İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

İLLİK HESABAT 2009

      


29

117 nömrəsi ilə Telefon Mərkəzi ölkənin 

bütün telefon abonentləri üçün girişə malik 

olacaqdır – mobil nömrələrdən ona zəng 

vurmaq üçün +994-012 kodunu əlavə etmək 

lazımdır. Şəhər nömrələrindən yığılma 

zamanı isə ancaq şəhərlərarası rabitənin 

kodu nəzərə alınır (Bakıdan olan abonentlər 

üçün bu tələb olunmur).

SMS-MƏLUMATLANDIRILMA

2009-cu ilin may ayından «Unibank» «8558» 

sms xidmətini işə salmışdır. Açar sözlərin 

köməyilə, bütün «Azercell Telekom» mobil 

rabitə operatoru nömrələrinin sahibləri, 

hesablarda vəsaitlərin qalıqları və hərəkəti, 

kreditlər üzrə ödəniş tarixlərinin yetişməsi

plastik kartların qüvvədə olma dövrü, 

Azərbaycan Mərkəzi Bankının xarici valyuta 

məzənnələri haqqında və digər zəruri 

məlumatı real vaxt rejimində əldə edə 

bilərlər.



XİDMƏT ŞƏBƏKƏSİ

Xidmət şəbəkəsinin inkişafı «Unibank» 

ASC-ni, istər Bakıda və Sumqayıtda, 

istərsə də aparıcı regional mərkəzlərdə 

özünü təsdiq etmiş, ölkə miqyaslı maliyyə 

strukturu kimi səciyyələndirir. Bank ölkənin 

maliyyə mərkəzində 17 paytaxt filialı ilə və 

Mərkəzi ofislə təmsil edilmişdir. Pərakəndə 

xidmətlərin inkişaf etdirilməsi strategiyasının 

məqsədlərindən biri kimi, son illərdə Bank 

regionlarda – Gəncədə, Şəkidə, Qubada və 

digərlərində öz fəaliyyətini fəallaşdırmışdır. 

Belə ki, hesabat ilində «Unibank», 2009-

cu ilin yanvar ayının 15-də, Mingəçevirdə 

özünün ilk filialını açaraq, özünün xidmət 

məntəqələrinin sayını 24-ə çatdırmışdır. Yeni 

filialın işinin elə ilk günlərinin təhlili göstərdi 

ki, 100 mindən artıq insanın yaşadığı bu 

regionda keyfiyyətli bank xidmətlərinə olan 

tələbat olduqca yüksəkdir. 



Bankın filial şəbəkəsi:

Fəaliyyət coğrafiyasının genişləndirilməsi 

və regionlarda mövqelərinin gücləndirilməsi 

hesabına, «Unibank» istər regionlarda, 

istərsə də ölkənin paytaxtında müştərilərə 

keyfiyyətli və vaxtlı-vaxtında xidmətlər 

göstərən universal regional bank olmağa 

çalışır. Təsadüfi deyildir ki, bu gün Bankın 

filialları və şöbələri, bir universal struktur 

kimi, aşağıdakılar da daxil olmaqla, bank 

xidmətlərinin dütün spektrini göstərir:

•  


Əhalidən və korporativ müştərilərdən 

depozitlərin qəbul edilməsi;

• 

İstehlak kreditləşdirilməsi;



•  

Mikro-maliyyələşdirilmə və 

biznes-kreditləşdirilmə;

• 

Pul köçürmələri;



• 

Plastik kartlar üzrə xidmətlər.

Bakı

71%



30

      


WWW.UNIBANK.AZ

MƏHSULLAR VƏ XİDMƏTLƏR



YENİ KREDİT MƏHSULLARI

2009-cu ildə «Unibank» stimullaşdırıcı kredit 

aksiyalarını həyata keçirdi. Belə ki, mövcud 

kredit məhsullarının müştərilərə təqdim 

edilməsi ilə yanaşı yeni kredit məhsulu da 

hazırlanmışdır.

Ani kreditlər adı altında bazara təqdim 

edilən bu məhsul qısa müddətdə regionlarda 

yerləşən filialların müştərilərinin tələblərinə 

uyğun yaradılmış unikal kredit məhsulu 

oldu. Ani kreditləri müştəridən əlavə 

sənədlər tələb edilmədən yeni, keyfiyyətli 

və sürətli satılan kredit aləti adlandırmaq 

olar. Eyni zamanda, Bankımız digər mövcud 

kredit məhsullarının şərtlərində dəyişiklik 

apararaq, onları bazarın tələblərinə, 

istehlakçıların arzu və istəklərinə uyğun olan 

bir formaya salmışdır. Nəticədə, 2009-ci ilin 

maliyyə böhranı ilə müşayiət olunmasına 

baxmayaraq, mövcud müştəriləri maliyyə 

vəsaitləri ilə vaxtında təmin edilməsi ilə 

bərabər, yeni müştərilərin cəlb olunması 

istiqamətində əməli və faydalı işlər aparıldı. 

Qeyd etmək lazımdır ki, 2009-cu ilin ikinci 

yarısında avtokreditləşdirmə sahəsində 

tərafdaş avtosalonlarla birgə müştərilərin 

maraqlarına tam cavab verən, misli 

görünməmiş kreditləşdirmə mexanizmləri 

işlənildi və bazara çıxarıldı. Hesabat ilində 

Bank kredit məhsullarının satışını aparan 

mütəxəssislərə treninglər keçirmiş, onlar 

mövcud vəziyyətdə nəzarət və təhlilin 

aparılması barədə metodoloji və praktiki 

biliklərlə yiyələnmişlər. Kredit portfelinin 

sağlamlaştırılması və effektiv işin təmin 

edilməsi şərti ilə yeni idarəetmə standartları 

işlənib hazırlandı.

Bizim üçün müştəriyə yaxın olmaq, 

«Unibank»ı seçən hər bir kəs üçün aydın, 

əlverişli və rahat olmaq çox vacibdir.



«HƏR KƏSƏ HƏDİYYƏ» AKSİYASI

Aksiya 01.12.2008-ci ildən 15.05.2009-cu 

ilədək qüvvədə olmuşdur. Bu dövr ərzində 

Bank «Müddətli» depozit əmanətinə 22,5 

mln. manatdan artıq vəsait cəlb etmişdir. Bu 

məbləğin 40%-ni yenidən cəlb edilmiş vəsait 

təşkil etmişdir.

«MİLYONÇU OL!» AKSİYASI

Aksiya 01.04.2009-cu ildən 31.07.2009-cu 

ilədək qüvvədə olub. Bu aksiya depozit 

portfelinin artırılmasına və diversifikasiyasına 

istiqamətlənmişdi. Bu müddət ərzində 

210-dan artıq müqavilə bağlanmışdır, 162 

müqavilə xırda əmanətlərin (5 000 AZN-ə 

kimi) payına düşmüşdür.



ƏMANƏTÇİ MÜŞTƏRİLƏRİN LOYALLIĞI 

PROQRAMLARI

30.03.2009-cu §ildən 31.10.2009-cu 

ilədək Bank, ona münasibətdə loyal 

olan müştərilərin vəsaitlərini daha 

cəlbedici şərtlərlə cəlb etmiş, bununla da 

əmanətçilərin sabit bazasını və nüvəsini 

formalaşdırmışdır.

«FAIZLƏR ƏVVƏLCƏDƏN» YENI DEPOZIT 

MƏHSULU

01.06.2009-cu ildə Bankın depozit xəttinə, 

müştərilərə onlara əmanət üzrə çatacaq 

gəlirin avans olaraq alınmasına imkan verən, 

yeni depozit məhsulu tətbiq edilmişdir.

«HƏR KƏSƏ HƏDIYYƏ» AKSIYASININ 

Müştərilərin müsbət rəylərini nəzərə alaraq, 

01.11.09-cu ildə «Hər kəsə hədiyyə» aksiyası 

davam etdirilmişdir. Aksiyanın şərtləri 

dəyişməz qalmışdır, lakin bu zaman tərəf-

müqabillərin siyahısı genişləndirilmişdir. 




Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə