İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

95
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
yoxdur.  Müasir  Azərbaycan  dilində  ön  şəkilçi  qismində 
çıxış edir və “keçmiş”, “keçmişdə olan”, “keçmişdə qalan” mə-
nalarını  verir.  Eyni  zamanda  qoşulduğu  sözdə  əksilik, 
əlamət, cərəyan, mövqe, proses, quruluş çalarını ifadə edir. 
Məsələnpostsovet, postmodern, postmodernizm, postpo-
zisiya və s.
-yon. Avropa mənşəli olub, dilimizdə söz-şəkilçi funk-
siyasına  malikdir.  Fransız  mənşəli  “medalyon”  sözündə 
işlənir.Məsələn: Ağ sinəsindəki qızıl medalyonun parıltısı İm-
ranın gözünə düşdü.(İ.Şıxlı).
-izm.  Bu  şəkilçi  də  Rus-avropa  mənşəli  şəkilçilərdən 
biri olub, Azərbaycan dilində ictimai quruluş, təriqət, elm, 
cərəyan  bildirən  sözlər  düzəldir.  Məsələn:  realizm,  hüru-
fizm,  sufizm,  kapitalizm,  idealizm,  Marksizm,  Leninizm, 
sosializm və s.
-tizm.  Fransız  dilindən  fərqli  olaraq  müasir  dilimiz-
də qeyri-məhsuldar şəkilçi kimi işlənir. Qoşulduğu sözdə 
cərəyan,  istiqamət,  proses  məzmunu  ifadə  edir.  Məsələn: 
romantizm
-ist. Rus-avropa mənşəli şəkilçilər qrupuna aiddir. Müa-
sir  dilimizdə  əsasən,  cərəyan,  istiqamət,  elm,  insan,  şəxs, 
nəzəriyyə məfhumları ifadə edir. Məsələnidealist, mate-
rialist, sosialist, realist, kapitalist, stilist və s.
-tik. Bu şəkilçi də -tizm şəkilçisi kimi fransız mənşəlidir. 
Şəkilçiyə dilimizdəki “romantik” sözündə təsadüf olunur.
-atik.  Rus-avropa  mənşəli  qeyri-məhsuldar  şəkilçidir. 
Dilimizdəki dramatik, problematik, sistematik kimi sözlər 
–atik şəkilçisi vasitəsilə düzəlmişdir.
-ika. Bu şəkilçi daha çox Avropa mənşəli leksik vahidlə-
rin sonuna qoşularaq işlənir. Qeyri-məhsuldar şəkilçi kimi, 


96
İlkin Əsgər
işləndiyi  sözlərdə  sənət,  peşə,  ixtisas  məzmununu  ifadə 
edir. Məsələn: jurnalistika, kriminalistika və s.
-za.  Rus  mənşəli  olub,  dilimizdə  ön  şəkilçi  kimi  çıxış 
edir. Yer, məkan məzmunu ifadə edir. Məsələn: Zaqafqazi-
ya. 
 
 
 
 
 
 
 
 
Bu söz XIX-XX əsrlərdə daha işlək olmuşdur. İndi işlənmə 
arealı  olduqca  məhduddur.  Hətta Azərbaycan  dilinin  or-
foqrafiya lüğətində də yer almamışdır.
-pro. Bu şəkilçi qeyri-məhsuldar şəkilçi kimi şəxs, vəzifə, 
insan  anlayışı  bildirən  söz  əmələ  gətirir.  Ön  şəkilçi  olub, 
dilimizdəki “prorektor” sözündə rast gəlinir.
-dis. Bu şəkilçi Avropa mənşəli olub, dilimizdə ön şəkil-
çi funksiyasında çıxış edir. Qoşulduğu sözdə əlamət, key-
fiyyət, xüsusiyyət, əksilik çalarını ifadə edir. Məsələn: dis-
komfort
-iza.  Avropa  mənşəli  olub,  dilimizdə  qeyri-məhsuldar 
şəkilçi kimi çıxış edir. Əşya, şəxs, hadisə, proses məzmunu-
nu bildirir. Latın mənşəli “ekspert” sözünə qoşulub, “eks-
pertiza” ismini əmələ gətirir.
-iat.  Rus-avropa  mənşəli  qeyri-məhsuldar  şəkilçi  olub, 
“bakalavriat” sözünün tərkibində işlənir.
-anti. Ön şəkilçi olub, qoşulduğu sözdə mənfilik, əksilik 
bildirən sifətlər əmələ gətirir. Məsələnantiqəhrəman, anti-
faşist, antiterror, antihumanist, antidemokrat və s.
-yor. Bu şəkilçi dilimizdə əsasən, isimdən isim düzəldən 
Rus-avropa mənşəli bir cür yazılan və ahəng qanuna tabe 
olmayan  qeyri-məhsuldar  söz-şəkilçi  kimi  çıxış  edir.  –yor 
şəkilçisi dilimizdəki ən məhsuldar sözdüzəldici şəkilçilər-
dən olan dördvariantlı –çı şəkilçisi ilə sinonimlik təşkil edir 
və qoşulduğu sözdə sənət, peşə, insan, şəxs, anlayışları ifa-


97
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
də edir. Məsələnmuşketyor, boksyor və s. Bu şəkilçi ha-
zırda dilimizdə sabitləşməyə doğru inkişaf edir və alınma 
sözlərdən neologizmlər əmələ gətirir: parlamentyor, priz-
yor və s.
-aj. Mənbə dildən fərqli olaraq dilimizdə qeyri-məhsul-
dar  sözdüzəldici  şəkilçi  kimi  çıxış  edir.  Məsələn:  metraj, 
tipaj və s.
-lom.  Bu  şəkilçi  də  qeyri-məhsuldar  olub  dilimizdəki 
metallom sözündə təsadüf olunur.
-der. Rus-avropa mənşəli qeyri-məhsuldar şəkilçilərdən 
hesab olunur. İsimdən isim düzəldir.Məsələn: gender.
-et. Əşya, alət, vasitə məzmunu bildirən qeyri-məhsul-
dar söz-şəkilçidir. Məsələn: disket
-taş. Mənbə dildən fərqli olaraq müasir dilimizdə qey-
ri-məhsuldar  şəkilçi  qismində  iştirak  edir.  Qoşulduğu 
sözdə əşya, alət, vasitə, qab anlayışı yaradır. Şəkilçiyə di-
limizdəki “patrontaş” sözündə rast gəlinir. Qeyd edək ki, 
patrontaş sözü müxtəlif zamanlarda nəşr olunan orfoqra-
fiya  lüğətlərində  həm  patrondaş,  həm  də  patrontaş  for-
masında  öz  əksini  tapmışdır.  Məsələn,  orfoqrafiya  lüğə-
tinin 1975-ci il və 2004-cü il nəşrlərində (19.,406 və 6.,513 
),  Ə.Əfəndizadənin  kompleks  lüğətində  (34.,76)  və  izahlı 
lüğətdə(  10.,582)  bu  söz  patrondaş  kimi  verildiyi  halda, 
lüğətin VI nəşrində(17.,539) patrontaş şəklinə verilmişdir. 
Fikrimizcə, sonuncu daha düzgündür və sözün mənsub ol-
duğu dildəki fonetik tərkibi ilə əlaqədardır. Bu söz alman 
dilindəki “patrontasche” sözünün dilimizin fonetik tərki-
binə uyğunlaşdırılmış formasıdır.(bax: 10.,582)
-t. Şəkilçiyə dilimizdəki format, krant kimi sözlərdə rast 
gəlirik.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə