İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   2   3   4   5   6   7   8   9   ...   43

19
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-sul. Bu şəkilçinin sifət düzəldən –lı,-li,-lu,-lü şəkilçisinin 
sinonimi olan –sal-sel budaq morfemi ilə qohum olmasını, 
bir mənbədən yaranmasını düşünmək olar. “Yox” sözünə 
qoşulub yoxsul sifətini düzəldir.
-mal.  Bəzi  feillərin  sonuna  artırılmaqla,  əlamət,keyfiy-
yət bildirən sifətlər düzəldir. Dilimizdə sağmal və qırışmal 
sözlərində təsadüf olunur. Məsələn: Onun beş sağmal camı-
şı  vardı,  bir  də  ərəmiyi.(İ.Şıxlı).  Müasir Azərbaycan  dilində 
-mal şəkilçisi vasitəsilə yeni bir neologizm də yaranmış la-
kin hələ tam sabitləşməmişdir. Məsələn: tanımal. Mustafa 
kişi  tanımallığı  sayəsində  özünə  yaxşıca  hörmət-izzət  qazan-
mışdı.(İ.Mahmud), Tanımal Mustafa elə darıxırdı, heç olmayan 
kimi.(İ.Mahmud).
-taq. İsimdən atributiv səciyyəli söz əmələ gətirən qey-
ri-məhsuldar  şəkilçidir.  Qoşulduğu  sözün  məzmununda 
şəxs, əlamət, keyfiyyət, xüsusiyyət çaları yaradır Məsələn: 
yaltaq
-ıc. İsim düzəldən milli mənşəli qeyri-məhsuldar şəkilçi-
dir. Qoşulduğu sözdə əşya, alət,yer, məkan çaları yaradır. 
Məsələn: ayrıc, ismarıc və s.
-calı. Daha çox rəng bildirən sifətlərdən yer, məkan mə-
nalı  toponimlər  əmələ  gətirir.  Məsələn:  Sarıcalı,  Alıcalı, 
Qaracalı və s.
-cəli. Bu şəkilçi zahirən –calı şəkilçisinə oxşasa da, on-
dan öz funksiyasına, təyinatına görə əsaslı şəkildə fərqlə-
nir.  Müasir Azərbaycan  dilində  feildən  əlamət,  keyfiyyət 
bildirən yeni söz düzəldir. Məsələn: öyrəncəli.
Dərddən qəlbim qubar-öyrəncəliydim,
Hər cür iztiraba öyrəncəliydim.


20
İlkin Əsgər
Ən ağır əzaba öyrəncəliydim,
Belə mat qalmadım mən ömrüm boyu. 
(R.Məcid) 
-cəli budaq morfominin tərkibindəki –cə hissəciyi də -calı 
(Qaracalı və s.) morfominin tərkibində olan –ca hissəciyi ilə 
eyni mənbədən deyillər və fərqli semantikaya malikdirlər. 
Çox güman ki, -cəli şəkilçisindəki –cə hissəciyi -acaq, -əcək 
şəkilçisi ilə eyni mənbədən olub, onun sadələşməsi əsasın-
da yaranmışdır: öyrənəcəkli -öyrəncəkli -öyrəncəli.
-qədər.  Bu  söz  dilimizdə  həm  əsas  nitq  hissəsi  kimi, 
həm də köməkçi nitq hissəsi kimi işləndiyindən omonim-
lik  keyfiyyətinə  malikdir.  Qeyri-məhsuldar  şəkilçi  kimi 
müasir  Azərbaycan  dilində  məktəbəqədər  sözünü  əmələ 
gətirir.  Bu  şəkilçi  əslində  adlıq,  yiyəlik,  yönlük  hallı  söz 
və  birləşmələrə  qoşulan  -qədər  qoşmasnın  şəkilçiləşməsi, 
ilkin  mənasından  qismən  uzaqlaşması  nəticəsində  əmələ 
gəlmişdir. –ca,-cə köməkçi nitq hissəsi söz yaradıcılığında 
iştirak etdiyi kimi, -qədər qoşması da iştirak edə bilir və yeni 
mənalı  söz  düzəldir.  Qeyd  edək  ki,  bu  fikir  şəkilçiləşmiş 
və sözlərə bitişik yazılan bütün qoşmaların, ümumiyyətlə 
köməkçi  nitq  hissələrinin  leksik  şəkilçi  olması  anlamına 
gəlməz. Bu onların semantikasından, vurğusundan, işlən-
mə məqamından asılıdır. Şəkilçiləşmiş –qədər morfemi ilə 
adlıq, yiyəlik və yönlük (Əli qədər, onun qədər, məktəbə qədər 
və s.) halda olan söz və birləşmələlə işlənən qədər qoşması 
zaman və məkan etibarı ilə də fərqlənirlər. Qədər qoşması 
daha çox yer, məkan, məsafə, ölçü bildirir. Qeyri-məhsuldar 
şəkilçi kimi isə əsasən zaman, yaş, dövr ifadə edir. Bundan 
əlavə qədər qoşması adlıq və yiyəlik hallı sözlərlə işləndik-


21
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
də müqayisə, bənzərlik, oxşarlıq çalarına malik olur.
-varı.  (-vari).  Bu  şəkilçi  nisbətən  məhsuldarlığı  ilə  se-
çilən,  ahəng  qanununa  tabe  olmayan  və  bir  cür  yazılan 
şəkilçidir.  Qoşulduğu  sözlərdə  əlamət,  keyfiyyət,  bənzər-
lik, eynilik, oxşarlıq çaları yaradır. Əsasən, adlardan sifət 
düzəldir.  Məsələn:  buynuzvarı,  yüngülvarı,  nağılvarı, 
ipəkvarı, oyunvarı, dənəvarı, dilcikvarı, muncuqvarı, otaq-
varı və s.  
 
 
 
 
 
 
 
Bu şəkilçi əslində məhsuldardır. Şəkilçinin yazılışına dair 
ziddiyyətli məqamalar olduğu üçün, bu haqda münasibət 
bildirmək zərurətini duyduq. Qeyd edək ki, bəzi ədəbiy-
yatlarda şəkilçi varı şəklində sözlərə bitişik yazılır. Ümu-
miyyətlə,  -vari/ı  şəkilçisinin  yazılışı  müxtəlif  illərdə  nəşr 
olunan orfoqrafiya qaydaları və lüğətlərində bir neçə dəfə 
dəyişmişdir. Məsələn, Azərbaycan SSR Nazirlər Sovetinin 
1958-ci il 24 iyul tarixli, 497 nömrəli və 1959-cu il 6 aprel 
tarixli 286 nömrəli qərarları əsasında 1975-ci ildə nəşr olu-
nan orfoqrafiya lüğətinin III nəşrində bu şəkilçinin yazılışı 
-varı  kimi  göstərilmiş  və  izah  olunmuşdur.(bax:  19.,  15). 
Prof. Ə.Əfənizadə də şəkilçini “Orfoqrafiya-orfoepiya lüğə-
ti”ndə -varı kimi vermişdir. Orfoqrafiya lüğətinin 2004-cü 
il nəşrində isə (bax: 6) şəkilçinin yazılışı haqqında müva-
fiq qayda göstərilsə də, lüğətdə buna əməl edilməyib. Bu 
lüğətin  “Orfoqrafiya qaydaları” hissəsinin şəkilçilərin ya-
zılışı bölməsində şəkilçi -vari kimi izah olunur və müvafiq 
misallar  verilir:  “...vari  şəkilçisi:  buynuzvari,  qalxanvari, 
yüngülvari, üzükvari”(bax: 6.,7) Lakin lüəğət boyu göstə-
rilən sözlər də daxil olmaqla –vari şəkilçili sözlər –varı for-
masında yazılmışdır. 2013 –cü ildə nəşr olunan Azərbaycan 
dilinin orfoqrafiya lüğətinin VI nəşrində isə, şəkilçi –varı 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə