İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   ...   7   8   9   10   11   12   13   14   15

İLLİK HESABAT 2009

      


43

«BAHOOO» KOMMUNİKASİYA KONSEPTİ

2009-cu ilin yayında «Unibank» ASC, müasir 

reklam alətləri üzərində qurulmuş və bank 

reklamı haqqında onun «cansıxıcı» və dar 

auditoriyaya yönəlmiş reklam olmasını iddia 

edən əfsanəni puç edən, yeni «Bahooo» 

kommunikasiya konseptini həyata keçirdi.

Konseptin həyata keçirilməsi zamanı istifadə 

edilən ifadə, bir qayda olaraq, hansısa 

bir gözlənilməz hadisə, yeni xəbər və ya 

xidmətlə tanışlıq zamanı təəccüb və heyrət 

hissinin ifadə olunması üçün istifadə edilir. 

Bankın reklamında haylanmaqla səsləndirilən 

məşhur «Bahooo» nidasının vasitəsilə 

müştərilərdə, onlara təklif edilən xidmətlərin 

informasion və vizual baxımından yeniliyi 

və innovasionluğu hissi formalaşır. Bank 

xidmətləri bazarında yenilikçi olaraq, biz 

öz kommunikasiyalarımızda həm maliyyə 

müəssisəsinin öz müştərilərinə hörmətini, 

həm də özünün bütün əhatəsinə müsbət 

münasibətini translyasiya edirdik.

Bu cür yanaşma özünü, müştərilər 

tərəfindən Bankın yeni xidmətləri, tarifləri 

və layihələri ilə tanışlıq üçün sərf etdikləri 

vaxtın məhsuldarlığı və optimallaşdırılması 

nöqteyi-nəzərindən ən səmərəli yanaşma 

kimi təsdiq etdi. Yenilik effektinin sayəsində, 

«Bahooo» konsepti potensial müştərilərilərə 

də yaxın olmaq imkanı verdi və bununla da 

reklam kampaniyasının gedişində maksimal 

sinerji effekt əldə edildi. Konseptin həyata 

keçirilməsinin elə ilk günlərindən bir neçə 

min istehlakçının Bankın reklam aksiyalarında 

interaktiv qaydada iştirak etməsi buna sübut 

oldu.

«Bahooo» konsepsiyasının üslubiyyətində 



ilk dəfə olaraq xarici reklam üçün tizer-

bannerlərin dizaynı yerinə yetirilmiş, analoji 

flaş-bannerlərin yerləşdirilməsi həyata 

keçirilmişdir. Nisbətən bahalı olmayan reklam 

daşıyıcılarından istifadə edilməsi fonunda, 

məhz reklam xəbərlərinin keyfiyyətinə 

xüsusi diqqət yetirilmişdir. Belə ki, ilkin 

mərhələdə Bankın reklam xəbərlərində nə 

məhsulun özünün, nə də təchizatçının adı 

çəkilmirdi. İstehlakçıların diqqətinə

www.bahooo.com saytı təklif edilirdi, 

burada hər bir kəs, reklam xəbərinin müəllifi 

olan şirkətin düzgün variantını şərh edərək, 

mükafat ala bilərdi. Bankın bir neçə yüz 

hədiyyəsi arasında ən əsası – sahibi on-

layn rejimində keçirilən vebkast vasitəsilə 

müəyyən edilən, Türkiyəyə səfərdir.



44

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


45

Əvəzedilməzliyini başa düş

Qatıldığın komandanın vacib hissəsi olduğunu, əvəzedilməzliyini 

dərk et. Sən mürəkkəb sxemdə hiss edilməyən adi bir cizgi deyil

çalışan bir cihazın işlək mexanizmisən. İşini qiymətləndirmək və 

sevmək üçün bunu bilmən əsasdır. Sənə arxayın olanların inamını 

doğrultmaq, sənə ötürülən enerjinin görünən işə çevrilməsini təmin 

etmək borcundur.  




46

      


WWW.UNIBANK.AZ

RİSK-MENECMENT

Risklərin keyfiyyətli idarə olunması 

«Unibank»ın təkcə etibarlılığının və 

dayanıqlılığının mütləq şərtlərindən biri deyil, 

həm də onun səmərəli işinin zəruri şərtidir. 

Bank risklərinin idarə olunması metodlarının 

təkmilləşdirilməsi Bank tərəfindən onun 

fəaliyyətinin ən mühüm istiqamətlərindən biri 

kimi nəzərdən keçirilir.

Ölkənin ən etibarlı banklarından biri nüfuzuna 

malik olaraq, risklərin idarə olunması 

sahəsində «Unibank» qarşısına təkcə bu 

sahədə Azərbaycan Mərkəzi Bankının 

normativlərinin və Bazel Komitəsinin 

tövsiyələrinin sözsüz yerinə yetirilməsi 

vəzifəsini deyil, həm də istənilən mümkün 

olan iqtisadi vəziyyətdə müştərilər 

tərəfindən öz öhdəliklərinin yerinə 

yetirilməsinin maksimal dərəcədə təmin 

edilməsi məqsədini qoyur. Məhz buna görə, 

öz fəaliyyətimizdə biz maksimal gəlirin əldə 

edilməsi məqsədini nəzarət olunan məcmu 

risklə dayanıqlı inkişaf məqsədinə tabe edirik. 

Eyni zamanda, «Unibank», bank etikasının 

əsas prinsiplərindən biri olan və Bank 

qazancının onun müştərilərinin gəlirindən 

yuxarı ola bilməyəcəyini nəzərdə tutan 

prinsipini rəhbər tuturuq.

Öz işində Bank qiymətləndirilmənin ən 

müasir yanaşmalarından istifadə etməyə 

çalışır ki, bunların da arasında Bazel 

Komitəsinin normativ sənədləri ilə tövsiyə 

olunan risk altında olan kapitalın özünün 

dəyərinin qiymətləndirilməsi metodunu 

xüsusi fərqləndirmək lazımdır. Bu zaman 

hər bir subportfelin məcmu maliyyə riskinə 

verdiyi payın, habelə risklərin ayrı-ayrı 

növləri üzrə Bankın kapitalının hesablanması 

yerinə yetirilir.

Bankda, öz üzərinə götürülən risklərin, 

onların optimal qaydada məhdudlaşdırılması 

məqsədilə, aşkar edilməsini, ölçülməsini, 

onlara nəzarəti və onların tənzimlənməsini 

təmin edən, risklərin idarə olunmasının 

kompleks sistemi yaradılmışdır və fəaliyyət 

göstərir. Risklərin idarə olunması sisteminin 

təşkilati əsası qismində isə artıq neçə ildir 

ki, müstəqil struktur bölməsi – Risklərin 

idarə edilməsi departamenti fəaliyyət 

göstərir. Onu da qeyd etmək lazımdır ki, 

«Unibank» ASC-nin risklərin idarə olunması 

sistemi 2007-ci ildə Bankın əmanətlərin 

sığortalanması fonduna daxil olması 

prosedurunun gedişində sınaqdan keçmişdir.

KREDİT RİSKLƏRİNİN İDARƏ OLUNMASI

Kreditləşdirilmə – Bank tərəfindən həyata 

keçirilən aktiv əməliyyatların başlıca 

növüdür, buna görə də kredit riskinin 

eyniləşdirilməsi, qiymətləndirilməsi və 

idarə olunması prosedurlarına yüksək 

səviyyədə diqqət yetirilir. Buna görə də, 

kredit siyasətinin məqsədləri arasında 

kredit portfelinin keyfiyyətinin (riskin) 

məqbul səviyyədə saxlanması və Bankın 

etibarlı və maliyyə baxımından dayanıqlı 

müştərilərinin dairəsinin genişləndirilməsi 

xüsusi vurğulanır. Kredit riskinin 

səviyyəsinin məhdudlaşdırılması üzrə 

tədbirlərdən biri kimi, Bank tərəfindən, 

satışın mütləq şərtlərinə daxil olan bir 

sıra minimallaşdırıcı məhdudiyyətlər daxil 

olan, standart kredit məhsulları işlənib 

hazırlanmışdır. Bu məhsullara aşağıdakılar 

aiddir: korporativ müştərilərə overdraftlar

banklararası kreditlər, fiziki şəxslərə plastik 

kartlar üzrə overdraft şəklində kreditlər, 

avtonəqliyyat vasitəsinin satın alınması 

üçün kreditlər, məqsədsiz istehlak kreditləri, 

kiçik və orta biznesə kreditlər. Standart 

kredit məhsullarının hər biri üzrə, onun 

təqdim edilməsi və riskin səviyyəsinin 

məhdudlaşdırılması prosedurunu tənzimləyən 

normativ sənəd işlənib hazırlanmışdır ki, ona 

da riayət edilməsinə ciddi şəkildə nəzarət 

olunur.

Bankda, kreditin təqdim edilməsi, kredit 



layihəsinin texniki-iqtisadi əsaslandırılmasının 

qiymətləndirilməsi zamanı müştərilərdən 

tələb olunan sənədlərin unifikasiya 

olunmuş siyahısı təsdiq edilmişdir ki, 

bu da planlaşdırılan əməliyyatın risk 

səviyyəsi haqqında kompleks məlumat 

toplamağa imkan verir. Bu zaman Bank, 

əsaslandırılmamış yüksək kredit riskinə malik 




Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə