İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   ...   7   8   9   10   11   12   13   14   15

İLLİK HESABAT 2009

      


53

norma və dəyərlər sistemi, texnoloji və 

korporativ xüsusiyyətləri haqqında biliklərin 

formalaşdırılmasına yönəlmişdir.

Təlim prosesindən əlavə, 2009-cu 

ildə «Unitraining» həm də personalın 

qiymətləndirilməsi prosesini müvəffəqiyyətlə 

həyata keçirmişdir. Bundan əvvəl Frankfurt 

Biznes məktəbinin mütəxəssislərinin 

iştirakı ilə həyata keçirilən «Assessment 

center» layihəsi çərçivəsində işçilərin 

təlimləndirilməsinə olan tələbatın aşkar 

edilməsi yerinə yetirilmişdir. Bunun 

sayəsində 2010-cu ildə «Unitraining» 

treninqlərin daha çox tələb olunan və aktual 

kontentini tətbiq edəcək, habelə personalın 

məsafədən təlimləndirilməsinin tətbiqinə 

başlayacaqdır.

«Unitraining» 2008-ci ilin fevral ayında,  

Bankın aparıcı bölmələrinin rəhbərlərinə 

biznes-məqsədlərə nail olmaqda yardım 

edəcək əlverişli və çevik təlimlənmiş 

resursun yaradılması məqsədilə yaradılmışdı. 

Təlim mərkəzinin treynerləri tərəfindən 

tətbiq edilən təlim sistemləri və metodları 

tam mənada Bankın inkişaf strategiyasını 

əks etdirirl, Bu sistemlər «Unibank»ın 

korporativ mədəniyyətinin xüsusiyyətlərinə 

uyğunlaşdırılıb və birinci dərəcəli korporativ 

vəzifələrin həllinə istiqamətləndirilib.

 

“2009-cu ili mən yeni inkişaf mərhələsi kimi dəyərləndirərdim və 



bir bank rəhbəri kimi deyə bilərəm ki, biz məhz indi tam üstünlüyə 

malikik. «Unibank»ın iş təcrübəsi və etibarlı kredit ehtiyatları ilə 

bərabər ən əsas üstünlüklərdən biri - əsl peşəkarcasına işini yerinə 

yetirən fərqli mütəxəssislər komandası var”.



Faiq Hüseynov

İdarə Heyyətinin sədri




54

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


55

Qol


İşin sonunda başlanğıcdakı məqsədini xatırla və düşün: oyun sən istədiyin 

kimi keçdi?! Sən istədiyin və səndən tələb olunan kimi oynaya bildinmi? 

Hər kəs yerində idimi? Komandanın zəif bəndləri kim idi? Mükəmməl oyun 

üçün daha nə edə bilərdin? Bu suallara cavab tapdınsa, növbəti oyunun bu 

oyundan daha yaxşı olacaq!



56

      


WWW.UNIBANK.AZ

İNFORMASIYA TƏMİNATI VƏ 

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

İİnformasiya texnologiyaları «Unibank» 

ASC-nin rəqabət baxımından üstünlüyünü 

və onun biznesinin dayanıqlı inkişafını 

təmin edən aparıcı ünsürlərdən biridir. 

2009-cu ildə Bank informasiya sistemlərini

onların relevantlığını, habelə verilənlərin 

ötürülməsinin sürətini və etbarlılığını 

əhəmiyyətli dərəcədə artıraraq, 

yeniləşdirmişdir. İnformasiya texnologiyaları 

sahəsində layihələrin əksəriyyəti birləşmiş 

strukturların idarə edilməsinin təşkil 

olunmasına, birləşmiş inteqrasiya olunmuş 

İT-platformanın standartlaşdırılmasına, 

yeniləşdirilməsinə yönəlmişdir. Onların 

sırasında plastik kartlar üzrə informasiyanın 

emal olunması prosesini, «Bank-filiallar» 

kommunikasiya rinqinin yaradılması üzrə 

işləri, yeni məhsulların qoşulması imkanı ilə 

«Kredit Komitəsi», «Kreditlər» və «Depozitlər» 

proqram modullarının inkişaf etdirilməsi və 

tətbiqini qeyd etmək olar. Bu yolla Bankın 

İT-xidməti, hesabın açılmasından risklərin 

təhlilinə kimi bütün proseslərin səmərəliliyini 

artırmağa, pərakəndə biznesin aparılmasının 

müştəri yönümlü modelini dəstəkləməyə, 

müştərilərlə iş zamanı midl- və bek-ofislərin 

mütəxəssislərinin əmək sərfinin minimuma 

endirilməsinə nail olmuşdur. Yaxşılaşdırılmış 

texnologiyalardan istifadə edilməsi və 

prosedurların mərkəzləşdirilməsi sayəsində 

bütün Bank miqyasında müsbət effekt əldə 

edilmişdir.

Bank xidmətinin yüksək texnoloji istiqaməti 

kimi mobil bankinqi inkişaf etdirərək, 

«Unibank» 2009-cu ildə özünün SMS-

məlumatlandırılma sisteminin funksionallığını 

əhəmiyyətli dərəcədə genişləndirmişdir. 

Konkret olaraq, hesabların vəziyyəti, 

əmanətlər, kreditlər və plastik kartların 

balansları haqqında real vaxt rejimində 

operativ məlumatın əldə edilməsi imkanı 

verən yeni xidmətlər işə salınmışdır. 

SMS-məlumatlandırılma sisteminin 

müştərilərə təqdim edilən əlavə funksiyaları 

istifadədə rahatdır və bank əməliyyatları 

üzərində məsafədən nəzarəti həyata 

keçirmək, kreditlərin ödənilməsində vaxt 

ötürmələrindən yaxa qurtarmaq imkanı verir, 

habelə pul vəsaitlərinin mühafizəsi üzrə 

əlavə tədbirləri təmin edir.

Biznesin sürətlə dəyişən tələblərinə müvafiq 

olaraq, ötən il, İnternet-bankinqin proqram 

təminatının işlənib hazırlanması vasitəsilə, 

müştərilərə məsafədən xidmət göstərilməsi 

sistemi təkmilləşdirilmişdir. Müştərilərə 

pulsuz təqdim edilən İnternet-bankinq 

xidmətləri onların vaxtına əhəmiyyətli 

dərəcədə qənaət edəcək və dünyanın 

istənilən nöqtəsindən istənilən vaxt bank 

xidmətlərindən səmərəli istifadə edilməsinə 

imkan yaradacaqdır. 

Bundan əlavə, 2009-cu ildə «Unibank» ASC 

özünün bütün işçi stansiyalar və serverlər 

parkının proqram təminatının korporativ 

lisenziyalaşdırılması proqramının həyata 

keçirilməsinə başlamışdır. «ULTRA» şirkəti 

ilə bağlanmış «Microsoft Enterprise 

Agreement» müqaviləsi çərçivəsində 300 

fərdi kompüter üçün proqram təminatlarının 

son variantlarının istifadə edilməsi üçün 

lisenziyalar əldə edilmişdir. Korporativ 

lisenziyalaşdırılmanın bu variantının 

üstünlüyü yeniləşdirilməyə abunənin sazişin 

dəyərinə daxil edilməsidir, bu isə məhsulların 

təzə variantlarının, bütün yeniləşmələrin 

və patçların, «Unibank»ın informasiya 

sisteminin təhlükəsizliyini təmin etməklə, 

istifadə edilməsinə və onun dünyəvi meyllərə 

müvafiq olaraq daim inkişafına imkan yaradır. 

Bank həmçinin sazişə daxil edilmiş proqram 

təminatlarını, onun bağlanmasından sonra 

əldə edilmiş kompüterlərə də yükləmək 

hüququ əldə etmişdir.

Zəmanət verilmiş daimi texniki dəstək, 

habelə «Microsoft Enterprise Agreement» 

proqramının digər yuxarıda göstərilən 

üstünlüklərini əldə edən «Unibank», 

«Microsoft» proqram təminatından 

korporativ platforma kimi istifadə edir. Bu 

bir daha sübut edir ki, Bankın fəaliyyəti 

dünya keyfiyyət standartlarına müvafiqdir 

və bütövlükdə ən mühüm strateji məqsədin 

yerinə yetirilməsinə - ən yüksək keyfiyyətli 

xidmətlərin göstərilməsinə yönəlmişdir.



İLLİK HESABAT 2009

      


57

İŞGÜZAR NÜFUZ

«Unibank» ASC öz nüfuzunu ən dəyərli 

aktivlərdən biri kimi qəbul edir və öz 

müştərilərinin işgüzar imicinin müdafiəsi 

üçün bütün zəruri tədbirləri yerinə yetirir. 

Bankın cinayət yolu ilə əldə edilmiş 

gəlirlərin leqallaşdırılmasının və terrorizmin 

maliyyələşdirilməsinin qarşısının alınması 

sahəsində siyasəti – Bankın məhsullarından 

və xidmətlərindən, çirkli pul vəsaitinin 

«yuyulması», terrorizmin maliyyələşdirilməsi, 

möhtəkirlik və korrupsiya da daxil olmaqla, 

kriminal fəaliyyətin həyata keçirilməsi 

üçün istifadə edilməsinə yol verilməməsi 

məqsədini güdür.

Daxili nəzarət sisteminin əhəmiyyətli 

ünsürlərindən biri – cinayət yolu ilə əldə 

edilmiş gəlirlərin leqallaşdırılmasının 

(yuyulmasının) və terrorizmin 

maliyyələşdirilməsinin qarşısının alınması 

üzrə tədbirlər sistemidir. Bu sistem milli 

qanunvericiliyin və Azərbaycan Mərkəzi 

Bankının normativ aktlarının tələblərinə 

müvafiq olaraq işlənib hazırlanmışdır. 

Qanunvericiliyin tələblərinə, habelə Bankın 

daxili prosedurlarına müvafiq olaraq, Bankda 

cinayət yolu ilə əldə edilmiş gəlirlərin 

leqallaşdırılmasının (yuyulmasının) və 

terrorizmin maliyyələşdirilməsinin qarşısının 

alınması üzrə işdə bütün personalın iştirakı 

təmin edilir, Bankın filiallarında və daxili 

bölmələrində mənfəət əldə edənlərin aşkar 

edilməsi üçün nəzarət təşkil edilmişdir. 

Mütləq nəzarət altında olmalı olan 

əməliyyatların vaxtında aşkar edilməsi 

məqsədi ilə proqram təminatı təkmilləşdirilir.

Lazımi proseduraların həyata keçirilməsi «öz 

müştərini tanı» prinsipi üzrə, tənzimləyici 

orqanların tələblərinə, məxfiliyə riayət 

edilməsi üzrə milli və beynəlxalq standartlara 

və bank sirrinin açılmaması haqqında 

qaydalara ciddi surətdə riayət olunaraq, 

yerinə yetirilir.



Bu zaman aşağıdakılara xüsusi diqqət 

yetirilir:

•  


Müştərilərin elektron anketlərinin qorunub 

saxlanılması və emal edilməsinin kompüter 

metodlarının işlənib hazırlanmasına və 

təkmilləşdirilməsinə;

•  

Mütləq və əlavə nəzarət altında olmalı olan 



əməliyyatların avtomatlaşdırılmış qaydada 

aşkar edilməsinə;

•  

Vicdansız müştərilərin, istər özəl, istərsə 



də korporativ, aşkar edilməsi sisteminin 

təkmilləşdirilməsinə;

•  

Personalın savad səviyyəsinin 



yüksəldilməsinə. Çünki Bankın hər bir 

əməkdaşının səriştəliliyi göstərilən 

vəzifələrin müvəffəqiyyətlə həyata 

keçirilməsində prinsipial rol oynayır.




58

      


WWW.UNIBANK.AZ

TÖRƏMƏ ŞİRKƏTLƏR



UNILEASING 

2009-cu ilin yekunlarına görə,  ölkənin lizinq 

bazarında “Unileasing”in payı təxminən 30%-

ə çatmışdır. Portfelinin həcminə görə isə 

şirkət yerli lizinqverənlər arasında birinci yeri 

tutmuşdur.

2009-cu ilin dekabr ayının 31-i üçün şirkətin 

lizinq portfeli 31,8 mln. AZN təşkil etmişdir 

ki, bu da il ərzində 280-dən artıq lizinq 

sövdəsinin bağlanmasının nəticəsi olmuşdur. 

“Unileasing”, ümumi məbləği 11 mln. ABŞ 

dollarından artıq olan 792 lizinq obyektinin 

əldə edilməsini maliyyələşdirmişdir.

Bu zaman şirkətin başlıca prioritetləri 

lizinq portfelinin diversifikasiyası, istehlak 

sektorunun maliyyələşdirilməsinin 

fəallaşdırılması, habelə bu və ya digər 

səbəbdən ödənişin yerinə yetirilməsində 

çətinliklərin yaranması üzündən müştərilər 

tərəfindən qaytarılmış lizinq obyektlərinin 

yerləşdirilməsi və satışı üzrə işlər olmuşdur.

Aşağıda göstərilən cədvəldən göründüyü 

kimi, lizinq portfelinin diversifikasiyasının 

nəticəsi istehsal sahəsi obyektlərinin 

maliyyələşdirilməsinin artırılması hesabına 

inşaat sektorunun payının azalması 

oldu. İstehlak sektorunda layihələrin 

maliyyələşdirilməsinin fəallaşdırılması, öz 

növbəsində, şirkətin ümumi portfelində bu 

seqmentin xüsusi çəkisini ikiqat artırdı.

2009-cu ildə “Unileasing” lizinq şirkətinin 

avtomatlaşdırılması layihəsi start götürdü. 

Layihə, ixtisaslaşdırılmış lizinq həllindən – 

Proleasing proqramından istifadə edilməklə, 

şirkətin idarə edilməsinin (ilk növbədə - 

maliyyənin və sövdələrin idarə edilməsinin) 

avtomatlaşdırılmasını nəzərdə tutur. 

Yeniliyin tətbiq edilməsi anına qədər şirkət 

özünün, elektron cədvəllərin və mühasibat 

sisteminin bazasında yerinə yetirilmiş, bir 

sıra işləmələrindən istifadə edirdi. Lakin 

müştərilərin sayının və lizinq portfelinin 

həcminin artması ilə, habelə biznes-

proseslərin mürəkkəbləşməsi ilə, bu alət öz 

aktuallığını itirmiş oldu. Şirkətin fəaliyyət 

səciyyəsinin nəzərə alınması ilə kompleks 

avtomatlaşdırılma zərurəti meydana çıxdı.

Dünya bazarında yaranmış vəziyyətə 

baxmayaraq, “Unileasing” şirkəti 2009-cu 

ildə müvəffəqiyyətli danışıqlar aparmış və 



İqtisadiyyat sektoru

31.12.2009

31.12.2008

İnşaat və inşaat materiallarının istehsalı

23%

27%


Nəqliyyat

10%


12%

Təbabət


3%

4%

Topdan ticarət



13%

15%


Istehsal

26%


24%

Istehlak sektoru

16%

8%

Digərləri



10%

10%


Şirkət portfelinin iqtisadiyyatın sektorları üzrə bölünməsi:


İLLİK HESABAT 2009

      


59

“Landesbank” (Almaniya) ilə 5 mln. ABŞ 

dolları həcmində kredit xəttinin cəlb edilməsi 

üzrə müqavilə bağlamışdır. Bu xəttin, habelə 

“Eximbank USA” və “M&T Bank”ın kredit 

xəttinin mənimsənilməsinə 2009-cu ildə 

başlanmışdır. Əldə edilmiş vəsaitləri şirkət 

ABŞ-dan və Almaniyadan inşaat texnikasının, 

istehsal avadanlığının, tibbi avadanlığın, 

minik avtomobillərinin və digər obyektlərin  

əldə edilməsinin maliyyələşdirilməsinə 

yönəltmişdir. Kredit xətləri çərçivəsində 

“Unileasing” tərəfindən ABŞ-dan 2 mln. 

ABŞ dollarına yaxın məbləğdə onlarla 

avtomobilin və inşaat texnikasının, habelə 

Almaniyadan 3 mln. ABŞ dollarında artıq 

məbləğdə sənaye avadanlığıının əldə edilməsi 

maliyyələşdirilmişdir. Lizinq xidmətlərinə 

ehtiyacın potensial artımını nəzərə almaqla, 

2010-cu ildə şirkət kredit xətlərinin 

həcmlərini artırmaq, habelə layihələrin 

maliyyələşdirilməsi şərtlərini yaxşılaşdırmaq 

niyyətindədir.

Bundan əlavə, 2010-cu ildə “Unileasing” 

Azərbaycan kredit təşkilatları tərəfindən 

satışa çıxarılmış kredit/lizinq obyektləri üzrə 

vahid on-line məlumat bazasını yaratmağı 

planlaşdırır ki, bunun da əsas məqsədi 

- kredit/lizinq obyektlərinin satıcıları və 

alıcıları üçün vahid məkanın yaradılmasıdır. 

Bununla yanaşı, 2010-cu il ərzində ABŞ-da 

və ya Almaniyada istehsal olunan istənilən 

obyekti seçə biləcəyi və onun bu ölkələrdən 

lizinqə alınmasını sifariş edə biləcəyi 

layihənin həyata keçirilməsi planlaşdırılır. 

Yeniliyin tətbiq edilməsi vasitəsilə minik 

avtomobillərinin, yük maşınlarının, inşaat 

texnikasının, sənaye avadanlığının, tibbi 

avadanlığın və yuxarıda göstərilən ölkələrin 

istehsal etdiyi digər obyektlərin sifarişlə 

lizinqə əldə edilməsi mümkündür.

«UNICAPITAL»

“Unicapital” ASC Azərbaycan kapital və 

fond bazarlarında cavan bir şirkət olduğuna 

baxmıyaraq, 2009-cu ildə 2008-ci ilə 

nisbətən daha yüksək nailiyətlər əldə edə 

bildi. Belə ki, ötən il ərzində “Unicapital”, 

müştəri bazasının artırılmasınıa nail 

olaraq, xidmət göstərdiyi hüquqi şəxslərin 

sayını 31%, fiziki şəxslərin sayını isə 38% 

artırıb. Təcrübəli və məntiqli iş əsasında 

müştəriyönümlü fəaliyyətin bir nəticəsi də 

şirkətin illik dövriyəsinin artması oldu. Dövlət 

qiymətli kağızları üzrə keçirilən hərraclarda 

il ərzində 6 dəfə ilk pilləni və 2 dəfə ikinci 

yeri tutan “Unicapital”, fond bazarının 

peşəkar iştrakçıları renkinqində birinci oldu. 

Xatırladaq ki, 2008-ci ildə dövlət qiymətli 

kağızlarının ümümi dövriyyəsinə nisbətən 

əməliyyatların həcminə görə “Unicapital” 2-ci 

yeri qazanmışdır.

“Unicapital” şirkətinin biznesinin prioritet 

təşkil edən istiqamətlərindən biri – 

müştərilərə onların öz qiymətli kağızlarının 

buraxılmasında yardımın göstərilməsindən 

ibarət olan anderrayter xidmətləridir. 

Onlara səhmdar müəssisələrin səhmlərinin, 

korporativ istiqrazların buraxılması, hüquqi 

və fiziki şəxslər tərəfindən veksellərin və 

digər qiymətli kağızların buraxılması aid ola 

bilər. Bir sərmayə şirkəti kimi “Unicapital”, 

qiymətli kağızların buraxılışlarının 

tam yerləşdirilməsi üçün potensial 

sərmayədarların tapılması üçün, bütün 

qüvvəsini sərf edir. Bundan əlavə, korporativ 

qiymətli kağızların Bakı Fond Birjasının (BFB) 

kotirovka vərəqinə daxil edilməsinə dəstək 

verir. Anderraytinqlə və broker xidmətləri ilə 

yanaşı, “Unicapital” qiymətli kağızların idarə 

edilməsi üzrə də xidmətlər göstərir. Söhbət 

kağız portfellərinin idarə edilməsindən 

və müştərilərin vəsaitlərinin Azərbaycan 

emitentlərinin kağızlarına peşəkar 

şəkildə sərmayə olunmasından gedir. 

Bütün müştərilərə sərmayə qoyuluşunun 

məqsədlərinin müəyyən edilməsində və 

müxtəlif bazarlarda sərmayə qoyuluşu 

üçün potensial imkanların təhlilində yardım 

göstərilir. Bu zaman, konkret müştərinin 

sərmayə məqsədlərinin, onun xüsusiyyətləri, 

istəkləri və fəaliyyətinin səciyyəsi nəzərə 

alınmaqla, əldə olunması üzrə iş aparılır.

Həmçinin önəmlidir ki, dövlət kağızları üzrə 

2009-cu ilin sonunda illik faiz dərəcələrin 

aşağı düşməsinə baxmayaraq, şirkət 

müştərilərin qiymətli kağızlar portfelinin 

diversifikasiya yolu ilə gəlir gazanmağına 

hərtərəfli şərait yarada bildi. Bunula da, 

“Unicapital” ASC-ti , “Unibank”ın törəmə 

sərmayə şirkəti olaraq, 2009-cu ilə qarşısına 

qoyduğu bütün məqsədlərə çata bildi və 

ən əsası müştərilərin gəlirlərini heç bir itki 

vermədən artırdı.




60

      


WWW.UNIBANK.AZ

AUDİT HESABATI

“PricewaterhouserCoopers Eastern Europe B.V.” şirkətinin Azərbaycan 

filialı tərəfindən "Unibank" ASC-nin Beynəlxalq Maliyyə Hesabatı 

Standartlarına uyğun hazırlanmış və tamamlanan 2009-cu maliyyə ili üzrə 

konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi ilə elektron formatda 

61-ci səhifədə olan CD-disk vasitəsi ilə tanış ola bilərsiniz.



İLLİK HESABAT 2009

      


61


62

      


WWW.UNIBANK.AZ

www.unibank.az



Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə