İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   ...   7   8   9   10   11   12   13   14   15

İLLİK HESABAT 2009

      


39

«UNİBANK PREMYER LİQASI»

Ötən il «Unibank» Kommersiya Bankı» ASC 

futbol üzrə Azərbaycan çempionatının 

rəsmi Baş sponsoru oldu. Bu zaman Bank

Azərbaycan futbolunun və korporativ 

sektorun tarixində ilk dəfə olaraq, öz üzərinə 

təkcə Liqanın büdcəsinin maliyyələşdirilməsi 

üzrə yox, həm də milli futbol birinciliyinin 

populyarlaşdırılması sahəsində öhdəliklər 

götürmüşdür.

Əsasında «Unibank»ın futbol üzrə milli 

çempionatın rəsmi Baş sponsoru statusunu 

aldığı müqavilə Bankın İdarə Heyətinin 

sədri Faiq Hüseynovla Futbol Liqasının 

prezidenti Ramin Musaev arasında 2009-cu 

ilin sentyabr ayının 24-də, «Hyatt Regency» 

otelində imzalanmışdır. «Unibank»la PFL 

arasında sponsorluq haqqında saziş üç illik 

dövr üçün bağlanmışdır. «Unibank»la PFL 

arasında sponsorluq müqaviləsinin şərtlərinə 

görə, ölkənin futbol üzrə milli çempionatı 

yeni rəsmi ad almışdır – «Unibank Premyer 

Liqası». Müqavilə həm də Bankın reklam 

spotlarının və bannerlərinin yerləşdirilməsini, 

Liqanın oyunlarının işıqlandırılması zamanı 

sponsorun simvolikasından istifadə 

edilməsini, habelə futbol üzrə çempionatın 

keçirilməsi zamanı «Unibank»ın xüsusi reklam 

kampaniyalarının və sosial aksiyalarının 

keçirilməsi nəzərdə tutur.

«Unibank»ın Futbol liqasında sponsorluğu 

həm Bank, həm də Azərbaycan futbolunun 

PFL-də birləşmiş peşəkarları üçün 

sərfəlidir. Sponsorluqdan əldə olunan 

vəsaitin bir hissəsini PFL stadionların 

yenidən qurulmasına, habelə Ramana 

qəsəbəsində «Şuşa» stadionunun inşa 

edilməsinə xərcləməyi planlaşdırır. Bundan 

əlavə, çempionat çərçivəsində, «Liqanın 

ən yaxşı oyunçusu» nominasiyasında, hər 

ay futbolçuların çıxışlarının nəticələrinin, 

onların hansı kluba mənsub olmağından asılı 

olmayaraq, nəzərə alınması ilə təqdim olunan 

xüsusi mükafat təsis edilmişdir. Məsələn, 

oktyabr və dekabr aylarında Ağdamın 

«Qarabağ» klubunun forvardları Vaqif 

Cavadov və Əfran İsmayılov, noyabr ayının 

yekunlarına görə isə «Xəzər-Lənkəran»ın 

yarımmüdafiəçisi Mario Souza Liqanın ən 

yaxşı futbolçuları hesab edilmişlər. Ayın 

ən yaxşı futbolçusunun seçilməsi zamanı 

Premyer Liqada çıxış edən klubların 

məşqçilərinin (40%), jurnalistlərin (40%), 

PFL-nın (10%) və «Unibank»ın (10%) işçilərinin 

rəyləri nəzərə alınırdı. «Liqanın ən yaxşı 

oyunçusu» nominasiyasının qalibi olmuş 

futbolçulara PFL-in bürünc kubokları və 

«Unibank»ın pul mükafatları təqdim edilmişdir.

Peşəkar Futbol Liqasında (PFL) və milli 

çempionatda sponsorluq çərçivəsində 

«Unibank» kütləvi informasiya vasitələrinin 

nümayəndələrinin İstambulun «Fənərbaxça» 

və «Qalatasaray» klubları arasında derbi-

matçda iştirakını təşkil etmişdir.

2009-cu ilin oktyabr ayının 25-26-da 11 

nəfər idman şərhçisi və jurnalistlərdən 

ibarət komanda, habelə PFL-in və 

Bankın nümayəndələri, adlı-sanlı türk 

klublarının yüzillik tarixində növbəti 

maraqlı qarşıdurmanın şahidi olmaq üçün 

Türkiyədə olmuşlar. Bankın bu aksiyasının 

hər bir iştirakçısı, «Şükrü Saracoğlu» 

stadionunda iştirak edərək, bu prinsipial 

matçın atmosferini özünəməxsus şəkildə 

hiss edə, futbol oyununun həqiqi dəyərlərini 

qiymətləndirə və meydançada oyunun bütün 

kəşməkeşlərini seyr edə bilmişlər.

Korporativ sosial məsuliyyət prinsiplərinə 

sadiq qalaraq, «Qurban Bayramı»nın 

bayram edildiyi günlərdə «Unibank» Saray 

qəsəbəsində yerləşən 7 saylı internat-

məktəbin yetişdirmələrini təbrik etmişdir. 

Kimsəsiz uşaqların qəlblərini şadlandıran 

sosial aksiyada ölkənin yığma komandasının 

forvardı Vaqif Cavadov, habelə Peşəkar 

Futbol Liqasının (PFL) və Azərbaycan Futbol 

Federasiyaları Assosiasiyasının (AFFA) 

rəhbərliyinin nümayəndələri iştirak etmişlər.



40

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


41

Qələbəyə inan  

Başladığın işdə qələbəyə inan. Əks halda, özünü əvvəlcədən 

məğlubiyyətə dözməyə öyrədirsən. Qələbəyə inamın gücü 

məğlubiyyət ehtimalını sıfıra endirir. Çünki inamlı olan daha 

sərbəst hərəkət edər. 




42

      


WWW.UNIBANK.AZ

BEYNƏLXALQ REYTİNQLƏR

2009-cu ildə «Fitch Raitings» beynəlxalq 

reytinq agentliyi «Unibank»ın cari 

reytinqlərini bir daha təsdiq etdi. Beləliklə, 

Bankın uzunmüddətli reytinqi «В-» («В 

minus») səviyyəsində, qısamüddətli «В» 

səviyyəsində, dəstək reytinqi isə «5» 

səviyyəsində təsdiq olundu. Fərdi reytinq 

«E» səviyyəsində müəyyən edildi. Bundan 

əlavə, «Fitch» agentliyi Bankın reytinq 

üzrə «Sabit» proqnozunu da təsdiqlədi. 

Öz növbəsində, digər reytinq agentliyi – 

«Moody's Investors Service» – «Unibank»ın 

xarici və milli valyutalarda uzunmüddətli 

depozitlərin reytinqini «mənfi» proqnozla 

«B2» səviyyəsində müəyyənləşdirmişdir. 

«Moody's» həmçinin Bankın maliyyə 

dayaniqliğı reytinqini (BFSR - Bank Financial 

Strength Rating) «sabit» proqnozla «E+» 

səviyyəsində müəyyən etmişdir. Hər iki 

nüfuzlu reytinq agentliklərinin hesabatlarına 

görə, yaxın gələcəkdə «Unibank»ın reytinq 

göstəricilərilərinin gücləndirilməsi və daha 

yüksək kateqoriyasına keçməyi istisna 

olunmur.


Fitch Ratings

 Kredit Reytinqləri

Sonuncu (verilmə tarixi: 21.04.2009 il.)

Əvvəlki (verilmə tarixi: 17.12.2008 il.)

Proqnoz


Sabit

Sabit


Xarici valyutada uzunmüddətli defolt reytinqi

«В-» («В Minus»)

«В-» («В Minus»)

Milli valyutada uzunmüddətli defolt reytinqi

«В-» («В Minus»)

«В-» («В Minus»)

Xarici valyutada qisamüddətli reytinq

«B»


«B»

Fərdi reytinq

«E»

«D/E»


Dəstək reytinqi

5

5



Moodys 

Kredit Reytinqləri

Sonuncu (verilmə tarixi: 05.08.2009 il)

Əvvəlki (verilmə tarixi: 19.11.2008 г.) 

Proqnoz


«Neqativ»

«Neqativ»

Xarici valyutada uzunmüddətli reytinq

«Ba2»


«Ba2»

Xarici valyutada qisamüddətli reytinq

«B2»

«B2»


Xarici valyutada uzunmüddətli reytinq

«Baa2»


«Baa2»

Milli valyutada qisamüddətli reytinq

«Prime-2 (P-2)».

«Prime-2 (P-2)».

Maliyyə dayaniqliğı reytinqi (BFSR)

«E+»


«E+»


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə