İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

İLLİK HESABAT 2009

      


31

01.11.09-cu ildən 31.12.09-cu ilədək olan 

dövrdə Bank 14,5 mln. Manat cəlb 

etmişdir, özü də bunun 70%-dən çoxu 

yeni cəlb edilən vəsaitlərin payına düşür.

«STANDART» ƏMANƏTİNİN 

YENİ ŞƏRTLƏRİ

«Standart» depozit əmanətinin 

cazibədarlığının artırılması məqsədilə, 

Bankın müştərilərinə vəsaitlərin 3 aylıq 

yerləşdirilməsi və faizlərin rübdə bir dəfə 

ödənilməsi imkanı yaradılmışdır.

2009-cu ilin ikinci yarımilində Bankda özəl 

şəxslərin əmanətlərinin həcminin sürətli 

dinamikası diqqəti cəlb edir. 2009-cu 

ilin iyul-dekabr aylarında artım tempi 

demək olar ki 45%-ə çatmış, depozit 

sövdələrinin sayı isə 25% artmışdır. 

Bu zaman, «Unibank»ın altı regional 

filialında (Sumqayıtda, Şəkidə, Qubada, 

Gəncədə, Mingəçevirdə və Şəmkirdə) 

fiziki şəxslərin depozitlərinin artımı orta 

hesabla 79,5%, əmanətçi müştərilərin 

sayının artımı isə 43% təşkil etmişdir.

“2009-cu ildə  fiziki şəxslərin 

“Unibank”a yatırdıqları əmanətlərin 

sürətli dinamikası diqqəti cəlb edir. 

Nəticədə, ötən ilin sonunda əhalinin 

əmanətləri Bankın fəaliyyət göstərdiyi 

bütün dövr üçün tarixi maksimuma 

çatıb. Təbii ki, bu nailiyyət depozit 

alətlərmizin müxtəlifliyi və daha faydalı 

olmasından irəli gəlir”.

Faiq Zeynalov

Reteyl xidmətləri üzrə direktor




32

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


33

Vaxtı izlə 

İşinin başlama və bitməsi arasındakı vaxtı diqqətlə izlə. İşə sərf 

edilən vaxtı bilmək ondan sərfəli istifadə etmək üçün vacibdir. 

Vaxtını dəyərləndirmək bacarığı işgüzar adamın üstünlüyüdür. 

Hər bir addım zamanında atılmalıdır.   




34

      


WWW.UNIBANK.AZ

KORPORATİV BİZNESİN 

DƏSTƏKLƏNMƏSİ

2009-cu ildə dünyada iqtisadi və maliyyə 

şəraitinin dəyişməsinə, dünya maliyyə 

böhranının Azərbaycan iqtisadiyyatının da 

bir sıra sahələrinə öz təsirini göstərməsinə 

baxmayaraq, bazar konyunkturunun 

dəyişməsi Banka korporativ biznesin bütün 

istiqamətləri üzrə öz işini davam etdirməkdə 

mane olmadı.

Korporativ biznesin korporativ sektorla və 

kiçik bizneslə qarşılıqlı əlaqələrin inkişafı 

üçün cavabdeh olan biznes-xətti, ənənəvi 

olaraq, «Unibank»da ən güclü istiqamətlərdən 

biridir. Buna həm iri biznesə xidmət 

sahəsində təcrübə, həm də müəssisələrin 

praktiki olaraq bank xidmətlərinə olan 

istənilən tələbatının ödənilməsi iimkanları 

şərait yaradır. Buna biz əsasən universal 

məhsul sırasının və hər bir müştərini fərdi 

qaydada müşayiət edən mütəxəssislərin 

yüksək peşəkarlığının sayəsində nail oluruq.

Hesabat ilində Bankın Baş ofisinin 

tərkibində iri korporativ müştərilərə 

xidmətin göstərilməsi üçün yeni strukturun 

yaradılması haqqında mühüm qərar qəbul 

edilmişdir. Müştəri və filial şəbəkəsinin 

genişlənməsi, habelə iri korporativ 

müştərilərin kreditləşdirilməsi və onlara 

hesablaşma-kassa xidmətinin göstərilməsi 

zamanı keyfiyyətcə yeni yanaşmanın 

tətbiq edilməsi zərurəti bu qərarın qəbul 

edilməsində həlledici rol oynadı. İri korporativ 

müştərilərin «VİP Korporativ müştərilərə 

xidmət bölməsi»ndə cəmlənməsi Banka, fərdi 

xidmət göstərilməsi vasitəsilə, özünün iri 

müştərilərini, onların tələbatını daha yaxşı 

tanımaq və müvafiq olaraq təqdim edilən 

xidmətləri bu tələbatlara uyğunlaşdırmaq 

imkanı verəcəkdir. Bankın Baş ofisində 

müştərilər üçün bu cür fərdiləşdirilmiş 

yanaşmanın tətbiq edilməsi, optimal maliyyə 

qərarlarından savayi, həm də xidmətin 

göstərilməsində maksimum operativlik 

demək olacaqdır ki, bu da iş adamları üçün 

heç də az əhəmiyyət daşımır.

2009-cu ildə, müştərilərin loyallığı 

proqramlarının inkişaf etdirilməsi 

çərçivəsində, CRM – müştərilərlə qarşılıqlı 

əlaqələrin idarə edilməsi sistemi işlənib 

hazırlanmış və sınaqdan keçirilmişdir. Geniş 

mənada, CRM – nüvəsini müştəri yönümlü 

yanaşma təşkil edən, dayanıqlı biznesin 

yaradılmasına istiqamətlənmiş konsepsiya 

və biznes-strategiyadır. Bu konsepsiyanın 

həyata keçirilməsi üçün isə, istər müştəri 

haqqında ətraflı məlumatı, istərsə də onun 

Bankla qarşılıqlı əlaqələrinin tarixçəsini 

əks etdirən müştəri verilənləri bazasının 

mövcudluğu vacibdir. Verilənlərin bu cür 

inteqrasiya olunmuş bazasının olduğu 

təqdirdə, təkcə əldə edilmiş verilənlərin 

təhlili üçün deyil, həm də bunun nəticəsi 

kimi müştərilərə xidmətin keyfiyyətinin 

yüksəldilməsi və qənaətbəxşliyi üçün 

çoxlu imkanlar yaranır. Bundan başqa, 

loyallıq proqramlarının inkişaf etdirilməsi 

çərçivəsində, Banka loyal olan müştərilərin 

ekspress-kreditləşdirilməsi barədə qərar da 

qəbul edilmişdi. Bankın, uzun illər ərzində 

onunla əməkdaşlıq edən müştəriləri, öz cari 

ehtiyaclarının maliyyələşdirilməsi üçün kredit 

vəsaitlərinə asan çıxış əldə etdilər.

Ayrıca strateji istiqamət kimi orta 

və kiçik biznesin maliyyələşdirilməsi 

üzrə proqramların inkişaf etdirilməsi 

fərqləndirilmişdir. 2009-cu ilin yayında Bank 

kiçik bizneslə məşğul olan sahibkarkar və 

müəssisələr üçün kredit məhsullarının yeni 

xəttini təklif etdi. Məhsul xəttində biz əsas 

diqqəti maliyyələşdirilmənin müddətlərinə və 

müştərilərə göstərilən xidmətin keyfiyyətinə 

yönəltmişik.

Kiçik biznes müəssisələri üçün kredit 

məhsullarının siyahısı universaldır və 

borcalanların tələbatların nəzərə alınmaqla 

ilə işlənib hazırlanmışdır. Hesablaşma-kassa 

xidmətlərinin göstərilməsi, zəmanətlərin və 

akkreditivlərin təqdim edilməsi ilə yanaşı, 

«Unibank» müştərilərinə dövriyyədə olan 

vəsaitin artırılması və əsas vəsaitlərin 

əldə edilməsi üçün kredit proqramı təklif 

etmişdir. Bütün təklif olunan məhsullar 

beynəlxalq maliyyə standartlarına 

müvafiqdir. Bunun sayəsində, bazarda kiçik 

biznesin kreditləşdirilməsi sahəsində yüksək 

rəqabət şəraitində, Bank müştəri bazasını 

qoruyub saxlaya bilmiş və diversifikasiya 

etmişdir. Mənimsənilmələr portfelinin 

sahələr strukturu Bankın daşınmaz əmlak 

sahəsində fəallığına, habelə topdan və 

pərakəndə satış müəssisələri ilə, nəqliyyat 



Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə