İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

104
İlkin Əsgər
müəkkəbdir.  Məsələn,  neologizm  yunanca  neos-yeni,  və 
logos-anlayış  sözlərinin  birləşməsindən  əmələ  gəlmişdir. 
Azərbaycan dilində bu hissələr ayrılıqda məna vermədiyi 
üçün, asemantik olduğu üçün işlənmir. Ona görə də -neo 
şəkilçili  sözlər  dilimizdə  öz  semantikasından  asılı  olaraq 
həm sadə, həm də düzəltmə söz keyfiyyətinə malik olur.
-nka.  –həngi  şəkilçisi  ilə  sinonimlik  keyfiyyətinə  malik 
olub, qoşulduğu sözdə oyun, rəqs, milli mənsubluq bildi-
rir.Məsələn:  ləzginka-ləzgihəngi.  Həpsi  birdən  halqa  vurdu; 
Coşqun məclis quruldu; Çalğı coşdu, incə, şaqraq ləzginkalar 
vuruldu.  (A.İldırım),  Bayaqdan  başını  tərpədə  bilmirdin,  indi 
ləzgihəngi vurursan. (N.Vəzirov)(bax: 9.,261).
-tele. Yunan mənşəli söz olub, azərbaycanca “uzaq” mə-
nasını ifadə edir. Müasir Azərbaycan dilində müstəqil lek-
sik  mənaya  malik  olmadığı  üçün  asemantikləşmiş  şəkilçi 
qismində çıxış edir. İzahlı lüğətdə bu morfemin mürəkkəb 
sözlərin tərkib hissəsinin birinci tərəfi kimi işləndiyi göstə-
rilir: Mürəkkəb sözlərin birinci tərkib hissəsi olub, “uzaq 
məsafələrə işləyən, verilən, göndərilən, uzaq məsafələrdən 
görünən, eşidilən, yazılan” mənasını ifadə edir; məs: teleq-
ram, teleskop, telefilm və s.(11.,277). 
Bu mülahizə Azərbaycan dilində -tele morfemi ilə baş-
layan sözlərdə özünü doğrultmur. Ənənəvi dilçilikdə mor-
fologiyaya dair tədqiqatlarda da mürəkkəb sözlərin əmələ-
gəlmə yolları arasında bu tip sözlərin işlənməsi haqqında 
münasibət bildirilməmişdir. Mürəkkəb sözün əmələ gəlmə-
si üçün onu təşkil edən tərkib hissələr bir-birilə qrammatik 
əlaqədə olmalı, tərəflər müstəqil leksik məna ifadə etməli-
dir. Hətta müstəqil leksik mənaya malik olan istənilən və 
ayrı-ayrı sözləri də müvafiq qaydalara (Mürəkkəb sözlərin 


105
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yazılışı  qaydalarını  nəzərdə  tuturuq.)  əsasən  birləşdirib 
mürəkkəb  söz  əmələ  gətirmək  mümkün  deyil.  Məsələn, 
müasir Azərbaycan dilində “insan” və “dağ” kök morfem-
ləri həm leksik, həm qrammatik cəhətdən müstəqildirlər. 
Lakin  bunları  insandağ,  dağinsan,  dağ-insan,  insandağı 
və  s.  kimi  işlədə  bilmirik  və  işlətmək  mümkün  də  deyil. 
Fikrimizi izah etmək üçün verdiyimiz misallardan görün-
düyü  kimi,  müqayisənin  özü  belə  uğursuzdur.  Ona  görə 
də  mürəkkəb  sözlərin  yaranmasında  leksik  məna  qədər 
semantik bağlılıq da zəruri və şərtdir. –tele budaq morfe-
minin dilimizdə şəkilçi funksiyasına malik olduğunu təs-
diq edən dəlillərdən biri də kök və şəkilçi məfhumlarının 
daşıdığı morfoloji yükdür. Sözün ayrılıqda işlənə bilməyən 
və müstəqil leksik məna ifadə etməyən hissəsinə şəkilçi de-
yilir. –tele budaq morfemi də bu tələbi tam ödəyir. Düzdür, 
yuxarıda verilən teleqram, telefilm, teleskop kimi çoxsaylı 
sözlər əsasən, mənbə dildə mürəkkəb söz kimi çıxış edir. 
Lakin bu və ya digər bir leksik vahidin hər hansısa bir dildə 
düzəltmə, yaxud da mürəkkəb söz-leksik vahid kimi çıxış 
etməsi həmin məfhumların dilimizdə də quruluş etibarilə 
mənbə dildə olduğu kimi işlənməsi demək deyil və o anla-
ma gəlməz. Azərbaycan dili müstəqil, iltisaqi dil kimi özü-
nün zəngin fonetik, leksik, qrammatik sistemi var. Dilimizə 
keçən alınma mənşəli sözlər də bu sistemlərlə tənzimlənir, 
dilimizin  fonetik  tərkibinə  uyğunlaşdırılır.  Bu  məqamda 
Azərbaycan  dilində  işlənən  –saz,-pərəst,-namə,-fəşan,-
bənd, -xor və s. kimi Ərəb-fars mənşəli şəkilçiləri yada sal-
maq kifayətdir. Bu şəkilçilər də mənbə dildə müstəqil sözlər 
kimi işlənir. Amma dilimizin fonetik-qrammatik quruluşu-
na əsasən dilimizdə şəkilçi funksiyasını daşıyır. Bu nöqte-


106
İlkin Əsgər
yi-nəzərdən –tele və -tele kimi alınma budaq morfemlərin 
heç bir fərqi yoxdur. –tele ön şəkilçisi həm alınma, həm də 
milli mənşəli sözlərə qoşularaq əsasən düzəltmə sözlər, ne-
ologizmlər əmələ gətirir. Bu şəkilçi əsasən məhsuldardır və 
dilimizdə  elmi-texniki  tərəqqinin,  ictimai-siyasi  inkişafla 
əlaqədar  olaraq  çoxlu  sayda  yeni  mənalı  sözlər  düzəldir. 
Məsələn: teledebat, telejurnalist, telesiqnal, telequrğu, te-
leveriliş, teleölçü, teleölçmə, teleötürücü, telemərkəz, tele-
müəllim, telekörpü, teleqəbuledici teleoperator və s.
-yat. Bu şəkilçi demək olar ki, Müasir Azərbaycan dilin-
də işləkliyini itirmişdir. Rus mənşəli olan şəkilçi qoşulduğu 
sözdə əşya, proses, ictimai quruluş, hadisə çaları yaradır. 
Məsələn: oktyabryat, parselyat və s.
-ioner. Şəkilçi əlavə olunduğu sözdə şəxs, əşya, vəzifə, 
sənət-peşə mənasın ifadə edir. Mənbə dildən fərqli olaraq 
dilimizdə  sözdüzəldicilik  funksiyasına  malikdir.  –çı,-çi,-
çu,-çü şəkilçisi ilə qrammatik sinonimlik təşkil edir. Müasir 
Azərbaycan dilində həm şəkilçi, həm də bu şəkilçi vasitə-
silə  əmələ  gələn  sözlər  arxaikləşməyə  doğru  inkişaf  pro-
sesini  keçirir.  Şəkilçiyə  milisioner”  sözündə  rast  gəlinir. 
Məsələn:  Növbətçi  milisioner  əlində  səhər  yeməyi  içəri  daxil 
oldu.(İ.Şıxlı),  Növbətçi  milisioner  qapıda  göründü.(İ.Şıxlı), 
Milisionerlər çobanı itələyib içəri saldılar və barmaqları tətikdə 
arxada dayandılar.(İ.Şıxlı) və s. 
-for. Şəkilçi yunan mənşəli olub, “foros” sözü əsasında 
əmələ gəlmişdir. Yunan mənşəli “foros” azərbaycanca “da-
şıyıcı” mənasını bildirir. –for şəkilçisi isə dilimizdə “foros” 
sözünün  mənasının  daralması,  şəkilçiləşməsi  nəticəsində 
yaranmışdır. Müasir Azərbaycan dilində bu qəlib əsasında 
milli və alınma mənşəli olmasından asılı olmayaraq onlarla 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə