İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix26.08.2018
ölçüsü1,13 Mb.
#64729
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

86
İlkin Əsgər
-an.  Ərəb-fars  mənşəli  qeyri-məhsuldar  söz-  şəkilçidir. 
Omonim kimi işlənir. Artırıldığı sözdə insan, şəxs, əşya ça-
ları yaradır. Msələn: sübhan, seyran, canan, dövran və s.
-arzı. Müasir dilimizdə dad sözünün sinonimi olan tam 
sözünə  qoşularaq  tamarzı  sözünü  düzəldir.  Söz  əslində 
fars mənşəli olub“təam arzulamaq” deməkdir.
-ab. Müasir Azərbaycan dilində qeyri-məhsuldar şəkilçi-
dir. –ab fars mənşəli söz olub, azərbaycanca “su” deməkdir. 
Məsələn, Sirab, Abşeron, selab kimi sözlərdə ab öz məzmu-
nuna uyğun işlənmişdir. Lakin çirkab sözündəki –ab artıq 
öz məzmunundan uzaqlaşmış və şəkilçiləşmişdir. 
-ran.  Bu  şəkilçi  də  fars  mənşəlidir.  Dilimizdəki  “hök-
mran”,  “Kamran”  kimi  sözləri  düzəldib.(7.,21).  Məsələn: 
Müharibə dövründə kəndə hökmranlıq edən bu adam heç kəsi 
tanımaq istəmir, nəyin hesabına olursa-olsun sədrliyi əlində sax-
lamağa çalışırdı.(İ.Şıxlı).
-duz. Dilimizdə söz-şəkilçi qrupuna aid edilən, mənbə 
dildə  müstəqil  söz  kimi  işlənən  –duz  vasitəsilə  palanduz, 
çuvalduz kimi əşya məfhumlarını ifadə edən leksik vahid-
lər düzəldir.
-əcər.  Müasir  dilimizdə  işləkliyini  itirmiş  qeyri-  məh-
suldar şəkilçilərdən biridir. Söz sonuna artırılaraq əsasən, 
əlamət bildirən sözlər düzəldir. Məsələneybəcər, dərdəcər, 
südəcər və s.
-namə. Dilimizə fars dilindən keçmiş bu şəkilçi azərbay-
canca  “yazı”  ,  “məktub”  mənalarını  ifadə  edir.  Söz-şəkilçi 
funksiyasına malikdir. Şəkilçiyə həm qədim, həm də orta 
dövr  ədəbiyyatına  aid  materiallarda  rast  gəlmək  müm-
kündür.  Məsələn:  cavidannamə,  andnamə,  novruznamə, 
İskəndərnamə,  Bəxtiyarnamə  və  s.  Tərkibində  namə  mor-


87
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
femi olan bütün leksik vahidlərin quruluş etibarilə hamısı 
düzəltmə deyil. Çünki bəzi sözlərdə namə öz həqiqi məna-
sında işlənmişdir. Məsələn: Dəhnamə, Şikayətnamə
Müasir  Azərbaycan  dilində  -namə  şəkilçisi  əsasən,  bəzi 
isimlərin  sonuna  qoşulmaqla  əməli  yazı  növlərinə  mənsub 
terminoloji  məfhumlar  əmələ  gətirir:  vəkalətnamə,  xahiş-
namə, xasiyyətnamə, etibarnamə, tələbnamə, nizamnamə və s.
-baz.  Bu  şəkilçi  də  fars  mənşəli  olub,  mənbə  dildə 
müstəqil söz kimi çıxış edir. Lüğətdə (47.,32) fars dilində 
işlənən omonim söz kimi aşağıdakı 6 mənası verilmişdir:
1.-baz. Müəyyən bir işin həvəskarı, düşkünü;
2.-baz. Açıq;
3. –baz. Şahin, tərlan;
4.-baz.Yenə, təkrar, bir də,bir daha, yenə də;
5.-baz. Dala, geriyə;
6.-baz.Oyun.
Müasir  Azərbaycan  dilində  isə  “oyun”,  “məşğuliyyət”, 
“bu  və  ya  digər  bir  şeyin  aludəçisi,  həddindən  artıq  həvəskarı 
olmaq” kimi başa düşülür. Əsasən, isimlərin sonuna artırı-
lıb, peşə, sənət bildirən atributiv səciyyəli sözlər və əlamət, 
keyfiyyət, mənfilik anlayışını ifadə edən sifətlər düzəldir. 
Məsələn:  kəndirbaz,  hoqqabaz,  sehirbaz,  itbaz,  quşbaz, 
oyunbaz,  qumarbaz,  yerlibaz,  dostbaz,  qohumbaz,  işbaz, 
lağbaz və s.
-at,-ət. Ərəb mənşəli şəkilçilər qrupuna aiddir. Əsasən, 
Ərəb-fars mənşəli sözlərə artırılıb, əşya, alət, sosial, ictimai 
məzmun daşıyan, ifadə edən sözlər düzəldir. Məsələn: təb-
liğat, təşviqat, tədqiqat, muğamat, xitabət, kitabət, məlu-
mat və s.


88
İlkin Əsgər
-at. Bu şəkilçi də Ərəb mənşəli olub, omonimlik xüsu-
siyyəti daşıyır. Ərəb mənşəli “xətt” sözünə qoşularaq əşya, 
şəxs, ad, peşə bildirən “xəttat” sözünü əmələ gətirir.
-güzar. Dilimizdə söz-şəkilçi kimi işlənən qeyri-məhsuldar 
şəkilçidir. Söz kökünə qoşulmaqla əşya, sənət, peşə, əlamət 
bildirən söz düzəldir. Məsələnişgüzar, kargüzar və s.
-vər. İsimdən sifət əmələ gətirən qeyri-məhsuldar şəkilçi-
dir. “Dənə” sözünə artırılıb “dənəvər” sifətini əmələ gətirir.
-məzə. Sifətdən sifət düəzəldən qeyri-məhsuldar söz-şə-
kilçidir.  Bu  məqamda  məzə  morfemi  fars  mənşəli  olub, 
mənbə dildə müstəqil söz kimi işlənir. Dilimizdə müstəqil 
leksik semantik məna ifadə edə bilmədiyi üçün qeyri-məh-
suldar şəkilçi kimi çıxış edir. Qoşulduğu sözdə əlamət, key-
fiyyət, dad bildirir. Məsələn: turşməzə
-i,-vi. Yer, məkan, şəxs anlayışı bildirən sözlərə artırılıb, 
ad,  ləqəb,  təxəllüs,  yerlilik,  mənsubiyyət  məfhumu  ifadə 
edən isimlər-onamastik vahidlər düzəldir. Məsələn: Rumi, 
Naxçıvani, Gəncəvi, Şirvani, Təbrizi, Qurbani, Sidqi, Bağ-
dadi, Lənkərani və s.
-nişin. Dilimizdə az işlənir. Sərnişin, kirayənişin, guşə-
nişin kimi sözlərdə təsadüf olunur.
-i,-vi. Sifət düzəldən və nisbətən məhsuldar omonim şə-
kilçidir. Ərəb-fars qrupuna aid sözlərə əlavə olunaraq bu 
və ya digər sözün ümumi əlamət və keyfiyyətini ifadə edən 
sözlər əmələ gətirir. Məsələn: elmi (məqalə ), inqilabi (ha-
disə ), daxili (gözəllik ), xarici ( işlər ), tibbi ( yoxlanış ), 
ailəvi ( restoran ), dairəvi ( yol ), tarixi (məlumat ), mülki 
(vətəndaş ), kütləvi ( qırğın ), nümunəvi ( tələbə ) və s.
-vi şəkilçisi bəzi sözlərin tərkibində daşlaşıb. Orta mək-
təb  qrammatikasında  və  TQDK-nın  keçirdiyi  qəbul  imta-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə