İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   2   3   4   5   6   7   8   9   ...   15

İLLİK HESABAT 2009

      


7

MÜŞAHİDƏ ŞURASI



Julian Hilli

Müşahidə Şurasının üzvü



Elxan Qəribli

Müşahidə Şurasının üzvü



Samir Balayev

Müşahidə Şurası sədrinin müşaviri



Andreas Zeisler

Müşahidə Şurasının üzvü



Eldar Qəribov

Müşahidə Şurasının sədri



Emin Quliyev

Müşahidə Şurasının sədr müavini



İqor Yakovenko

Müşahidə Şurasının üzvü




8

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


9

Məqsədini müəyyənləşdir

İşə başlamazdan əvvəl məqsədini müəyyənləşdir. Sadəcə 

iştirakçı olmaq istəyirsən, yoxsa qalib? Sadəcə iştirakçı 

mükəmməl oyun nümayiş etdirə bilməz. O, öz güclü və zəyif 

tərəflərini davamlı təhlil edərək, qələbə yolundakı çətinlikləri hər 

an dəf etməyə hazır olmalıdır. 



10

      


WWW.UNIBANK.AZ

İDARƏ HEYƏTİ 

SƏDRİNİN MÜRACİƏTİ  

Hörmətli xanımlar və cənablar,

İcazə verin «Unibank» Kommersiya Bankı-

nın 2009-cu ilin nəticələri üzrə hesabatını 

sizə təqdim edim. Bildiyiniz kimi, bu il 

Azərbaycanın bütün bank sistemi üçün 

mürəkkəb olub. Maliyyə bazarlarında 

vəziyyətin kəskin şəkildə pisləşməsi 

dövrü kimi, bu il bizim biznes-model üçün 

dözümlülük sınağı oldu. Tam əminliklə deyə 

bilərəm ki, biz bu sınağa üzü ağ çıxdıq! Bank 

maliyyə sahəsində özünün sabit vəziyyətini, 

bütün başlıca bazar paylarını qoruyub 

saxladı, iştirak coğrafiyasını genişləndirdi 

və əsas göstəricilər üzrə kifayət qədər 

nəzərəçarpan inkişaf dinamikası göstərdi. 

Buna görə də, ilə yekun vurarkən hər 

şeydən əvvəl «Unibank» ASC-nin bu 

hesabatda təqdim edilmiş müsbət nəticələrini 

qeyd etmək lazımdır. Belə ki, bank 

sektorunda gəlirlərin əhəmiyyətli dərəcədə 

azalmasına baxmayaraq, bu sahədə 

«Unibank»ın xalis gəliri 4,9 milyon manatdan 

artıq olmuşdur. 2010-cu il yanvar ayının 1-i 

üçün aktivlər 350 milyon manat təşkil etmiş, 

Nizamnamə kapitalı isə iki dəfə artaraq, 30 

milyon manata çatmışdır. Bu göstəricilər 

həm Bankın dayanıqlılığına və etibarlılığına 

sübut, həm də əmanətçilərin son ildə sayı 80 

minə qədər artmış əmanətlərinin qorunub 

saxlanılmasına tutarlı zəmanətdir.

2009-cu ildə, xüsusilə, ilin ikinci yarısında ən 

uğurlu saydığımız cəhət sürətlə artan başlıca 

göstəricilər yox, dayanıqlı maliyyə vəziyyəti 

və müştəri yönümlü - müştərilərə keyfiyyətli 

və səmərəli xidmət göstərmək imkanı 

oldu. Məhz maliyyə baxımından dayanıqlılıq 

«Unibank»ın sonrakı müvəffəqiyyətli 

inkişafının rəhni oldu. Bu vəziyyət aktivlərin 

və passivlərin formalaşması zamanı 

balanslaşdırılmış yanaşmanın, risklərin idarə 

edilməsi sahəsində konservativ siyasətin 

və optimallaşdırılmış inzibati-təsərrüfat 

xərclərinin sayəsində mümkün oldu.

Qüsursuz kredit tarixçəsi, zəruri reytinq 

qiymətlərinin mövcudluğu, hətta məhdud 

likvidlik şəraitində belə, Banka beynəlxalq 

bazarlardan ehtiyatlar cəlb etmək imkanı 

verdi. Təsadüfi deyil ki, 2009-cu ildə 

«Unibank» beynəlxalq maliyyə institutlarından 

ən iri maliyyə qovluğu almış ilk özəl 

Azərbaycan bankı oldu. Bu irimiqyaslı qovluq 

sövdəsi, eləcə də Bankın hökumət tərəfindən 

yenidən maliyyələşdirilən sahibkarlığın 

dəstəklənməsi proqramlarında fəal iştirakı 

sayəsində biz kiçik və orta biznesin 

maliyyələşdirilməsinə əlavə vəsaitlər 

yönəltməyə nail olduq. Şübhəsiz, 2009-cu 

ildə «Unibank»ın başlıca vəzifəsi kiçik və orta 

biznesin, habelə ümumdünya maliyyə-iqtisadi 

böhranının nəticələrini öz üzərində hiss 

edən istehlak sektorunun stimullaşdırılması 

idi. Məhz kiçik və orta biznes layihələri 

sayəsində ölkədə iş yerləri yaradılır, yeni 

istehsalat sahələri açılır, infrastruktur 

obyektləri tikilir, vergi daxilolmaları artır, bilik 

və texnologiyalar ötürülür.

Respublikanın 8 aparıcı regionunda 

təmsil edilən ölkəmiqyaslı bank kimi, biz 

Azərbaycanın gələcəyinin qırılmaz şəkildə 

sosial rifah və sabitliklə, mədəniyyətin, 

təhsilin, elmin, idmanın inkişafı ilə bağlı 

olduğunu dərk edirik. Məhz buna görə 

korporativ ictimai məsuliyyət proqramlarının 

inkişafı çərçivəsində 2009-cu ildə «Unibank» 

futbol üzrə milli çempionatın baş sponsoru 

oldu. Azərbaycan futbolu və korporativ 

sektor tarixində ilk dəfə olaraq, biz öz 

üzərimizə, istər Peşəkar Futbol Liqasının 

büdcəsinin maliyyələşdirilməsi, istərsə 

də milli birinciliyin populyarlaşdırılması, 

oyunçuların stimullaşdırılması, ictimai hadisə 

kimi futbolun təbliği sahəsində öhdəliklər 

götürdük. Özünü cəmiyyətin bir hissəsi 

hesab edərək, «Unibank» Kommersiya  Bankı 

ASC Azərbaycan futbolunun gələcəyinə 

inanır və bu oyuna aludə olmuş milyonlarla 

adamın rifahı naminə çalışmaqda davam 

edir. Biz birlikdə qalib gələcəyik və hər bir 

müştərimizin maliyyə sahəsində qələbələri 

üçün əlimizdən gələni etməyə hazırıq.



Səmimiyyətlə, 

Sizin Faiq Hüseynov


İLLİK HESABAT 2009

      


11

İDARƏ HEYƏTİ



Fazil Məmmədov

İdarə Heyətinin üzvü,

Risk-menecment üzrə direktor

Vaqif Qəribli

İdarə heyətinin üzvü, 

Korporativ xidmətlər üzrə direktor

Vadim Qədirov

İdarə Heyətinin üzvü,

Biznesin inzibatiləşdirilməsi və 

dəstəklənməsi üzrə direktor



Faiq Hüseynov 

İdarə Heyətinin sədri



Faiq Zeynalov 

İdarə Heyətinin üzvü,

Riteyl xidmətləri üzrə direktor

Emin Rəsulzadə

İdarə Heyətinin üzvü, 

Maliyyə üzrə direktor



Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə