İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
98 
 
səbrlə  davrandığına  görə  Kazim  (qəzəbini  boğan)  ləqəbini  almış,  onun 
dövründə heç kim  lahi maarif və bilik baxımından ona çatmamışdır. ”
1
  
 
 
mam Kazimin dövründə xilafətin 
 gördüyü çirkin əməllə
 
1.
  Məhdi Abbasi 
 
Çirkin  əməlləri  slam  məmləkətinin  hər  yerinə  ziyan  vurmuş  Mənsurun 
xəlifəlik  dövrü,  onun  ölümü  ilə  başa  çatır  və  camaat  22  il  əzab-əziyyətə 
qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır. 
Mənsur  öldükdən  sonra  onun  Məhdi  adı  ilə  tanınmış  oğlu  Məhəmməd 
hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları 
ilə  üzləşdi.  Çünki  o,  hakimiyyətə  gəldiyi  ilk  vaxtda  “Yaşıl  bağ”da  camaat 
qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları 
(istər  Bəni-Haşimdən  olsun,  istərsə  də  qeyri  Bəni-Haşimdən)  azad  edərək 
camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun 
camaatdan  müsadirə  etdiyi  daşınan  və  daşınmaz  əmlakı  öz  sahiblərinə 
qaytardı  və  beytül-maldan  olan  gəlirin  əksəriyyətini  camaat  arasında 
bölüşdürdü.
2
  
Təbii ki, əgər bu iş beləcə davam etsəydi, bir çox parlaq nəticələr verərdi, 
ancaq  təəssüflər  olsun  ki,  çox  çəkmədi,  proqram  dəyişdi  və  yeni  xəlifə 
özünün  həqiqi  simasını  göstərdi.  Beləliklə  də,  ötən  xəlifələrin  slama  zidd 
olan hərəkətləri yenidən icra olunmağa başladı. 
Məhdi  xəlifə  olduğu  ilk  vaxtlarda  saraya  girməsinə  yol  vermədiyi  eyş-
işrət  işlərinə  baxan  pozğun  ünsürlərə  xüsusi  qayğı  göstərməyə  başlayır. 
Xeyirxah,  ağıllı  və  xoş  niyyətli  olan  adamlar  Məhdiyə  bu  işin  pis  və 
acınacaqlı  sonuclarla  nəticələnəcəyini  desələr  də,  bu,  ona  heç  bir  təsir 
bağışlamır. Məhdi cavabında deyir: “ nsanın o vaxtı xoşdur ki, kef-damaqla 
keçsin,  nədim  adamlarsız  həyat  mənə  şirin  gəlmir.”
3
 Başı  öz  kefinə  qarışan 
                                                            
1
 Əs-səvaiqul-muhriqə, səh. 203 
2
 
Tarixi Yəqubi, c. 3, səh. 132 
3
 Tarixul-xüləfa, səh. 277 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
99 
 
xəlifə  camaatın  vəziyyətindən  tamam  xəbərsiz  oldu.  Bunun  nəticəsində  də, 
fəsad,  rüşvətxorluq  baş  alıb  getdi,  vergi  müfəttişləri  camaatı  həddən  artıq 
sıxışdırmağa  başladılar.  Xəlifənin  özü  də,  camaatı  sıxışdırmağa  başlayaraq 
ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur.
1
  
 Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir.
2
  
 
 
HəzrəƏlinin (ə) nəslindən olanlara qarşı 
həddən artıq təzyiqlə
 
Məhdinin  rəftarı  atası  Mənsurdan  müxtəlif  cəhətlərə  görə  fərqlənirdi. 
Ancaq  onların  hər  ikisinin  müştərək  bir  cəhəti  var  idi  ki,  o  da  Ələvilərə 
(Əlinin  (ə)  nəslindən  olanlara)  qarşı  həddən  artıq  təzyiq  göstərməsi  idi. 
Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni 
ə
sirgəmir,  hətta  bəzi  vaxtlar  onları  Mənsurdan  da  çox  təzyiqlərə  məruz 
qoyurdu. Əlinin (ə) övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən 
Məhdi  onların  başçılığı  ilə  olan  hər  hansı  bir  etirazın  qarşısını  almağa 
çalışırdı. O, şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı 
çıxırdı.  Tarixçilər  yazırlar:  “Qasim  ibn  Məcaşi  Təmimi  ölərkən  bir 
vəsiyyətnamə yazıb xəlifəyə imzalatdırmaq üçün Məhdinin yanına göndərir. 
Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki, Qasimin Allahın təkliyinə 
və  slam  Peyğəmbərinin  (s)  peyğəmbərliyinə  etirafından  sonra  Əlini  (ə) 
mam  və  Peyğəmbərin  (s)  canişini  kimi  tanıması  cümləsinə  çatır, 
vəsiyyətnaməni yerə atıb onu axıra qədər oxumur.
3
  
 
 
Quranda şərabın haram edilməsi 
 
Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə, onun 
Mədinədə  mam Kazim (ə) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində 
Mədinə şəhərinə gəlib Peyğəmbərin (s) qəbrini ziyarət etdikdən sonra  mam 
Kazimlə  (ə)  görüşüb  öz  fikrində  o  Həzrətin  elmini  yoxlamaq  məqsədilə, 
                                                            
1
 
Tarixi Yəqubi, c. 3, səh. 137 
2
 
Həyatul-imam Musa ibn Cəfəə, c.1, səh. 436 
3
 
Ə
l-kamilu fit-tarix, c.6, səh. 84 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
100 
 
Quranda  şərabın  haram  edilməsi  məsələsini  ortaya  atıb  soruşdu:  “Şərab 
Quranda  haram  edilibmi?”  Daha  sonra  əlavə  edib  dedi:  “Camaatın 
ə
ksəriyyəti  şərabın  Quranda  qadağan  olunmasını  bilir,  ancaq  bu  qadağanın 
mənasının haram olduğunu bilmir.” 
mam  Kazim  (ə)  buyurdu:  “Bəli,  şərabın  haram  olması  Quranda  açıq-
aşkar buyurulmuşdur.” 
— Quranın harasında? 
—  Allahın  (Peyğəmbərə  (s)  xitab  edərək)  buyurduğu  “De  ki:  Rəbbim 
yalnız  aşkar  və  gizli  alçaq  işləri  [zina  etmək,  lüt  gəzmək  və  s.],  hər  cür 
günahı, haqsız zülmü... haram buyurmuşdur.”
1
 
 
mam  Kazim  (ə)  bu  ayədə  digər  haram  buyurulmuş  şeylər  barədə 
danışdıqdan  sonra  buyurdu:  “Allahın  bu  ayədə  haram  buyurduğu  “hər  cür 
günah”  ifadəsindən  məqsədi  şərabdır.  Çünki  Allah  Özü  başqa  bir  ayədə 
buyurur:  [Ya  Məhəmməd!]  Səndən  içki  və  qumar  haqqında  sual  edənlərə 
söylə:  “Onlarda  həm  böyük  günah,  həm  də  insanlar  üçün  mənfəət  (dünya 
mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür.”
2
  
 “Əraf”  surəsində  açıq-aşkar  haram  buyurulmuş  “hər  cür  günah”  ifadəsi 
“Bəqərə”  surəsində  şərab  və  qumara  aid  edilmişdir.  Buna  əsaslanıb  deyirik 
ki,  şərab  Quranda  açıq-aşkar  haram  buyurulmuş  və  qadağan  olunmuşdur.” 
Məhdi,  mam  Kazimin  (ə)  bu  istinad  və  sübutuna  heyran  qalıb  ixtiyarsız 
olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: “And olsun Allaha ki, bu, Haşimi 
fətvasıdır.” (Yəni bu, Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır, bu cür 
fətvanı  yalnız  Bəni-Haşimdən  olanlar  verə  bilərlər.)  Əli  ibn  Yəqtin  də,  öz 
növbəsində dedi: “Sizə – Peyğəmbər (s) ailəsinə belə elm vermiş Allaha şükr 
olsun!”  
Məhdi,  Əli  ibn  Yəqtinin  bu  cavabından  narahat  olub  öz  qəzəbini  güclə 
boğduğu bir halda dedi: “Ey rafizi, düz deyirsən! ”
3
 
 
 
2. Hadi Abbasi 
 
Hicrətin  169-cu  ili  slam  tarixi  üçün  böhranlı,  qaranlıq,  qeyri-sabit  və 
qəmli  bir  il  olmuşdur.  Çünki  həmin  il  Məhdi  Abbasinin  ölümündən  sonra 
                                                            
1
 
Ə
raf surəsi, ayə 33 
2
 
Bəqərə surəsi, ayə 219 
3
 
Usuli-Kafi, c.6, səh. 406 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə