupu. 
5 yaşdan 6 yaşadək-bağça dövrünün məktəbəhazırlıq dövrü. 
Proqramda hər bir qrupda tərbiyə-təlim işlərinin məzmunu 2 bölmədə verilmişdir. 


I bölmə;Uşaq həyatının təşkili və tərbiyəsi. 
II bölmə;Məktəbəqədər təlim proqramında qruplar üzrə uşaqların fəaliyyət 
proseslərinin (oyun,məşğələ,əmək)tərbiyəsinin vəzifə və məzmunu aydın şərh 
olunur. 
Proqramın birinci bölməsində məktəbəqədər yaşlı uşaqların illər üzrə yaş 
xüsusiyyətləri (çəkisi,boyu,sinir sistemi fəaliyyət,hərəkəti,ünsiyyət cəhəti,və 
s )verilmişdir. 
Proqramın ikinci bölməsində körpəlik dövründə bağçanın 
koçik,orta,böyük,məktəbəhazırlıq qruplarında tərbiyənin vəzifəsi,oyun 
rejimi,gigiyenik vərdişlər və s əhatə olunur. 


Məktəbəqədər təhsilin dövlət standartı və proqramı. (kurrikulum 3-6 yaş) 
Plan: 
1.Uşaqyönümlülük. 
2.Nəticəyönümlülük. 
3.İnkişafyönümlülük. 
Nazirlər Kabineti “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin 
dövlət standartı”nı təsdiq edib. 
Dövlət standartına dair ümumi tələblər aşağıdakılardır: 
- fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması; 
- təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə 
alınmaqla, onların fiziki inkişafının, sağlamlığı və təhlükəsizliyinin, idraki, 
estetik və yaradıcı, sosial-emosional inkişafının təmin olunması, sadə əmək 
vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri 
dəyərlərə yiyələnməsi; 
- uşaqların məktəb təhsilinə hazırlanmasının təmin olunması. 
- Məktəbəqədər təhsil üzrə müvafiq kurikulumlar dövlət standartı 
əsasında hazırlanır və həyata keçirilir. 
- Məktəbəqədər təhsilin dövlət standartı 5 il müddəti üçün nəzərdə 
tutulur. 
- Məktəbəqədər təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir: 
- məktəbəqədər təhsilin məzmununu; 
- məktəbəqədər təhsilin idarə olunmasını; 
- məktəbəqədər təhsilin infrastrukturunu, maddi-texniki və tədris 
bazasını; 


- məktəbəqədər təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; 
- məktəbəqədər təhsil sistemində təhsilalanların bilik, bacarıq və 
vərdişlərinin səviyyəsini. 
Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında 
müəyyənləşdirilir: 
- nəticəyönümlülük – təhsilin məzmununun əvvəlcədən müəyyən olunmuş 
nəticələr əsasında müəyyən edilməsi; 
- uşaqyönümlülük – təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyil və 
marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının 
reallaşdırılmasına və inkişafına yönəldilməsi; 
- şəxsiyyətyönümlülük – uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin 
formalaşdırılması; 
-. inkişafyönümlülük – uşaqların idrak fəallığının, təhsil nailiyyətlərinin 
davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və 
vərdişlərinin inkişafının təmin olunması; 
- tələbyönümlülük – ümumi inkişafla bağlı təhsil proqramının 
məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə 
alınması; 
- varislik – müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil 
proqramlarının məzmun və mahiyyət etibarilə bir-birini tamamlaması; 
- inteqrativlik – təlimin məzmun komponentlərinin əlaqələndirilməsi; 
- azərbaycançılıq – uşaqların vətənpərvərlik və azərbay-cançılıq ruhunda 
tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, 
Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə 
hörmət hissinin aşılanması; 
- dünyəvilik – dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə 
əlaqəsi olmama. 
Məktəbəqədər təhsilin məzmunu uşaqlarda aşağıdakı keyfiyyətlərin ilkin 
səviyyədə formalaşmasının təmin olunmasına yönəldilir: 


- cəmiyyətə sosial uyğunlaşma; 
- birgəfəaliyyət və ünsiyyət mədəniyyəti; 
- müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam, iradi 
xüsusiyyətlər; 
- müstəqil öyrənmə və sərbəst qərar qəbuletmə meylinin təşəkkülü; 
- ətraf aləmin dərk olunması, təbiətə və insanlara həssas münasibət; 
- bədii-estetik və yaradıcı dünyagörüşü; 
- sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlar; 
- özünün və digərlərinin hüquqlarına hörmət hissi. 
Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş da daxil 
olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində hər 
bir qrupda uşaqların sayı onların yaşından asılı olaraq aşağıdakı kimi 
müəyyənləşdirilir: 
- 1 yaşdan 2 yaşadək - 15 uşaq; 
-2 yaşdan 3 yaşadək - 15 uşaq; 
- 3 yaşdan 4 yaşadək - 20 uşaq; 
- 4 yaşdan 5 yaşadək - 20 uşaq; 
- 5 yaşdan 6 yaşadək - 20 uşaq; 
müxtəlif yaşlı uşaqlar üçün qruplarda: 
-1 yaşdan 3 yaşadək - 10 uşaq; 
- 3 yaşdan 6 yaşadək - 15 uşaq. 
Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı ictimai 
əsaslarla fəaliyyət göstərən pedaqoji şuradır. Özəl və bələdiyyə 
məktəbəqədər təhsil müəssisələrində ali idarəetmə orqanı həmin təhsil 


müəssisələrinin nizamnaməsi ilə müəyyən olunur. Məktəbəqədər təhsil 
müəssisəsinin idarə olunmasında demokratikliyi, kollegiallığı və şəffaflığı 
təmin etmək məqsədilə müəssisədə ictimai əsaslarla özünüidarə orqanları 
(ümumi yığıncaq, pedaqoji şura, himayəçilər və ya qəyyumlar şurası, 
valideyn şurası) yaradılır. Məktəbəqədər təhsil üzrə dövlət təhsil 
proqramlarının (kurikulumların) yerinə yetirilməsini təmin etmək 
məqsədilə məktəbəqədər təhsil müəssisələrində əlverişli infrastruktur və 
zəruri maddi-texniki və tədris bazası yaradılır. Məktəbəqədər təhsilin 
infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, 
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 
müvafiq normativlərə cavab verən binalar (yardımçı bina), həyətyanı sahə, 
sadə idman qurğuları, rabitə, su, istilik, elektrik sistemləri, alternativ enerji 
mənbələri, internet xidməti, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 
müvafiq şərait daxildir. Məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki 
bazasına qrup, yataq və oyun otaqları, uşaq mebelləri, musiqi və idman 
zalları, metodiki kabinet, tibb otağı, izolyator, yeməkxana, mətbəx, mətbəx 
avadanlıqları, ərzaq anbarı, yumşaq inventar anbarı, camaşırxana daxildir. 
Məktəbəqədər təhsilin tədris bazasına proqram (kurikulum), məşğələ 
cədvəli, metodik ədəbiyyat, əyani vəsaitlər, masaüstü oyunlar, didaktik, 
nümayişetdirici və paylayıcı materiallar, ekoloji cəhətdən təhlükəsiz 
oyuncaqlar, texniki təlim vasitələri, uşaq bədii ədəbiyyatı daxildir. 
Məktəbəqədər təhsil müəssisələrində pedaqoji işə mövcud qanunvericiliklə 
müəyyən edilmiş ixtisas tələblərinə uyğun ali və ya orta-ixtisas təhsilli 
kadrlar qəbul edilirlər. Məktəbəqədər təhsil sistemində çalışan 
təhsilverənlər, əsasən aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar: 
- metodiki ustalıq və səriştəlilik (uşaqların meyil və maraqlarını nəzərə 
alan səmərəli təlim strategiyalarını tətbiq etmək bacarığı); 
- müəssisənin gün rejiminə (səhər fəaliyyəti, uşaqların qidalanması, 
məşğələ saatları, gündüz gəzintisi, yuxu, axşam fəaliyyəti) uyğun işini 
düzgün qurmaq; 
- bu dövlət standartına əsasən uşaqların yaş səviyyəsinə uyğun inkişaf 
sahələri üzrə (fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idrakın inkişafı, 
estetik və yaradıcı inkişaf, sosial-emosional inkişaf) ümumi təlim 
nəticələrinə nail olmaq; 
- məşğələ prosesində fəal təlim üsullarından (əqli hücum, tap-tapmaca, 
şaxələndirmə və s.) istifadə etmək; 


- informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək (məşğələ 
prosesində elektron tədris resurslarından istifadə); 
- sağlamlıq imkanları məhdud uşaqlarla işləmək bacarığı (müvafiq 
mütəxəssislər – loqoped, surdoloq tərəfindən korreksiya-edici və psixoloji 
dəstək). 
Standarta əsasən, məktəbəqədər təhsilin yaş səviyyələrinə uyğun inkişaf 
sahələri üzrə ümumi təlimin nəticələri aşağıdakı kimi olmalıdır: 
körpələr qrupu (1-3 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri: 
- sadə fiziki hərəkətləri yerinə yetirir; 
- sadə gigiyena qaydalarına əməl edir; 
- masa arxasında davranışını ümumi qaydalara əsasən tənzimləyir; 
- həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları sadalayır; 
- özünü, ailə üzvlərini və vətənini adlandırır; 
- sadə suallar əsasında danışır; 
-. müşahidə etdiyi əşyaları adlandırır; 
- sadə riyazi təsəvvürlərə malik olduğunu nümayiş etdirir (az, çox, böyük, 
kiçik, uzun, qısa); 
- ölçü anlayışını başa düşdüyünü nümayiş etdirir; 
- dairəvi əşyaları adlandırır; 
- təsvir vasitələrindən təyinatına görə istifadə edir; 
- rəngləri (qırmızı, sarı, yaşıl) adlandırır; 
- hərəkətlərini musiqinin melodiyasına uyğunlaşdırır; 
- ilkin ünsiyyət bacarıqları nümayiş etdirir; 
- hissləri başa düşür və adekvat cavab verir. 


3-4 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri: 
- orta qrup (3-4 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri: 
- fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik: 
- fiziki hərəkətləri müvazinətini saxlayaraq yerinə yetirir; 
- ilkin gigiyena qaydalarını mənimsədiyini nümayiş etdirir; 
- masa arxasında yemək dəstindən istifadə bacarığını nümayiş etdirir; 
- həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyaları əlamətlərinə 
görə fərqləndirir; 
- özü, ailəsi və vətəni haqqında suallara cavab verir; 
- əşyalar və sadə süjetli şəkillər üzrə danışır; 
- müşahidə etdiyi əşyaları fərqləndirir; 
- əşyalarla 3 dairəsində riyazi əməliyyatlar yerinə yetirir; 
- əşyaları forma və ölçüsünə görə fərqləndirir; 
- həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) adlandırır; 
- sadə təsvirlər çəkir; 
- təsvirlərində uyğun rənglərdən istifadə edir; 
- musiqini anladığını ifa bacarığı ilə nümayiş etdirir; 
- sadə ünsiyyət etiketlərinə əməl edir; 
- arzu, hiss və istəklərini ifadə edir. 
4-5 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri: 
- böyük qrup (4-5 yaş) üzrə inkişaf sahələrinə aid təlimin nəticələri: 


- fiziki hərəkətləri verilən komandaya uyğun yerinə yetirir; 
- müəyyən olunmuş gigiyena qaydalarına əməl edir; 
- masa arxasında mədəni-davranış qaydalarına əməl edir; 
- həyatına və sağlamlığına təhlükə yarada biləcək əşyalarla təhlükəsiz 
davranma bacarıqları nümayiş etdirir; 
- özü, ailəsi və vətəni haqqında məlumat verir; 
- müşahidə etdikləri barədə danışır; 
- ətraf aləmdə baş verən hadisələri adlandırır; 
- əşyalarla 5 dairəsində riyazi əməliyyatlar yerinə yetirir; 
- əşyaları forma, ölçüsünə və sayına görə qruplaşdırır; 
- məkan və zamana görə hərəkətlərinin ardıcıllığını təyin edir; 
- həndəsi fiqurları (dairə, üçbucaq, kvadrat) fərqləndirir; 
- verilmiş süjet əsasında təsvirlər çəkir; 
- rəng çalarlarını fərqləndirir; 
- musiqini xarakterinə görə fərqləndirir; 
- əməkdaşlıq bacarıqları nümayiş etdirir; 
- digərlərinin arzu və istəklərini dəyərləndirir. 
5-6 yaş dövrü və inkişaf sahələri üzrə təlimin nəticələri: 
- məktəbəhazırlıq qrupu (5-6 yaş) üzrə inkişaf sahələrinə aid təlimin 
nəticələri: 
- fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik: 
- fiziki inkişafla bağlı müəyyən olunmuş müxtəlif hərəkətləri yerinə yetirir; 


- gigiyena qaydalarını özünənəzarət əsasında nümayiş etdirir; 
-masa arxasında süfrə mədəniyyətinə yiyələndiyini nümayiş etdirir; 
- həyatına və sağlamlığına təhlükə yarada biləcək hadisələrdən qorunma 
qaydalarını izah edir; 
- özü, ailəsi və vətəni haqqında kiçik təqdimatlar edir; 
- verilmiş mövzu ətrafında danışır; 
- ətraf aləmdə baş verən hadisələrə münasibət bildirir; 
- hərfləri tanıyır, hərf və səsləri fərqləndirir; 
- hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən şifahi 
mətnlər qurur; 
- kəsmə əlifba vasitəsilə sözlər düzür; 
- əşyalarla 10 dairəsində riyazi əməliyyatlar yerinə yetirir; 
- hadisələri məkan və zamana görə müqayisə edir; 
- həndəsi fiqurlardan (dairə, üçbucaq, kvadrat) aidiyyəti üzrə istifadə edir; 
- sadə kompozisiyalar qurur; 
- təsvir prosesində rəng çalarlarından istifadə edir; 
- ifaçılıq bacarıqları nümayiş etdirir; 
- sosial-emosional inkişaf: 
- ünsiyyətini sosial normalara əsasən tənzimləyir; 
- birgəfəaliyyət bacarıqları nümayiş etdirir. 
Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi 
nəticələri əsas kimi götürülmür.. Dövlət məktəbəqədər təhsil müəssisəsinin 
maliyyələşdirilməsi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq 
normativlərə uyğun həyata keçirilir.


Erkən yaş dövrünün xüsusiyyətləri.I,II,III yaş dövrünün xarakteristikası. 
Plan: 
1.Həyatın birinci ili. 
2.Həyatın ikinci ili. 
3.Həyatın üçüncü ili. 
Həyatının birinci ilində uşaq böyüklərin köməyinə möhtacdır.Buna görə də bu 
yaşda uşaqların inkişafına kömək etmək üçün onları qorumaq,saglamlığına xüsusi 
diqqət yetirmək,həyatını düzgün təşkil etmək,onlarda müsbət keyfiyyətlərin 
yaranmasına xüsusi fikir vermək lazımdır.Körpəlik dövründə uşağın 
iməkləməsi,dırmaşması və yeriməsi mühüm əhəmiyyət kəsb edir. 
Normal anadan olmuş uşağın çəkisi 2800-4500 qr olur.Birinci yarımildə hər bir 
uşağın aylıq çəkisi 600-700-qr,boyu 2-3 sm artır.İkinci yarımildə boyun artımı bir 
az azalırsa çəki yenə də yüksək olur.Yeni doğulmuş uşağın boyu 50-60 sm -ə 
bərabər olur.Onun başı böyük,gövdəsi uzun,ayaqları qısa olur.Uşaq doğulandan 
10-15 gün sonra anadangəlmə şərtsiz reflekslər əsasında xarici mühitlə əlaqədə 
onda şərti refleklər əmələ gəlir. 
Sümük sistemi;Bu yaşda sümükdə kalsium duzlarını sürətli mənimsəmə prosesi 
gedir.Bu isə sümüklərin yavaş-yavaş bərkiməsini və süd dişlərinin çıxmasını təmin 
edir.Uşağın dişləri 6 aylığından çıxmağa başlayır,normal inkişaflı uşaqda 8-ə qədər 
diş olur. 
Əmgək;Körpə uşağın başının üst hissəsində yerləşən yumşaq yer əmgək 
adlanır.Əmgəyin ölçüsü uşaqlarda müxtəlif olur.Əmgək 12-18 aylıqda,çox nadir 
hallarda isə 2 yaşında bərkiyir. 
Qan və tənəffüs yolları;Uşağın ciyərləri və ürəyi çox sürətlə böyüyür.Uşaq 
orqanizminin böyüklərə nisbətən oksigene ehtiyacı daha çoxdur.Ona gorə də 
uşaqları tez-tez təmiz havaya çıxarmaq lazımdır,kiçik yaşlı uşaqlara günəşli 
havanın təsiri olduqca vacibdir.Çünki günəş mikrobları öldürür,havanı 
təmizləyir,qanın daha çox oksigen almaq qabiliyyətini artırır. 
Duyğu üzvləri;Uşaq dünyaya gəldikdən sonra 2-3 həftəyədək daxilən yaşayır.Bu 
müddətdən sonra xarici aləmi duyur,və hiss edir 


a)qoxu və dadbilmə ;birinci günlərəd bu hiss çox zəifdir.Lakin uşaq bu hissləri ala 
bilir.Məs.şirin şeyə qarşı sorma,acıya qarşı öz mimikasında narazılıq ifadəsi. 
b)eşitmə;2-3 həftə ərzində uşaq heç bir səs eşitmir,çünki uşağın orta qulağı maye 
ilə doludur.Maye orqanizmə sorulduqdan sonra eşitmə yaranır. 
c)görmə;uşaqlar 3 həftədən sonra görməyə başlayır Adətən işıq və qaranlığa 
gözlərini qıymaqla reaksiya verirlər. 
d)qavrama;uşağın həyatında ilk günlərdən başlayaraq qavrama mühüm yer 
tutur.Onlar daha çox emosional şeyləri qavrayırlar. 
Uşaqaylığında 5 aylığında kürəyi üstündən qarnı üstünə çevrilməyə başlayır ki,bu 
da iməkləmək üçün əhəmiyyətlidir.9 aylığında uşaq dayaq ətrafında yaxşı 
gəzməli,11 aylığında dayaqsız gəzməyi bacarmalıdır. 
Uşaq həyatının birinci ili nitq inkişafına hazırlıq mərhələsidir.Uşaq 2-3 ayında 
qığıldamağa başlayır,5-6 aylığında aydın hecalar tələffüz edilir,7-8 aylığında 
böyükləri təqlid edir.10-11 aylıq uşaqlar ―otur,dur,ver ― dedikdə həmin hərəkətləri 
təqlid edir. 
Həyatın ikinci ili.Bu dövr fiziki inkişafın sürətlə getdiyi dövrdür.Lakin birinci ilə 
nisbətən bu bir qədər zəifləyir,çəki artımı ləng gedir.Buna baxmayaraq inkişaf 
intensiv gedir,uşaq 3-5 saat oyaq qala bilir,orqanizmin müqavimət göstərmək 
qabiliyyəti xeyli artır. 
Slket hələ bərkimədiyindən uşağın müxtəlif hərəkətlərini sakit oyunla əvəz etmək 
lazımdır.Oynamaq üçün uşağa müxtəlif ölçülü toplar,arabacıqlar və s vermək olar. 
Bu dövrdə uşaqlarda öyrəmnə həvəsi artır,müşahidəçilik qabiliyyəti 
güclənir,xüsusən görmə həssaslığı xeyli yüksəlir. 2 yaşlı uşaq ailə üzvlərinin 
hərəkətlərini oyunda təqlid edir,tədricən öz müşahidələri əsasında hərəkət 
edir,guya başını darayır,qəzet oxuyur,və s. 
Tədqiqatlar göstərir ki,uşaqlarda öyrənmə fəallığı oyun prosesində yaranır.Oyun 
bu yaşlı uşaqların həyatında yüksək əhəmiyyət göstərir.1 il 6 aylıq uşaqların 
oyuncaqlarını qapalı saxlamaq,onlardan növbə ilə istifadə etməyə şərait yaratmaq 
lazımdır ki,uşaqlar onlara yeni kimi baxsınlar.Oyun komplektlərinə didaktik 
oyuncaqlardan başqa,süjetli oyuncaqlar,kuklalar,pişik,xoruz,cücə təsvir edən 
oyuncaqlar daxil edilir. 
Həyatın ikinci ilində uşağın nitqi daha da təkmilləşir.1 yaş yarımında uşaq 30-40 
söz öyrənir,sözləri düzgün tələffüz etmir,kəkələyir.İki yaşın sonunda uşaq 300 ə 
yaxın söz işlədir. 


Həyatın üçüncü ili.Həyatın üçüncü ilində uşağın fiziki inkişafı lıng gedir.Bir ildə 
orta hesabla uşağın çəkisi 2,2,5 kq,boyu isə 7-8 sm artır.Lakin inlar daha möhkəm 
və dözümlü olurlar.3 yaşa yaxın uşaq müstəqil geyinir,soyunur,əl-üzünü 
yuyur,karandaşla işləyir,yapma işləri görür. 
3 yaş içərisində olan uşaqda nitqin əhəmiyyəti yüksəlir,xatirələr danışır,nəticə 
çıxarır,təbiət hadisələrinə öz münasibətini bildirir.3 yaşda uşaqda lüğət 
zənginləşir,1200-1300 sözdən istifadə edir.Uşaqlarda əhvali ruhiyyəni 
yüksəltməkdən ötrü əyləncəli oyunlardan geniş istifadə etmək lazımdır.Xüsusilə 
tarixi bayramlarda,Novruz bayramında uşaq oyunlarına yaradıcılıq istiqaməti 
vermək,bayram hadisəsinə uyğun hazırlıq işi aparmaq və işlərə uşaqları da qoşmaq 
faydalı olar. 
Nitq inkişafı;Uşaqları ətrafdakılarla tanış etmək və bilik dairəsini genişləndirmək 
məqsədi ilə müxtəlif tədbirlər həyata keçirilir;Hərəkətlərin inkişafı üzrə,Musiqi 
məşğələləri,Didaktik oyunlar. 
Konstuktiv və ilk təsviri fəaliyyət üzrə;Uşaqların ümumi inkişafını,xüsusən nitqini 
inkişaf etdirmək üçün gəzinti və ekskursiyaya getmək,şəkil və tablolar üzrə söhbət 
keçirmək,şahid olduqları əhvalatlara aid nağıl düzəltmək və s. 
Yaddaşı və təsəvvürü inkişaf etdirmək üçün tapmaca xarakterli oyunlardan da 
istifadə etmək səmərəlidir. 
Karandaş və kağızla iş bu yaş dövründə daha çox killektiv xarakter daşıyır.Uşaqlar 
tərbiyəçinin köməyi ilə ev,quş,ağac çəkir,çəkdiklərini müqayisə edir,bir-birinin 
işinə tənqidi yanaşırlar. 
Tərbiyəvi tədbirlər zamanı hər bir uşağın fərdi xüsusiyyəti tərbiyəçi tərəfindən 
düzgün nəzərə alınmalıdır. 


Həyatın IV,V,VI yaş dövrünün xüsusiyyətləri. 
Plan: 
1.Orta yaş dövrünün fərdi xüsusiyyətləri. 
2.Böyük qrupun inkişaf xüsusiyyətləri. 
3.Məktəbəhazırlıq qrupunun yaş xüsusiyyətləri . 
Qeyd etdiyimiz kimi məktəbəqədər yaşlı uşaqların bağça dövrü dörd qrupa bölünür. 
-3-cü yaş dövrü kiçik qrup 
4-cü yaş dövrü orta qrup 
5-ci yaş dövrü böyük qrup 
6-cı yaş dövrü mıəktəbəhazırlıq qrupu. 
Hər qrupa daxil olan uşaqların özünəməxsus yaş xüsusiyyətləri olduğu kumu,hər 
bir uşağı başqalarından ayıran fərdi xüsusiyyətləri də vardır.bu yaş insan 
şəxsiyyətinin inkişafında çox mühüm bir dövrü əhatə edir. 
Bağça yaşlarında uşağın orqanizminin daha da 
möhkəmlənməsinə,inkişafına,həmçinin onun zehni,əxlaqi,fiziki və estetik 
tərbiyəsinə ciddi diqqət yetirilir.Bütün bunlar nəzərə alınmalı,uşaq bağçasında 
uşaqların tərbiyəsini həyata keçirmək üçün aşağıda qeyd olunan məsələlərə ciddi 
əməl olunmalıdır: 
a)uşaqların sağlamlığı qaydasına qalınmalı,bağçada bütün şərait və rejim gigiyenik 
səhiyyə tələblərinə müvafiq surətdə təşkil olunmalı,oyunlar keçirməli,fiziki 
təmrinlər yerinə yetirilməlidir. 
b)əyləncəli oyunlar və məşğələlər,bədii söz və musiqi,nəğmə ,təbiətə ekskursiya və 
gəzintilər,ətraf həyatla tanışlıq vasitəsilə uşaqlar zehni və bədii cəhətdən tərbiyə 
edilməlidirlər. 
v)uşaqların başa düşəcəyi maraqlı misallarla onlarda müstəqil Azərbaycan 
dövlətinə,xalqına,Vtənimizə,Milli ordumuza,dərin məhəbbət,düşmənlərimizə isə 
kəskin nifrət hissi tərbiyə olunmalıdır. 


Məktəbə hazırlıq qrupunun yaş xüsusiyyətləri.6 yaşlı uşağın fiziki inkişafında 
böyük dəyişikliklər meydana gəlir.Onun skletində kalsium duzları artsa da,hələ 
sümüyün tərkibində elastiklik cox olur.Bu dövrdə uşaqlarda raxit xəstəliyi 
sümüyün normal inkişafına mane ola bilər.Çox vaxt bu,təbii işığın az olmasından 
və rütubətdən baş verir. 
Bu dövrdə uşağın boyu və çəkisi sürətlə artır(çəkisi 14 kq dan 22 kq-a qədər,boyu 
isə 92 sm dən 116 sm -ə çatır.)Uşağın fiziki qüvvəsinin artması ona bir sıra yüngül 
məişət işlərində iştirak etməyə imkan verir.Nəzərə almaq lazımdır ki,bu dövrdə 
uşağın barmaqlarında,biləklərində olan kiçik əzələləri qol,ayaq,qıçvə köksündə 
olan böyük əzələlərə nisbətən zəif inkişaf edir.Buna görə o şəkil çəkməkdə çətinlik 
çəkir,əşyalardan bərk yapışa bilmir. 
Bu yaşda olan uşaqların sinir sistemi hələ yetkinləşməmiş olur.Sinir sisteminin 
üzərini örtən mielin təbəqəsi zəif olduğundan uşaqlar hərəkətləri bir-birindən yaxşı 
ayıra bilmir. 
Bağça yaşı dövrünün axırında uşağın xarici hiss üzvlərinin inkişafı anatomik-fiziki 
cəhətdən tamamlanmış olur.Lakin görmənin,eşitmənin,lamisənin inkişafı üçün 
daha artıq sensor(sensor-hiss deməkdir)hiss üzvlərinə hələ diqqətli qayğı tələb 
olunmalıdır.6 yaşlı uşaqlar görmə,eşitmə ,lamisə duyğuları və qavrayışların 
inkişafı nəticəsində,əşyaları rənginə,formasına,iriliyinə görə ayırd edir,onlarda 
kələkötürlük,hamarlılıq kimi keyfiyyətləri müqayisə etmək bacarığı yaranır.Uşaq 
hər şeyi öyrənməyə cəhd edir,nitqində tez-tez ―nə üçün‖sualı mühüm yer tutur. 
Təfəkkürlə paralel uşaqlarda nitq də inkişaf edir .Uşaq danışmağı ətrafdakı 
adamlardan öyrənir.Bu dövrdə uşaqlarda böyük söz ehtiyatı yaranır.6 yaçlı uşaq 
artıq bütöv cümlələrlə sərbəst danışır və rabitəli nitq qurmağa çalışırlar. 
Bağça yaşlı uşağın yaddaşı hələ ixtiyari deyildir.O uzun müddət ixtiyari olaraq 
müəyyən bir fikri öyrənə bilmir,lakin nitqi,asanlıqla başa düşüləcək 
fikirləri,nağılları çətinlik çəkmədən yadda saxlaya bilir. 
Məktəbəqədər yaşlı uşaqlarda diqqət də əsasən qeyri-ixtiyari xarakter 
daşıyır.O,çox davamsız olur və asanlıqla yayılır.uşaq müəyyən bir obyekt və 
məşğələ üzərində öz diqqətini uzun müddət toplaya bilmir. 
6 yaşlı uşaqların təxəyyülü çox canlı və parlaq olur.Müşahidə və bilik dairəsi hələ 
dar olduğundan onun təxəyyülü bir o qədər də zəngin məzmunlu olmasa da uşağı 
çox məşğul edir.Bununla bərabər bağça yaşlı uşaqlar çox emosional olurlar.Aydın 
hiss edirlər,lakin hissləri davamsız olur,uşaq tez-tez bu hissdən obirisinə keçir. 


Məktəbə hazırlıq qrupunun uşaqlarında inad göstərmək ,qorxuya qalib 
gəlmək,başqalarına xoş gəlmək üçün şəxsi istəyindən keçmək kimi iradi 
keyfiyyətləri inkişaf etməyə başlayır.Buna görə də tərbiyə işində uşaqların yaşlar 
üzrə inkişaf xüsusiyyətləri həmişə nəzərə alınır. 
Uşaq bağcalarında təlimin ümumi didaktik prinsipləri.Təlimdə 
ideyalılıq,inkişafetdirici,alınmış bilik və bacarıqların həyatla ,əməklə 
əlaqələndirilməsi prinsipi. 
Plan: 
1.Didaktikanın yaranması və inkişafı. 
2.Didaktika nədən bəhs edir. 
Didaktika məhfumu yunanca ― didaktos ―sözündən götürülüb,mənası ―öyrədirəm 
deməkdir.Təlimin prinsipləəri ilk dəfə böyük çex pedaqoqu Yan Amon Komenski 
tərəfində ―Böyük Didaktika ― əsərində formalaşmıçdır.Komenski təlimdə 
müvafiklik,sistematiklik,ardıcıllıq,əyanilik,şüurluq və fəallıq prinsiplərini irəli 
sürmüşdür.Bundan sonra Uşonski,Pestalotsi,Disterverq,Tolstoy və başqaları 
təlimin prinsiplərini sistemə salıb əsaslandırmışlar. 
Qeyd etmək lazımdır ki,azərbaycan pedaqoaları da məktəbəqədər pedaqogika 
sahəsində təlimin metod və prinsiplərinə dair xeyli tədqiqat işləri aparmışlar. 
1930-60 cı illərdə keçmiş Sovetlər İttifaqında məktəbəqədər pedaqogikanın 
didaktik prinsiplər bölməsi ətrafında geniş mübahisələr getmişdir.Göstərilmişdir 
ki,bu yaşlı uşaqlar daha maraqlı hissləri,aydın təsir edən bilikləri öyrənə bilərlər. 
II qrup nəzəriyyəçilər isə Vıqotskiyə istinad edərək təsdiq etmişlər 
ki,məktəbəqədər yaşlı uşaqlar biliyi müəyyən sistemlə qurmağı irəli sürürlər.Bu 
cəhətdən Krupskayanın xidmətləri böyük olmuşdur.O təsdiq etmişdir 
ki,məktəbəqədər yaşlı uşaqların biliyi politexnik istiqamətdə real həyatı əks 
etdirməlidir.5-6 yaşlı uşaqlar nəinki əşyalarla maraqlanır,həm də onların arasındakı 
qarçılıqlı əlaqəni öyrənməyə çalışırlar.Sonrakı illərdə Tixeyeva tərəfindən tərtib 
olunmuş proqramda əvvəlki ideyalar inkişaf etdirilmiş,ictimai hadisələr,təbiət,onun 
obyektləri və hadisələri proqrama daxil edilmişdir. 
İdeyalılıq prinsipi.Təlim zamanı məktəbəqədər yaşlı uşaqlarda anlaq səviyyəsinə 
uyğun Azərbaycan Respublikasının daxili və xarici siyasətini,xalqa,vətənə 
məhəbbət,milli iftixar hissi oyatmaq,trpağımıza göz dikənlərənifrət hissi aşılamaq 
mühüm əhəmiyyət kəsb edir.Əqli tərbiyənin əsas vəzifəsi uşaqları ideyalılıq 
ruhunda tərbiyələndirməkdir.Uşaqlar ətraf aləm,təbiət,adamların əməyi,bir sıra 


tarixi və ictimai hadisələr,əşyaların nəyə lazım olması haqqında sadə biliklərə əqli 
tərbiyə vasitəsilə yiyələnirlər. 
İnkişafetdirici təlim prinsipi.Təlim qarşısında duran vəzifənin müvəfəqiyyətlə həll 
edilməsi üçün birinci növbədə o inkişafetdirici olmalıdır.İnkişafetdirmə təlim 
məşğələsi zamanı sadəcə nəzərəd tutulan fikri,mövzunu aydın izah edib uşağa başa 
salmaqdan ibarət deyil.Çox vaxt tərbiyəçi və müəllim öz işini bununla bitmiş hesab 
edir.Əslində həmin mənimsəmə uşağın anatomik fizioloji və psixoloji imkanı 
daxilində olan mənimsəmədir,uşağın öz inkişafıdır.Bu səbəbdəndir ki,qrupda və ya 
sinifdə olan uşaqların haməsənda mənimsəmə yüksək səviyyədə olmur. 
İnkişafetdirmə uşağın ümumi intellekt səviyyəsinin formalaşması ilə bağlıdır.Yəni 
təlim prosesi uşğın nitqinə ,fikri izahetmə qabiliyyətinə,qavrama imkanına 
təxəyyülünə,təfəkkür fəaliyyətinə və sərbəst inkişafına köməklik göstərməlidir 
Tərbiyəçi inkişafetdirici təlim prinsipinə istinad etməklə uşağın yaş 
xüsusiyyətlərini nəzərə alaraq nisbətən çətin tapşırıq verir.Uşaq bu tapşırığı icra 
etmək üçün müəyyən ağırlıqda zehni fəaliyyət sərf edərək onu müstəqil icra 
edir.İnkişafetdirici təlim prinsipi tələb edir ki,uşaq yaş və anlaq səviyyəsinə uyğun 
olaraq əvvəlki,bilik,bacarıq və vərdişləri düşünüb sadə olsa da plastilindən fiqurlar 
düzəltsin.Biulmədiyi sayların yadda qalması üçün bildiyi oxşar rəqəmlərədn 
müstəqil istifadə etsin,rəsm məşğələsində əvvəlki bilik və bacarıqlardan istifadə 
edib gördüyü şeyləri təsəvvüründə canlandırıb kağız üzərində yarada bilsin. 
Alınmış bilik və bacarıqların həyatla ,əməklə əlaqələndirilməsi prinsipi.Bu prinsip 
məktəbəqədər yaşlı uşaqlara real aləmi yaxşı öyrənməklə təlimdə çətinlikləri 
aradan qaldırmaq imkanı verir.Biliyin əməklə,həyatla əlaqələndirilməsi bir 
tərəfdən uşaqlarda əməyə,əmək adamlarına rəğbət hissi yaradır,ondan qənaətlə 
istifadə etmək bacarığı formalaşdırır,digər tərəfdən onların biliyinin artmasına 
kömək edir.Bunun nəticəsində uşaqlara böyüklərin əmək fəaliyyətinə maraqları 
güclənir,onlarda əməksevərlik və məsuliyyət kimi yüksək əxlaqi keyfiyyətlər daha 
da inkişaf edir. 
Biz uşaqları biliklərlə silahlandırmaqla bərabər onlara ətraf mühiti öyrənmək üçün 
hazır olmağı öyrətməliyik.Bununla yanaşı,məktəbəqədər yaşlı uşaqlar əmək 
adamlarının fəaliyyətində gördüklərini öz əməli fəaliyyətlərində tətbiq etmək kimi 
(əmək işlərində,oyunda,şer oxunuşunda dinlədikləri nağıla münasibətdə)mühüm 
bacarığa yiyələnməlidirlər.Fəaliyyətin rəngarəng növlərini müşahidə etmək 
uşaqları yaşlıların həyatına yaxınlaşdırır,və onlarda müstəqillik kimi əxlaqi 
keyfiyyətlər yaradır.Verilən biliklərin əməklə,həyatla əlaqələndirilməsi uşaqları 
məktəb həyatına hazırlayır. 


Təlimin elmilik,tərbiyəedici,müvafiklik,sistemlilik,şüurluluq və fəallıq,əyanilik və 
fərdi yanaşma prinsipi. 
Plan; 
1.Elmilik,tərbiyəedici və müvafiklik prinsipi. 
2.Sistematiklik,şüurluluq və fəallıq prinsipi. 
3.Əyani və fərdi yanaşma prinsipi. 
Elmilik prinsipi.Elmi biliyin tətbiq sahələrinin xeyli genişləndiyi bir 
zamanda,təlimdə elmilik prinsipi xüsusi əhəmiyyət kəsb edir.Elm durmadan 
inkişaf edit,yeni elmi nailiyyətlərin istehsalata tətbiqi genişlənir.Belə bir şəraitdə 
elmi məlumatların və informasiyaların həcmi sürətlə artır,biliyin məzmunu 
dəyişir.Bir qisim biliklər köhnəlir,yeni bilik sahələri üzə çıxır. 
Elektron informasiya vasitələrinin həyatımızın bütün sahələrinə daxil olduğu 
müasir şəraitdə elmilik prinsipi tələb edir ki,elmin son nailiyyətləri məktədəqədər 
yaşlı uşaqların yaşına və anlaq səviyyəsinə uyğun şəkildə maraqlı faktlar əsasında 
şərh edilsin.Xüsusilə,təbiət,canlı aləm,heyvanların və bitkilərin yaşayış tərzinə aid 
elmi məlumatlar nağılvari söhbətlərlə uşaqlara çatdırıldıqda onlar belə söhbətləri 
uzun müddət yadda saxlayrlar.Çaylarda suyun daşması,göy gurultusu,yayda 
istilərin artması,çayın əmələ gəlməsi və s hadisələr məktəbəqədər yaşlı uşaqları 
daha da maraqlandırır. 
Tərbiyəedici və müvafiklik prinsipi.Təlimin tərbiyəedici xarakteri pedaqoji 
qanunauyğunluqdur.Təlim uşaqları sadəcə biliklərlə silahlandırmır,həm də onların 
mənəvi dünyasına,əqidəsinə,əməksevərliyinə,estetik baxışlarına və fiziki 
kamilliyinə müsbət təsir göstərir. 
Təlim və tərbiyə bir-birində ayrılmaz prosesdir.Tərbiyəçi məşğələnin məzmununu 
müəyyən edərkən onun tərbiyəvi mahiyyətini də aydınlaşdırmalıdır.Uşaq 
bağçalrında təlimin başlıca məsələlərindən biri uşaqları ictimai mühitlə tanış 
etməkdir.Bu zaman ictimai mühitdə adamların gördüyü işlır uşaqların diqqətini 
daha çox cəlb edir.Uşaq əvvəlcə qrup otağı haqqında müəyyən biliyə malik 
olur.sonra uşaq bağçasının ətrafı ilə,doğma kənd və ya şəhərə aid biliklərə 
yiyələnir.Bundan sonra ―Azərbaycan mənim vətənimdir‖,‖Bakı paytaxtımızdir ― 


deyir.Uşaqların əmək adamları ilə tanışlığı onların əməksevərlik tərbiyəsində 
mühüm rol oynayır.Məşğələlərdə əməklə tanışlıq,əmək adamları ilə 
ünsiyyət,Vətənə,xalqa məhəbbət,başqa xalqlara rəğbət və hörmət tərbiyə edir. 
Qeyd etdiklərimizdən aydın olur ki,uşaq bağçasında keçirilən hər bir məşğələ 
uşaqlara bilik,bacarıq və vərdişlər verməklə yanaşı,həm də onların mənəvi aləminə 
güclü təsir göstərir.Nəhayət təlim uşaqların psixi proseslərini inkişaf etdirir. 
Müvafiklik prinsipi.Təlim ovaxt səmərəli olur ki,uşaqların yaşına və anlaq 
səviyyəsinə uyğun qurulsun .Müvafiklik əsasən təlimin məzmununda və təlim 
metodunun seçilməsində öz ifadəsini tapır.Bu prinsip təlim prosesində uşağın 
bilik,yaş və anlaq səviyyəsindən asılı olaraq verilən tapşırıqların öhdəsindən gələ 
bilməsini nəzərə almaq,təlimi uşağın inkişaf səviyyəsinə uyğunlaşdırmağı tələb 
edir.Təlim üsulları və vasitələri seçilərkən müvafiklik prinsipinə ciddi əməl etmək 
lazımdır.Məsələn kiçik qrupda uşagın duyma qabiliyyəti,diqqəti,marağı,hafizəsi 
zəif olduğundan böyük qrupa nisbətən məşğələ daha çox oyunvari,qısa və əyani 
qurulmalıdır.Böyük qrup uşaqlarının məşğələləri isə tədricən məktəbin təlim 
prosesinə,dərsə uyğunlaşdırılmalıdır. 
Təlimin müvafiklik prinsipi dörd mühüm didaktik qaydada ifadə 
olunur:1)məlumdan –məchula ;2)asandan –çətinə; 3)sadədən-mürəkkəbə; 
4)ümumidən xüsusiyə. 
1)Bu qayda məchulu,uşağa bəlli olmayanı məlum əsasında öyrətmək 
deməkdir.Məs;Meşənin necəliyini uşağa başa salmaqdan ötrü bağçanın həyətindəki 
sıx ağaclardan nümunə üçün istifadə etmək olar. 
Asandan çətinə qaydası tələb edir ki,uşağa yeni bilik öyrədərkən əvvəlcə asan 
biliklərdən başlamalı və tədricən cətinləşdirilməlidir. 
Sadədən mürəkkəbə qaydası təlimdə sadə biliklərdən başlayıb mürəkkəb biliyə 
döğru irəliləməyi tələb edir.Uşağa əvvəlcə 1 –də 10 kimi saymağı,sonra 10-dan 
enməyi öyrətmək lazımdır. 
Ümumidən xüsusiyə qaydası uşağa bilik verərkən,əvvəl bütöv haqqında təsəvvür 
yaradıb,sonra hissələri,detalları öyrətməyi tələb edir.Tikiləcək ev haqqında əvvəl 
ümumi təsəvvür,sonra isə onun büvövrəsi,qapı və pəncərəsi ,üstünün örtülməsi 
işinə cəlb etmək olar. 
Sistematiklik prinsipi.Bu prinsipə görə bilik uşaqlara elə məntiq və ardıcıllıqla 
öyrədilməlidir ki,əvvəlki bilik sonrakı üçün zəncirvari əlaqə rolu oynasın,onun 
asan və möhkəm mənimsənilməsinə kömək etsin.Sistematikliyə əməl etmədən elmi 
anlayışları uşaqlara mənimsətmək mümükün deyildir.Belə ki,hər bir elm özü 


müvafiq sistemlə qurulmuş biliklərdən ibarətdir.Hər bir elmin özünün sistemi 
vardır və təlim məşğələsi də həmin sistem əsasında qurulur.Bu prinsip 
proqramların və dərsliklərin tələbində özünü göstərdiyi kimi,müəllimin ,eləcədə 
uşaq bağçası tərbiyəçisinin təlim işində öz əksini tapır.Zəncir həlqələri kimi br-
birinə bağlanan bilik sistemi pozularsa,sonrakı mövzuları öyrənmək 
çətinləşər.Əmək məşğələlərində eləcə də plastilin üzərində işləyərkən uşaq əvvəlcə 
sadə əməliyyatlara yiyələnir,bunların əsasında çətin işləri görür. 
Şüurluluq və fəallıq prinsipi.Bilik o zaman möhkəm olur ki,o,şüurlu şəkildə 
mənimsənilsin.Çüurlulu və fəallıq prinsipi pedaqogika tarixində doqmatik 
prinsipin əksi kimi meydana gəlmişdir.Doqmatik təlimbiliyi ehkam kimi sübutsuz 
və dəlilsiz qəbul etmək,mənasını bilmədən əzbərləmək deməkdir.Öyrəndiyinin 
mənasını bilmədən əzbərləmək uşaqları qeyri fəallığa,əzbərçiliyə döğru aparır.Orta 
əsrlərdə doqmatizmin prinsipinə qarşı çıxan,ona etiraz edən böyük çex pedaqoqu 
Y.Amon Komenski olmuşdur.O,əzbərçiliyi tənqid edərək yazırdı‖Heç bir şeyi 
təkcə nüfuz əsasında öyrətməməli,hər şey xarıcı hisslərə və ağıla 
əsaslanansübutların köməyi ilə öyrədilməlidir‖.Biliyi şüurlu mənimsəməyin bir 
çox şərtləri vardır ki,bunlar məktəbəqədər yaşlı uşaqların təlim prosesində özünü 
göstərir.Bunlardan biri uşaqların biliyi sübutlarla izah edə bilməsi,hadisələr 
arasındakı əlaqəni dərk etməsindən ibarətdir.Bu,tərbiyəçinin uşaqlara biliyi sübut 
və dəlillərlə öyrətməsindən,onları aydın izah edib başa salmasından çox 
asılıdır.Bunun üçün o uşaqların qarşısında :‖Nəüçün belədir?‖,Niyə qışda qar 
yağır?‖Niyə bəzi quşlar qışda isti ölkələrə uçub gedir?‖ suallarını qoyur və onlarda 
ğyrəndiklərinin əsasında müstəqil düşünməyə şərait yaratmağı həm də onların 
fəallığına səbəb olur. 
Əyanilik və fərdi yanaşma prinsipi.Əyanilik prinsipi təlimi mücərrəd sözlər 
üzərində deyil,uşaq tərəfindən bilavasitə qavranılan konkret əşyalar və hadisələr 
üzərində qurmağa deyilir. 
Rus pedaqoqu Uşinski əyanilik prinsioinə yüksək qiymət verərək deyirdi‖Uşaq 
formalarla,boualarla,səslərlə və ümumiyyətlə duyğularla fikirləşir və uşağı başqa 
olaraq zorlamış olur...Uşağa beş kəlmə söz öyrətməyə çalışın,o,bunların üzərində 
uzun müddət və əbəs yerə əzab çəkəcəkdir.Siz uşağa sadə bir fikir izah edirsiniz,o 
sizi anlamır.Həmun uşağa mürəkkəb bir şəkil izah edin,o ,sizi tez anlayacaqdır. 
Beləliklə:əyanilik biliyin asan,möhkəm və tez mənimsənilməsinə kömək edir. 
-əyanilik əşya və hadisələr haqqında təsəvvürlərin dürüstləşməsinə səbəb olur. 
-əyanilik nitq və təfəkkürün inkişafına kömək edir. 


--əyanilik tərbiqi biliklərin uzun müddət hafizədə yaşamasına kömək edir 
-əyanilik uşaqları fəallaşdırır,məşğələlərin maraqlı keçməsinə səbəb olur. 
Fərdi yanaşma prinsipi.Məktəbəqədər qrupda 20-25 nəfər uşağın hər biri 
özünəməxsus fərdi xüsusiyyətlərə malik olur.Onlardan biri görüb eşitriklərini tez 
qavrayır,tez də unudur,digəri isə gec qavrayır,lakin öyrəndiyini uzun müddət 
yadında saxlayır.Birinin görmə,digərinin eşitmə,üçüncüsünün isə hərəki hafizəsi 
güclü olur.Biri sürətlə fikirləşir,o biri yavaş.Biri musiqiyə,digəri rəsmə,üçüncüsü 
şeri ifadəli deməyə meyl edir.Tərbiyəçi uşaqların bu xüsusiyyətlərini nəzərə 
almasa məşğələni lazimi səviyyədə qura bilməz.O hər bir uşağın qüvvətli və zəif 
cəhətini vaxtında öyrənməli,qüvvətli cəhətləri inkişaf etdirməli və onlara istinad 
edib nöqsanları aradan qaldırmalıdır. 
Qeyd etmək lazımdır ki,görkəmli Azərbaycan maarifpərvəri və yazıçısı 
N.Nərimanov fərdi yanaşma haqqında belə deyirdi;Hər uşağın özünə görə bir qeyri 
xasiyyəti,təbiəti olmağını bilsək hamıya bir qayda və qanunla dərs vermək,hamıya 
bir dil ilə bəyan etmək olmaz.Uşaqların bir parası zehinli,səxavətli,bir parası 
zehinsiz,fəhmsiz,bir parası müdhiş hekayələr sevən,bir parası gülünc və fərəhli 
nağılllardan həzz alan olur.Uşaqlara məhəbbəti olan müəllim bunların hamısını 
mülahizə edər,hər kəsin özünə görə çarə ararsa ,əlbəəttə təlim-tərbiyə düz yol ilə 
gedib,tərəqqi əla dərəcəyə catar.‖ 


Uşaq bağçasında təlimin metodları. 
Plan: 
1.Əyani metodlar. 
2.Təlimin praktik metodu. 
3.Təlimin şifahi metodu. 
Təlim prosesində tərbiyəçi müxtəlif metodlardan istifadə edor.Uşaq bağçasında 
təlimin metodları məktəbəqədər yaşlı uşaqların,bilik ,bacarıq və vərdişlərinin 
müvəffəqiyyətlə həyata keçirilməsi və öyrənmə marağının inkişaf etdirilməsinə 
xidmət edir.Tərbiyəçi təlim prosesində istifadə edəcəyi metodları qabaqcadan 
müəyyən edirvə bunların vasitəsilə təlimin səviyyəsini yüksəldir. 
Əyani metodlarUşaq bağçasında əyani metodlar geniş yer tutur.Əyani metoddan 
yeni biliyin öyrədilməsində daha çox istifadə olunur.Əyani metoda natural 
obyektlər,(əşya və hadisələr)əyani vəsaitlər(şəkil,heyvan,quş müqəvvaları,model 
nümunələri) daxil olur.Texniki vasitələrin tətbiqi,(videofilmlər,maqnitafon 
yazıları,televiziya verilişləri və s)əyani təlimdə mühüm yer tutur. 
Əyanilikdə müşahidə mühüm yer tutur.Müşahidə ətraf mühitdəki cisim və 
hadisələri məqsədyönlü ,planlı,qısa və uzunmüddətli qavrama prosesidir.Onun 
məqəsdi cisim və hadisələri,sadəcə göstərmək deyil,ətraf mühitdə baş verən 
dəyişməlkəri uşaqlara müşahidə etdirməkdir.Uşaqlar yaşlıların əməyini,nəqliyyatın 
hərəkətini ,heyvanların xarakteri və həyat tərzini,bikkilərin inkişafını müşahidə 
etməklə çox şey öyrənirlər. 
Əşyaların göstərilməsi daha çox yayılmış təlim metodlarından biridir.Uşaqlar 
ətrafdakılara baxır,oyuncaqları ev əşyalarını,əmək alətlərini,şəkil,quraşdırma və 
yapma vasitələrini müşahidə edir,bu zaman bilmədikləri bir çox əlamət və 
hadisələri öyrənirlər. 
Tərbiyəçi əşyanı elə göstərməlidir ki,həm onun haqqında qısa məlumat verə 
bilsin,həmdə uşaqlar onu yaxşı görə bilsin.Bu zaman tərbiyəçinin rəhbər rolu işin 
gedişini uşaqlara sistemlə göstərmək və hər bir uşağı işə mütəşəkkil qoşmaqdan 
ibarətdir. 


Təlimin praktik metodları.Uşaq bağçasında təlimin praktik metodlarına 
çalışmalar,oyun metodu,elementar təcrübə və modelləşdirmə daxildir. 
Çalışmalar.Çalışmalar uşaqlara verilmiş tapşırıqları praktik cəhətdən tətbiq 
etməklə dönə-dönə təkrarıdır.Çalışmalar onların inkişafına çox böyük təsir göstərir. 
Uşaqlar zehni fəaliyyətin müxtəlif formalarına yiyələnir,onlarda praktik vərdişlər 
formalaşır,bilik daha da möhkəmlənir.Bir qayda olaraq uşaqların hamısı tapşırığı 
icra edir,nəticə isə tərbiyəçi və uşaqların özü tərfindən yoxlanılır. 
Tərbiyəçi elə tapşırıqlar verə bilər ki,onların icrası prosesində uşaqlarda 
müstəqillik və fəallıq daha da inkişaf etsin. Uşaq bağçasında təqlidi-
icraçılıq,konstuktiv vəyaradıcı tapşırıqlardan çox istifadə olunur. 
Oyun metidu: Bu metod çalışma və tərzlərdən istifadə edərək fəaliyyətin ayrı-ayrı 
komponentlərini oyun vasitəsilə həyata keçirməkdir.Oyunun başlıca məqsədi 
uşaqlarda təsəvvür yaratmaqdır.Məs.uşaqların nitqini inkişaf etdirmək üçün 
oyuncaq mağazasına aid oyun keçirmək faydalıdır.Uşaqlar alıcı və satıcı rolunda 
br-bir ilə münasibətdə olur,müəyyən rolda çıxış edirlər.Oyun metodlarından biri də 
didaktik oyundur.Burada uşaqlar ancaq oyunun qaydası ilə tanış olur. 
Elementar təcrübə:Bu metod əsasən orta yaş qrupundan başlayaraq həyata 
keçirilir.Elementar təcrübə cisim və hadisələrin qdaxilindəki qapalı olan 
əlamətləri,onların arasındakı əlaqələrin dəyişmə səbəblərini öyrənmək üçün tətbiq 
edilir.Bu zaman uşaqların bilavasitə iştirakına müvafik şərait 
yaradılır.Məs.bitkilərin həyatında işığın rolunu öyrənmək üçün uşaqlar təcrübəyə 
cəlb edilirlər.Bir bitki daha işıqlı yerə,ikincisi nisbətən zəif işıülı yerə,üçüncüsü isə 
qaranlıq yerə qoyulur.Uşaqlar həmin bitkilərin üzərində müşahidə aparırlar. 
Modelləşdirmə:Modelləşdirmə müəyyən modelin uşaqlar tərfindən 
düzəldilməsi,bu prosesdə əşyanın keyfiyyəti,quruluşu,digər obyektlərlə əlaqəsi 
haqqında biliyə yiyələnmək deməkdir.Bu metodun üstün cəhəti odur ki,uşaqlar 
əyani olaraq cisim və hadisəlkərin əlamətini qavrayır,hafizələrini praktik biliklərlə 
zənginləşdirirlər. 
Təlimin şifahi metodu:Hər hansı əyani və praktik metodun həyata keçirilməsində 
sözdən geniş istifadə olunur.Şifahi metod uşaqların ətraf aləmi öyrənməsində,biliyi 
ümumiləşdirmə və sistemə salmaqda mühüm rol oynayır.Şifahi metodun başlıca 
növlərindən tərbiyəçinin nəqletməsi,uşaqların nəqletməsi,tərbiyəçinin bədii əsər 
oxuması,və s göstərmək olar. 
Tərbiyəçinin nəqli;Tərbiyəçinin nəqlində başlıca məqsəd hər hansı bir əşya və 
hadisə haqqında uşaqlarda aydın və dəqiq təsəvvür yaratmaqdır. 


Nəqletmə uşaqların ağlına,hiss və təsəvvürlərinə güclü təsir edir.Nəqletmə zamanı 
tərbiyəçi bilməlidir ki,danışılan söhbət haqqında uşaqlarda nə kimi məlumat 
var.Tərbiyəçinin nitqi ifadəli,təsirli və emisional olmalıdır.Uşaqların yaş və anlaq 
səviyyəsinə uyğun qurulan nəqletmə metodu bütün qruplarda təbliğ edilir.buna 
kiçik qruplarda daha çox yer verilir. 
Uşaqlara bədii ədəbiyyatın oxunması.Kitab oxunması uşaqların ətraf mühit 
haqqındakı zənginləşdirir və genişləndirir.Onlarda əsərin qəhrəmanlarının 
hərəkətlərini duymaq,müsbət cəhətlərində sevinmək,müvəffəqiyyətsizliyindən 
kədərlənmək və s.kimi hisslər oyadır.Bunun üçün şəkillərdən istifadə etmək,əsər 
haqqında nəqletmə bacarığı,oyun metodu,söhbət və s. Kimi metodlardan istifadə 
olunur. 


Uşaq bağçasında fəal təlimin tətbiqi. 
Plan: 
1.Fəal təlimin mahiyyəti. 
2.Fəal təlimin üsulları. 
3.Fəal təlimin tərbiqinin mahiyyəti. 
Məktəbəqədər təhsil müəssisələrində fəal təlim metodlarları ilə aparılan məşğələlərin aşağıdakı 
ardıcıllıqla həyata keçirilməsi məqsədəuyğun hesab edilir: 
Ø Motivasiya ( problemin qoyulması). 
Ø Tədqiqat sualı. 
Ø Tədqiqatın aparılması. 
Ø Məlumat mübadiləsi. 
Ø Məlumat müzakirəsi. 
Ø Nəticə və ümumiləşdirmələr. 
Ø Dəyərləndirmə (məşğələ boyu aparılır). 
Motivasiya. Məşğələ motivasiya ilə başlanır. (Yəni tərbiyəçi tərəfindən problemin qoyulması, uşaq 
tərəfindən fərziyyələrin irəli sürülməsi). Motivasiya “motiv” sözündən götürülmüşdür. Latın dilində 
tərcüməsi “hərəkətə gətirmək”, “itələmək” deməkdir. Deməli, tərbiyəçi motivasiya yaradarkən uşaqları 
hərəkətə gətirir, düşünməyə “itələyir”. Düzgün qoyulmuş motivasiya uşaqda fəallıq yaradan səbəbdir. 
Motivasiyanı necə qurmaq lazımdır? 
• Diqqəti cəlb etmək və uşağı maraqlandırmaq. 
• Müxtəlif fərziyyələrə səbəb olan vəziyyət yaratmaq. 
• Müstəqil tədqiqat üçün imkan yaratmaq. 
• Məktəbəqədər yaşlı uşağın imkanlarına müvafiqliyi nəzərə almaq. 
• Uşağa öz bacarığını həyata keçirməyə imkan vermək. 
Tədqiqatın aparılması. Fərziyyələri yoxlamaq üçün tapşırıqları həll etmə prosesində məlumatların, 
faktların axtarılması və toplanmasıdır. 
Məlumat mübadiləsi və müzakirə. Verilmiş işi bitirmək üçün uşaqlar iş formasından asılı olaraq qruplarla 
və ya cütlərlə, öz aralarında fikir mübadiləsi edirlər. Bu zaman cütlər və ya qruplarla işləyən uşaqlar öz 
aralarında seçdikləri lider vasitəsilə verilmiş tapşırıqla bağlı ümumi fikri bütün qrupa və tərbiyəçiyə 
çatdırırlar. 
Nəticə və ümumiləşdirmə. Tərbiyəçi məlumatları dinlənildikdən sonra tədqiqatla əlaqədar fikirlərə lazımi 
istiqamət verir, ümumi nəticə çıxarılır. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə