İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə8/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   4   5   6   7   8   9   10   11   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Birisi  öz  taleyindən  şikayət  edən  kimi  o,  dərhal  öz  köməyini  təklif 



edərdi.  Dəfələrlə  madam  Vokeyə  və  bir  neçə  kirayənişinə  borc  pul 

belə  vermişdi.  Lakin  o,  xeyirxah  adama  oxşasa  da,  qətiyyətlə  dolu 

qəribə,  dərin  baxışları  ilə  hamıda  elə  bir  dəhşət  oyadırdı  ki,  ondan 

borc  pul  alanlar  borcu  qaytarmamaqdansa,  ölməyi  üstün  tuturdular. 

Onun  ancaq  tüpürcəyini  tullamaq  adəti  belə  sarsılmaz  bir 

soyuqqanlığa malik olduğunu göstərirdi. Onun nəzərləri, elə bil, ciddi 

bir  hakim  kimi  hər  bir  məsələnin,  hər  bir  hissin,  hər  bir  vicdanın 

dərinliyinə  qədər  enmək  iqtidarında  idi.  O,  adətən,  gününü  belə 

keçirərdi:  səhər  yeməyindən  sonra  evdən  çıxar,  nahar  vaxtı  geri 

dönər, sonra yenə gedərək bütün axşamı görünməz, ancaq gecəyarısı 

qayıdardı.  Madam  Vokenin  etibarı  sayəsində  ehtiyat  açarı  həmişə 

yanında  idi.  Bu  iltifat  ancaq  Votrenə  göstərilərdi.  Onun  dul  arvadla 

yaxşı  münasibəti  vardı:  həmişə  Vokeyə  “cici”  deyər,  belindən  tutub 

qucaqlardı. Voke bu yaltaqlanmağın mənasını başa düşməzdi. Madam 

Voke  açıq  ürəklə  elə  zənn  edirdi  ki,  onu  qucaqlamaq  sadə  şeydir, 

halbuki  onun  kimi  ağır  bir  kötüyü  qucaqlamaq  üçün  Votrenin  əlləri 

kifayət  qədər  uzun  görünürdü.  Onun  daha  bir  xüsusiyyəti  vardı:  o, 

səxavət  göstərərək,  ayda  on  beş  frank  “qloriya”

1

  üçün  verər  və 



şirniyyatla içərdi. Paris həyatının qasırğasına düşən bu gənclər kimi o 

qədər  də  diqqətsiz  olmayan  adamlara  və  eləcə  də  özlərinə  aid 

olmayan  hər  şeyə  qarşı  tamamən  laqeyd  görünən  bu  qocalara 

Votrenin  göstərdiyi  bu  ikimənalı  təsir,  çox  ehtimal  ki,  onları 

kifayətləndirməzdi. Votren, ətrafındakı bütün adamların işlərini bilir, 

yaxud duyurdu; halbuki heç kəs onun nə ilə məşğul olduğunu və nə 

fikirləşdiyini dərk edə bilməzdi. Zahiri xeyirxahlığı, daimi iltifatı  və 

şən təbiəti özü ilə başqaları arasında sədd çəkdiyi halda, Votren bəzən 

xasiyyətinin  qorxunc  cəhətini  büruzə  verərdi.  Yuvenal*  kimi 

hazırcavablıqla  coşar,  qanunlara  məmnuniyyətlə  istehza  edər,  kübar 

cəmiyyəti qırmanclayar, onun daxili ziddiyyətlərini ifşa edərdi. Bu isə 

onun  qəlbində  ictimai  intizama  qarşı  kinli  bir  küskünlüyün 

çırpındığını  və  həyatının  dərinliklərində  böyük  bir  sirr  dəfn  edilmiş 

olduğunu göstərirdi. 

Madmazel  Tayfer  oğrun  baxışlarını  və  gizli  həsrətlərini  bu  qırx 

yaşlı kişi ilə gənc tələbə arasında bölürdü. Bəlkə də, heç düşünmədən 

onu cəzb edən birinin qüvvəti, digərinin isə gözəlliyi idi. 

1

 

Qloriya -

 konyak, yaxud rom qarışdırılmış qəhvə 

28 


downloaded from KitabYurdu.org


Bununla  belə,  heç  birinin  qızla  maraqlanmadığı  görünürdü.  Lakin 

sadəcə bir təsadüf bu gün olmasa da, sabah Viktorinanın vəziyyətini 

tamamilə dəyişə bilər, bu gün yoxsul olan bir qız sabah varlı gəlin ola 

bilərdi. Ancaq bütün bu şəxsiyyətlərin arasında bir nəfər belə zəhmət 

çəkib hər birinin müsibətində nə qədər həqiqət və nə qədər uydurma 

olduğunu  yoxlamaq  istəmirdi.  Hamı  bir-  birinə  qarşı  öz  şəxsi 

vəziyyətindən  doğan  qarşılıqlı  bir  qeydsizlik  və  şübhə  ilə  yanaşırdı. 

Hər kəs çəkdiyi iztirabları yüngülləşdirməkdə aciz olduğunu düşünür 

və  bu  iztirablarını  bir-birinə  söylədikdən  sonra  artıq  mərhəmət 

badəsini  son  damlasına  qədər  boşaltmış  olurdu.  Qocalmış  ər-arvad 

kimi  onlann  bir-birinə  söyləyəcək  sözləri  qalmamışdı.  Bu  surətlə 

onların  münasibətləri  yalnız  xarici  əlaqədən,  heç  bir  şeylə 

yağlanmamış çarxların hərəkətindən ibarət idi. Hər biri küçədə sədəqə 

istəyən  kor  dilənçinin  yanından  başını  belə  çevirmədən  keçər, 

həyəcan keçirmədən  başqasının  başına  gələn  müsibətlərə  qulaq  asar, 

səfalət  məsələsinin  həllini  ancaq  ölümdə  görərdi.  Ən  dəhşətli  can 

çəkişməsinə  bəslədikləri  bu  qeydsizliyə  səbəb  də  həmin  səfalət  idi. 

Ürəkləri  xarabazara  dönmüş  bu  insanların  arasında  ən  xoşbəxt  bir 

insan vardısa, o da ancaq bu xüsusi səfalət evində hökm sürən madam 

Voke  idi.  Şaxtada  da,  quraqlıqda  da,  yağış  yağanda  da,  hər  zaman 

dilsiz və lal olan, səhra kimi bomboş bir çölə çevrilən bu balaca bağça 

ancaq madam Vokenin nəzərində gözəl çəmənzara bənzəyirdi. Dükan 

taxtapuşu kimi ucuz rəng iyi verən bu sarı və kədərli ev ancaq onun 

nəzərində  gözəl  və  cazibədar  görünürdü.  O,  bu  zindan  bucaqlarının 

sahibi idi. O, əbədi katorqaya məhkum edilmiş bu məhbuslara yemək 

verir,  onları  ehtiramlı  bir  itaət  altında  idarə  edirdi.  Bu  zavallılar 

Parisin  hansı  bir  bucağında  bu  qiymətə  təzəcə,  qann  doyuzduracaq 

yemək,  yaxud  sığınacaq  tapa  bilərdilər?  Bu  yeri  zərif,  yaxud  rahat 

şəklə  salmaq  mümkün  olmasa  da,  hər  halda,  cansağlığını  pozmayan 

təmiz hala salmaq mümkün idi. Əgər madam Voke dəhşətli haqsızlığa 

yol vermiş olsaydı belə, bu fələkzadələrin dözməkdən başqa çarələri 

yox idi. 

Bu  cür  insan  birləşmələrində  insan  cəmiyyətinin  tərkib  hissələri 

öz  ifadəsini  tapmalıdır  və  burada  kiçik  bir  həcmdə  tapmışdı  da. 

Adətən, məktəblərdə və dərnəklərdə olduğu kimi, burada da on səkkiz 

pansioner arasında zəlil, səfil bir nəfər tapılmışdı ki, bütün 

29 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

istehzalar,  kinayələr  onun  üzərinə  yağdırılırdı.  Ejen  Rastinyakın  bu 



evdə  yaşadığı  ikinci  ilin  başlanğıcında,  iki  il  daha  aralarında 

yaşamağa  məcbur  olduğu  bu  insanların  içərisində  onun  nəzər- 

diqqətini ən çox cəlb edən də həmin şəxs idi. Hamının istehza etdiyi 

bu  şəxs  keçmiş  vermişel  fabrikinin  sahibi  Qorio  ata  idi,  halbuki 

rəssam,  ya  ədib  onu  görmüş  olsaydı,  çəkdiyi  lövhənin  mərkəzində 

onun simasını yerləşdirərdi. Bu ən qoca kirayənişinə qarşı bəslənilən 

kinlə  qarışıq  nifrəti,  mərhəmət  hissi  ilə  qarışıq  təqibi,  özgənin 

fəlakətinə  bəslənilən  bu  hörmətsizliyi  doğuran  səbəb  nə  ola  bilərdi? 

Bəlkə  də,  səbəb  onun  özü  idi,  bəlkə,  onun  təbiətində  qəribəlik  və 

gülməli  adətlər  vardı?  İnsanlar  gülünc  vərdişləri  eyibdən  daha  çətin 

bağışlayırlar.  Bütün  bu  məsələlər  bir  çox  ictimai  haqsızlıqlarla 

əlaqədardır. Bəlkə də, insan təbiətində belə bir xüsusiyyət vardır ki, o 

gərək  həqiqətən  zəlil,  aciz,  yaxud  zəif  olduğundan,  hər  şeyə 

dözənlərin səbrini həmişə imtahandan keçirsin. Məgər biz başqasının, 

yaxud  bir  şeyin  üzərində  öz  qüvvətimizi  göstərməyi  sevmirikmi? 

Küçə  uşağı  kimi  əlsiz-ayaqsız  bir  məxluq  belə,  şaxta  gücləndiyi 

zaman  bütün  evlərin  qapı  zənglərini  çalar,  yaxud  hələ  tərtəmiz  olan 

bir heykəlin üzərinə dırmaşaraq, onun üstündə öz adını cızmağı sevər. 

Qorio atanın indi yaşı  yetmişə yaxın idi. O, 1813-cü ildə ticarət 

işlərindən  əl  çəkdikdən  sonra  madam  Vokenin  evində  yerləşmişdi. 

Əvvəlcə madam Kutürün indi yaşadığı mənzili kirayəyə götürmüşdü 

və bütün pansion üçün min iki yüz frank pul verirdi. Elə zənn etmək 

olardı  ki,  Qorio  üçün  yüz  frank  artıq,  ya  əskik  verməyin  heç  bir 

əhəmiyyəti yox idi. Madam Voke, guya, bu yaramaz ev əşyasına, sarı 

kolenkor  pərdələrdən,  laklı,  triplə  döşənmiş  kreslolardan,  yapışqanlı 

boya  ilə  rəngləməkdən  və  şəhər  civarındakı  meyxanalarda  belə 

bəyənilməyən  divar  kağızlarından  ibarət  olan  bir  təmirə,  guya,  sərf 

etdiyi pulu ödəmək üçün Qoriodan qabaqcadan bir qədər məbləğ alıb 

bu mənzilin üç otağını təzələmişdi. Bəlkə də, hələ o zaman ehtiramla 

cənab Qorio adlanın Qorio ata bu qədər yüngül bir səxavət göstərərək 

tələyə  düşdüyü  üçün  madam  Vokedə  onun  haqqında  belə  bir  rəy 

yaranmışdı ki, guya, o, əməli işlərdən qətiyyən başı çıxmayan axmaq 

bir  adamdır.  Qorio  ticarəti  atmış  olsa  da,  heç  şeydə  özünə  korluq 

verməyən varlı tacir kimi özü ilə bərabər çoxlu paltar və gözəl şeylər 

gətirmişdi. Madam Voke 

yarımholland

 kəta 


30 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə