İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   2   3   4   5   6   7   8   9   ...   43

16
İlkin Əsgər
mur qoltuğundakı kağızı açdı, ordan bir əmzik çıxardıb Leyla-
ya verdi.(İ.Şıxlı).
-caq,-cək.  Şəkilçi  omonimlik  keyfiyyətinə  malik  olub, 
dilimizdə müxtəlif söz qruplarına aid yeni sözlər düzəldir. 
Əsasən, felin kök və əsasına artırılıb əşya, alət(isim),əlamət, 
keyfiyyət (sifət), hal-vəziyyət, zaman(feli bağlama) məfhu-
mu ifadə edən sözlər düzəldir. Məsələn: bürüncək, yelləncək, 
gəmircək,  tüpürcək,  əmcək  (isim),  utancaq,  ərincək  (sifət), 
çıxcaq, görcək, gəlcək, qoycaq, gülcək (feli bağlama) və s.
İsim düzəldən –cək şəkilçisinə -cəg formasında olmaqla 
“Kitabi-Dədə  Qorqud  dastanları”nın  dilində  işlənmişdir: 
...Qavradı, qızıŋ bağdamasın aldı. Əmcəgindən tutdı. Qız qu-
candı.  ...  Buyurdu  bir  dayə  gəldi.  Əmcəgini  ağzına  verdi.  Bir 
sordı, olanca südin aldı...
Qeyd:  Feli  bağlama  əmələ  gətirən  –caq,-cək  şəkilçisi  ta-
rixən də dilimiz üçün xarakterik olmuşdur. Şəkilçi haqqın-
da  H.Mirzəzadə  yazır:  “  Bu  şəkilçinin  XIX  əsrdə  az-çox 
işləndiyi  müşahidə  olunursa  da,  XX  əsr  ədəbi  dilində  və 
dialektlərdə özünü göstərmir”.(39.,293). Müxtəlif dil fakt-
ları üzərində aparılan müşahidələr göstərir ki, bu yanaşma 
düzgün deyildir. Çünki orta əsrlərdə olduğu kimi XX əsrdə 
də -caq,-cək şəkilçisi işlənmişdir. Təkcə Sabirin yaradıcılı-
ğında bu şəkilçiyə bir neçə dəfə rast gəlmək mümkündür. 
Məsələn, Sabirin 1907-ci ilin 13 sentyabrında “Bəhlul” jur-
nalının altıncı nömrəsində nəşr olunan və “Bəzi yerlərdə tə-
sadüf olunur aşa, ətə...” misrası ilə başlanan şeirində –caq,-
cək şəkilçisi aşağıdakı formada işlənmişdir:
Bəzi yerlərdə təsadüf olunur aşa, ətə,
Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!


17
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
 O qədər xoşlanıram tüstüsü çıxcaq kababın-
 Ac bişik tək cumuram şövq ilə birbaşa ətə!
Bu  şəkilçi  ilə  sinonimlik  təşkil  edən  zaman  mənalı  –
ğac,-gəc  şəkilçisi  də  tarixən  işlək  olmuşdur.  “Kitabi-Də-
də Qorqud dastanları”nın dilində, Nəsimi, Xətayi, Füzuli, 
Saib Təbrizi, Qövsi Təbrizi kimi sənətkarların yaradıcılığın-
da –ğac,-gəc şəkilçisi vasitəsilə əmələ gələn çoxlu sayda feli 
bağlamalara rast gəlmək mümkündür. Təkcə Q.Təbrizinin 
“Görgəc” rədifli qəzəlində -gəc şəkilçisi on dəfə görgəc sö-
zünün (rədif formasında) tərkibində işlənmişdir:
Əldən gedirəm sərvi-xüramanını görgəc,
Dildən düşürəm qönçeyi-xəndanını görgəc.
Rəhm eyləyib əhvalına kuyindəki itlər,
Fəryadə gəlir Qövsiyi-nalanını görgəc. 
-gəc,-ğac  şəkilçili  sözlər  əksərən  determinat  xarakterə 
malik  olub,  cümlənin  ümumi  məzmunu  ilə  əlaqələnir. 
Məsələn: Böylə digəc oğlanıŋ qulağına səs toqındı. Başın qaldır-
dı, yalabıdaq gözin açdı. Anasınıŋ yüzinə baqdı...
-acıq.  Sifətin  azaltma  dərəcəcinin  morfoloji  göstəricisi 
hesab olunur. Dilimizdə say və zərf kimi işlənən az (çox sö-
zünün antonimi) sözünə artırılıb azacıq sözünü düzəldir. 
Bu sözə “Azacıq aşım, ağrımaz başım” atalar sözündə də rast 
gəlinir. Güman olunur ki, azacıq sözü tarixən azazcıq for-
masında olmuş, zaman keçdikcə eliziya hadisəsi nəticəsin-
də azacıq şəklinə düşmüşdür. Məsələn: Qapı azacıq aralandı.
(İ.Şıxlı), Donuz isə nəfəsini dərib fürsət gözləyir, azacıq keçsə, iti 
parçalayacaq.(İ.Şıxlı)


18
İlkin Əsgər
-lam. Sifətdən sifət düzəldən qeyri-məhsuldar şəkilçidir. 
Əlamət, keyfiyyət məfhumu ifadə edir. Məsələn: sağlam
-aq. Feildən ad düzəldən –aq,-ək,-q şəkilçisi ilə omonim-
lik  təşkil  edir.  Qeyri-məhsuldar  şəkilçi  olub,  adlardan  ad 
düzəldir. Məsələn: yalaq, xeylaq. Xeylaq sözündə eliziya 
hadisəsi nəticəsində saiti düşmüşdür. Xeyli+aq=xeylaq.
Bu şəkilçi qeyri-məhsuldar olsa da, dilimizdə işlənmə ta-
rixi olduqca qədimdir. Hətta “yalaq” sözünə “Kitabi-Dədə 
Qorqud dastanları”nda rast gəlinir:
 İlaqırdı söyləmə, mərə itüm kafir!
 İtümlə bir yalaqda yundım içən azğun kafir!
Bu məqamda –aq şəkilçisi qoşulduğu sözdə alət, əşya, 
yer, məkan, qab çalarını ifadə edir. Yalaq sözünün seman-
tikası da bunu sübut edir. Şəkilçi dialekt və şivələrimizdə 
də işlənməkdədir. –aq şəkilçisinin –ax fonetik variantı Qa-
zax və Cəbrayıl dialektində qeydə alınmışdır. –aq şəkilçisi 
həm –aq, həm də -ax formasında İ.Şıxlı yaradıcılığında da 
işlənmişdir: Güllü xanım bu gün itləri zəncirdən tez açdırmış-
dı. Gəlinlər itlərin yalaxlarını yal ilə doldurmuşdu. İtlər əvvəlcə 
zəncirdən açılandan sonra evin ətrafında hərlənmiş, Kürün yaxa-
sı  boyu  qaçmış,  sonra  da  yalaxların  üstünə  cumaraq  mırıl-
daşa-mırıldaşa yala hücum etmişdilər...Yalaq düzəldib ala 
çatıları ora qoyurdular.
-ay. Qeyri-məhsuldar söz-şəkilçi olubfeildən əşya, pro-
ses,  hadisə  məzmunu  ifadə  edən  isim  düzəldir.  Məsələn: 
olay
-tay.  Bu  şəkilçi  də  qeyri-məhsuldar  söz-şəkilçilər  qru-
puna aiddir. “Qurulmaq” felinin əsasına əlavə olunaraq, 
əşya, hadisə, ictimai məzmun daşıyan “qurultay” sözünü 
yaradır.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə