İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   2   3   4   5   6   7   8   9   ...   43

13
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
formasında işlənir. Daha çox isimlərin sonuna qoşulmaq-
la əlamət, keyfiyyət bildirən yeni sözlər düzəldir. Məsələn: 
rəqəmsal, duyğusal, qumsal.
-in.  Omonim  şəkilçi  olub,  bəzi  say  və  isimlərdən  şəxs 
adı  bildirən  onamastik  vahidlər  düzəldir.  Məsələn:  İlkin, 
Eşqin.
-ti. Bu şəkilçi feildən isim düzəldən –ti şəkilçisi ilə omo-
nimlik  təşkil  edir.  Qeyri-məhsuldar  şəkilçi  kimi  isimdən 
əşya, mücərrəd, kiçiltmə mənalı isim düzəldir. Hənir sözünə 
qoşularaq hənirti sözünü yaradır. Məsələn: Alıb hənirimi haya 
gəlmisən...(A.Laçınlı), Hənirtiyə həyətə çıxan Qönçə xanım bir 
xeyli  heyranlıqla  qardaşının  yanakı  qoyduğu  papağına,  əyninə 
kip  yapışan  gödəkcəsinə,  qara  məxmər  şalvarına,  günün  işıltı-
sında burnu parıldayan çəkməsinə və zər baftalı dolağına xeyli 
baxmışdı.(İ.Şıxlı).
-pər.  Sifətdən  sifət  düzəldən  qeyri-məhsuldar  söz-şə-
kilçidir.  Dilimizdəki  “yekəpər”  sözü  bu  şəkilçi  vasitəsilə 
əmələ gəlmişdir.
-bab. Müasir Azərbaycan dilində sifətdən sifət düzəldən 
qeyri-məhsuldar söz şəkilçi olub, babat sözünün şəkilçiləş-
məsi, ixtisarı nəticəsində meydana gəlmişdir. Dilimizdə bu 
model əsasında onlarla söz yaranmışdır. Tədricən sabitləş-
məyə doğru inkişaf mərhələsindədir. Məsələn: ortabab.
-düz. Bu şəkilçi qədim türk yazılı abidələrinin dilində 
tüz şəkilində işlənmişdir. Yaranma tarixi qədim olmasına 
baxmayaraq söz yaradıcılığı prosesində olduqca zəif iştirak 
edir. Dilimizdəki gündüz sözü bu şəkilçi vasitəsilə yaranıb. 
Qoşulduğu sözdə zaman məfhumu yaradır:
 Sinəsində dağlar qalan,
 Bir həsrətlə ağlar qalan,


14
İlkin Əsgər
Gecə, gündüz çağlar qalan
Araz kimi çayım varmış. 
(V.Dumanoğlu)
-a,-ə.  Söz  yaradıcılığı  prosesində  omonimlik  keyfiyyə-
tinə  malik  budaq  morfem  kimi,  həm  məhsuldar,  həm  də 
qeyri-məhsuldar şəkilçi yerində çıxış edir. Əsasən adların 
sonuna əlavə olunmaqla zaman, bənzətmə, əşya, alət bil-
dirən  sözlər  düzəldir.  Məsələn:  küpə,  qoza,  gecə,  lavaşa. 
Siçanla  pişik  bir  küpə  tapıb  yağı  doldurdular  içinə,  aparıb  bir 
ağacın dibində yer qazıb basdırdılar, sonra qayıdıb gəldilər ev-
lərinə.(folklordan), Gecə ulduzludur, hava da sərin.(S.Vurğun)
-ə.  Qeyri-məhsuldar  omonim  şəkilçi  olub,  feldən  sifət 
əmələ gətirir. Məsələn: kəsə (yol); Məktəbdə oxuduğu vaxt, 
qış və yay tətillərində yoldaşları ilə şəhərə həmin bu kəsə cığırla 
gəlib-gedərdi.(İ.Şıxlı)
-n.Omonim səciyyəsi daşıyan və isimdən isim düzəldən 
qeyri-məhsuldar  şəkilçidir.  Qoşulduğu  sözdə  daha  çox 
mücərrədlik yaradır. Məsələn. qadağan, məsələn və s.
-qa.  Əsasən,  təsirsiz  fellərə  qoşulmaqla  yeni  mənalı, 
əlamət bildirən sözlər düzəldir. Məsələn. Sızqa, şişqa
Sinəm yaman sözlə dolub,
Səndə gülüm vaxtsız solub.
Yol üstdəki bulaq olub
Sızqa-sızqa axam dağlar?! (V.Dumanoğlu)
-ey,-dey. Bu söz-şəkilçi artırıldığı sözdə məkan, yer məz-
munu  yaradır.  –ey  söz-şəkilçisi  dilimizdə  tərəf  mənasını 
ifadə edir. Məsələn. Quzey(gün düşməyən tərəf//yer), güney(-
gün düşən tərəf), daldey(dalda yer). Şəkilçi “quzey” sözünün 
tərkibində artıq daşlaşmışdır.


15
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
Güneydə quzeyim, qışda yazımsan.(B.Vahabzadə), Quzey-
lərdən  qar  əriyib  gedəndə;  çəmən  yaşıl,  çiçək  qönçə  olarmış.
(V.Dumanoğlu), Yaz qabağı gün güneyi döyəndə...(M.Şəhri-
yar) və s.
-ısqal. Dar sözünə qoşulub “darısqal” sifətini düzəldir. 
“Əsli darsınqal olub, tatar dilində bu kəlmə darsınırqa kimi 
işlədilir. –sın şəkilçisi müxtəlif formalarda işlədilir və me-
yil bildirir. (gülümsünmək, qohumsunmaq). Deməli, dar-
sın sözü azca dar olmaq deməkdir, feildir. –qal şəkilçisi isə 
feldən sifət düzəldir”. (12.,115) Müasir Azərbaycan dilində 
-ısqal kimi sabitləşmişdir.
-bat. Adlardan ad düzəldən qeyri-məhsuldar söz-şəkil-
çidir. Əsasən səbəb anlayışı yaradır. Məsələn: ucbat ( müqa-
yisə edin: ucundan-ucbatından-üzündən)
-sı,-si,-su,sü. Əslində bu şəkilçi saitlə bitən sözlərdə III 
şəxs  təkini  ifadə  edən  mənsubiyyət  göstəricisidir.  Sözdə-
yişdirici  şəkilçinin  sözdüzəldici  şəkilçiyə  çevrilməsi  yolu 
ilə  yaranmışdır.  Lakin  –sı,-si,-su,-sü  mənsibiyyət  şəkilçi-
li bütün sözləri bu qrupa aid etmək olmaz. İsimlərdən və 
bəzi substantiv səciyyəli sözlərdən ad, şəxs, əzizləmə, mü-
raciət, xülasə, əşya mənalı sözlər düzəldir. Məsələn. qada-
sı, Ağası, balası, ölüsü, eləsi, beləsi, intəhası, cəmisi və s. 
Qadası, balası kimi sözlər daha çox danışıq dili üçün sə-
ciyyəvi olub, müraciət bildirir. Cəmisi sözü isə mənsubiy-
yət  şəkilçisinin  iki  dəfə  təkrarı  əsasında  əmələ  gəlmişdir. 
Bu şəkilçi əsasında əmələ gəlmiş ölüsü,(axırı, yekunu mə-
nasında-İ.Ə), intəhası sözləri artıq dilimizdə sabitləşmişdir 
və ara söz qismində çıxış edir.
-zik. Feil sonuna artırılmaqla əşya, alət, vasitə, qab bil-
dirən yeni mənalı isim əmələ gətirir. Məsələn: əmzik; Tey-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə