İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə2/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   2   3   4   5   6   7   8   9   ...   231

“Kromvel“ faciəsini, yarımçıq qalmış “Steni“ romanım, çiy və təcrübəsiz 

qələminin  məhsulları  olan  tarixi  və  macəra  romanlarını  nəzərə  almırıq. 

0,1821  -ci  ildən  1825-ci  ilə  qədər  səkkiz  əsər  nəşr  etdirmişdir:  “Biraqın 

varis  qızı”,  “Jan  Lui”,  “Luizinalı  Kotilda”,  “Ardenlərin  yepiskop 

müavini”,  “İki  Berlinqheld”,  “Quldur  Arqo”,  “Axırıncı  mələk”,  “Van 

Klon”. Ancaq bu əsərlər, yuxarıda qeyd etdiyimiz kimi, müəllifə heç bir 

şöhrət qazandırmamışdır. 

Balzaka ilk şöhrət gətirən əsər “Şuanlar”dır. Əsərin tam adı belədir: 

“Şuanlar, Bretan 1799-cu ildə”  (1829). Şuanlar I Fransa  Buıjua  İnqilabı 

dövründə  (1789-1794)  kral  XVI  Lui  partiyasının  tərəfdarlarına 

deyirdilər... “Doğrudur, buıjua mətbuatı, az bir hissəsi istisna olmaqla, bu 

əsəri  tənqid  etdi,  ancaq  məsələ  burasında  idi  ki,  ədəbi  tənqid  onun 

haqqında fikir söyləməyə, oxucular isə onunla maraqlanmağa başladılar”. 

1830-cu  ildə  Balzakda  elə  bir  əsər  yazmaq  fikri  yaranır  ki,  orada 

cəmiyyətin  həyatına  ümumi  nəticə  vermək,  müasirlərinin  nəyə  meyilli 

olduqlarını və onların gizli sirlərini açmaq mümkün olsun. 

1830-cu  ilin  payızında  o,  tamamilə  yeni  bir  roman  -  “Qulan  dərisi” 

üzərində işə başlayır və əsər 1831-ci ilin avqustunda işıq üzü görür. 

Balzak  bütün  əsərlərinə  “Bəşəri  komediya”  adını  verərkən,  təsvir 

etdiyi buıjua cəmiyyətinə kinayəli münasibət bəslədiyini bildirmişdir. 

Balzakın  adı  çox  zaman  realist  romançılar  cərgəsində  (Joıj  Sand, 

Prosper  Merime)  çəkilsə  də,  “Bəşəri  komediya”da  o,  əksər  hallarda 

idealist yazıçı kimi nəzərə çarpır. Biz onun bir neçə, məsələn, “Polkovnik 

Şaber”,  “Naməlum  şah  əsəri”,  “Qırmızı  qəsr”,  “Ateistin  ibadəti”, 

“Qobsek”  və  s.  əsərlərini  bir  anlığa  kənara  qoysaq  və  bu  əsərlərdəki 

obrazlar  haqqında  heç  bir  söz  deməsək  belə,  yazıçı  bu  əsərlərin  hər 

birində  ağlasığmaz  möcüzələr  yaratmış,  obrazların  xarakterini  rəssam 

məharətilə göstərərək, onları ideallaşdırmışdır. Onun ideal obrazları olan 

qoriolar, qrandelər, şaberlər həmişə oxucunun gözləri qarşısında canlanır, 

oxucu  ilə  hər  yerə  gedir,  bütün  həyat  hadisələrində  iştirak  edir  və  öz 

sözlərini  deyirlər.  Bu  obrazlar,  şübhəsiz  ki,  bütün  reallıqları,  canlılıqları 

ilə  real  həyatdan  gəlmişdir,  ancaq  müəllif  onları  tamamilə  abstrakt 

formada öz intuisiyasına uyğun olaraq 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yaratmışdır.  Müəllifin  təsvir  etdiyi  obrazların  hər  birinin  həyatı,  sanki, 



xüsusi  sənədlər  əsasında  əsərdə  canlanır.  Bir  anlığa  “Qorio  ata” 

romanında  təsvir  olunmuş  “Madam  Vokenin  evində  yaşayan 

kirayənişinləri...” xəyalımızda canlandıraq... 

Bu  obrazların  -  madam  Vokenin,  madam  Kutürün,  Viktorina 

Tayferin, qoca Puarenin, keçmişdə ticarətçi olmuş, sonralar kator- qadan 

qaçmış  Votrenin,  madmazel  Mişonun,  Qorio  atanın,  onun  qızları 

Delfinanm,  Anastarinin,  tələbə  Öjen  de  Rastinyakm  -  hər  birinin  ayrıca 

tərcümeyi-halı vardır... Nəhayət, Balzak roman yazanda yaşadığı, müasiri 

olduğu  dövrün  dəqiq  rəsmini  çəkir.  Onun  yaratdığı  obrazların  özlərinə 

xas  real,  müstəsna  xarakterləri  vardır:  “Bəşəri  komediya”  xarakterlər 

“komediyası”ııdan  daha  çox,  adət-ənənələr  “komediyası”dır,  daha 

doğrusu,  nəhəng  “sənədlər  mağazası”dır,  müəllif  burada  hər  cür  ictimai 

məsələləri, dövlətin bütün qanunlarını, şərtilikləri, elmin bütün sahələrini 

-  fəlsəfəni,  tibbi,  təbiətşünaslığı,  kimyanı,  fizikanı,  mexanikanı,  riyaziy-

yatı,  bir  sözlə,  həyatın  özünü  kompleks  şəkildə  təsvir  edir.  Balzak  XIX 

əsr  Fransasının  yarıməsrlik  tarixi,  həkimi,  hakimidir,  əgər  bir  ifadə  ilə 

demiş olsaq, o, XIX əsrin 50-ci illərinə qədər bütöv bir Fransadır. 

Müasir  cəmiyyətdə  insanın  taleyi  böyük  yazıçının  bütün  yara-

dıcılığında  qırmızı  xətt  kimi  keçir.  Balzakm  çoxsaylı  romanlarının  əsas 

məğzi  ondan  ibarətdir  ki,  hamının  varlanmağa  can  atdığı,  pulun,  var-

dövlət ehtirasının insanlardakı bəşəri hissləri və münasibətləri öldürdüyü, 

hamını hamıya qarşı qoyduğu cəmiyyətdə insanın özü eybəcərləşir. 

Balzakm  “Bəşəri  komediya”ya  daxil  etdiyi  əsərlərdə  burjua 

cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur. Sələmçi Qobsek (“Qobsek”) 

mənəvi eybəcərliyin, sərvətə əsaslanan hakimiyyətin törətdiyi rəzalətlərin 

mənbəyidir.  “Hamının  hamıyla  boğuşub-  didişdiyi”  əsrdə  yaşayan 

Qobsek böyük zəka sahibi olsa da, qızıldan başqa heç nəyə inanmır, onun 

yeganə ehtirası da qızıldır. Hamının müharibədə ölmüş bildiyi zabit sağ 

olsa  da,  var-dövlətini  mənimsəyib  başqasına  ərə  gedən  arvadına 

dirildiyini  sübut  edə  bilmir,  qobseklər  cəmiyyəti  onu  ələ  salır, 

tanımaqdan vaz keçir. 

“Qorio ata” romanı “Bəşəri komediya”nm sütunlarından biridir. Bu 

əsərdə yazıçı yoxsul tələbələrin, katorqaçılarm, müflisləşmiş buıjualarm, 

pozğun və amansız kübar xanımların, fırıldaqçı 

downloaded from KitabYurdu.org




tacirlərin dolaşdığı mühitdə “ictimai mühərrikin” doğurduğu müsibətləri, 

insanlara  aşıladığı  eybəcər  əqidəni,  yaratdığı  mənəvi  uçurumu  qüdrətlə 

əks etdirmişdir. Buıjua cəmiyyətinin məhsulu olan Qorio, eyni zamanda, 

onun  əxlaqının  qurbanıdır.  Minbir  fırıldaqla  sərvət  qazanan,  bütün 

varlığım övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında 

etiraf edir ki, pul insana hər şey, hətta övlad bəxş edir. 

Balzakın  yaradıcılığında  “Qulan  dərisi”  əsəri  mühüm  yer  tutur.  Bu 

əsər  ustad  yazıçının  yetkin  ağlının,  zəkasımn,  püxtələşmiş  qələminin, 

dərin  fəlsəfi  və  ictimai  fikirlərinin  vəhdət  halında  formalaşmış 

təzahürüdür.  Müəllif  ilk  dəfə  olaraq  müasir  həyatın  gerçəkliklərini  bir 

qədər geniş şəkildə anlamaq imkanını məhz bu əsəri ilə şərh etməyə nail 

olmuşdur.  O,  məktublarının  birində  yazırdı:  “Bu  əsər  təkcə  bir  kitabla 

məhdudlaşmamalıdır,  bu  kitabda, bu  xırdacı,  vasvası  ifadəyə  görə  məni 

bağışlayın,  gələcəkdə  yazacağım  əsərlərin  yalnız  ilk,  başlanğıc 

təcrübələri  öz  əksini  tapmışdır  və  günlərin  bir  günü  yıxılıb  bu  ağır  işin 

altında  qalsam  belə,  hələlik  təkcə  onunla  fəxr  edirəm  ki,  bu  işi 

başlamışam”. 

“Qulan  dərisi”  nəhəng  bir  ədəbi  və  əbədi  abidənin  -  “Bəşəri 

komediya”nm  möhtəşəm  planının,  olsa-olsa,  yalnız  girişi  və  özülünə 

qoyulmuş  ilk  daşı  sayıla  bilər.  Bu  romanda  ictimai-fəlsəfi  problemlərin 

həlli  qarşıya  məqsəd  kimi  qoyulur  və  yazıçı  bütün  bu  məsələlərin  tam, 

dəqiq həllini gələcəkdə yazacağı əsərlərdə tapacağına ümid edir. 

1831-ci  ildə  “Qulan  dərisi”  nəşr  olunundan  sonra  Balzak  yazırdı: 

“O,  mənim  başladığım  nəhəng  işin  başlanğıcıdır;  sonra  ayn-ayn 

şəxslərin, fərdlərin, ən aşağı təbəqənin nümayəndələrindən tutmuş keşişə, 

krala qədər hamının cizgiləri görünəcəkdir”. 

Əlbəttə,  bu  əsərdən  sonra  “Bəşəri  komediya”nm  ümumi  sxemi 

yaradıldı  və  müəllif  “Qulan  dərisi”ni  “Fəlsəfi  etüdlər”  bölməsinə  daxil 

etdi.  Bu  şöbədə,  müəllifin  öz  sözü  ilə  desək,  dağıdıcı  fikir  tufanları 

ictimai hadisələrin hərəkətverici mühərrikinə çevrildi. 

...Cavan  oğlan  öz  həyat  yolunun  astanasında  durmuşdur,  çox 

çəkmədən o, kədərlə hiss edir və əmin olur ki, heç kimə lazım deyil və 

onun  ağlı,  qaynar  eneıjisi,  ləyaqəti,  hətta  istedadı  ilə  heç  kim 

maraqlanmır; bütün bunlar öz-özlüyündə az maraq kəsb edir. Yaradıcılıq 

yolu,  elmə,  incəsənətə,  insanlara  təmənnasız  xidmət  həmişə  ağır  olub. 

Azman cəsarət, mətanət, inadkarlıq, böyük ürək 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə