İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə11/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   7   8   9   10   11   12   13   14   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

puç  bir  əsas  üzərində  qurulduğunu  və  bu  cür  işlərə  vaqif  olduğu 



görünən qrafinyanın bu qədər canlı şəkildə söylədiyi kimi, Qorio- dan 

qazanc götürməyin mümkün olmadığını dərk etmişdi. Madam Voke, 

təbii  olaraq,  ədavətdə  dostluqdan  daha  şiddətli  oldu.  Onun 

nifrətindəki  qüvvət  keçmiş  məhəbbətə  deyil,  aldanmış  ümidlərə 

müvafiq gəlirdi. 

İnsan qəlbi könül münasibətlərinin zirvələrinə yüksəldiyi zaman, 

adətən,  ara-sıra  yorğunluğunu  alır,  lakin  kinli  hisslərin  ağır  enişi  ilə 

enərkən  gec-gec  dincəlir.  Bununla  belə,  Qorio,  hər  halda,  onun 

kirayənişini  idi  və  buna  görə  də  dul  arvad  təhqir  edilmiş mənliyinin 

odunu  söndürməyə,  məyusluqdan  doğan  ahlarını  azaltmağa  və 

iqumenin təhqirlərinə dözməyə məcbur olan bir rahib kimi öz intiqam 

ehtiraslarını söndürməyə məcbur olurdu. Kiçik qəlbli insanlar öz pis, 

yaxud  yaxşı  ehtiraslarını  xırdaçılıqla  təmin  etməyə  çalışarlar.  Dul 

arvad  öz  düşməninə  gizli  zərbələr  vurmaq  üçün  bütün  qadın 

hiyləgərliyini səfərbərliyə aldı. O, başlanğıc olaraq ümumi süfrə üçün 

təyin  etdiyi  bütün  artıq  şeyləri  kəsməyə  qərar  verdi.  Madam  Voke 

yenə əvvəlki proqramına qayıtmağa qərar verdiyi səhər Silviyaya dedi 

ki:  “Süfrəyə  daha  nə  şoraba  xiyar,  nə  də  ançous  balığı  qoyulmasın. 

Başdan-başa ziyandır”. 

Qorio  ata  öz  ehtiyacları  etibarilə  təvazökar  adam  idi  və  öz  sər-

vətini  özü  yaradan  bütün  insanlar  kimi,  qənaətcillik  artıq  onun üçün 

bir  vərdiş  olmuşdu.  Onun  ən  çox  sevdiyi  xörək  şorba,  soyutma  mal 

əti,  göy-göyərti  idi.  Odur  ki  bu  cür  kirayənişini  qızışdırmaq,  onun 

zövqünə  toxunmaq  Voke  üçün  asan  iş  olmadı.  Heç  kəsin  dişi  bata 

bilmədiyi  bir  adamla  toqquşmağa  məcbur  olduğunu  anlayan  Voke, 

çarəsiz qalaraq, Qorionu nüfuzdan salmağa başladı. Bununla Qorioya 

qarşı olan ədavətini başqa pansionerlərə də aşılayır, onlar isə əyləncə 

xatirinə onun intiqamına kömək edirdilər. 

Birinci ilin sonlarında madam Vokenin şübhəsi o dərəcədə artdı 

ki,  özünə  belə  bir  sual  verirdi:  nə  üçün  yeddi-səkkiz  min  livr  gəliri, 

əla gümüş qabları, məşuqə kimi gözəl və qiymətli cavahirləri olan bir 

tacir, yenə də onun pansionunda yaşayır və kirayəsini sərvətinə qeyri-

uyğun  bir  şəkildə  bu  qədər  az  verir?  Qorio  birinci  ilin  çox  vaxtını 

bəzən  həftədə  bir-iki  dəfə  başqa  yerdə  nahar  edərdi,  sonra  yavaş-

yavaş,  pansion  xaricində,  ayda  ancaq  iki  dəfə  nahar  etməyə  başladı. 

Hörmətli cənab Qorionun pansion xaricindəki əyləncələri 

36 

downloaded from KitabYurdu.org




madam  Voke  üçün  çox  mənfəətli  idi,  fəqət  kirayənişin  getdikcə 

pansionda  tez-tez  nahar  etməyə  başladığı  zaman  onun  bu  intizamı 

madam  Vokenin  narazılığına  səbəb  olmaya  bilməzdi.  Qorionun 

pansionda  tez-tez  nahar  etməsi  yalnız  onun  pulsuzluğu  ilə  deyil, 

bəlkə,  ev  sahibəsinin  kefini  pozmaq  məqsədini  daşıması  ilə  izah 

edilirdi.  Xırda  insanlann  ən  alçaq  sifətlərindən  biri  öz  mənəvi  yox- 

sulluqlarını başqalarına aid etməkdir. Bədbəxtlikdən, Qorio ikinci ilin 

sonlarında  madam  Vokedən  üçüncü  mərtəbəyə  köçürülməsini  və 

pansion  haqqının  doqquz  yüz  franka  qədər  azaldılmasını  xahiş 

etməklə  bütün  bu  dedi-qodulara  haqq  qazandırmış  oldu.  Qorio  elə 

qənaətə  başladı  ki,  hətta  qışda  sobanı  qalamaqdan  belə  vaz  keçdi. 

Madam  Voke  pulunun  qabaqcadan  verilməsini  tələb  etdi.  Cənab 

Qorio da buna razı oldu, lakin o gündən sonra artıq ona cənab Qorio 

deyil, “Qorio ata” deməyə başladılar. 

Qorionun bu süqutunun səbəbini hər kəs bir cür izah edirdi. Bu, 

çətin  iş  idi.  Yalançı  qrafinyanın  söylədiyi  kimi,  Qorio  ata  sirr 

verməyən,  qaradinməz  bir  adam  idi...  Dilində  söz  qalmayan  bəzi 

boşboğaz,  başıboş  insanların  məntiqinə  görə,  öz  işləri  barəsində 

danışmayan adamlar  yaramaz işlərlə məşğul olurlar. Beləliklə, “cah-

calailı tacir” dəyişilib cibgir, arvadbaz qoca bir təlxək oldu. Qorio ata 

gah  birjaya  qaçaraq,  maliyyə  dili  ilə  desək,  qabaqcadan  iflasa 

uğradıqdan sonra, 



birjada saçlarını yolan bir adama

 çevrilirdi. Bu, 

o  zaman  “Vokenin  evi”ndə  olan  Votrenin  fərziyyəsi  idi.  Qorio  gah 

hər  axşam  bəxtini  sınayaraq,  on  frank  udan  xırda  bir  qumarbaz 

olurdu,  gah  da  onu  gizli  polis  casusu  edirdilər.  Lakin  Votrenin 

iddiasına  görə,  Qorio 



bu  dərəcəyə  çatmaq  üçün

  kifayət  qədər 

hiyləgər  deyildi.  Bundan  başqa,  Qorio  atanı  yüksək  faizlə  qısa 

müddətə borc pul verən bir simic və “ara” nömrəyə pul qoyub udan 

bir  lotereya  oyunçusu  zənn  edirdilər.  Gah  da  onun  eyib  və 

bacanqsızlığı törətdiyi sirlər mücəssəməsinə çevrilirdi. Bununla belə, 

onun  cinayətləri,  yaxud  hərəkətləri  nə  qədər  alçaq  olsa  da,  ona 

bəslənilən  nifrət  onu  pansiondan  qovmaq  dərəcəsinə  çatmırdı.  Hər 

halda,  o,  pansion  pulunu  verirdi.  Bundan  başqa,  hər  halda,  Qorio 

atanın  bir  mənfəəti  də  vardı:  ona  məsxərə  edən,  yaxud  sataşan 

adamlar bu yolla nəşələnər, yaxud acıqlannı soyudardılar. 

Madam  Vokenin  rəyi  daha  çox  həqiqətə  bənzədiyindən,  hamı 

bununla razılaşmışdı. Onun dediyinə görə, bu “özünü yaxşı hifz 

37 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

etmiş  və  alma  kimi  təzə,  hələ  qadına  çox  şeylər  verə  bilmək  iqtida-



rında olan kişi”, sadəcə, əcaib meyilləri olan bir əxlaqsız idi. Madam 

Voke aşağıdakılara görə bu iftiranı əsaslandırmağa çalışırdı. 

Ev sahibəsinin hesabına yarım il yaşamağa müvəffəq olan müflis 

qrafinya  gedəndən  bir  neçə  ay  sonra  bir  dəfə  səhər  tezdən,  hələ 

yatağından  durmamışdan  Voke  ipək  paltar  xışıltısı  eşitdi.  Gənc  bir 

qadın yumşaq qədəmlər və yüngül yerişlə Vokenin otağının yanından 

keçərək,  Qorionun  qəsdən  açıq  qoyulmuş  qapısından  içəri  girdi. 

Dərhal yoğun Silviya sahibəsinin  yanına gələrək, həddən artıq gözəl 

olduğuna  görə  namuslu  olmadığı  sezilən  ilahə  kimi  geyinmiş,  toza 

belə  batmamış  prünel  çəkməli  bir  qızın  ilanbalığı  kimi  küçədən 

mətbəxə  sürüşdüyünü  və  cənab  Qorionun  harada  yaşadığını 

soruşduğunu xəbər verdi. Madam Voke qarabaşı ilə birlikdə qapının 

arxasından  qulaq  asmağa  başladı.  Onlar  xeyli  uzunsürən  görüş 

əsnasında bəzi mehriban sözlər söyləndiyini duymuşdular. Qorio ata 

öz xanımını ötürmək üçün çıxdığı zaman, yoğun Silviya bu iki aşiqin 

nə etdiklərini izləmək  məqsədi ilə, guya, bazara getdiyini göstərmək 

üçün səbəti qolundan asdı, sonra isə geri dönərək: 

-

 



Xanım,  -  dedi,  -  yəqin,  bu cənab Qorio  çox  varlı  adamdır  ki, 

qadını belə bir mərtəbəyə qaldırıb. Bilirsinizmi, Estrapadanın tinində 

dəbdəbəli bir ekipaj dayanmışdı; o, həmin ekipaja mindi. 

Nahar vaxtı madam Voke gözünə düşən günəşin Qorionu narahat 

etməməsi üçün pəncərənin pərdəsini çəkərkən, həmin qıza işarə ilə: 

-

 



Cənab  Qorio,  -  dedi,  -  sizi  qəşəng  qızlar  sevirlər,  günəş sizin 

üzərinizə  nur  saçır.  Vallah,  sizin  qiyamət  zövqünüz  var:  o  çox 

gözəldir. 

Qorio,  kirayənişinlərin  ədəbə  riayət  edən  bir  qocanın  sadə 

bədgümanlığı zənn etdikləri qürurla: 

-

 



O, mənim qızımdır, - dedi. 

Qorionu  ziyarət  edən  bu  qız  bir  aydan  sonra  yenə  gəldi.  Birinci 

dəfə  səhər  geyimində  gələn  bu  qız,  indi  nahardan  sonra  gəlmiş  və 

bəzəkli  yol  paltarı  geymişdi.  Qonaq  otağında  laqqırtı  vuran  kirayə-

nişinlər  bu  incəbelli,  zərif  və  sarışın  gözəli  görmək  səadətinə  nail 

olmuşdular.  O,  Qorio  ata  kimi  bir  şəxsin  qızından  daha  çox,  incə, 

kübar qadına bənzəyirdi. 

38 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə