İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə7/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   2   3   4   5   6   7   8   9   10   ...   231

Cənab  Puare,  bir  növ,  avtomata  bənzəyirdi.  Budur,  o,  boz  bir 

kölgə kimi Botanika bağının xiyabanında dolaşır: başında köhnə əzik 

papaq,  zəif  əlində  fil  sümüyündən  olan  başı  saralmış  əsa  vardır, 

sürtukunun  rəngi  solmuş,  ətəkləri  yellənir,  nə,  elə  bil,  iki  ağacın 

üzərinə  geydirilmiş  qısa  şalvarını,  nə  də  ki  sərxoş  ayaqlan  kimi 

silkələnən  nazik  ayaqlanndakı  mavi  corablann  üstünü  örtə  bilirdi; 

yuxarıdan isə bu acı mənzərəni çirkli ağ bir jilet seyr edir, hinduşka 

boynu  kimi  uzun  və  nazik  boynundakı  bükülmüş  boyunbağısından 

ayrılan  köhnəlmiş  ucuz  muslin  yaxalığı  görünür.  Ona  təsadüf  edən 

adamlarda  istər-istəməz  belə  bir  sual  doğardı:  bəlkə  də,  bu  kölgə 

İtaliya  bulvarında  qanad  çalan  Yafəs  nəslinin  cəsur  oğullanndandır? 

Bəs  hansı  bir  məşğələ  onu  bu  hala  salmışdır?  Hansı  bir  ehtirasdan 

onun  şişkin  üzü  o  dərəcədə  qaralmışdır  ki,  karikaturada  belə  bunlar 

qeyri-təbii görünə bilərdi? Keçmişdə o, nəçi olmuşdur? Kim bilir, o, 

bəlkə,  ədliyyə  nazirliyində,  bütün  cəlladların  öz  xərclərinə  imza 

atdıqlan,  ata  qatillərinə  qara  pərdə  hazırlamaq  üçün  hesab  verdikləri 

gilyotin*  altındakı  səbətlərə  taxta  tozu,  gilyotin  bıçağına  kəndir 

hazırlamaq  üçün  hesabat  təqdim  edilən  şöbədə  xidmət  etmişdir? 

Bəlkə  də,  sallaqxana  qapılarında  vergiyığan,  yaxud  xalq  səhiyyəsi 

nəzarətçisinin  müavini  olmuşdur.  Bir  sözlə,  bu  adamın  bizim  böyük 

ictimai  dəyirmanımızın  yük  eşşəyi,  öz  Bertranım*  belə  tanımayan 

Paris Rotonlanndan* biri, ətrafında fəlakətlər və insan çirkabı fırlanan 

bir  çarx  olduğu  görünürdü.  Sözün  qısası,  belə  adamlar  haqqında: 

“Çarə yoxdur, belələri də lazımdır!” deyirik. Bəzəkli, dəbdəbəli Paris 

bu  mənəvi,  yaxud  cismani  iztirablardan  üzü  saralmış  insanları 

tanımır.  Lakin  Paris,  həqiqətən,  okeana oxşayır.  Bu  okeana  lot  atın, 

lakin  onun  dərinliyini  müəyyənləşdirə  bilməzsiniz.  Onu  nəzərdən 

keçirmək  və  təsvir  etmək  istəmirsinizmi?  Necə  istəsəniz  nəzərdən 

keçirin, təsvir edin, səy edin: tədqiqatçı nə qədər çox olur-olsun, yenə 

də  bu  okeanda  hər  zaman  əl  dəyməmiş  bir  sahəyə,  məchul  bir 

mağaraya,  incilərə,  çiçəklərə,  divlərə,  ədəbiyyat  üzgüçülərinin 

nəzərdən qaçırdığı ağlasığmayan heybətli səhnələrə rast gələcəksiniz. 

Bu heybətli səhnələrdən biri “Vokenin evi”dir. 

Burada  kirayənişin  və  kənardangəlmə  pansionerlərə  nisbətən 

kəskin  təzad  təşkil  edən  iki  şəxs  var.  Onlardan  biri  Viktorina 

Tayferdir. Doğrudur, bu gənc qızın da üzündə qansız qızların 

25 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

solğunluğuna  bənzəyən  xəstə  bir  sarılıq  vardır.  Doğrudur,  onun 



üzündəki  adi  məyusluq,  hərəkətlərindəki  sıxıntı,  zavallı  görünüşü, 

sısqalığı bütün bu lövhədə bir zəmin təşkil edən ümumi iztirab əhvali-

ruhiyyəsinə uyğun gəlirdi, lakin bununla belə, onun üzü qocalıq təsiri 

bağışlamazdı, hərəkətlərində, səsində isə bir gümrahlıq hiss olunurdu. 

Bu  gənc,  ən  ağır  anda  da  yenicə  qeyri-  münasib  bir  zəminəyə 

köçürülmüş  saralmış  kola  oxşayırdı.  Onun  üzünün  sarı  rəngində, 

sarışın saçlarında, həddən artıq incə belində müasir şairlərin orta əsr 

heykəllərində duya bildikləri bir şuxluq görünürdü. Qaraya çalan boz 

gözlərində həlimlik və xristian miskinliyi ifadə olunurdu. Sadə, ucuz 

parçadan  tikilmiş  paltarı  altında  qız  vücudunun  cizgiləri  qabarırdı. 

Başqaları ilə müqayisə edilərsə, ona, hər halda, qəşəng demək olardı, 

qisməti  isə  başqa  olsaydı,  füsunkar  qız  təsiri  də  bağışlaya  bilərdi: 

qadının  gözəlliyi  bəzəkdə  olduğu  kimi,  şeriyyəti  də  onun  ruhi 

qidasındadır. Əgər bal ziyafətinin şənliyi al bir şəfəq kimi bu solğun 

bənizə kölgə salmış olsaydı, əgər zərif bir məişətin fərəhi bu xəfifcə 

batıq  yanaqları  doldurmuş  və  qızartmış  olsaydı,  məhəbbət  bu  qəmli 

gözlərə həyat nuru saçmış olsaydı, Viktorina hər hansı bir gözəl qızla 

yarışa  bilərdi.  O,  qadına  yeni  həyat  verən  bir  şeydən  -  pal-paltardan 

və  eşq  məktublarından  məhrum  edilmişdi.  Onun  macərası  böyük  bir 

kitabın süjetini belə təşkil edə bilərdi. 

Viktorinanın atası müxtəlif bəhanələrlə öz qızını tanımaq istəmir, 

onunla birlikdə yaşamaqdan çəkinir, dolanmaq üçün ona ildə altı yüz 

frankdan  artıq  vermək  istəmirdi,  bütün  əmlakını  tamamilə  oğluna 

vermək məqsədi ilə qiymətli kağızlara çevirmişdi. Viktorinanın anası 

qızı  uzaq  qohumu  olan  dul  Kutürün  yanına  gətirmişdi.  Ana  dərdin 

şiddətindən  öldükdən  sonra  madam  Kutür  yetim  qızı  öz  sevimli 

övladı  kimi  böyütməyə  başladı.  Təəssüf  olsun  ki,  Respublika  dövrü 

kriqs-komissarının dul arvadının pensiya ilə dulluq vəsaitindən başqa 

heç  bir  şeyi  yox  idi.  Yoxsul,  təcrübəsiz,  heç  bir  təminatı  olmayan 

qızcığaz  isə  madam  Kutürün  qayğısı  olmasaydı,  tamamilə  yalqız, 

kimsəsiz  qalardı.  Bu  mərhəmətli  qadın  hər  bazar  günü  Viktorinanı 

kilsəyə  ibadətə,  iki  həftədən  bir  isə  etirafa  aparardı  ki,  qız  hər  bir 

təsadüfə rəğmən, yenə də namuslu və həyalı bir qız kimi qala bilsin. 

Madam  Kutür,  doğrudan  da,  haqlı  idi.  Atasını  sevən  və  anasının 

əfvini ona yetirməyə çalışaraq hər il yanına gedən, lakin 

26 


downloaded from KitabYurdu.org


hər  dəfə  ata  evində  amansız  qapalı  bir  qapıya  rast  gələn  bu  rədd 

edilmiş qızın qarşısında dini hisslər, hər halda, gələcəyə doğru bir yol 

açırdı. Ata ilə qızın arasında yeganə vasitə olan qardaşına gəlincə, o, 

dörd il ərzində bir dəfə belə bacısının  yanına gəlməmiş, ona heç bir 

yardım  göstərməmişdi.  Viktorina  atasının  gözü  açılsın,  qardaşının 

qəlbi isə mütəəssir olsun deyə Allaha yalvarır, heç birini məzəmmət 

etmədən,  hər  ikisi  üçün  dua  edirdi.  Ata  ilə  oğulun  vəhşi  rəftarını 

söyləmək  üçün  madam  Kutürlə  madam  Voke  söyüşlər  lüğətində 

münasib ibarələr belə tapa bilmirdilər. Onlar bu namussuz milyoneri 

söydükləri  halda,  Viktorinanın  iniltisində  yenə  də  məhəbbət  səsi 

duyulan  yaralı  bir  göyərçinin  ötməsinə  bənzəyən  məsumanə  sözlər 

eşidilirdi. 

Ejen  Rastinyakın  üzü  tipik  bir  cənublu  üzü  idi;  özü  ağ,  saçları 

qara, gözləri göy, hərəkətlərindən, münasibətlərindən, qıvraqlığından 

aristokrat nəslindən olduğu sezilirdi. Bu cür ailələrdə uşağın tərbiyəsi 

ilk yaşlarından yalnız qədim nəzakət qaydalarına uyğun olar. Ejen öz 

paltarını qorumalı və adi günlərdə keçənilki paltannı geyməyə məcbur 

olsa da, yenə də bəzən gənc bir fransıza yaraşan libas geyərək evdən 

çıxmaq iqtidarında idi. Bununla belə, hər gün onun əynində köhnə bir 

sürtük,  sarsaq  bir  jilet,  birtəhər  bağlanmış  və  əzilmiş  ucuz  qara 

qalstuk,  eyni  şəkildə  pantalon  və  altına  təzədən  yamaq  vurulmuş 

çəkmə görmək olardı. 

Təsvir etdiyimiz bu iki şəxsiyyətlə başqa kirayənişinlər arasında 

bağlayıcı bir halqa təşkil edən qırx yaşlı, boyanmış bakenbardlı cənab 

Votren  idi.  Votren  kimi  adamlar  haqqında  el  arasında  belə  deyirlər: 

“Amma  nə  qoçaq  adamdır!”  Onun  çiyinləri  enli,  sinəsi  geniş, 

əzələləri  möhkəm,  əlləri  iri  idi.  Barmaqlarının  üzərində  od  rənginə 

çalan  sıx  san  tüklər  görünürdü.  Üzündə  vaxtından  tez  əmələ  gəlmiş 

qırışlardan  daşürəkli  olduğu  hiss  olunurdu,  bu  isə  onun  xoş  və 

nəzakətli  rəftarına  zidd  görünürdü.  Xoş  təsirdən  məhrum  olmayan 

qadın səsi onun kobud şənliyinə tamamən uyğun gəlirdi. Votren hər 

kəsə  qulluq  göstərər  və  gülməkdən  xoşlanardı.  Təsadüfən  bir  qıfıl 

yaxşı  açılmadığı  zaman  o,  “bizə  tanış  işdir”,  -  deyə  qıfılı  sökər, 

itiləyər,  yağlayar  və  yenidən  düzəldərdi.  Onun  hər  şeydən  xəbəri 

vardı,  hər  şey  ona  tanış  görünürdü.  Fransa,  dəniz,  gəmilər,  yad 

ölkələr,  alver  işləri,  insanlar,  hadisələr,  qanunlar,  mehmanxanalar, 

həbsxanalar - hər şey ona tanış görünürdü. 

27 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə