İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   2   3   4   5   6   7   8   9   10   ...   15

İLLİK HESABAT 2009

      


27

GSM–GPRS POS-terminallarının tətbiq 

edilməsi layihəsini yenilik hesab etmək olar. 

«Unibank», bazarda ilk dəfə olaraq, «Azercell 

Telekom»la əməkdaşlıqda bu xidməti 

tətbiq etdi ki, bu da Bankın müştərilərinə 

transaksiyaların mobilliyini və emal edilməsi 

sürətini əhəmiyyətli dərəcədə artırmaq 

imkanı verdi. Mobil POS-terminallar 

mürəkkəb əlavələrlə yüksək iş sürətinə 

malikdirlər. Proqramlaşdırılan təhlükəsizlik 

modulu terminalı istənilən idarəetmə 

sxeminə uyğunlaşdırmaq imkanı verir. Qurğu 

plastik kartlara xidmət məntəqəsini, praktiki 

olaraq, istənilən yerdə yerləşdirmək imkanı 

verir. Çünki həssas xarici antenna terminala, 

aşağı səviyyəli GSM siqnalı şəraitində 

tranzaksiyaları dayanıqlı şəkildə yerinə 

yetirməyə yol verir.

PUL KÖÇÜRMƏLƏRI

2009-cu ildə «Unibank»ın fiziki şəxslərin 

pul köçürmələri üzrə dövriyyəsi, 2008-ci il 

ilə müqayisədə 27,5% artaraq, 25,5 milyon 

manata çatmışdır.

Hesabat ilində Bankın filialları və şöbələri 

vasitəsilə, hesab açılmadan, 45 603 pul 

köçürməsi həyata keçirilmişdir. «Unibank»da 

işləyən pul köçürmələri sistemləri vasitəsilə, 

ölkənin hüdudlarından kənara, ABŞ dolları 

ekvivalentində, 5,26 milyon göndərilmiş, 

26,45 milyon isə qəbul edilmişdir.

Pul köçürmələri üzrə dövriyyənin 

artırılması üçün, 2009-cu ilin aprel ayında 

«Pulunuzu sərfəli köçürün və alin» aksiyası 

start götürmüşdür. Bu, pul köçürmələri 

sistemləri vasitəsilə 500 USD/EUR və 

20 000 RUR-dan başlayan məbləğlərdə 

bütün pul vəsaiti göndərənlər və alanlar 

üçün nəzərdə tutulmuş bonus proqramıdır. 

Aksiya sayəsində «Unibank» həm pul 

köçürmələri üzrə dövriyyənin artmasına, 

həm də transaksiyaların sayının artmasına 

nail olmuşdur. Bundan əlavə, bonus 

proqramı Bankın müştərilərinin loyallığını 

stimullaşdırmağa imkan vermişdir. Belə ki, 

Bankın gün ərzində 500 USD/EUR (və ya 20 

000 RUR) və daha artıq məbləğlərdə bütün 

pul vəsaiti göndərən və alan  müştərilərinə 

bonus şəklində mobil telefon üçün skretş 

kartlar (konturlu kartlar) verilirdi.

Oktyabr ayının 1-dən «Unibank» yeni pul 

köçürmələri sistemi ilə - «LİDER»lə işə 

başlamış, bununla da analoji pul köçürmələri 

sistemlərinin operatorları olan beynəlxalq 

şrkətlərlə əməkdaşlığı, onların sayını 

yeddiyə çatdırmışdır. MDB-də fiziki şəxslər 

üçün hesab açılmadan pul köçürmələrinin 

əsas sistemlərindən biri olaraq, «LİDER» 

dünyanın, Rusiya, bütün MDB ölkələri, ABŞ, 

İspaniya, Çin, İsrail, Çexiya, Yunanıstan, 

Böyük Britaniya, Portuqaliya, Belçika, 

İsveçrə, İtaliya, Türkiyə və Estoniya da 

daxil olmaqla, 20-dən artıq ölkəsində 

7000 pul vəsaiti qəbulu və göndərilməsi 

məntəqəsinə malikdir. Bu pul köçürmələri 

sisteminin fərqli cəhəti – vəsaitlərin 

göndərilməsi və alınmasının təcililiyinin və 

etibarlılıq zəmanətinin birləşməsidir. Bundan 

əlavə, «LİDER» pul köçürmələri sistemində 

komissiya haqqını həmişə ancaq göndərən 

ödəyir, halbuki alandan bu haqq tutulmur.

 

Bank, xidmətlərinin keyfiyyətli və rəqabət 



qabiliyyətli səviyyəsini təqdim edərək, 

«LİDER»dən savayı, daha altı beynəlxalq pul 

köçürmələri sistemi ilə – «Western Union» 

(2000-ci ildən), «Bıstraya Poçta» (2005-ci 

ildən), «CONTACT» (2006-cı ildən), «Faster» 

(2007-ci ildən), «XPmoney» (2007-ci ildən) 

və «Migom» (2008-ci ildən) – işləyir. Pul 

köçürmələri sahəsində «Unibank»ın ən 

mühüm üstünlüklərindən biri – 1,2%-dən 

başlayan tariflərdir.



KOMMUNAL ÖDƏNİŞLƏR

2009-cu ildə «Unibank» 18 paytaxt filialında 

kommunal xidmətlər üçün ödənişlərin 

qəbulunu həyata keçirir. Bu zaman Bank heç 

bir komission haqq tutmadığından, hər bir 

ödənişçi ancaq elektrik enerjisinin, suyun və 

ya qazın istifadəsi üçün qəbz üzrə məbləği 

ödəyir. Eyni zamanda müştərilərə, «Unibank» 

plastik kartlarının köməyi ilə, kommunal 

xidmətlərinin Kütləvi ödənişlər üzrə 

Mərkəzləşdirilmiş informasiya sisteminin  

www.apus.az İnternet saytının vasitəsilə 

ödənilməsi imkanı təklif olunur. Bunun 

üçün müştəri Banka müraciət etməlidir və 

onun kartı qeydiyyata alınan kimi bu cür 

əməliyyatların yerinə yetirilməsi üçün kod 

təqdim edilir.



28

      


WWW.UNIBANK.AZ

MƏHSULLAR VƏ XİDMƏTLƏR



İPOTEKA KREDİTLƏRİ

2009-cu il «Unibank» üçün Azərbaycan 

İpoteka Fondu (AİF) ilə məhsuldar əməkdaşlıq 

ili oldu. Bank Mərkəzi Bankın nəzdnində 

fəaliyyət göstərən AİF müvəkkil kredit 

təşkilatlarının yeni siyahısına daxil oldu.

Belə ki, iyunun 1-dən «Unibank» İpoteka 

Fondu tərəfindən yenidən maliyyələşdirilən 

yaşayış evlərinin alınması üçün kreditlərin 

cəlb olunması üzrə sifarişlərin qəbuluna 

başlayıb. Bu məqsədlə ipotekaya mənzil 

alınmasında maraqlı olan bütün şəxslərin 

rahatlığını təmin etmək üçün Bank onlar 

tərəfindən verilən sifarişlərin qəbul edilməsi 

və əməli sürətdə baxılmasını bir neçə 

paytaxt filialına həvalə edib. Bununla yanaşı, 

Bankımız üçün AİF tərəfindən ayrılan kredit 

limitinin həcmi bu istiqamətdə müştərilərə 

göstərdiyimiz kredit xidmətinin keyfiyyətli 

və məqsədyönlü olduğunu nəzərə alaraq 

artırıldı.

Xatırladaq ki, «Unibank» əvvəllər də İpoteka 

Fondunun müvəkkil bankları sırasında 

olub. Bankın AİF-in vəsaitləri ilə yenidən 

maliyyələşdirilən 193 ipoteka krediti üzrə 

məcmu portfeli 2009-cu ilin sonuna 7,680 

mln. AZN təşkil edib.

MƏMNUN MÜŞTƏRİLƏR XİDMƏTİ

Yeni pərakəndə satış strategiyasını həyata 

keçirərək və bank xidmətləri bazarındakı 

meylləri nəzərə alaraq, 2009-cu ilin iyununda 

Bankda xüsusi 117 Xidməti – «Məmnun 

müştərilərin Telefon Mərkəzi»ni açılıb.

Telefon mərkəzi, işgüzar adamlar da daxil 

olmaqla, öz maliyyə məsələlərinin kompleks 

şəkildə həll edilməsi hesabına vaxtına qənaət 

etməyə üstünlük verən müştərilərin bütün 

kateqoriyaları üçün açılmışdır. 117 xidmətinin 

başlıca üstünlüyü – maliyyə sahəsində 

yüksək ixtisaslı mütəxəssislərin vasitəsilə 

keyfiyyətcə yeni xidmətin göstərilməsidir. 

«Unibank»ın mütəxəssisləri və menecerləri 

indi təkcə bütün suallara cavab verməyə 

deyil, həm də, Bankın müştərilərinin öz 

iradlarını və istəklərini bildirdikləri hallar da 

daxil olmaqla, problemlərin kompleks şəkildə 

həllində yardım etməyə hazırdırlar. 

Müştərilərin rəyini dəyərli tutaraq, «Unibank» 

onlardan hər birinə bank xidmətlərinin 

keyfiyyətinə müsbət təsir etmək imkanı da 

verir. Danışıqların tam məxfiliyinə zəmanəti 

də Telefon Mərkəzinin üstünlüklərindən 

hesab etmək olar. Bank Fərdi xidmət 

göstərilməsi üzrə Telefon Mərkəzinin işini, 

Bankın fərdi müştəri bazasının artırılmasına 

və işgüzar dairələrlə tərəf-müqabillik 

münasibətlərinin möhkəmləndirilməsinə 

imkan yaradan xidmətlərdən biri kimi 

nəzərdən keçirir. Telefon Mərkəzinin 

fəaliyyəti Bankın müştərilərinin, bir 

qayda olaraq, bir neçə növ xidmətin 

göstərilməsi üçün müraciət edən və 

menecerlər tərəfindən daha qeyri-standart 

yanaşma gözləyən, iqtisadi baxımdan fəal 

müştərilərinə yönəlmişdir. 117 Xidmətinə 

müraciət edərək, hər kəs mütəxəssislərin, 

Bankın təqdim etdiyi xidmətlər və məhsullar 

barədə peşəkar məsləhətinə ümid edə bilər. 

Belə ki, özəl müştərilər şöbələrin, filialların, 

bankomatların ünvanlarını və iş vaxtını, 

bank məhsulları və seyf xidmətləri üzrə 

tarifləri dəqiqləşdirə, plastik kartlar, pul 

köçürmələri, depozitlər haqqında, ipotekanın, 

avtomobillərin satın alınması və istehlak 

ehtiyacları üçün kreditlərin rəsmiləşdirilməsi 

haqqında əlavə məlumat əldə edə bilərlər. 

Eyni zamanda, kiçik biznesin nümayəndələri 

və korporativ müştərilər üçün hesabların 

açılmasına, mikrokreditlərin, akkreditivlərin 

alınmasına, pul vəsaitlərinin yerləşdirilməsinə 

sifarişləri rəsmiləşdirmək daha asan 

olacaqdır. 



Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə