İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

101
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-iya,-asiya.  Rus-avropa  mənşəli  omonim  şəkilçi  olub, 
əsasən,  əşya  məzmunu  bildirən  sözlər  əmələ  gətirir. 
Məsələn:  motivasiya,  dekorasiya,  oliqarxiya,  qarantiya, 
refleksiya, vaksinasiya, omonimiya, sinonimiya, olimpiya 
və s.
-iça,-içə. Rus-avropa mənşəli şəkilçi olub, əsasən, alınma 
mənşəli sözlərin tərkibində işlənir. Mənbə dildən fərqli ola-
raq dilimizdə isimdən isim düzəldən şəkilçi funksiyasında 
çıxış edir. Qoşulduğu sözdə əşya, vəzifə, rütbə, şəxs, cins 
çaları ifadə edir. Məsələnkraliça, çariça, imperatriçə və s.
-essa. Bu şəkilçi fransız mənşəli olub, müasir Azərbay-
can  dilində  qeyri-məhsuldar  şəkilçi  qismində  çıxış  edir. 
İsimdən isim düzəldərək şəxs, əşya, cins məzmununu bil-
dirir. Məsələn: baronessa 
-essa şəkilçisi təxminən –ıça,-içə və milli mənşəli –ım şə-
kilçiləri  ilə  qrammatik  sinonimlik  keyfiyyətinə  malikdir. 
Müqayisə edin: kral-kraliça, çar-çariça, imperatr-imperat-
riçə, xan-xanım və s.
-re. Bu şəkilçi ön şəkilçidir. Həm sifətlərə, həm də isim-
lərə  qoşula  bilir.Məsələn:  aktiv-reaktiv,  forma-reforma, 
konstruksiya-rekonstruksiya və s.(7.,25)
-ir.  Rus-avropa  mənşəli  qeyri-məhsuldar  ön  şəkilçilər-
dən biri olub, alınma mənşəli adlardan yeni sözlər əmələ 
gətirir.  Bu  şəkilçi  həm  milli,  həm  də  alınma  mənşəli  –ir 
şəkilçisi  ilə  omonimlik  keyfiyyətinə  malikdir.  Qoşulduğu 
sözdə daha çox əlamət, keyfiyyət, xüsusiyyət, əkslik çaları 
ifadə edir. Məsələn: irreal, irrasional, irradiasiya və s.
-poli.  Rus-avropa  mənşəli  qeyri-məhsuldar  ön  şəkilçi-
dir. Məsələn: polisemantik, politexnikum, poliklinika və s.


102
İlkin Əsgər
-ura. Daha çox ixtisas, dərəcə, təhsil, elm anlayışı ilə bağ-
lı  sözlər  düzəldir.  Məsələn:  doktorantura,  dissertantura, 
rezidentura və s.
-inq. Bu şəkilçi əsasən, dilimizə ingilis dilindən keçmiş 
sözlərə əlavə olunmaqla, əşya məfhumu ifadə edən bir sıra 
neologizmlər  yaradır.  Məsələn:  parkinq,  pressinq,  mar-
ketinq,  monitorinq  və  s.  Dilimizdə  tədricən  sabitləşməyə 
doğru inkişaf edir.
-alyon.  Olduqca  qeyri-məhsuldar  şəkilçi  olub,  peşə, 
sənət, şəxs bildirən söz düzəldir. Məsələn: poçtalyon
-oloji. Rus-avropa mənşəli qeyri-məhsuldar son şəkilçi-
dir. Müasir Azərbaycan dilində əlamət, keyfiyyət bildirən 
sözlər  düzəldir.  Məsələn:  mifoloji,  türkoloji,  tipoloji, 
psixoloji və s.
-ir. İsimlərin sonuna artırılmaqla sənət, peşə, insan anla-
yışı ifadə edən sözlər düzəldir. Məsələn: bankir, kassir, bi-
riqadir və s. Kassir və biriqadir sözlərində eliziya hadisəsi 
nəticəsində “a” hərfi düşmüşdür. Məsələn: Hamıdan xahiş 
etdi ki,heç olmasa qoyun, kolxozda bir kişi briqadiri olsun.(İ.Şıx-
lı), Ancaq briqadir onu saxladı.(İ.Şıxlı)
-ka.  İsimdən  isim  düzəldən  Rus-avropa  mənşəli  qey-
ri-məhsuldar şəkilçidir. Qoşulduğu sözdə əşya, alət, vasitə, 
geyim məzmunu yaradır. Məsələn: vizitka, maşınka, slav-
yanka, probka, futbolka və s.
-men. Avropa mənşəli şəkilçi olub, azərbaycanca “kişi”, 
“adam” mənasında işlənir. Mənbə dildə müstəqil söz kimi 
işlənən –men şəkilçisi dilimizdə neologizmlərin yaranma-
sında  mühüm  əhəmiyyət  kəsb  edir.  Məsələn:  biznesmen, 
sazmen, şoumen, cazmen, polismen və s.


103
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-pan. Rus-avropa mənşəli qeyri-məhsuldar ön şəkilçidir. 
Məsələn: pantürkizm, pantürkist
-it. İsimdən isim düzəldən qeyri-məhsuldar söz-şəkilçi-
dir. Əsasən əşya, proses bildirir. Məsələn: bronxit.
-izə.  Rus-avropa  mənşəli  qeyri-məhsuldar  şəkilçidir. 
Adlardan yeni sözlər əmələ gətirir. Məsələn: idealizə, re-
alizə və s.
-geo.  Bu  morfem  yunan  mənşəli  olub,  dilimizdə  qey-
ri-məhsuldar ön şəkilçi funksiyasında çıxış edir. Məsələn: 
geokimiya, geokimyəvi, geofizika, geokosmik və s. Müasir 
Azərbaycan  dilində  geo  adlı  müstəqil,  leksik  məna  ifadə 
edən söz yoxdur. Azərbaycan dilinin izahlı lüğətində də bu 
morfem  söz  əvvəlində  işlənən  önlük  kimi  izah  olunmuş-
dur:  “  geo...(yun.  ge-yer)  Bir  sıra  xarici  sözlərin  (isim  və 
sifətlərin) qabağında, onlara yer, Yer kürəsi, yer qabığı mə-
nası verən önlük; məs: geobotanika, geologiya, geofizika”.
(9.,220) 
 
 
 
 
 
Qeyd  edək  ki,  -geo  şəkilçili  sözlərin  hamısı  quruluşca 
düzəltmə deyil. Bu sözlər əsasən alınma olub, mənbə dildə 
olduğu kimi dilimizə keçmişdir. Məsələn, geoloq, geoloji, 
geologiya və s. kimi sözləri tərkib hissələrə ayırmaq müm-
kün deyil. 
-neo. Bu şəkilçi də yunan mənşəli olub, qeyri-məhsuldar 
ön  şəkilçidir.  –neo  yunanca  “neos”  sözündən  olub,  azər-
baycanca “yeni” deməkdir. (bax: 9.,468) Dilimizdə –neo şə-
kilçili sözlərin hamısı quruluşca eyni olmayıb, bir-birindən 
fərqlənirlər. Məsələn, neolit, neologizm, neantrop və s. söz-
lər quruluşca sadə, neorealizm, neopifaqorçu, neolinqvisti-
ka, neoplastik kimi sözlər isə düzəltmədir. Halbuki, mənbə 
dildə bu sözlərin əksəriyyəti quruluş etibarilə düzəltmə və 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə